Məhkəmə qərarları › İş №2-1(102)-1182/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1182/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1182/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı xqızının Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin sökülməsinə görə ödənilən kompensasiya Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı xqızının Vəkil1, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Vəkil3 Xoğlu, vəkili X20 iştirakı ilə, İddiaçı xqızının (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Yasamal rayon İcra Hakimiyyəti, "xx xx" Azərbaycan – X18, bundan sonra üçüncü şəxs) “cavabdehdən dəymiş maddi ziyana görə 200.250,00 manatın tutularaq kompensasiya kimi ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-96/2021 saylı, 5 mart 2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs Maliyyə Nazirliyinin verdiyi kasasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 13 dekabr 1979-cu il tarixli çıxarışa əsasən, Bakı şəhəri, 7-ci Sovet döngəsində yerləşən 20 saylı ev xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır.

2. Cavabdeh başçısının 1994-cü il 18 iyul tarixli, 998 saylı Sərəncamına əsasən, ünvanş evinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılması, ayrılmış torpaq sahəsinin müqabilində tikilib təmənnasız Cavabdeh balansına təhvil verməsi üçün "xxxx" Azərbaycan-Türkiyə müəssisəsinə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki Talıblı küçəsində 2 bloklu, 9 mərtəbəli yaşayış evinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

3. İddiaçı ona məxsus mülkün sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi ilə əlaqədar Cavabdehnə müraciət etmiş, müraciət baxılması üçün Yasamal rayon İcra Hakimiyyətinə göndərilmişdir.

4. Yasamal rayon İcra Hakimiyyəti 19 sentyabr 2017-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi və ətrafında olan torpaq sahəsi 2 yaşayış evinin layihələndirilməs i və tikintisi üçün Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1994-cü il 18 iyul tarixli, 998 saylı Sərəncamı ilə "xxxx" Azərbaycan-Türkiyə müəssisəsinə ayrılmış, eyni zamanda qeyd olunan ünvan söküntü məhəlləsinə düşmüşdür. Dəymiş ziyanın ödənilməsi ilə bağlı "xxxx" Azərbaycan-Türkiyə müəssisəsinə qarşı iddia tələbi irəli sürülə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 10 oktyabr 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehdən dəymiş maddi ziyana görə 200.250,00 manatın tutularaq kompensasiya kimi ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak miras kimi iddiaçının mülkiyyətinə keçmiş və adına reyestrdən çıxarış verilmişdi r. O, ünvan 1 ünvanında 1990-cı ilin mart ayınadək ailəsi ilə birlikdə yaşamışdır. 1990-cı ilin mart ayında evin bir hissəsi uçduğu üçün qəza vəziyyətinə düşmüş və evin təmiri başa çatanadək ailəsi ilə başqa ünvanlarda kirayədə yaşamağa başlamışdır. Lakin onlar evi təmir etmək istədikdə cavabdehdən gələn əməkdaşlar bildirmişlər ki, təmirə xərc çəkmək lazım deyil, şəhərin Baş Planına əsasən orada yaxın zamanda yeni binalar inşa olunacaq və onlara həmin binalardan birində mənzil veriləcəkdir. Sonradan məlum olmuşdur ki, həqiqətən Bakı şəhərinin abadlaşdırılması və yenidən qurulması layihələri ilə əlaqədar ona məxsus xüsusi mülkiyyətində olan həmin həyət evinin yerində cavabdehin sərəncamlarına əsasən yeni, çoxmənzilli və yüksək mərtəbəli yaşayış binasının inşa edilməsi nəzərdə tutulmuşdur. Cavabdehin 998 saylı, 1994-cü il 18 iyul tarixli Sərəncamına əsasən onların evinin yerləşdiyi ərazidə "xxxx" Azərbaycan-X11 çoxmənzilli və yüksək mərtəbəli 2 yaşayış binasının inşa edilməsinə icazə verilmişdir. Belə ki, həmin sərəncamın 2-ci bəndinə əsasən görkəmli yerdə ayrılmış torpaq sahəsinin müqabilində tikilib təmənnasız cavabdehin balansına təhvil verilməsi üçün "xxxx" Azərbaycan-X11 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki Talıblı küçəsində 2 bloklu, 9 mərtəbəli yaşayış evinin layihələşdirilməsi və tikintisi üçün də torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Sözügedən şirkət tərəfindən onların tam uçurulan evinin yerləşdiyi ərazidə birinci bina 1994-1997-ci illərdə, həmin yerdə isə ikinci bina 2004-cü ildə inşa edilməyə başlanılaraq tikintisi 2008-ci ildə b aşa çatdırılmışdır. Tikinti başlanarkən cavabdehdən bildirilmişdir ki, "xxxx" Azərbaycan-X5 Yeni Yasamal yaşayış massivində inşa etdiyi binalardakı mənzillər cavabdehə məxsus olacaq və artıq həmin mənzillər hesabına sakinlərə də mənzil ayrılacaqdır. Lakin həmin vaxtdan artıq 10 ilə yaxın müddət keçsə də, bu günə qədər də onlara cavabdeh tərəfindən heç bir mənzil verilməmiş, müxtəlif instansiyalara ünvanladığı şikayət ərizələri isə baxılmamış qalmışdır. Hazırda qonşuluqda yerləşən keçmiş Sovet küçəsindən köçürülən insanlara alınmış mənzillərinə görə kompensasiya bir qayda olaraq mənzillərin hər kvadratına görə 1.500 manat ödənilir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(81)-243/2018 saylı iş) 20 fevral 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci in stansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının kompensasiya tələb etdiyi Bakı şəhəri, Yasamal rayonu, 7-ci Nərimanov döngəsi, 20 nömrəli ev "xxxx" Azərbaycan-X18 tərəfindən söküldüyündən, həmin ərazidə 2004-cü ildə çoxmərtəbəli yaşayış evi inşa edildiyindən, cavabdehə qarşı hazırki iddia əsassızdır və rədd edilməlidir.

9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (hakimlər X8-məruzəçi, X13 və X9, 2-1(103)-1242/2018 saylı iş) 27 avqust 2018-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməs inin 20 fevral 2018-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

11. İddiaçı apelyasiya instansiyası məhkəməsi qərarından kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X2-məruzəçi, Dadaşov İlqar Ağababaş oğlu və X14, 2-1(102)-205/2019 saylı iş) 6 fevral 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 avqust 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Bakı Apelly asiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2019cu il tarixli qərardadı ilə Yasamal Rayon İcra Hakimiyyəti və “Turanlı Co.LTD” AzərbaycanX18 üçüncü şəxslər qismində iş üzrə icraata cəlb olunmuşlar.

14. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə dövlət tərəfindən bu məqsədlər üçün ayrılmış dövlət fondu hesabına ümumilikdə 508.310 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Ərizə onunla əsaslandırılmışdır ki, əvvəla, iddiaçının mülkiyyətində olmaqla ünvan 2 ünvanda mövcud olmuş fərdi yaşayış evinin ümumi sahəsi müvafiq texniki pasporta əsasən 157,8 kv.m olduğu halda, iddia ərizəsində texniki yanlışlığa yol verilmiş və evin ümumi sahəsi səhvən 133,5 kv. m göstərilmişdir. Digər tərəfdən, göstərilən fərdi yaşayış evinin yerləşdiyi ərazi hündürdə olduğuna görə oradan şəhərə və Xəzər dənizinə gözəl bir mənzərə açılır ki, bu göstəriciyə görə həmin ərazidə daşınmaz əmlakın 1 kv.mnin qiyməti ən azı 3000 min manat təşkil edir ki, bu hesabla iddiaçıya verilməli olan kompensasiyanın ümumi məbləği 473.400,00 manat (157,8 kv.m x 3.000 AZN=473.400,00) təşkil edir. Həmçinin, evsiz qaldıqlarına görə iddiaçı və onun ailə üzvləri 2000-ci ildən etibarən kirayədə yaşamağa məcbur olmuş və həmin vaxtdan kirayə haqqı ödəmişlər ki, həmin məbləğ əldə etdiyimiz sübutlara əsasən ümumilikdə 34.910 AZN təşkil etmişdir. Beləliklə iddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətində olan fərdi yaşayış evindən məhrum olduğuna görə ümumilikdə 508.310,00 manat məbləğində (473.400,00 + 34.910,00=508.310,00) zərər çəkmişdir.

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X15məruzəçi, X12 və X3, 2-1(103)-1068/2019 saylı iş) 4 sentyabr 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, hazırkı iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 fevral 2018-cı il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək iddiaçıya məxsus Bakı şəhəri, 7-ci Sovet döngəsi, 20 saylı evin sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə 100.125 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.

17. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, iddiaçıya məxsus yaşayış evi cavabdehin 18 iyul 1994-cü il tarixli sərəncamı əsasında sökülmüşdür, həmi n orqan hazırkı tələb üzrə iddiaçının mülkiyyət hüququndan məhrum edilməsi ilə bağlı kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehlik daşıyan orqandır. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında sözügedən söküntü işləri ilə əlaqədar İddiaçıya kompensasiyanın verilib-verilməməsi ilə bağlı heç bir məlumatın olmadığını, söküntünün İcra Hakimiyyəti tərəfindən aparılmadığını, “Turanlı CO LTD” Azərbaycan-Türkiyə müəssisəsi tərəfindən aparıldığını və iddiaçının kompensasiyanın ödənilməsini sonuncudan tələb etməli olduqlarını bildirsə də, kollegiyanın qənaətincə, cavabdehin 18 iyul 1994-cü il tarixli sərəncamı ləğv edilməmiş, etibarsız sayılmamışdır və qüvvədədir, həmin sərəncam əsasında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki 488-489-cu məhəlləsində “ Turanlı CO LTD” AzərbaycanTürkiyə müəssisəsinə ayrılmış, həmin müəssisənin vətəndaşlarla hesablaşmalı olması barədə hər hansı qeyd aparılmamışdır, odur ki, iddiaçının tələb etdiyi kompensasiyanın “Turanlı CO LTD” Azərbaycan-Türkiyə müəssisəsindən tutulması istisna edilməlidir. Digər tərəfdən, qeyd olunan ünvanın söküntü mərhələsinə düşməməsinə dair cavabdeh orqanın dəlilləri sübuta yetirilmədiyindən və iddiaçıya kompensasiyanın verilib-verilməməsi barəsində cavabdeh inzibati orqanın hər hansı məlumatının olmaması onu qüvvədə olan sərəncam əsasında iddiaçıya yaşayış sahəsinə görə kompensasiyanın ödənilməsi öhdəliyindən azad etmir.

18. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı, cavabdeh və üçüncü şəxs Maliyyə Nazirliyi kasasiya şikayətləri vermişlər. c) kasasiya instansiyası mə hkəməsindəki ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X16-məruzəçi, X4 və Quliyev Zakir Müslüm oğlu, 2-1(102)-198/2020 saylı iş) 15 yanvar 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 4 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kompensasiyanın məbləği ilə bağlı tələbə münasibətdə apellyasiya instansiyası məhkəməsinin qənaəti İPMin normalarının tələblərinə uyğun olmamışdır. Belə ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı olduğu halda, apellyasiya instansiyası məhkəməsi bu vəzifənin icrasını təmin e tməmişdir. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, söküntünün 90-cı illərin ikinci yarısında sökülməsindən 20 ildən artıq müddət keçmişdir və həmin dövrdə yaşayış sahələrinin bazar qiyməti də nəzərə alınmaqla, hər kvadrat metrə görə 1500 manat kompensasiyanın verilməsi ağlabatan hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini əsaslı hesab etməmiş, belə ki, əvvəla, kompensasiyanın məbləğinin evin söküldüyü vaxta görə müəyyən edilməsi yalnız mülahizə xarakteri daşımaqla, əsaslandırılmamışdır. Digər tərəfdən, hətta evin bazar dəyərinin söküntü vaxtı ilə müəyyən edildiyi halda belə, söküntünün baş verdiyi vaxtdan cavabdehin iddiaçı qarşısında yaranan öhdəliyini uzun müddət icra etməməsi iddiaçını öhdəliyin icra vaxtının bazar qiymətinə uyğun tələb irəli sürmək hüququndan məhrum etmir. İPM-in yuxarıda qeyd edilən normalarının tələblərinin təmin olunmadığına dair qənaət, həmçinin kirayə haqqı ilə bağlı iddiaçının irəli sürdüyü tələbə də aiddir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının kirayə haqqı ilə bağlı tələbinin əsası kimi istinad etdiyi hallara dair təqdim etdiyi sübutları araşdırmamış, onlara hər hansı münasibət bildirməmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

21. Növbəti apellyasiya baxışı zamanı iş üzrə qiymətləndirmə təyin edilmişdir. Qiymətləndiricinin qarşısında iddiaçının kompensasiya tələb etdiyi Yasamal rayonu, 7-ci Nərimanov döngəsi, 20 nömrəli evin hazırkı vaxta olan bazar qiyməti nə qədər təşkil etdiyi sualı qoyulmuşdur. Qiymətləndirmə Azərbaycan Respublikas ı Maliyyə Nazirliyinin mütəxəssisinin iştirakı ilə «X1 Company» MMC-nin mütəxəssisləri tərəfindən keçirilmişdir.

22. Qiymətləndirici tərəfindən rəy təqdim olunaraq bildirilmişdir ki, iddiaçının mülkiyyətindən olmuş və sonradan sökülmüş Bakı şəhəri, Yasamal rayonu, 7-ci Nərimanov döngəsi, 20 ünvanında 133,5 kv.m. torpaq sahəsində yerləşmiş 75,6 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli yaşayış binasının mövcud orta bazar qiyməti 333750 manat (133kv.m. x 2500 manat) məbləğində müəyyən olunur.

23. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X21məruzəçi, X17 və X33, 2-1(103)-96/2021 saylı iş) 5 mart 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul olunaraq iddiaçının iddiası qismən təmin edilmiş, iddiaçıya məxsus Bakı şəhəri, 7-ci Sovet döngəsi, 20 saylı evin sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə 333.750 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.

24. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qiymətləndirici tərəfindən rəy təqdim olunaraq bildirilmişdir ki, iddiaçının mülkiyyətindən olmuş və sonradan sökülmüş Bakı şəhəri, Yasamal rayonu, 7-ci Nərimanov döngəsi, 20 ünvanında 133,5 kv.m. torpaq sahəsində yerləşmiş 75,6 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli yaşayış binasının mövcud orta bazar qiyməti 333.750 manat (133kv.m. x 2500 manat) məbləğində müəyyən olunur. Tərəflər həmin rəyin məlumatlarını şübhə altına alan, o cümlədən, əmlakın qiymətinin daha yüksək və ya daha az olduğunu təsdiq edən hər hansı sübutlar təqdim etməmişlər. Məhkəmə qiymətləndiricinin gəldiyi rəyi ağlabatan hesab edərək mübahisəli əmlakın mövcud orta bazar qiymətinin 333.750 manat olduğu qənaətinə gəlir. Kirayə haqqının əvəzi olaraq dəymiş maddi zərər münasibətdə kollegiya qeyd edir ki, iddiaçıya kirayədə yaşamasını, həmçinin, bu müddət ərzində nə qədər zərər dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif olunsa belə, iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmişdir.

25. Cavabdeh 29 mart 2021-ci il tarixdə qərarın surətini almış, 29 aprel 2021-ci kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın cavabdehə münasibətdə mümkünsüz hesab edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etm işdir.

26. Üçüncü şəxs Maliyyə Nazirliyi 29 mart 2021-ci il tarixdə qərarın surətini almış, 27 aprel 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri

27. Cavabdehin kasasiya şikayətinin əsaslarına görə iddiaçının iddia etdiyi evinə dair təqdim etdiyi surətləri təsdiq edilməmiş sənədlərindən aydın olmur ki, iddiaçının qeyd etdiyi ünvandakı evi BŞİH-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin hüdudları çərçivəsində yerləşir. Bu hal məhkəmə tərəfindən araşdırılmamış, BŞİH tərəfindən ayrılmış torpaq sahəsində iddiaçıya məxsus evin olub-olmaması məhkəmə araşdırması za manı sübuta yetirilməmişdir.

28. BŞİH başçısının 18.07.1994-cü il tarixli sərəncamının birinci bəndinə əsasən “Turanlı CO LTD” Azərbaycan-Türkiyə müəssisəsinin müraciəti əsasında ona ayrılmış torpaq sahəsinin ölçüsü və dəqiq koordinatları göstərilmədiyi təqdirdə məhkəmə kollegiyası hansı əsaslarla “Turanlı CO LTD”-yə ayrılmış torpaq sahəsinin ölçüsünü və koordinatlarını müəyyən etmiş və iddiaçının evinin də həmin koordinatlar daxilində yerləşdiyini müəyyən edə bilmişdir. Məhkəmə prosesi zamanı bu hal sübuta yetirilməmiş və araşdırma predmeti belə olmamışdır.

29. Məhkəmə prosesi zamanı iddiaçının evinin ümumiyyətlə həmin dövrdə mövcud olub-olmaması məhkəmə araşdırması zamanı səthidə olsa toxunulmamışdır. Hətta iddiaçı özü etiraf edir ki, “evi uçmuş vəziyyətdə olub” və qeyd edir ki, “kimsə i ddiaçını əmin edərək bildirib ki, evini bərpa etməsin burada yeni bina tikiləcək və sizə kompensasiya veriləcəkdir”. Məhkəmə yalnız iddiaçının hər hansı dəlil və sübutlara əsaslanmayan fikirlərini rəhbər tutaraq qərar qəbul etmişdir.

30. BŞİH başçısının 18.07.1994-cü il tarixli sərəncamında iddiaçının iddia etdiyi ərazinin söküntüsü dövlət ehtiyacları üçün nəzərdə tutulmamış, eyni zamanda BŞİH tərəfindən hər hansı kompensasiya ödənilməsi öhdəliyi sözügedən sərəncamda müəyyən edilməmişdir.

31. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) şəhərsalma və tikinti məsələləri Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 2.6-1-ə və həmin dövrdə qüvvədə olan “Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə” uyğun olaraq tənzimlənirdi. Həmin dö vrdə qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahəsinin ayrılması tikinti və ya söküntü İşlərinin aparılmasına əsas verən sənəd deyildir. Hörmətli məhkəmə kollegiyası söküntünün aparılmasına əsas kimi BŞİN-nin torpaq ayırma sərəncamına istinad etsə də, qanunvericiliyin maddi hüquq normaları tikintinin və söküntünün torpaq ayırma sərəncamı ilə həyata keçirilməsini qəti qadağan edir. Belə olan təqdirdə həmin tikiliyə icazənin olubolmaması, ərazinin (sahənin) mənsubiyyəti - tikili, qurğular və yaşıllıqdan azad olub olmaması aydınlaşdırılmadan, aidiyyəti strukturları məhkəməyə cəlb etmədən hər hansı ədalətli qərar qəbul edilməsindən söhbət belə gədə bilməz.

32. BŞİH başçısının 18.07.1994-cü il tarixli sərəncamının 5-ci bəndinə əsasən müvafiq torpaq sahəsinin özbaşına zəbt olunmasının qarşısı nın alınması rayon icra hakimiyyətinin başçısına tapşırılsa da məhkəmə bu xüsusata önəm verməmiş, məsələnin həqiqətdə nədən ibarət olması araşdırılmadan yekun qənaətə gəlinmiş və cavabdehin Dövlətin mənafeyinə toxunan ədalətsiz qərar qəbul etmişdir.

33. Ümumiyyətlə mövcudluğu bəlli olmayan (uçmuş və ya həmin dövrdə heç olmamış) daşınmaz əmlaka münasibətdə yarım milyona yaxın dövlət büdcəsindən vəsait tutulması ədalətlilik və humanizm prinsiplərinə tam ziddir.

34. Üçüncü şəxsin kasasiya şikayətinin əsaslarına görə iddiaçı tərəfindən ona məxsus Bakı şəhəri, 7-ci Sovet döngəsi, 20 saylı evin həqiqətən də Cavabdeh tərəfindən sökülməsi sübut edilə bilməmişdir.

35. İddiaçı tərəfindən ona kompensasiyanın ödənilməsi barədə cavabdehə ünvanlanmış müraciəti həmin orqan tərəfindən baxılması üçün Yas amal Rayon İcra Hakimiyyətinə göndərilmiş, sözügedən orqandan iddiaçıya ünvanlanmış 19.09.2017-ci il tarixli cavab məktubunda iddiaçının mülkiyyətində olan Yasamal rayonu, 7-ci Nərimanov döngəsi, ev 20 ünvanında yerləşən evin altında və ətrafında olan torpaq sahəsi 2 yaşayış evinin layihələndirilməsi və tikintisi üçün Cavabdeh başçısının 998 saylı 18.07.1994-cü il tarixli Sərəncamı ilə “Turanlı CO LTD” Azərbaycan-Türkiyə müəssisəsinə ayrılması, eyni zamanda qeyd olunan ünvanın söküntü mərhələsinə düşmədiyi qeyd olunmuşdur. Həmçinin Yasamal Rayon İcra Hakimiyyəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin mübahisəli yaşayış sahəsi ilə bağli sorğusuna da 11.01.2018-ci il tarixli məktubla oxşar məzmunda cavab vermişdir.

36. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı q anunsuz hərəkət və hərəkətsizliyə yol verilməmiş və iddiaçının qeyd etdiyi ünvanın cavabdeh tərəfindən sökülməsi sübut olunmamışdır.

37. Həmçinin söküntünün aparılmasından 20 ildən çox müddətin keçməsi və iddiaçının indi hüquqlarının bərpası üçün məhkəməyə müraciəti iddia müddətinin ötməsinə səbəb olmuşdur ki, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1 -ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir.

39. Eyni zamanda məhkəmə qətnaməsində qeyd edilir ki, iddiaçıya məxsus olmuş 20 saylı evin yerləşdiyi sahənin ərazisi 75,6 kv.m-dir, lakin buna baxmayaraq, qiymətləndiricinin rəyində mövcud hesablamalar 75,6 kv.m evin yerləşdiyi ümumi sahəsi olan 133 kv. m olan torpaq sahəsinə vurularaq yekun qiymət kimi 333.750 manat müəyyən edilmişdir ki, bu da məhkəmənin yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. Digər tərəfdən əmlakın qiymətləndirilməsi, həmin əmlakın söküldüyü vaxtda olan bazar qiyməti ilə götürülməli olduğu halda, mövcud bazar qiyməti əsas götürülərək hesablama aparılmışdır. b) Kasasiya şikayətlərinə qarşı etirazın dəlilləri

40. İddiaçı kasasiya şikayətlərinə qarşı etiraz təqdim edərək şikayətlərin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

41. Üçüncü şəxs Maliyyə Nazirliyinin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

42. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətlərinin dəlilləri ilə razılaşmamış, şikayətlərin təmin edilməməsini xahiş etmişdir.

43. İşə baxılmasının va xtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxs "xxxx" Azərbaycan – X18 məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 44. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

45. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə

211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətlə ndirilir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115-ci maddə). 46. “İnsan hüquqlarının və ya əsas azadlıqları n müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

47. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən di gər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 9 4.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməy ə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçü n məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

48. Kasasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir. Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir.

49. Apelyasiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesa b edir ki, iddianın təmin edilən hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının tələblərinə qismən əməl edilməmişdir. 51. 1979-cu il 13 dekabr tarixli çıxarışa əsasən, Bakı şəhəri, 7-ci Sovet döngəsində yerləşən 20 saylı ev xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Tikilinin iddiaçının mülkiyyətində olması mübahisə doğurmur.

52. Tikilinin sahəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları bildirir. 53. 1965-ci ildə tərtib edilmiş texniki pasportda 1900-cü ildə tikilmiş 2 otaq 55 kv.m, digər 2 otaq 55,7 kv.m, 1930-cı ildə mövcud olan yardımçı tikililər 1,7 kv.m, asfalt həyət 20,6 kv.m göstərilmişdir. 1979-cu ildə tərtib edilmiş reyestrdən çıxarışda mənzilin ümumi və yaşayış sahəsi g östərilməmişdir. 1979-cu ildə tərtib edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə torpaq sahəsi 133,5 kv.m yazılmış, tikilinin sahəsi qeyd edilməmişdir.

54. Apelyasiya instansiyası məhkəməsinin əldə etdiyi “X1 Company” MMC-nin mütəxəssisləri tərəfindən verilmiş rəydə iddiaçının mülkiyyətində olmuş və sonradan sökülmüş Bakı şəhəri, Yasamal rayonu, 7-ci Nərimanov döngəsi, 20 ünvanında 133,5 kv.m torpaq sahəsində yerləşmiş 75,6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli yaşayış binasının olduğu bildirilmişdir.

55. İşdə sadalanan sübutlara görə iddiaçının mülkiyyətində olmuş yaşayış evinin sahəsi ümumilikdə 75,6 kv.m təşkil etmişdir.

56. İddiaçı həm cavabdehə müraciətində, həm də iddia ərizəsində bildirmişdir ki, 1990-cı ilin mart ayında evin bir hissəsi uçduğu üçün qəzalı vəziyyətə d üşmüş, evin təmiri başa çatanadək ailəsi ilə başqa ünvanlarda kirayədə yaşamışdır. Sonradan iddiaçının mənzili təmir etmədiyi, daha sonra isə 1994-cü ildən başlayaraq sökülməsi mübahisə doğurmur.

57. İddiaçıya məxsus olmuş mənzilin ümumi sahəsinin 133,5 kv.m olması işdə olan hər hansı sübutla təsdiq olunmur. Odur ki, mənzilin ümumi sahəsinin 133,5 kv.m olması barədə apelyasiya məhkəməsi səhv nəticəyə gəlmişdir. İşdə olan mövcud sübutlar əsasında iddiaçıya məxsus tikilinin ümumi sahəsi 75,6 kv.m olduğundan dəyən ziyan da həmin sahə üzrə ödənilməlidir. 58. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqlar ı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X10rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir.

60. Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9A52, 1982)

61. Yenə həmin qərarda göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalаrsa”, ədalətli tarazlıq pozulmuş olur.

62. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etdi ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.

63. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etdi ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).

64. Tikilinin qiyməti ilə bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçının bildirdiyi kimi, tikili qəzalı vəziyyətdə olmuşdur. Tikili ilə bağlı qiymətləndirmə aparılarkən tikili mövcud olmamış, qəzalı olması nəzərə alınmamışdır. Bu səbəbdən qiymətləndirmə rəyi mötəbər sübut kimi qəbul edilə bilməz.

65. Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar 2011-ci ildən başlayaraq şəhərin ayrı-ayrı ərazilərində, o cümlədən Bakı şəhərinin Yasamal rayonunda mənzil sahiblərinə hər kvadratmetri 1.500 manatdan olmaqla kompensasiya ödənilmişdir. Ayrı-ayrı məhkəmə mübahisələri üzrə qərarlarla da mənzil sahiblərinə kompensasiyanın hər kvadratmetri üçün maksimum 1.500 manatdan kompensasiya ödənilməsi qərara alınmışdır.

66. Təsadüfi deyil ki, iddiaçı da cavabdehə müraciətində və məhkəməyə təqdim etdiyi birinci iddia ərizəsində ərazinin qonşuluğunda yerləşən Sovet küçəsindən köçürülən insanlara alınmış mənzillərinə görə kompensasiyanın bir qayda olaraq mənzillərin hər kvadratmetrinə görə 1.500 manatdan ödənildiyini bildirib mülkiyyətində olan evindən məhrum edildiyinə görə 133,5 kv.m sahəyə görə 1.500 manatdan 200.250 manat kompensasiya ödənilməsini xahiş etmişdir.

67. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, 75,6 kv.m sahənin hər kvadratmetrinə görə iddiaçıya 1.500 manatdan kompensasiyanın ödənilməsi ağlabatandır.

68. Cavabdehin 18 iyul 1994-cü il tarixli, 998 saylı sərəncamına əsasən, ünvanş evinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılması, ayrılmış torpaq sahəsinin müqabilində tikilib təmənnasız Cavabdeh balansına təhvil verməsi üçün "xxxx" Azərbaycan-Türkiyə müəssisəsinə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki Talıblı küçəsində 2 bloklu, 9 mərtəbəli yaşayış evinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

69. Cavabdeh kasasiya şikayətində bildirmişdir ki, iddi açının yaşayış evinin mövcudluğu, evin 18 iyul 1994-cü il tarixli sərəncamla ayrılmış torpaq sahəsinin koordinatları daxilində olması müəyyən edilməmişdir.

70. Cavabdeh iddiaçıya ünvanladığı 15 avqust 2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Yasamal rayonu, 7-ci Sovet döngəsindəki 20 saylı mülkün yerləşdiyi ərazi söküntü zonasına aid olmaqla Cavabdeh balansındadır.

71. Oxşar məzmunlu cavab Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 19 sentyabr 2017-ci il tarixli məktubunda və işdə olan digər sənədlərdə təkrarlanmışdır.

72. Odur ki, cavabdehin şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

73. Cavabdehin şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki 488-489-cu məhəlləsində aparılacaq layihələndirilmə i şləri ilə əlaqədar həmin torpaq sahəsində yaşayış evləri olan mülkiyyətçilərə kompensasiyanın verilməsi, ödənişlərin edilməsi barədə “Turanlı Co.LTD” Azərbaycan-Türkiyə müəssisəsinin hər hansı öhdəliyi nəzərdə tutulmamışdır. “Turanlı Co.LTD” Azərbaycan-Türkiyə müəssisəsinin yeganə öhdəliyi Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki 488-489-cu məhəlləsində ona ayrılmış torpaq sahəsinin müqabilində Cavabdeh balansına təhvil vermək üçün “Turanlı Co.LTD” AzərbaycanTürkiyə müəssisəsinə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki Talıblı küçəsində 2 bloklu, 9 mərtəbəli yaşayış evinin layihələndirilməsi olmuşdur. Əslində, həmin məzmunda sərəncamla cavabdeh iddiaçının əmlakını, bunun üçün hüquqi əsas olmadan, əvəzli olaraq (Yeni Yasamal yaşayış massivindəki Talıblı küçəsində 2 blo klu, 9 mərtəbəli yaşayış evinin əvəzinə) üçüncü şəxsin xeyrinə özgəninkiləşdirmiş, nəticədə iddiaçı məhz həmin qanunsuz sərəncam əsasında əmlakından məhrum olmuşdur.

74. Üçüncü şəxs şikayətində cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkətə yol vermədiyini bildirsə də, yuxarıda bəhs olunan hüquqi qiymətləndirməyə görə məhkəmə kollegiyası üçüncü şəxsin şikayətinin dəlilini əsaslı saymır.

75. Üçüncü şəxsin şikayətinin digər dəlilinə görə Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir və iddiaçı iddia müddətini buraxmışdır.

76. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı mübahisə öhdəliyin icrası haqqında iddia növüdür və İnzibati Prosessual Məcəlləsində öhdəliyin icrası haqqında iddia növü üzrə iddia müddəti nəzərdə tutulmamışdır.

77. Bununla belə, məhkəmə ko llegiyası iddiaçıya məxsus əmlakın sahəsi və qiyməti barədə apelyasiya məhkəməsinin gəldiyi nəticəni qismən əsaslı sayaraq hesab edir ki, 75,6 kv.m sahəsinin hər kvadratmetrinə görə iddiaçıya 1.500 manatdan kompensasiya ödənilməli, bu səbəbdən kasasiya şikayətləri qismən təmin edilərək apelyasiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehdən alınıb iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği (75,6 kv.m x 1.500 manat) 113.400 (bir yüz on üç min dörd yüz) manat müəyyən edilməli, şikayətlər qalan hissədə təmin edilməyərək məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.

78. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayətləri qismən təmin edilsin. Bakı Ap elyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-96/2021 saylı, 5 mart 2021-ci il tarixli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilsin. Cavabdehndən alınıb İddiaçı xqızının xeyrinə tutulan dəymiş ziyanın məbləği 113.400 (bir yüz on üç min dörd yüz) manat müəyyən edilsin. Qərar iddianın təmin edilən qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Kasasiya şikayətləri qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar