Məhkəmə qərarları › İş №2-1(102)-1182/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1182/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1182/2020 22.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İstehsalat Birliyi “xxxx” XSC, İddiaçı2 və İddiaçı3 SC-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız hesab edilməsini) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçıların vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə, İddiaçılar İstehsalat Birliyi “xxxx” XSC, İddiaçı2 və İddiaçı3 SC-nin cavabdeh Azərbaycan Respublikasının Əqli M ülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs: “xxxx” MMC) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(103)-778/2019 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar cavabdehin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək “x” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1146 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılmasını xahiş etmişlər. X4 xx.xx.2018-ci il tarixli E-1520 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçılar 20 18-ci il 09 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin E-1520 nömrəli xx.xx.2018-ci il tarixli qərarının ləğv olunması və “x” əmtəə nişanının qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli N 2016 1146 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişlər.

3. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, “İstehsalat Birliyi “xxxx” XSC tərəfindən verilmiş iddia ərizəsi əsasında “x” adlı kombinasiya edilmiş əmtəə nişanı 30-cu sinfin əmtəələri üzrə xx.xx.2014-cü il tarixdə 192001 nömrəsi ilə Ukrayna Respublikasında qeydiyyata alınmışdır. 192001 nömrəli şəhadətnamənin əlavələrindən görünür ki, xx.xx.2017-ci il tarixdən etibarən “x” adlı əmtəə nişanının sahibi “İddiaçı2-dir. Eyni zamanda, “xxxx” MMC tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə xx.xx.2016-cı il tarixdə 2016 00562 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və xx.xx.2016-cı il tarixində “x” adlı kombinasiya edilmiş əmtəə nişanı 2016 1146 nömrə ilə qeydiyyata alınmışdır. “İstehsalat Birliyi “xxxx” XSC tərəfindən verilmiş iddia ərizəsi əsasında 30-cu sinfin əmtəələri üzrə “x” adlı əmtəə nişanı xx.xx.2015-ci il tarixdə 47468 nömrə ilə Qazaxıstan Respublikasında qeydiyyata alınmışdır. 2015-ci ildən etibarən “x” adlı əmtəə nişanının sahibi İddiaçı3 SC-dir.

4. Bundan əlavə, İddiaçı3 SC “x” adlı əmtəə nişanını 30-cu sinfin əmtəələri üzrə xx.xx.2013-cü il tarixdə İR ******* nömrə ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında beynəlxalq qeydiyyata aldırmışdır. Əmtəə nişanlarının təsviri hissələrindən görünür ki, müqayisə edilən əmtəə nişanları təsviri hissədən, rənglərin quraşmasından və sözlərdən ibarət yaradılmış əmtəə nişanlarıdır. Müqayisə edilən kombinasiya edilmiş əmtəə nişanlarının həm qrafik, həm də şifahi hissələri tam olaraq üst-üstə düşür. Əmtəə nişanlarının sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbası, rənglərin uzlaşması üst-üstə düşür. Həm “İddiaçı2-yə məxsus olan əmtəə nişanında rus dilində “x” sözləri yazılıb, həm də “xxxx” MMC-yə məxsus olan əmtəə nişanında “x” sözləri yazılıb və onlar tam olaraq eynidir (eyni şrift, eyni əlifba, eyni şriftin növü və s). Əmtəə nişanlarında ideya uyğunluğu, xarici forması, eyni simmetriyanın mövcud olması və xüsusiyyətləri (naturallığı) eynidir. Əmtəə nişanlarının təsviri hissəsində üç növ giləmeyvə göstərilib – çiyələk, moruq və qaragilə. Müqayisə edilən əmtəə nişanlarının hər birində giləmeyvələrin sayı eynidir. Onlar eyni formada və eyni simmetriyada yerləşdirilib. 5. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılan əmtəə nişanlarındakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, əmtəələrin qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. Eyni zamanda, İddiaçı3 SC-yə məxsus olan “x” adlı əmtəə nişanının (47468 nömrəsi ilə Qazaxıstan Respublikasında qeydiyyat) və “xxxx” MMC-yə məxsus olan “x” adlı əmtəə nişanı ilə müqayisəsi zamanı açıq-aydın görünür ki, bu nişanlarda istifadə olunan loqotiplər eynidir. Göstərilmiş əmtəə nişanları qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. 6. “xxxx” MMC-nin birgə iddiaçılar olan xxxx şirkətləri ilə bilavasitə əlaqəsi var idi. Belə ki, “xxxx” şirkəti və “xxxx” MMC arasında xx.xx.2010-cu il tarixdə imzalanmış 893 nömrəli və xx.xx.2012-ci il tarixədək qüvvədə olan və xx.xx.2016-cı il tarixində imzalanmış 0184/8/16 nömrəli və xx.xx.2016-cı il tarixədək qüvvədə olan qənnadı məmulatlarının təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, “xxxx” MMC xxxx şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. 893 nömrəli müqavilə xx.xx.2 011-ci il tarixdə imzalanmış və həmin müqavilə üzrə mal çatdırıldığı zaman yükün kim tərəfindən alınacağı barədə və xx.xx.2013-cü il tarixdə imzalanmış və xx.xx.2013-cü il tarixədək qüvvədə olan 893 nömrəli müqavilənin müddətinin uzadılması barədə əlavə razılaşmalar “xxxx” MMC və “xxxx” şirkəti arasında bağlanmışdır. Göründüyü kimi, xxxx və xxxx arasında olan axırıncı müqavilənin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. “xxxx” şirkəti və “xxxx” MMC arasındakı münasibətlərdən irəli gələn sənədlərdən (bəyannamələr, hesab-fakturalar, qaimələr, spesifikasiyalar) görünür ki, “xxxx” şirkəti “xxxx” MMC-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və məmulatlar arasında həmçinin “x” adlı məmulat mövcud idi. Bu şərtlərə görə “xxxx” MMCnin İddiaçı3 SC ilə bilavasitə əla qəsi var idi. “xxxx” MMC “xxxx” şirkətinin icazəsi olmadan Azərbaycan Respublikasında iddia ərizəsi vermişdir. Məlumat üçün, “xxxx” şirkətinin “x” adlı kombinasiya edilmiş əmtəə nişanını qeydiyyatdan keçirdiyi ölkələr Ukrayna və Qazaxıstan “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın üzv ölkələri sayılır. Göründüyü kimi, “xxxx” şirkəti və “xxxx” MMC arasında olan axırıncı müqavilənin qüvvədə olduğu müddət ərzində - xx.xx.2016-cı il tarixdə “xxxx” MMC “x” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsi vermişdir. “xxxx” MMC “xxxx” şirkətinin distribütoru olduğu zaman “xxxx” şirkətinə məxsus olan nişanın qeydiyyata alınmasına dair iddia ərizəsi vermişdir və bununla da “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 29-cu maddəsinin və Paris Konvensiyasının 6 septies maddəsinin müddəalarını kobud şəkildə pozmuşdur.

7. Apellyasiya Şurasına təqdim edilmiş bəyannamələr, hesab-fakturalar, qaimələr və spesifikasiyalardan görünür ki, “xxxx” şirkətinə məxsus “x” adlı məmulat Azərbaycan Respublikasına “xxxx” MMC-yə məxsus “x” adlı əmtəə nişanın qeydiyyata alınmasından əvvəl idxal olunurdu. Nəzərə alınsa ki, “xxxx” MMC “xxxx” şirkətinin distribütoru olub, “xxxx” şirkətinin mallarını Azərbaycan Respublikasında təchiz edib və “xxxx” şirkətinin məhsulları ilə yaxından tanış idi, belə nəticəyə gəlmək mümkündür ki, “xxxx” MMC “x” adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir. Bununla bağlı, “Əmtəə nişanları və coğrafi gös təricilər haqqında” Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən, istehlakçıları əmtəənin coğrafi mənşəyi ilə əlaqədar yanılda bilən nişanların qeydə alınmasına yol verilmir. “xxxx” MMC-yə məxsus “x” əmtəə nişanı altında Azərbaycan Respublikasında istehsal olunan əmtəələr bazara buraxılsa belə, əmtəə nişanının adının kiril qrafikalı əlifbada rus dilində verilməsi istehlakçıda qeyd olunan əmtəələrin Rusiya Federasiyasında istehsal olunduğu təsəvvürü yaradır. Eyni zamanda, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 10 bis maddəsinə əsasən, sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyəti ilə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bil ən fəaliyyətlər qadağan olunur. Göründüyü kimi, “xxxx” MMC “xxxx” şirkətinə məxsus olan və əvvəlcədən qeydiyyata alınmasına dair iddia edilmiş “x” adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan “x” adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsi vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmişdir. “xxxx” MMC “x” adı altında məhsulları Azərbaycan Respublikasında sataraq istehlakçılar arasında yanlış təəssürat yaratmışdır və bununla da “xxxx” şirkətinin nüfuzuna zərər vurmuşdur.

8. Azərbaycan Respublikasında bazar araşdırması sahəsində fəaliyyət göstərən “xxxx” MMC tərəfindən 540 Azərbaycan istehlakçısı (respondent) arasında rəy sorğusu keçirilmiş və respondentlərin 38%-i “xxxx” brendi altında istehsal olunan “x” adlı əmtəə nişanını tanıdıqlarını b ildirmişlər. Respondentlərin 6%-i 5 ildən artıq müddət, 5%-i 5 il müddət, 8%-i 3 il müddətdir ki, sözügedən əmtəə nişanını tanıyırlar. Apellyasiya Şurası həm yazılı, həm də şifahi olaraq birgə iddiaçılara respondentlər arasında rəy sorğusu keçirilməsini tövsiyə etsə də, həmin rəy sorğularının nəticələrini gözləmədən tez-tələsik qərar vermişdir. Halbuki, Apellyasiya Şurası əlavə vaxt verilməsi barədə birgə iddiaçıların nümayəndəsi tərəfindən verilmiş vəsatəti təmin etməli və rəy sorğularının nəticələrini araşdırmalı idi.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, “x” adlı kombinasiya edilmiş əmtəə nişanı 30-cu sinfin “konfetlər” əmtəələri üzrə və 35-ci sinfin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə xx.xx.2016-cı il tarixdə “xxxx” M MC-nin adına Azərbaycan Respublikasında 2017 0026 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi xx.xx.2016). xx.xx.2017-ci il tarixdə iddiaçılar “İstehsalat Birliyi “xxxx” XSC, “İddiaçı2 və İddiaçı3 SC-nin nümayəndəsi tərəfindən “xxxx” MMC-yə məxsus “x” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatına qarşı Apellyasiya Şurasına etiraz ərizəsi daxil olmuşdur. Apellyasiya Şurası “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 1-ci və 4-cü maddələrinin tələblərini nəzərə alaraq etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. Apellyasiya Şurası öz qərarında qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş bəyannamələr, hesab-fakturalar, qaimələr, spesifikasiyalardan görünür ki, “x” adlı məmulat “xxxx” MMC tərəfindən Azərba ycan Respublikasına 2013-cü il tarixində idxal edilmiş və ondan sonrakı tarixlərdə idxal olunması barədə sübutlar mövcud deyil. AR Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş idxal sənədlərinə və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesabfakturalar, qaimələr, spesifikasiyalara əsasən 2016-cı il ərzində “x” adlı məmulatın “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmədiyini müəyyənləşdirmiş və belə nəticəyə gəlmişdir ki, 2013-2016-cı illər ərzində Azərbaycan istehlakçıları arasında “x” adlı məmulata maraq olmamış, yalnız xx.xx.2016-cı il tarixdə “xxxx” MMC tərəfindən “x” adlı kombinasiya edilmiş əmtəə nişanı qeydiyyata alındıqdan sonra (ilkinlik tarixindən sonra) “xxxx” MMC tərəfindən yenidən “x” adlı məmulat Azərbaycan Respublikasına idxal edilmişdir. Göstərilən hallar sübut edir ki, iddiaçıların “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə və 29-cu maddəsinə istinadı əsassızdır. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(81)3425/2018 nömrəli qərardadı ilə cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və X6 Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə əvəz edilmiş, “xxxx” MMC üçüncü şəxs qismində işə cəlb edilmişdir. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3425/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin E-1520 nömrəli xx.xx.2018-ci il tarixli qərarının ləğv olunmuş və “x” əmtəə nişanının qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli N 2016 1146 nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC-nin adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış “x” adlı kombinasiya edilmiş əmtəə nişanının “İstehsalat Birliyi “xxxx” XSC tərəfindən xx.xx.2015-ci il tarixdə 47468 nömrə ilə Qazaxıstan Respublikasında qeydiyyata alınmış “x” adlı kombinasiya edilmiş əmtəə nişanının təsviri hissəsinə əsasən yaradılması qənaətinə gəlməsi üçün əsas verir.

13. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleg iyasının xx xxxx 2019-cu il tarixli 2-1(103)-778/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qismən – iddiaçı “İstehsalat Birliyi “xxxx” XSC-yə aid hissədə ləğv edilmiş, iddia ona münasibətdə mümkün sayılmamış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə iddia tələbinin mümkün sayılmaması hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə müvafiq subyektiv hüquqa malik olmayan subyektin mümkün sayılmayan iddia tələbinə mahiyyəti üzrə baxaraq, prosessual hüquq normalarını pozmaqla qəbul etdiyi qərar həmin subyektə, yəni “İstehsalat Birliyi “xxxx” XSC-yə aid hissədə səhv olduğu üçün, iddia həmin iddiaçıya münasibətdə mümkün sayılmamalıdır.

16. Üçünc ü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

17. Məhkəmə işin faktiki hallarına və işdəki sübutlara düzgün qiymət verilməmiş, işə birtərəfli qaydada yanaşmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Qeyd olunan əmtəə nişanın Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və X6 Komitəsində “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında qeydiyyata alınan zaman həmin nişanın qeydiyyatına mane olan hər hansı bir hal mövcud olmamışdır. Bundan sonra iddiaçılar tərəfindən verilən etiraza baxılan zaman Azərbaycan Respublikasının Standartlaşdı rma Metrologiya və X6 Komitəsinin Apellyasiya Şurasında həmin nişanın ekspertizası aparılmış qeyd olunan əmtəə nişanının «xxxx» MMC-nin adına qeydiyyatına mane və məhdudiyyət yaradan hallar müəyyən olunmamış və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X6 Komitəsinin Apellyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, E-1520 saylı qərarı ilə «x» əmtəə nişanının qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli, 2016 1146 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair etirazı əsassız olduğu üçün təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hallara münasibət bildirməmiş, işə birtərəfli qaydada yanaşmış və nəticədə yanlış qərar qəbul etmişdir.

18. Bundan başqa, iddiaçılar tərəfindən qeyd olunan «x» adlı əmtəə nişanının Azərbaycan Respublikasında qeydiyyat ı mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi bu hala da münasibət bildirməmiş və bu halı nəzərə alınmamışdır. Ən maraqlısı da odur ki, iş materialında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx xxxxx 2018-ciil tarixli müşayiət məktubu ilə təqdim edilmiş idxal sənədlərindən və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesabfakturalar, qaimələr, spesifakisayalardan görünür ki, «x» əmtəə nişanlı məmulatın “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmədiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə bu halı da nəzərə almamış və bu hala düzgün qiymət verməmişdir.

19. Məhkəmə qərarında “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septies maddəsinə əsassız istinad etmişdir. Lakin istinad etməli olan 6-cı maddənin (3) bəndinə istinad etməmişdir. Həmin maddədə qeyd olunur ki, «İttifaqın hər hansı ölkəsində lazımı şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərə alınmalıdır». Məhkəmənin qərarında bu maddənin tələbləri kobud surətdə pozulmuşdur.

20. Məhkəmənin qərarında “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinə istinad edilməsi də əsassızdır. Belə ki, həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkr arlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. “xxxx” MMC qeyd olunan əmtəə nişanını qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirmişdir.

21. Göründüyü kimi, məhkəmə işin faktiki hallarını hər tərəfli, tam və obyektiv araşdırmamış və işə bir tərəfli qaydada yanaşmışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

22. Üçüncü şəxs məhkəmə iclasında nümayəndələri X3, Babaşov Emin Söhbət oğlu və vəkili Vəkil1 ilə təmsil olunmuşdur. Nümayəndə T.Seyidov məhkəmə kollegiyasında şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin olunmasını xahiş etmişdir. T.Seyidovun çıxışı zamanı digər nümayəndə E.Babaşov məhkəmə iclasına sədrlik edənin xəbərdarlığına baxmayaraq, onun icazəsi olmadan yerindən müdaxilələr etməklə məhkəmə iclasında qaydanı pozduğundan məhkəmə iclasından çıxarıldıqda, E.Babaşovun təkidi ilə digər nümayəndə T.Seyidov və Vəkil1 onunla birlikdə məhkəmə iclasını sədrlik edənin icazəsi ilə tərk etmişlər. Məhkəmə iclası üçüncü şəxsin nümayəndəsinin və vəkilinin iştirakı olmadan davam etdirilmişdir.

23. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

24. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhk əmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun: Maddə

3. Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qey diyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Maddə

6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respub likasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;... Maddə

10. Əmtəə nişanının ilkinliyi Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi)... Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər. Maddə

25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.... Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifad əsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Maddə

29. Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: (...) əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər han sı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. (...) Maddə

31. Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının ləğvi Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: (...) bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda;...

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”:

29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması (...) 29.3. Bütün elem entləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğu n səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yer ləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. 29.6.5. Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. 29.7.1. Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağ ıdakılarla müqayisə olunur: a) təsviri nişanlarla (işarələrlə); b) həcmi nişanlarla (işarələrlə); c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə). 29.7.2. Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması. 29.7.3. Bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər. 29.8.1. Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edili rlər: a) kombinasiyalı birləşmələrlə; b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə. 29.8.2. Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. 29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmə tin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır.

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. İş üzrə üçüncü şəxs apellyasiya məhkəməsinin qərarının bü tövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

31. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun yuxarıda istinad edilən normalarının məzmunundan göründüyü kimi, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun istər Azərbaycan Respublikasında bilavasitə qeydə alınan, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanlarını və coğrafi göstəriciləri eyni dərəcədə mühafizə edir. Bu səbəbdəndir ki, qeydə alınmış əmtəə nişanının sahibi əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təq dirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər.

32. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, “İstehsalat Birliyi “xxxx” XSC tərəfindən verilmiş iddia ərizəsi əsasında “X” adlı kombinasiya edilmiş əmtəə nişanı 30-cu sinfin əmtəələri üzrə 2014-cü ildə Ukraynada qeydiyyata alınmışdır, 2017-ci ildən “X” adlı əmtəə nişanının sahibi “İddiaçı2-dir. Həmçinin, “İstehsalat Birliyi “xxxx” XSC tərəfindən verilmiş iddia ərizəsi əsasında 30cu sinfin əmtəələri üzrə “X” adlı əmtəə nişanı 2015-ci il tarixdə Qazaxıstan Respublikasında qeydiyyata alınmışdır, həmin ildən “X” adlı əmtəə nişanının sahibi İddiaçı3 SC-dir. Beləliklə, “X” adlı kombinasiya edilmiş əmtəə nişanı və “X” adlı əmtəə nişanı Ukraynada və Qazaxıstanda əvvəlcə “İstehsa lat Birliyi “xxxx” XSC-nin adına qeydiyyata alınsa da, həmin əmtəə nişanlarının sahibləri hazırda “İddiaçı2 və İddiaçı3 SC-dir.

33. Satıcı “İddiaçı2 ilə alıcı “xxxx” MMC arasında Ukraynanın Kiyev şəhərində bağlanmış xx.xx.2016-cı il tarixli 0108/8/16 TD nömrəli müqaviləyə görə, satıcı alıcının mülkiyyətinə çeşiddə göstərilən qənnadı məhsullarını verməyi, alıcı isə həmin malı qəbul etməyi, müqavilə şərtlərinə əsasən ödəməyi və malın müəyyən ərazidə yayılmasını təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilədən görünür ki, təchiz olunan mal satıcı tərəfindən istehsal olunur və /və ya/ satıcı tərəfindən qanuni əsaslarla satılır. Alıcı malı öz ölkəsinin ərazisində topdan və pərakəndə ticarətinin həyata keçirilməsi (təmin olunması) məqsədilə hazırki müqavilə üzrə əldə edir. Müqavilənin müddəti xx.x x.2016-cı il tarixədək müəyyən edilmişdir. 34. “X” adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsi xx xxxx 2015-ci il tarixində 47468 nömrəsi ilə Qazaxıstan Respublikasında qeydiyyata alınmışdır.

