Məhkəmə qərarları › İş №2-1(102)-1180/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1180/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1180/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə qarşı iş üzrə QƏRAR Açar sözlər: (pensiyanın yenidən hesablanaraq ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Cavid Əhmədovun iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanaraq ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli, 2- 1(103)-2596/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin xx xxxx 2018-ci il tarixli, xx/xx-3290 nömrəli inzibati aktı hesab olunan məktubunda göstərilənlərin qanunazidd hesab edilməsini, çalışdığı Bakı Şəhər Xalq Deputatlar Soveti İcraiyyə Komitəsində mühəndis, baş əmtəəşünas və baş mühəndis vəzifələrinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə, X1 müvəqqəti müdiri, Tikinti Materialları şöbəsinin mü diri, Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri, həmin təşkilatda idarə rəisi, müdir vəzifələri isə Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılmasını, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında təminedici şöbə müdiri vəzifəsi dövlət məvacibinin (vəzifə maaşı, mükafatlar, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləğindən ibarət pul ilə ödənilən haqq) orta aylıq məbləğinin 80 faizi miqdarında xx xxx 2016-cı il tarixdən dövlət qulluqçusu olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsini (sonrakı artımlar nəzərə alınmaqla) pensiyanın yenidən hesablanmaqla yaranmış fərq məbləği ilə birgə birdəfəlik ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1975-ci il 1 dekabr tarixdən 1978-ci il 5 may tarixədək olan müddətdə Bakı şəhər X3 İcraiyyə Komitəsinin “Bakıbaştikinti” İdarəsində baş əmtəəşünas, sonuncu tarixdən 1978-ci il 5 may tarixdən 1979-cu il 11 aprel tarixədək X1 müvəqqəti rəisi, 1979-cu il 11 aprel tarixdən 1980-ci il 1 yanvar tarixədək baş əmtəəşünas, 1980-ci il 1 yanvar tarixdən 1981-ci il 19 may tarixədək komplektləşdirmə üzrə mühəndis, 1981-ci il 19 may tarixdən 1982-ci il 16 may tarixədək Tikinti Materialları şöbəsinin rəisi, 1982-ci il 16 may tarixdən 1984-cü il 20 dekabr tarixədək Tikinti Materialları şöbəsinin mühəndisi, 1984-cü il 20 d ekabr tarixdən 1985-ci il 1 aprel tarixə kimi baş mühəndis, 1985-ci il 1 aprel tarixdə İdarənin statusunun dəyişib Trestə keçməsi ilə bağlı 1985-ci il 2 aprel tarixdən 1988-ci il 1 fevral tarixə kimi Bakı şəhər X3 İcraiyyə Komitəsinin Bakıbaştikinti Baksantexnoelektrikquraşdırma trestində şöbə rəisi, 1988-ci il 1 fevral tarixdən 1990-cı il 16 aprel tarixə kimi həmin təşkilatda idarə rəisi, 1990cı il 23 avqust tarixdən 1991-ci il 28 mart tarixə kimi həmin Trestin tabeliyindəki Xalis kompleks kooperativində sədr müavini, 1991-ci il 1 aprel tarixdən 1991-ci il 22 aprel tarixə kimi Bakı şəhər X3 İcraiyyə Komitəsinin Təsərrüfatlararası Layihə mənzil tikinti birliyində baş mühəndis, 1991-ci il 22 aprel tarixdən 1992-ci il 24 fevral tarixə kimi həmin təşkilatda müdir işləmişdir. Bu da ümumilikdə 16 il 2 ay 24 gün olmaqla 5 ildən artıq müddətə dövlət qulluğu vəzifəsi mövcud olmadığı dövrə görə dövlət, sovet, partiya orqanlarında çalışmasını göstərir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”na görə, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikası Prezidenti tərəfindən təs diq edilən vəzifələrin Prezidentin 2003cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanında nəzərdə tutulmuş, dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısının 1.20-ci bəndinə görə Bakı şəhər X2 İcraiyyə Komitəsinin idarə rəisi, müstəqil şöbənin müdiri Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparat ında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Bakı şəhər X2 İcraiyyə Komitəsinin aparatında deyil, onun tabeliyindəki struktur qurumların vəzifələri də aparat vəzifələrinin uyğunlaşdırıldığı vəzifələrə uyğunlaşdırılmalıdır. Çünki “Dövlət qulluğu haqqında” Qanunun 11-ci maddəsinin Qeyd hissəsində göstərilir ki, “dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. Göstərilən müddəadan aydın olur ki, təkcə dövlət orqanlarının aparatı deyil, onların fəaliyyətini təmin edən qurumlar və bölmələri də dövlət orqanının vəzifə, funksiya və səlahiyy ətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət dövlət orqanının struktur vahidi hesab edilir. İddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti başçısının təminedici şöbə müdiri vəzifəsi məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarında dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir. Belə ki, 2017-ci il 1 iyul tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbinə görə “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18dən “Dövlət qulluğu haqqında” Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respu blikası vətəndaşlarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir (20.1.7). Bu Qanunun 20.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylı məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; dövlət qulluğu vəzifəsində 10 ildən yuxa rı qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (20.11). Dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün əsas ən azı 5 il dövlət qulluğu stajına malik olmaqdır ki, bu da dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmış dövlət, sovet, partiya orqanlarındakı iddiaçının vəzifəsinə uyğun gəlir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun çalışdığı Bakı Şəhəri Xalq Deputatları Soveti İc raiyyə Komitəsində mühəndis, baş əmtəəşünas və baş mühəndis vəzifələrinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə, X1 müvəqqəti müdiri, Tikinti Materialları şöbəsinin müdiri, Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri, həmin təşkilatda idarə rəisi, müdir vəzifələrinin isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılması, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında təminedici şöbə müdiri vəzifəsi dövlət məvacibinin (vəzifə maaşı, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq) orta aylıq məbləğinin 80 faizi miqdarında 2016-cı il 5 may tarixdən dövlət qulluqçusu olaraq qulluq stajına görə iddiaçıya əmək pensiyasına əlavələr təyin edilməsi (sonrakı a rtımlar nəzərə alınmaqla) və pensiyanın yenidən hesablanmaqla yaranmış fərq məbləği ilə birgə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli,2-1(82)-3264/2018 nömrəli (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı çalışdığı Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsində mühəndis, baş əmtəəşünas və baş mühəndis vəzifələri Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə, Texniki Təchizat Bazasının müvəqqəti müdiri, Tikinti Materialları şöbəsinin müdiri, Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri, həmin təşkilatda idarə rəisi, müdir vəzifələri isə Bakı Şəhər İcra Hakimiyyəti b aşçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılması, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında təminedici şöbə müdiri vəzifəsi dövlət məvacibinin (vəzifə maaşı, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq) orta aylıq məbləğinin 80 faizi miqdarında xx xxx 2016-cı il tarixdən dövlət qulluqçusu olaraq qulluq stajına görə İddiaçı əmək pensiyasına əlavələr təyin edilməsi (sonrakı artımlar nəzərə alınmaqla) və pensiyanın yenidən hesablanmaqla yaranmış fərq məbləği ilə birgə birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qərarı ilə iddiaçının iddiasının təmin edil məsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 2.2.1, 2.2.2, 33.1, 52, 68.1, 68.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 9-cu hissəsinə, «İnzibati icraat haqqında» Qanunun 13-cü maddəsinə, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə, «Dövlət qulluğu haqqında» Qanunun 8.1, 22.2, 22.7-ci maddələrinə əsaslanmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2 -1(103)223/19nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Cahangir Yusifov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, iddianın rədd edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddiasının təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasınınxx.xx.2019-cu il tarixli, 2-1(102)2265/2019 nömrəli (hakimlər İlqar Hüseynov - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və Azər Hüseynov) qərarı ilə iddiaçının kasasiya şikayətinin qismən təmin edilməsi,apelyasiya instansiyası mə hkəməsininxx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-2596/2019 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Həmid Həmidov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi bu qərarı qəbul edərkən eyni normalara istinad etmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,«Əmək pensiyaları haqqında» Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin uyğunlaşdırılması siyahısı verilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 20.1.7-ci maddəsinə görə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etm iş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, ve rgi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 23-cü maddəsinə görə dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. Dövl ət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 15 ildir. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericilik, müvafiq icra və məhkəmə hakimiyyəti orqanlarının müəyyən etdiyi miqdarda ömürlük müavinət təyin edilir. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən e dilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın 6-cı bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömr əli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın 1.20-ci bəndinə görə Bakı şəhər X2 İcraiyyə komitəsinin aparatında bütün ixtisaslar dan olan böyük mühəndislər, bütün ixtisaslardan mühəndislər Bakı Şəhər İcra Hakimiyyəti (bundan sonra BŞİH) başçısının Aparatında məsləhətçi vəzifəsinə, BŞXDSİK-nin aparatında idarə rəisi, müstəqil şöbənin müdiri BŞİH başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Məhkəmə isə BŞXDSİK-nin aparatında deyil, onun tabeliyindəki struktur qurumlarına, vəzifələrini də aparat vəzifələrinin uyğunlaşdırıldığı vəzifələrə uyğunlaşdırmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 21(103)-2596/19 saylı qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi haqqında yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabde hin vəkili C.Əhmədov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2596/19 saylı qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi haqqında yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2596/2019 saylı qərarı qismən, yəni, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının «ixtisas dərəcəsinə» və «hakimiyyət səlahiyyətinin icrasına» görə əlavə haqq təyin edilməsi hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərb aycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya ins tansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli, 2-1(103)-2596/19 saylı qərarla cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)-3264/18 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə, «Dövlət qulluğu haqqında» Qanunun 7.1, 8.1, 22.7-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dəfə Ali Məhkəmənin İ nzibati-İqtisadi Kollegiyasının məhkəmə baxışı predmeti olmuş və bunun nəticəsi olaraq xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-2265/19 saylı qərar qəbul edilmişdir ki, həmin qərarla iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Sözügedən qərarın «Əsaslandırma hissəsi»ndə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə qənaətə gələrkən işdəki hansı sübutlara əsasən gəldiyini qərarda əsaslandırmamışdır. Həmçinin Ali Məhkəmənin sözügedən qərarında qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi Bakı Şəhər X3 İcraiyyə Komitəsinin «Bakıbaştikinti» İdarəsi ilə bağlı mə lumatların əldə edilməsi üçün müvafiq sorğularla Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə və X4 Komitəsinə müraciətlər etsə də, həmin müraciətlərə cavab almadan iş üzrə yekun qərar qəbul etmişdir. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəyə baxarkən Ali Məhkəmənin qərarında yazılmış məcburi xarakter daşıyan sözügedən göstərişləri əsasən yerinə yetirmiş və iş üzrə qismən düzgün nəticəyə gəlmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxx 1975-ci il tarixdən xx xxx 1978-ci il tarixədək olan müddətdə ASSR BŞXDSİK «BakıBaşTikinti» İdarəsində baş əmtəəşünas (2 il 5 ay 4 gün), sonuncu tarixdən xx xxxxx 1979-cu il tarixədək X1 müvəqqəti rəisi (11 ay 6 gün), sonuncu tarixdən xx xxxxxx 1980-ci il tarixədək baş əmtəəşünas (8 ay 20 gün), sonuncu tarixdən xx xxx 1981-ci il tarixədək kompektləşdirmə üzrə mühəndis (1 il 5 ay 18 gün), sonuncu tarixdən xx xxxxxxxx 1982-ci il tarixədək Tikinti Materialları şöbəsinin rəisi (1 il 3 ay 28 gün), sonuncu tarixdən xx xxxxxx 1984-cü il tarixədək Tikinti Materialları şöbəsinin mühəndisi (2 il 3 ay 4 gün), sonuncu tarixdən xx xxxxx 1985-ci il tarixə kimi baş mühəndis (3 ay 11 gün), sonuncu tarixdə İdarənin statusunun dəyişib Trestə keçməsi ilə bağlı xx xxxxx 1985-ci il tarixdən xx xxxxxx 1988-ci il tarixə kimi BŞXDSİK-nin BakıBaşTikinti Baks antexnoelektrikquraşdırma trestində şöbə rəisi (2 il 09 ay 29 gün), sonuncu tarixdən xx xxxxxx 1990-cı il tarixə kimi həmin təşkilatda idarə rəisi (2 il 6 ay 15 gün), bu tarixdən xx xxxxxx 1990-cı il tarixə kimi isə fasiləyə yol verib göstərilən tarixdən xx xxxx 1991-ci il tarixə kimi həmin Trestin tabeliyindəki Xalis kompleks kooperativində sədr müavini (7 ay 5 gün), xx xxxxx 1991-ci il tarixdən xx xxxxx 1991-ci il tarixə kimi BŞXDSİK-nin Təsərrüfatlararası Layihə mənzil tikinti birliyində baş mühəndis (21 gün), sonuncu tarixdən xx xxxxxx 1992-ci il tarixə kimi həmin təşkilatda müdir (9 ay 2 gün) işləmişdir. Göründüyü kimi, iddiaçı cəmi 16 il 2 ay 14 gün BŞXDSİK-da müxtəlif vəzifələrdə işləmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya xx xx xxxx 2016-cı il tarixdən pensiya hüququ yarandığından yaşa görə əmək pensiyası təyin edilmiş və hazırkı dövrədək ödənilir. İddiaçı 16 il 2 ay 24 gün (fasiləsiz iş stajı ilə birlikdə) BŞXDSİK-da mühəndis, baş əmtəəşünas və baş mühəndis, X1 müvəqqəti müdiri, Tikinti Materialları şöbəsinin müdiri, Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri, həmin təşkilatda idarə rəisi, müdir vəzifələrində çalışmışdır. Həmin orqanlarda çalışanların vəzifələri isə pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadığına görə cari dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına əm ək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın 6-cı bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Prezidentin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısının 1.20-ci bəndinə görə BŞXDSİK-nın aparatında bütün ixtisaslardan olan böyük mühəndislər, bütün ixtisaslardan mühəndislər Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə, BŞXDSİK-nın aparatında idarə rəisi, müstəqil şöbənin müdiri BŞİH başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Bununla əlaqədar olaraq q eyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq göstərmişdir ki, BŞXDSİK-nın aparatında deyil, onun tabeliyindəki struktur qurumların vəzifələri də aparat vəzifələrinin uyğunlaşdırıldığı vəzifələrə uyğunlaşdırılmalıdır. Xüsusi olaraq qeyd edilməlidir ki, Bakı Şəhər X2 İcraiyyə Komitəsinin «BakıBaşTikinti» İdarəsi təsərrüfat hesablı deyil, dövlət qurumu idi. İddiaçı BŞXDSİK-da mühəndis (3 il 11 ay 22 gün), baş əmtəəşünas (3 il 1 ay 24 gün) və baş mühəndis (5 ay 03 gün) vəzifələrində çalışdığından həmin vəzifələr Siyahının 1.20-ci bəndinə uyğun olaraq BŞİH başçısının Aparatında məsləhətçi, X1 müvəqqəti müdiri (11 ay 6 gün), Tikinti Materialları şöbəsinin müdiri (11 ay 27 gün), Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri (2 il 09 ay 29 gün), həmin təşkilatda idarə rəisi (2 il 6 ay 15 gün), müdir (10 ay 2 gün) vəzifələrində çalışdığından, apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, həmin vəzifələr isə Siyahının eyni bəndinə uyğun olaraq BŞİH başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılmalıdır və İddiaçı BŞİH başçısının təminedici şöbə müdiri vəzifəsi məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarında dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir. Belə ki, xx xxxx 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun tələbinə görə «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanı nın müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir (20.1.7). Bu Qanunun 20.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq st ajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (20.11). Eyni zamanda apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün əsas ən azı 5 il dövlət qulluğu stajına malik olmaqdır ki, bu da iddiaçının dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmı ş dövlət, sovet, partiya orqanlarındakı vəzifəsinə uyğun gəlir. xx xxxxxx 2016-cı il tarixdə də «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə və bu maddənin «Qeyd» hissəsinə əsasən azı 12 il sığorta stajı olan və 64 yaşına çatmış kişi kimi iddiaçıya Şöbə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. 15 il dövlət qulluğu vəzifəsində qulluq stajı olan şəxs kimi iddiaçıya dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarında dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir. Bu halda dövlət məvacibinin orta aylıq məbləği dövlət qulluğunun istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğinə uyğun müəyyən edilməlidir. BŞXDSİK-nın idarə rəisi, müstəqil şöbənin müdiri BŞİH başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırıldığından, həmin vəz ifələrdə ardıcıl gələn 60 ay ərzində çalışdığından (ümumilikdə 5 il 4 ay 14 gün olmaqla 2 il 9 ay 29 gün BŞXDSİK-nin BakıBaşTikinti Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri, 2 il 6 ay 16 gün həmin təşkilatda idarə rəisi) bu vəzifəyə uyğun olaraq ona dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilərək ödənilməlidir. Həmçinin, iddiaçıya BŞİH başçısının Aparatında təminedici şöbə müdiri vəzifəsinin məvacibinə uyğun pensiya təyin edilərək ödənilməlidir. Çünki Siyahı uyğunlaşdırılmış vəzifələrin təminedici, yoxsa yardımçı şöbə müdiri kimi differensasiya etməsə də, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 02 dekabr tarixli 135 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 3 nömrəli Əlavə kimi «AR-da dövlət qulluqçularının aylıq vəzifə maaşları» Siyahısı BŞİH başçısının Aparatında tə minedici və yardımçı şöbə müdiri vəzifələrinin vəzifə maaşını differensasiya edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»nun 1.6-cı bəndinə əsasən dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) təminedici bölmələri dedikdə, müvafiq dövlət hakimiyyəti orqanlarının tapşırığı ilə onların vəzifə, funksiya və səlahiyyətlərini həyata keçirən, habelə həmin bölmələrin səlahiyyətinə aid edilmiş məsələləri özləri həll edən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. 1.7-ci bəndinə əsasən isə yardımçı bölmələri dedikdə, müvafiq dövlət hakimiyyəti orqanlarının vəzifə, funksiya və səlahiyyətlərini həyata keçirməyə yardım edən, habelə təminedic i bölmələrin işinin təşkilinə kömək edən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. 1.10-cu bəndin tələbinə əsasən dövlət orqanlarında aşağıdakı yardımçı vəzifələr nəzərdə tutulur: baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər). Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının rəhbərlik etdiyi şöbə və idarələr mühəndislər vəzifələrindən (BŞİH başçısının Aparatında məsləhətçi) təşkil edildiyindən (iddiaçının həmin şöbədə mühəndis vəzifələrində çalışması bunu təsdiq edir), bu vəzifələr isə yardımçı deyil, inzibati vəzifələr hesab edildiyindən məvacibi təminedici şöbə müdiri vəzifə maaşına uyğun nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın 2-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Prezident tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 6-cı bəndinə əsasən isə, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalı şmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2003-cü il tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Buna görə də apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, «Qeyd edilən qanunvericilik aktlarının tələblərindən irəli gələrək iddiaçıya dövlət qulluqçusu vəzifəsinin dövlət məvacibi üzrə pensiya təyin edilərkən vəzifə maaşı, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləği nəzərə alınmalıdır». Mə hkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qismən, yəni «ixtisas dərəcəsinə» və «hakimiyyət səlahiyyətlərinin icrasına görə» müddəalar istisna olunmaqla şərti ilə razıdır, belə ki, yuxarıda adıçəkilən məsələlər iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının “ixtisas dərəcəsinin” olmasına və “hakimiyyət səlayətlərinin icrası”na görə hər hansı bir vəsaitinin alınması barədə sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2596/2019 saylı qərarı qismən, yəni, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının «ixtisas dər əcəsinə» və «hakimiyyət səlahiyyətinin icrasına» görə əlavə haqq təyin edilməsi hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2596/2019 saylı qərarı qismən, yəni, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-1821/2019 nömrəli qərarının «ixtisas dərəcəsinə» və «hakimiyyət səlahiyyətinin ic rasına» görə əlavə haqq təyin edilməsi hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. İddia həmin hissədə rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar