Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-118/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina, qanuni əsaslarla tərxis barədə sübutun olmaması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.09.202N-ci il tarixli, 2-N(N03)-N07N/202N nömrə li qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı Ucar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, N saylı hərbi hissə komandirinin NN.09.N992-ci il tarixli, N saylı əmri ilə hərbi hissəyə daxil edilmişdir.
2. İddiaçı Müdafiə Nazirinin 05.09.N994-cü il tarixli, 278 saylı əmrinə əsasən N saylı hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli, N saylı əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi bileti X2 Məntəqəsinə göndərilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, N992-N994-cü illərdə xidmət etdiyi hərbi hissənin tərkibində vətənin müdafiəsi uğrunda döyüşlərdə iştirak etdiyini və yaralandığını nəzərə alaraq, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh N3 fevral 2020-ci il tarixli, N/N-2N saylı məktubla iddiaçının ərizəsinin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasının N9.0N.N994-cü il tarixli, 358 saylı arayışına görə, iddiaçı müalicədən sonra N saylı hərbi hissəyə qayıtmadığı, yəni hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq Əsasnaməyə əsasən ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra-mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh orqan onun ərizəsini təmin etməməklə hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Veteran vəsiqəsi verilmədiyinə görə qanunvericiliklə müəyyən edilmiş sosial hüquq və güzəştlərdən istifadə edə bilmir. Müdafiə Nazirliyinin müvafiq komissiyası onun hərbi döyüşlərdə iştirakını və əmrlə tərxis olunmasını təsdiq edən sübutları yetərli saymır və müharibə veteranı adının verilməsi üçün əsasların yetərli olmadığını bildirir. Halbuki həmin hərbi hissənin tərkibində xidmətdə olmuş, döyüşmüş, xəstəliyi ilə əlaqədar olaraq tərxis olunmuşdur. Cavabdeh heç bir əsas olmadan onun hərbi hissəni özba şına tərk etdiyini iddia etsə də, bu halı təsdiq edə bilmir. Əgər o, hərbi hissəni özbaşına tərk etsəydi, barəsində cinayət işi başlanılmış olar və hərbi biletinə də komissarlıq və ya hərbi hissə tərəfindən bu barədə qeyd yazılmış olardı, yaxud da mərkəzi arxivin arayışında məlumat aşkar olunardı. Bununla bağlı, onunla çiyin-çiyinə döyüşən, həmin vaxt yanında olan bir çox şəxslər var və onların şahid qismində məhkəmə iclasında iştirakını təmin edə bilər. O, hərbi hissəni özbaşına tərk etməmiş, uzun müddət müalicə olunduğuna görə hərbi hissə komandiri tərəfindən əmrlə tərxis olunaraq evə buraxılmışdır.
6. Birinci instansiya məhkəməsinin N7.NN.2020-ci il tarixli, 2-N(NN2)-4779/2020 nömrəli (hakim Aygün Abdullayeva ) qərarı ilə iddia tələbi təmin edilmişdir.
7. Cavabdeh apelyasiya şikayəti v erərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.09.202N-ci il tarixli, 2-N(N03)N07N/202N nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Həmid Həmidov) qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin N7.NN.2020-ci il tarixli, 2-N(NN2)-4779/2020 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
9. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri N0. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa u yğundur. İddiaçı şikayətdə əlavə olaraq qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarda obyektiv həqiqəti ifadə edən halları qətiyyən nəzərə almamış, işi tam, hərtərəfli və obyektiv araşdırmamış, işin faktiki və hüquqi hallarını aydınlaşdırmamış və nəticədə qanunvericiliyin tələblərini kobud surətdə pozaraq ədalətsiz və əsassız bir qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri NN. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ N2. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. N3. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil liyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. N4. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. N5. Azərbaycan Respublikası Nazirlər Kabinetin in 22.09.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hall ar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. N6. Bu Əsasnamənin N- ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Res publikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. N7. İnzibati-Prosessual Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. N8. Həmin Məcəllənin 98.N-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. N9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasın a dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən, hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmiş dir 2N. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsəl ələrin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, N992-ci il tarixdən N994-cü il tarixə kimi N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etmişdir.
26. Bununla bağlı qeyd etmək lazımdır ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi ehtiyata və istefaya buraxılmış şəxslərə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, müvafiq aidiyyəti orqanlar tərəfindən verilir.
27. Nəzərə almaq lazımdır ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olu nmasını ehtiva edir.
28. Eyni zamanda həm də nəzərə alınmalıdır ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir.
29. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Ucar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, N saylı hərbi hissə komandirinin NN.09.N992-ci il tarixli, N saylı əmri ilə hərbi hissəyə daxil edilmiş, uzun müddət müalicədə olması səbəbi ilə Müdafiə Nazirinin 05.09.N994-cü il tarixli, 278 saylı əmrinə əsasən N saylı hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli, N saylı əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi bileti X2 Məntəqəsinə göndərilmişdir.
30. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 22.09.202N-ci il tarixli məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirinin 05.09.N994-cü il tarixli 278 nömrəli əmri və əmrlə qüvvəyə minmiş ”Döyüş əməliyyatları zonasında yerləşən hərbi hissələrin şəxsi heyətinin uçotunun aparılması və təşkil edilməsi haqqında Təlimat”a görə təqdim olunmuş müvafiq siyahılara əsasən, habelə birləşmənin tibb məntəqəsinin məlumatlarına əsasən döyüş əməliyyatları zamanı həlak olmuş, əsir götürülmüş, xəsarətlərdən vəfat etmiş, xəstələnməsi səbəbindən təxliyə edilmiş, yaralanmış hərbi qulluqçuların, fəhlə və qulluqçuların hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılmasına dair nizami hissə üzrə əmr verilir. N saylı hərbi hissə komandirinin 3N.N2.N994-cü il tarixli, 363 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı hərbi bileti məhz Müdafiə Nazirinin 278 nömrəli əmri ilə qüvvəyə minmiş Təlimatda göstərilən əsaslarla X2 Məntəqəsinə göndərilmişdir. 3N. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının N9.0N.N994-cü il tarixli, 358 saylı arayışından görünür ki, İddiaçı hərbi xidmətə yararlı sayılmışdır.
32. Qeyd edilməlidir ki, hərbi xidmətə yararlı sayılmış şəxsin ”Döyüş əməliyyatları zonasında yerləşən hərbi hissələrin şəxs i heyətinin uçotunun aparılması və təşkil edilməsi haqqında Təlimat”a əsasən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılması və tərxis edilməsi həmin təlimatda nəzərdə tutulmayıb.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində və kassasiya şikayətində tərxis olunduğunu bildirsə də, onun qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən hərbi xidmətdən ehtiyata buraxılması işdəki sənədlərlə təsdiqini tapmamışdır. İddiaçının öz tələbinin əsası kimi döyüş əməliyyatlarında iştirak etməsi faktına istinad etməsi ona müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Baxılan mübahisəyə münasibətdə iddiaçı həm də əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmun da öhdəlik daşıdığını sübut etməlidir. Qeyd edilməlidir ki, N9.0N.N994-cü il tarixdə Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlı sayıldıqdan sonra hərbi xidmət yerinə qayıtması, hərbi xidmətini davam etdirməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, N saylı hərbi hissə komandirinin 3N.N2.N994-cü il tarixli, 363 nömrəli əmrinin surətindən görünür ki, iddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan hərbi xidmətə yararlı sayıldığı N9.0N.N994-cü il tarixdən bir ilə yaxın müddət keçdikdən sonra çıxarılmış, hərbi bileti X2 Məntəqəsinə göndərilmişdir.
34. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şə rtləri, o cümlədən hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti iddiaçı tərəfindən ödənilməmişdir. Bu baxımdan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur.
35. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 36.Yuxarıda şərh edilənlərə və İnzibati Prosessual Məcəllənin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.09.202N-ci il tarixli, 2-N(N03)-N07N/202N nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qəra