Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1180/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Binəqədi rayon Xidmət nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (işlədiyi illərin iş stajı hesab edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Binəqədi rayon Xidmət nümayəndəliyinə qarşı iddiaçının 01.10.2002-ci ildən 01.05.2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işləməklə həmin illər onun iş stajı hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-752/2021 nömrəli iş üzrə 03.03.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddiaçının 01.10.2002-ci ildən 01.05.2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsin də süpürgəçi (dalandar) vəzifəsində işləməklə həmin illərin onun iş stajı hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda əmək pensiyası almaq üçün cavabdehə müraciət etdikdə ona bildirilmişdir ki, əmək kitabçasında 78 saylı MKİS-də işləməyi qeyd edilsə də, onun məcburi dövlət sığorta haqlarının ödənilməsi barədə PAS sistemində heç bir məlumat əks edilməmiş və fərdi hesabın sığorta hissəsində hər hansı bir pensiya kapitalı əks edilmədiyindən ona yaşa görə əmək pensiyasi təmin edilə bilməz. Göründüyü kimi, onun 01.10.2002-ci ildən 01.05.2010-cu ilə qədər işlədiyi dövrlər iş stajı kimi hesab edilmir. Hal buki o, 01.10.2002-ci ildən 01.05.2010cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzəfəsində işləmiş və ona Sosial Sığorta şəhadətnaməsi də verilmişdir. Lakin idarənin təqsiri səbəbindən ondan məcburi sosial sığorta haqları tutulmamışdır.
3. Daha sonra cavabdehin adının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyi” kimi oxunması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
4. Birinci instansiya məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(112)-3705/2020 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 01.10.2002-ci il tarixdən 01.05.2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işlədiyi dövr üzrə iş stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan ona əmək pensiyasının təyin edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyinin üzərinə qoyulması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 26 və 38-ci maddələrinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə, Azərbaycan Respublikasının “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanununun 1 və 4.1-ci maddələrinə, Azərbaycan Respublikası “Sosial sığorta haqqında” Qanununun 2, 8, 14.1, 14.2-ci maddələrinə, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18.10.2014cü il tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır.
6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(112)-3705/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 21(103)-752/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(112)-3705/2020 nömrəli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2 və 7-ci maddələrinə, Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun 8, 14.1, 14.2, 14.6-cı maddələrinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 21.1-ci maddəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı 11.12.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiy alarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
9. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, ödənilməli olan sosial sığorta haqqının işəgötürən müəssisələr (sığortaedən) tərəfindən deyil, bilavasitə işçilər (sığortaolunan) tərəfindən ödənilməsi qanunda nəzərdə tutulmayıb. Sığortaedənin (işəgötürənin) öz öhdəliyini vaxtında və tam icra etməməsi iddiaçını sosial təminat hüququndan məhrum edə bilməz. İddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə və iş stajına malik olsa da sosial təminat hüququndan məhrum olmuşdur. Sığortaedən məcburi dövlət sosial sığorta haqlarını «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə DSMF bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş (Əlavə N1) göndərir. Göründüyü kimi, bildiriş DSMF orqanı tərəfindən sığortaolunana deyil, məhz sığortaedənə göndərilir. Sığortaedən 2 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyi tərəfindən məcburi dövlət sosial sığorta haqqının İddiaçı fərdi şəxsi uçot hesabına köçürülməsi prosesinin gecikdirilməsi sığortaolunanın (iddiaçı) deyil, sığortaedənin təqsir və məsuliyyətsizliyindən baş vermi şdir. İddiaçı Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində vəzifəli şəxs kimi deyil, süpürgəçi (dalandar) kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək müqaviləsi üzrə onun üçün müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirmişdir. O, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə nəzarət funksiyasına həyata keçirən şəxs olmadığından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsindən xəbərsiz olmuşdur. Bu halda o, qanunvericiliklə nəzərdə tutulmuş sosial təminat hüququndan məhrum qalmamalıdır.
10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(103)-752/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş e tmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
1. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.03.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
2. İşdə iştirak edən şəxslər məhkə mə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
12. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
14. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik n ormalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03.03.2021-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəru ri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri əsaslıdır.
18. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
19. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
20. Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir.
21. Həmin Qanunun 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
22. Həmin Qanunun 14.6-cı maddəsinə əsasən bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.
23. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət fo rmasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
24. Göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və ən mühüm şərt onun işlədiyi dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir.
25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı 11.12.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
26. Həmin qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara ə sasən müəyyən edilir.
27. Beləliklə 01.01.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunan fərdi uçot məlumatları əsasında müəyyən edilir, yəni Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur.
28. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işdə olan “sığortaolunanın hesabı”nda qeyd edilmişdir ki, 2006-cı ildən 2010-cu ilə kimi iddiaçı üçün hesablanmış məcburi dövlət sosial sığorta haqları iddiaçının işlədiyi dövrdə onun əmək haqqından çıxılaraq (qanunla müəyyən edilmiş faiz nisbəti nəzərə alınmaqla) müəssisə tərəfindən aidiyyatı üzrə ödənilməmişdir.
29. Həmçinin apelyasiya instansiyası məh kəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş 25 saylı 05.03.2018-ci il tarixli və 68 saylı 13.06.2018-ci il tarixli ödəniş tapşırıqlarına əsasən (i.v. 40, 41) 2 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyi tərəfindən 05.03.2018-ci il və 13.06.2018-ci il tarixlərdə ABB Nərimanov Filialı vasitəsi ilə DSMF-nin Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş Departamentinin hesabına ümumilikdə 1161.40 (580,70+580,70) manat məbləğində pul köçürülmüş, odənişin təyinatı və əsası kimi “İddiaçı üçün məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir” göstərilmişdir.
30. Buna görə də apelyasiya məhkəməsi sözügedən ödəniş tapşırıqlarına əsasən ödənilmiş sosial sığorta haqlarına münasibətdə hesab edir ki, həmin ödənişlərin aparılması iddiaçının 01.10.2002-ci i ldən 01.05.2010-cu ilə kimi işlədiyi illərin onun iş stajı kimi hesab edilməsi üçün əsas vermir. Belə ki, əvvəla həmin ödəniş tapşırıqlarında ödənişin iddiaçı üçün sosial sığorta haqqı olaraq ödənildiyi göstərilsə də, bu ödənişlərin iddiaçının müəssisədə işlədiyi məhz hansı illər üzrə aparıldığını və onun müəssisədə işlədiyi müddət üzrə ödənilməli olan sosial sığorta haqlarını tam əhatə edib-etmədiyini müəyyən etmək mümkün deyil.
31. Bundan başqa apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının sığortaedəni - 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçı üçün ödənilmiş sosial sığorta haqları ilə bağlı təqdim olunmuş hər iki ödəniş tapşırığından görünür ki, bu sosial sığorta haqlarının ödənişi 2018-ci ildə aparılmışdır. Halbuki, iddiaçıya məxsus əmək kit abçasından görünür ki, o, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinın 78 saylı Mənzil Kommunal İstismar Sahəsində tutduğu vəzifəsindən 01.05.2010-cu ildə azad olunmuş və onun əmək müqaviləsinə həmin tarixdə xitam verilmişdir. Beləliklə, iddiaçı üçün ödənilən sosial sığorta haqları müəssisə tərəfindən onun işdən azad olunduqdan sonra, yəni 2018-ci ildə aparılmışdır.
32. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 27.10.2020-ci il tarixli məktuba əsasən (i.v. 55) 01.01.2006-cı il tarixdən 01.01.2017-ci il tarixədək olan dövr üzrə sığortaedən 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar”a (Forma B1) əsasən yaranmış məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borcu tam şəkildə sığortaedən tərəfindən Fondun hesablaşma-hesabına ödənilmədiyi üçün həmin dövrdə müəssisədə çalışmış sığortaolunanların fərdi şəxsi hesablarında hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nisbətdə tam əks olunmamışdır. Sığortaedən 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 05.03.2018-ci il tarixdə 580,70 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqqı ödəniş ardıcıllığına uyğun olaraq (ilk öncə cari borc ödənildikdən sonra debitor borc ödənilir) sığortaedən tərəfindən təqdim edilmiş 2018-ci ilin 1-ci rübü üzrə “Məcburi d övlət sosial sığortası üzrə hesabat”da adları qeyd olunan sığortaolunanlar üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nəzərən proporsional qaydada bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunmuşdur.
33. Buna görə də apelyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı üçün 2006-cı ildən 01.05.2010-cu ilə kimi məcburi dövlət sosial sığorta haqlarının məhz iddiaçının işlədiyi dövrdə əmək haqqından ödənilmədiyini, bu məqsədlə 05.03.2018-ci il və 13.06.2018-ci il tarixlərdə DSMF-nin Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş Departamentinin hesabına ümumilikdə 1161.40 (580,70+580,70) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilsə də, bu ödənişlərin iddiaçının müəssisədə işlədiyi müddət üzrə öd ənilməli olan sosial sığorta haqlarını tam əhatə edib, onun fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqqına aid edilmədiyindən 2018-ci ildə müəssisə tərəfindən aparılan ödənişlər iddiaçının tələbinin təmin olunması və 01.10.2002-ci ildən 01.05.2010-cu ilə kimi işlədiyi illərin onun iş stajı kimi hesab edilməsi üçün əsas vermir.
34. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisənin həll edilməsinə səthi və formal yanaşmış, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin düzgün həll edilməsi üçün lazım olan əlavə sübutları toplamamış, nəticə etibarı ilə də İPM-nin 12.1, 58.7, 68.2-ci maddələrini pozmaqla iş üzrə düzgünolmayan qərar qəbul etmişdir.
35. Belə ki, qeyd edilməlidir ki, “Sosial sığorta haqqında” Qanunun 14.6-cı maddəsinə əsasən bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.
36. Burada xüsusi olaraq qeyd edilməlidir ki, hazırkı işdə nəzərə alaraq ki, iddiaçının adından 78 saylı MİS tərəfindən 2 dəfə 580 manat ödənilmişdir, əlavə sübutlar tələb etmədən və onlar tam və hərtərəfli araşdırmadan bütün məsuliyyəti fiziki şəxsin (işçinin) üzərinə qoyulması düzgün olmamaqla yanaşı, həm də yanlışdır.
37. Belə ki, apelyasiya məhkəməsi tərəfindən cavabdehdən 78 saylı MİS mübahisəli dövr üzrə tam hesabat cədvəli tələb e dilməli və araşdıraraq ona hüquqi qiymət verilməli idi.
38. Ümumiyyətlə qeyd edilməlidir ki, işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçi deyil, işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir.
39. Eyni zamanda cavabdehin də, məhz işəgötürəndən, işçidən deyil, məcburi sığorta haqqının müəyyən edilmiş qaydada və vaxtda cavabdehə ödənilməsinə nəzarət etmək bu istiqamətdə və lazımi tədbirlər görmək qanunla verilmiş səlahiyyətləri mövcuddur ki, hazırkı işdə bu məsələ ümumiyyətlə araşdırma predmeti olmamış, nəticə etibarı ilə ona hüquqi qiymət verilməmişdir.
40. Belə olan halda məhkəmə kollegiyası hesab edir k i, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03.03.2021-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 21(103)-752/2021 nömrəli qərarı ləğv edilsin. İş baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.