35. Mübahisəli “X” adlı kombinasiya edilmiş əmtəə nişanı 30-cu sinfin “konfetlər” əmtəələri üzrə və 35-ci sinfin 30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər“ üzrə xx.xx.2016-cı il tarixdə “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1146 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi xx.xx.2016-cı il).

36. Hər iki əmtəə nişanının işdə olan təsvirlərindən müəyyən edilir ki, müqayisə edilən kombinasiya edilmiş əmtəə nişanları həm qrafik, həm də şifahi hissələri tam olaraq üst-üstə düşür. Əmtəə nişanlarında sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış, hərflərlə yazılmış sözlərin əlifbası, rənglərin uzlaşması üst-üstə düşür. Hər iki əmtəə nişanında rus dilində “X” sözləri yazılmışdır və onlar tam olaraq eynidir (eyni şrift, eyni əlifba). Əmtəə nişanlarında ideya uyğunluğu, xarici forma, eyni simmetriyanın mövcud olması və xüsusiyyətləri (naturallığı) eynidir. Əmtəə nişanlarının təsviri hissəsində üç növ giləmeyvə göstərilmişdir – çiyələk, moruq və qaragilə. Müqayisə edilən əmtəə nişanlarının hər birində giləmeyvələrin sayı eynidir, onlar eyni formada və eyni simmetriyada yerləşdirilmişdir.

37. Əmtəə nişanlarının müqayisəsini aparan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçılara məxsus “X” adlı kombinasiya edilmiş əmtəə nişanının təsviri ilə “xxxx” MMC-nin adına qeydiyyata alınmış “X” əmtəə nişanı qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır, “X” adlı kombinasiya edilmiş təsvir əmtəə nişanı olaraq Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmasa da, həmin əmtəə nişanının təsviri “İstehsalat Birliyi “xxxx” XSC tərəfindən xx.xx.2015-ci il tarixdə 47468 nömrə ilə Qazaxıstan Respublikasında qeydiyyata alındığından, həmin əmtəə nişanının “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasında eyni adla və təsvirlə qeydə alınması ilə iddiaçıların hüquqları pozulmuşdur.

38. İddiaçılar “xxxx” MMC ilə aralarında müqavilə münasibətlərinin mövcud olduğunu, “xxxx” MMC-nin distribyutor kimi onlara məxsus qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil etdiyini və həmin məmulatlardan birinin də “X” olduğunu qeyd etmişlər.

39. İddiaçılar la “xxxx” MMC arasında qənnadı məmulatlarının təchizatı üzrə müqavilələr bağlanmış, “xxxx” MMC iddiaçılara məxsus qənnadı məmulatlarının Azərbaycanda satışını həyata keçirmişdir. Axırıncı müqavilənin müddəti xx.xx.2016-cı il tarixində bitmişdir.

40. Qeyd olunanlar, həmçinin birinci instansiya məhkəməsində icraat zamanı da öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında cavabdeh tərəfindən icraat materiallarının surətləri məhkəməyə təqdim olunmuş və həmin materiallar məhkəmə araşdırmasının predmeti olmuşdur.

41. Qeyd olunanlar məhkəmə kollegiyasına “xxxx” MMC-nin adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış “X” adlı kombinasiya edilmiş əmtəə nişanının “İstehsalat Birliyi “xxxx” XSC tərəfindən xx.xx.2015-ci il tarixdə 47468 nömrə ilə Qazaxıstan Respubli kasında qeydiyyata alınmış “X” adlı kombinasiya edilmiş əmtəə nişanının təsviri hissəsinə əsasən yaradılması qənaətinə gəlməsi üçün əsas verir və məhz qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “X” əmtəə nişanının qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli 2016 1146 nömrəli şəhadətnamə etibarsız hesab edilməlidir. Çünki, “xxxx” MMC iddiaçılara məxsus olan və əvvəlcədən qeydiyyata alınmış “X” adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan “X” adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsi vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmiş, istehlakçılar arasında yanlış təəssürat yaratmış və bununla da iddiaçıların nüfuzuna zərər vurmuş, bununla da “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun yuxarıda istinad ed ilən normalarının tələblərini pozmuşdur.

42. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(103)-778/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar