Məhkəmə qərarları › İş №2-1(102)-1181/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1181/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1181/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyinin qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı1 (İddiaçı2 qəyyumu) (xx.xx.1953-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “fəaliyyət qabiliyyəti olmayan qızı İddiaçı2 zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(107)-104/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Zaqatala rayonu İcra Hakimiyyəti başçısının 60 nömrəli, 28 aprel 2020-ci il tarixli Sərəncamı ilə İddiaçı2 üzərində anası X2 öz razılığı ilə qəyyum təyin edilmişdir.

2. Zaqatala rayon Muxax kəndində yerləşən 0,0305 ha həyətyanı torpaq sahəsinə İddiaçı2 mülkiyyət hüququ 27 avqust 2016-cı il tarixdə qeydiyyata alınmışdır.

3. İddiaçı2 həmin 0.03 ha. həyatyanı torpaq sahəsində 76 kv. m. ümum i sahəsi olan fərdi yaşayış evi vardır. 4. 2012-ci ildə respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən Zaqatala rayonu ərazisində zərər çəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Baxış zamanı tikinti vəziyyəti haqqında 23 may 2012-ci il tarixli baxış aktı tərtib olunmuş və həmin aktda qeyd olunmuşdur ki, İddiaçı2 məxsus olan fərdi yaşayış evinə 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş və İddiaçı2 evinin vəziyyəti “bərpa gücləndirmə” kimi müəyyən edilmişdir.

5. İddiaçı2 məxsus fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmişdir Vətəndaşlara kompensasiya ödənişi cədvəlində iddiaçıya “ödə niləcək məbləğ” 4000 manat olaraq qeyd edilmişdir. Evin bərpası üçün 4000 AZN pul vəsaiti poçtda daxil olmuş və həmin vəsait iddiaçının qızı tərəfindən alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 24 fevral 2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək fəaliyyət qabiliyyəti olmayan qızı İddiaçı2 zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evlər tikildiyi halda, onlara məxsus dağılan fərdi yaşayış evi hələ də tikiləsi evlər siyahısına daxil edilməmişdir. İddiaçının fəaliyyət qabil iyyəti olmayan qızı İddiaçı2 zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

9. Şəki İnzibati Məhkəməsinin 8 dekabr 2020-ci il tarixli, 2-1(116)-96/2020 nömrəli qərarı (hakim: X9) ilə iddia təmin edilmiş, iddiaçının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş qızı İddiaçı2 Zaqatala rayon Muxax kəndində yerləşən, zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş qızına məxsus olan fərdi yaşayış evi zəlzələ nəticəsində yararsız vəziyyətə düşdüyünə görə, o, həmin fərdi yaşayış evinin tikintisini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli, 2-1(107)-154/2021 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X10 və X11) ilə Şəki İnzibati Məhkəməsinin 8 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2-1(102)-2330/2021 nömrəli qərarı (hakimlər: Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimov) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli, 2-1(107)-154/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarında ziddiyyətlər mövcud olmuş və apellyasiya məhkəməsi tərəfindən həmin ziddiyyətlər araşdırılmamışdır. Bunun nəticəsində iş üzrə düzgün olmayan məhkəmə qərarı qəbul edilmişdir. Bununla yanaşı, iddiaçının ödəniş cədvəlində evin ünvanı Zaqatalanın Zəyəm kəndində göstərildiyi halda, işin torpağa dair çıxarışl arda və ekspert rəyində Zaqatala rayonunun Muxax kəndi yazılmışdır. Lakin, apellyasiya məhkəməsi işin bu hallarını da araşdırmamışdır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(107)-104/2022 nömrəli qərarı (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X6 və X12) ilə Şəki İnzibati Məhkəməsinin 8 dekabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Göründüyü kimi cavabdehin inzibati praktikası əsasən fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəydiyi halda köməklik göstərilməsindən ibarətdir

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və yenidən işin baxılması üçün apellyasiya instansi yası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində qeyd edilmişdir ki, 2012-ci ilin may ayında baş verən zəlzələ nəticəsində İddiaçı1 fəaliyyət qabiliyyətini itirən İddiaçı2 2011-də tikilmiş 3 otaqlı 76 km-lik evi tamamilə dağılmışdır. Tikintidə X4 Agentliyinin nümayəndələri tərəfindən dağılmış evə baxış keçirilmiş və 23 may 2012-ci il tarixli Baxış Aktına əsasən İddiaçı2 evi qəzalı olaraq yazılmışdır. Lakin 7 il sonra, 2019-cu ildə qəzalı evlərə yenidən baxış keçirilərkən mülkiyyətçinin 2012-ci ildə qəzalı yazılan evi kənarda şübhəli olaraq karandaşla bərpa kimi yazılmışdır ki, nəticədə bu günə kimi ev yenidən tikilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetini n 8 may 2012-ci il tarixli, 117 s nömrəli sərəncamı ilə 2012-ci ilin may ayının 7-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq Prezidentin Ehtiyat fondundan 20 milyon manat, sonradan isə 380 milyon manat vəsait ayrılmışdır. Hələ də həmin evlərin tikintisi davam edir. Agentlik isə hazırda vəsaitləri olmadığından mülkiyyətçinin evinin tikintisinin mümkün olmadığını iddia etmişdir. Bundan əlavə qeyd edilməlidir ki, qəzalı vəziyyətdə olan, tamamilə dağılmış evə cəmi 4000 (dörd min) manat pul ayrılmışdır ki, həmin pullarda 2012-ci il zəlzələsindən tamamilə dağılmış evi yenidən söküb-tikmək mümkün olmadığından ayrılan pul poçtdan götürülməmişdir. İddiaçı1 özünə məxsus olan ev üçün ayrılmış 5000 (beş min) manat pulu götürərək qeydiyyatda olduğu və yaşadığı evində t əmir bərpa işi aparmışdır.

21. Hesab edilməlidir ki, məhkəmə tərəfindən işdə mövcud olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bir sıra sübutlar nəzərə alınmamış, iş üçün əhəmiyyət kəsb edən bir sıra hallar araşdırılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı2 məxsus olan və Zaqatala rayonu Muxax kəndində yerləşən ev hazırda yaşayış üçün yararsız vəziyyətdədir, Tədqiq olunan yaşayış evində baş vermiş zəlzələ nəticəsində, divarların çatladığı və bir-birindən aralandığı, döşəmənin yararsız hala, hörgü daşlarının bəzi yerlərdə yerindən çıxdığı və ümumilikdə yaşayış evinin yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Buna görə də, həmin yaşayış evinin istifadəyə yararlı vəziyyətə gəti rilməsi üçün sökülərək yenidən inşa edilməsi zəruri hesab edilmişdir. Ekspertiza mərkəzinin belə bir rəyi olmasına baxmayaraq məhkəmə sübutlara qiymət verərkən rəyi nəzərə almamış və cavabdeh tərəfin apelyasiyasını əsaslı hesab etmişdir. Ekspert tərəfindən belə bir rəy verildiyi halda cavabdeh tərəf iddia etmişdir ki, İddiaçı2 4000 manat kompensasiya verilmişdir. Həmin məbləğ zəlzələdən tamamilə dağılan evin bərpası üçün verilmişdir. Halbuki, rəydən müəyyən olunmuşdur ki, ev bərpa yox, yenidən sökülərək tikilməlidir. Belə olan halda tərəfə verilən kompensasiya ilə evin yenidən inşası mümkün deyil.

22. İddiaçı məhkəməyə izahat təqdim edərək qeyd etmişdir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Agentliyinin vəkilləri Vəkil1 və Xeyrulla Cabbarov məhkəmə zamanı bildirmişdirlər ki, mülkiyyətçinin may 2012-ci il zəlzələsindən dağılan evi həqiqətən qəzalıdır lakin cavabdehin ev tikmək üçün fondu yoxdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı Zaqatala rayonu, Muxax kənd sakini Zaqatala rayonu, Zəyəm kənd sakini İddiaçı2 evinə baxış keçirilmiş və 23 may 2012-ci il tarixində İddiaçı2 adına baxış aktları tərtib olunmuşdur. Həmin Aktlara uyğun olaraq evlər bərpa gücləndirməyə ehtiyac olan kimi qeyd olunmuşdur. Bununla bağlı, dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına müvafiq tədbirlər yerinə yetirilmişdir. Bərpa işlərinin aparılması ilə əlaqədar olaraq birdəfəlik yardımlar ödənilmişdir. İddiaçı2 4000 AZN (dörd min manat, 00 qəp.) birdəfəlik maddi yardım ödənilmişdir. Eyni za manda, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci it tarixli, 185-İVQ saylı Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 38-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, mülkiyyətçi öz evini icbari qaydada sığortalamalı olmas ına baxmayaraq lakin bunu etməmişdir.

24. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Bunlara baxmayaraq Azərbaycan Respublikasının dövləti zəlzələdən zərər çəkmiş minlərlə vətəndaşlara, o cümlədən də iddiaçıya yardım edərək, həmin vətəndaşların evləri d övlət büdcəsi vəsaiti hesabına bərpa etmiş və ya yenidən tikmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli, 117s nömrəli sərəncamı 2012-ci il mayın 7-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələ nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılması qərara alınmışdır.

26. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə

28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı

28. İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna ed ən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

96. Ali Məhkəmədə icraat... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏD LƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki hazırkı işin mübahisələndirilməyən h alı ondan ibarətdir ki, iddiaçının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş qızı İddiaçı2 məxsus olan fərdi yaşayış evinə 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş, cavabdeh tərəfindən həmin evə baxış keçirilərək evin qəzalı vəziyyətə düşdüyü müəyyən edilərək tikinti vəziyyəti haqqında 23 may 2012-ci il tarixli baxış aktı ilə İddiaçı2 evinin vəziyyəti “bərpa gücləndirmə” kimi qeyd edilmiş və evin bərpasına 4000 manat məbləğində vəsait iddiaçının qızına köçürülmüşdür.

33. Daha sonra mülkiyyətçi İddiaçı2 qəyyumu İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan qızı İddiaçı2 dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi tələbi ilə 1 avqust 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir.

34. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, qəzalı vəziyyətdə olan, tamamilə d ağılmış evə cəmi 4000 (dörd min) manat pul ayrılmışdır ki, həmin pulla 2012-ci il zəlzələdən tamamilə dağılmış evi yenidən söküb-tikmək mümkün olmadığından ayrılan pul poçtdan götürülməmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçi İddiaçı2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilənədək (4 mart 2020-ci il) 2012-ci ildə müəyyən olunmuş evinin vəziyyəti ilə bağlı 23 may 2012-ci il tarixli baxış nəticəsində cavabdeh tərəfindən tərtib edilmiş baxış aktını müvafiq qaydada mübahisələndirməmiş, həmin zəlzələ baş verdikdən sonra 8 il ərzində evin bərpası ilə bağlı hərəkət etməmiş, nəticədə isə ev yararsız vəziyyətə düşmüşdür.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli, 117s nömrəli sərəncamında qeyd edilmişdir ki, 2012-ci il mayın 7-də episentri Zaqat ala rayonunun ərazisində olan zəlzələ nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılması qərara alınmışdır.

37. Cavabdeh inzibati orqan Nazirlər Kabinetinin qeyd olunan sərəncamı əsasında üzərinə qoyulan məsuliyyəti yerinə yetirmiş, həmin evlərə dəymiş ziyanı müəyyən etmiş və iddiaçıya zəlzələ nəticəsində dəymiş ziyanı müəyyən edilmiş miqdarda ödəmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı ins tansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına gör ə apellyasiya məhkəməsi zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyinin qoyulması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan zəlzələdən dağılmış evinin əvəzi nə yeni yaşayış evinin tikilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir.

42. Əlavə olaraq iddiaçının Ali Məhkəməyə təqdim etdiyi hazırkı qərarın 22-ci bəndində qeyd olunan izahatın dəlili ilə bağlı məhkəmə iclas protokollarında cavabdehin mülkiyyətçinin may 2012-ci il zəlzələsindən dağılan evi həqiqətən qəzalıdır lakin cavabdehin ev tikmək üçün fondu yoxdur ifadəsi mövcud olmamışdır.

43. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də Ali Məhkəmənin göstərişləri əsasında işin hallarını tam və hərtərəfli araşdırılması təmin edilmişd ir.

44. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(107)-104/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

45. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 21(107)-104/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar