Məhkəmə qərarları › İş №2-1(102)-1182/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1182/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1182/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Dağlıq Şirvan regional filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müavinətin dayandırılmasının qanunsuz hesab edilməsi və müavinətin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Dağlıq Şirvan regional filialına qarşı “müavinətin dayandırılmasının qanunsuz hesab edilməsi və müavinətin bərpa edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 2-1(105)207/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxx 1961-ci ildə Şamaxı rayonunda anadan olmuş, 3 uşaq doğub 8 yaşınadək tərbiyə etmişdir.

2. SER TSE-01 № 077510 saylı TSEK-də müayinə aktından çıxarışa əsasən 24 noyabr 2014-cü il tarixdən iddiaçının ümumi xəstəlikdən İİ qrup əlilliyi müəyyən edilmişdir.

3. Cavabdehin 23 yanvar 2015-ci il t arixli qərarı ilə iddiaçıya İİ qrup əlil kimi sosial müavinət təyin edilmişdir.

4. İddiaçı 21 dekabr 2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə sosial müavinət təyin edilməsini xahiş etmiş, cavabdehin 21 dekabr 2018-ci il tarixli qərarı ilə iddiaçıya həmin tarixdən ömürlük yaşa görə sosial müavinət təyin edilmişdir.

5. Cavabdeh 23 fevral 2021-ci il tarixdə iddiaçıya təyin edilmiş sosial müavinətin ödənişini dayandırmışdır. Müavinətinin ödənilməsinin dayandırılma səbəbi kimi iddiaçının 1 yanvar 2018-ci il tarixdən 25 fevral 2021-ci il tarixə kimi aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olması göstərilmişdir.

6. İddiaçı yaşa görə sosial müavinətin təyin edilməsi barədə nümunəvi formalı ərizə ilə cavabdehə 12 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Ərizədə “yaşa görə sosial müavinət alırdı, dayanıb, bərpa edilməsi üçün müraciət edib” məzmunlu qeyd vardır.

7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 26 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçıya sosial müavinətin təyin edilməsindən imtina edilmiş, imtinanın səbəbi kimi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi göstərilmişdir.

8. Eyni zamanda həmin filial tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli, 1703 nömrəli Qanununun 1.1-ci bəndinə əsasən “3 və daha çox uşaq doğub, 8 yaşına dək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün bu müavinət növü üzrə təyinat nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının vergi ödəyicisi kimi qeydiyyatının 2 aprel 2021-ci il tarixindən dayandırılmasına baxmayaraq 62 yaşı tamam olmadığı üçün yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, müavinətin dayandırılmasının qanunsuz hesab edilməsi və müavinətin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Sonradan iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının 23 fevral 2021-ci il tarixdən dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Şamaxı rayon şöbəsi ona təyin olunmuş müavinəti 23 fevral 2021-ci il tarixdən dayandırmışdır. Əsas olaraq da onun vergi ödəyicisi kimi qeydiyyatda olduğunu göstərmişdir. Ona təyin olunmuş müavinətin dayandırılması qanunsuzdur. Çünki o heç bir ticari fəaliyyət göstərmir, buna görə vergi də ödəməmişdir. Ona 2016-cı ildə 2-ci dərəcəli əlillik pensiyası təyin olunmuş, 2018-ci ildə isə həmin pensiya yaşa görə pe nsiya ilə əvəzləşdirilmişdir. Belə olan halda onun aktiv vergi ödəyicisi kimi qeydiyyatda saxlanmağı və buna görə də ona təyin olunan müavinətin dayandırılması onun hüquqlarının pozulmasıdır.

12. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, iddiaçıya 9 yanvar 2016-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 2-ci qrup əlillik təyinatı aparılmışdır. İddia ərizəsində iddiaçıya 9 yanvar 2016-cı il tarixdən əlilliyə görə sosial müavinət təyin edilib ödənildiyi, 2018-ci il tarixdən iddiaçıya təyin edilmiş əlilliyə görə sosial müavinətin yaşa görə sosial müavinət ilə əvəzləndiyi qeyd edilir. İddiaçıya ünvanlanmış imtina məktubundan aydın olur ki, ona təyin edilmiş yaşa görə sosial müavinət ödənişinin dayandırılmasına səbəb onun 4 oktyabr 2010-cu il tarixdə VÖEN uçotuna alındıqdan sonra aktiv vergi ödəyicisi kimi fəaliyyətinin 1 yanvar 2018-ci il tarixdə bərpa edilməsi və həmin tarixdən etibarən iddiaçının vergi orqanına aktiv fəaliyyətinin dayandırılması ilə bağlı müraciətinin daxil olmaması olmuşdur. Eyni zamanda Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış arayışda onun 1 yanvar 2018-ci il tarixdən 30 mart 2021-ci il tarixədək aktiv vergi ödəyicisi olması səbəbindən 21 may 2021-ci il tarixə dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqqı üzrə 3.72 manat borcunun olduğu bildirilmişdir. Etirazda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 7.0.2-ci maddə lərinə istinad edilərək göstərilir ki, şəxsə yaşa görə sosial müavinət təyin edilməsi üçün onun həm yaşa görə pensiya hüququ yaranmamalı, həm də işləməməlidir. İddiaçının aktiv vergi ödəyicisi kimi vergi orqanında 1 yanvar 2018 – 25 fevral 2021-ci il tarixlərdə qeydiyyatda olması onu işsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəyicisi olması səbəbi ilə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu anlamına gəlir. İddiaçı 1 yanvar 2018-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğundan ona 2018-ci il tarixdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin 29 noyabr 2019-cu il tarixədək qüvvədə olan redak siyasına əsasən 3 və daha artıq uşağı doğub 8 yaşınadək tərbiyə etdiyi və 57 yaşına çatdığı üçün təyin edilmiş yaşa görə sosial müavinət ödənişi 23 fevral 2021-ci il tarixdə dayandırılmışdır. “Sosial müavinətlər haqqında” Qanununun 1.0.2-ci maddəsinə istinad edilməklə göstərilir ki, həmin maddəyə 29 noyabr 2019-cu il tarixdə edilən dəyişikliyi nəzərə alaraq iddiaçıya yaşa görə sosial müavinət təyin edilməsi üçün o, 62 yaşa çatmalı və əmək fəaliyyəti ilə məşğul olmamalıdır. İddiaçı xx xxx 1961-ci il tarixdə anadan olduğundan ona yaşa görə sosial müavinət təyin edilməsi qanunvericiliyin tələblərinə müvafiq deyildir.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçıya verilmiş 6 oktyabr 2021-ci il tarixli, **** ******884500 nömrəli məktubdan müəyyən olunur ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövr ərzində dövriyyəsi və ödənişləri olmamışdır. Həmin məktuba əlavə edilmiş iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 0,60 manat qalıq, 3,12 manat penya, cəmi 3,72 manat vergi borcu 1 oktyabr 2018ci ildən əvvələ aid olmuşdur.

14. Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(118)-1299/2021 nömrəli qərarı (hakim C.B.Məmmədov) ilə iddia təmin edilmiş, iddiaçının 23 fevral 2021-ci il tarixdən dayandırılmış yaşa görə sosial müavinətinin bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının vergi orqanında qeydiyyata alınması onun həyata keçirdiyi sahibkarlıq fəali yyəti nəticəsində gəlir əldə etməsi anlamına dəlalət edə bilməz. Belə ki, vergi orqanının 6 oktyabr 2021-ci il tarixli məktubuna əsasən iddiaçının 16 fevral 2017-ci ildən 2 aprel 2021-ci ilədək olan dövr ərzində malların dövriyyəsi müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı vergi obyekti qismində uçota aldırdığı qeyri-yaşayış sahəsini 22 fevral 2019-cu ildə alqı-satqı müqaviləsi əsasında satmışdır. İddiaçının vergi orqanında vergi ödəyicisi qismində qeydiyyata alınması onun sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə edilməsi kimi qəbul edilə bilməz. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ona təyin edilmiş müavinətin dayandırılması üçün birbaşa əsas kimi g östərilməmişdir.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 2-1(105)-207/2022 nömrəli qərarı (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(118)1299/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının heç bir aktiv sahibkarlıq fəaliyyəti olmadan vergi orqanında qeydiyyata qa lması onun “Sosial müavinətlər haqqında” Qanunun 11.1.2-ci maddəsində müavinətin dayandırılması əsası kimi nəzərdə tutulmuş “əmək fəaliyyətinə başlaması” kimi qiymətləndirilə bilməz. Bundan əlavə, müavinətin dayandırılması üçün əsas kimi çıxış edən həmin hal, yəni iddiaçının vergi ödəyicisi kimi qeydiyyatda olması ona sosial müavinətin təyin edildiyi 21 dekabr 2018-ci il tarixdə də mövcud olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçıya müavinət təyin edilməklə iki ildən artıq müddətdə müavinət ödənilmiş, nəticədə iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçının vergi ödəyicisi kimi qeydiyyatda olması halını cavabdeh ona sosial müavinətin təyin edilən zaman təyinatdan imtina üçün, habelə sonrakı 2 ildən artıq dövrdə ödəmənin dayandırılması üçün əsas kimi göstərmədiyindən iddiaçının cavabdehin praktikasına etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması prinsipi o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Bundan əlavə, cavabdeh iddiaçının sosial müavinətinin ödənişinin dayandırılması məsələsini həm “Sosial müavinətlər haqqında” Qanunun müavinətin ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat ha qqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, yalnız “Sosial müavinətlər haqqında” Qanunda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə müavinətin ödənişini dayandıra bilməz.

19. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

20. Cavabdeh hesab edir ki, iddiaçıya 9 yanvar 201 6-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 2-ci qrup əlillik təyinatı aparılmışdır. İddia ərizəsində iddiaçıya 9 yanvar 2016-cı il tarixdən əlilliyə görə sosial müavinət təyin edilib ödənildiyi, 2018-ci il tarixdən ona təyin edilmiş əlilliyə görə sosial müavinətin yaşa görə sosial müavinət ilə əvəzləndiyi göstərilmişdir. İddiaçıya ünvanlanmış imtina məktubundan aydın olur ki, ona təyin edilmiş yaşa görə sosial müavinət ödənişinin dayandırılmasına səbəb iddiaçının 4 oktyabr 2010-cu il tarixdə VÖEN uçotuna alındıqdan sonra aktiv vergi ödəyicisi kimi fəaliyyətinin 1 yanvar 2018-ci il tarixdə bərpa edilməsi və həmin tarixdən etibarən iddiaçının vergi orqanına aktiv fəaliyyətinin dayandırılması ilə bağlı müraciətinin daxil olmaması olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış arayışda onun 1 yanvar 2018-ci il tarixdən 30 mart 2021-ci il tarixədək aktiv vergi ödəyicisi olması səbəbindən 21 may 2021ci il tarixə dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqqı üzrə 3,72 manat borcunun olduğu bildirilmişdir. İddiaçının aktiv vergi ödəyicisi kimi vergi orqanında xx.xx.2018xx.xx.2021-ci il tarixlərdə qeydiyyatda olması onu işsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəyicisi olması səbəbi ilə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu anlamına gəlir. İddiaçıya 1 yanvar 2018-ci il tarixdən 25 fevral 2021-ci il tarixə dək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğundan ona 2018-ci il tarixdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin 29 noyabr 2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən 3 və daha artıq uşağı doğub 8 yaşınadək tərbiyə etdiyi və 57 yaşına çatdığı üçün təyin edilmiş yaşa görə sosial müavinət ödənişi 23 fevral 2021-ci il tarixdə dayandırılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə 29 noyabr 2019-cu il tarixdə edilən dəyişikliyi nəzərə alaraq ona yaşa görə sosial müavinət təyin edilməsi üçün iddiaçı 62 yaşa çatmalı və əmək fəaliyyəti ilə məşğul olmamalıdır. İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olduğundan ona yaşa görə sosial müavinət təyin edilməsi qanunvericiliyin tələblə rinə müvafiq deyildir. İddianın təmin edilməsi üçün faktiki və qanuni əsaslar mövcud olmamışdır.

21. Kassator hesab edir ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2 və 7.0.2-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. İddiaçı məhkəməyə müraciət edərək ona verilən sosial müavinətin 2021-ci ilin fevral ayından dayandırıldığını, buna görə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdiyini, Sumqayıt İnzibati Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarları ilə ona verilən yaşa görə müavinətin dayandırıldığı gündən bərpa edildiyini bildirmişdir. İddiaçı yaşlı olmasının, 4 uşaq doğub böyütməsinin və 2-ci qrup onkoloji xəstə olmasının nəzərə alınmasını və məhkəmə qərarlarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... 24. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik öd ənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları (1 yanvar 2020-ci il tarixədək qüvvədə olan reda ksiyada). Maddə

4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir:... 4.0.1.2. yaşa görə müavinət;... Maddə

7. Müavinətlərin təyin olunması şərtləri 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir:... 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;... Maddə

11. Müavinətlərin ödənişinin dayandırılması 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır:... 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda;...

25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların ar aşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qər ardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb ed ilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət e dilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlama qla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur 32. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinin 1 yanvar 2020-ci il tarixə qədər olan redaksiyasına əsasən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadınlar əmək qabiliyyəti olmayan şəxslər hesab edilir. İddiaçı xx xxx 1961-ci il tarixdə anadan olmaqla 20 may 2018-ci ildə 57 yaşı tamam olmuş və həmin tarixdə qüvvədə olan qanunvericiliyə əsasən sosial müavinət almaq hüququna malik olmuşdur. Cavabdeh tərəfindən də iddiaçıya 21 dekabr 2018-ci il tarixli ərizəsinə əsasən həmin tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir.

33. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş yaşa görə sosial müavinətin dayandırılmasının səbəbi kimi onun adına aktiv VÖEN-in olması göstərilmiş, iddiaçı tərəfindən VÖEN-nin bağlanılmasından sonra isə 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişiklikləri əsas gətirərək iddiaçının qanunla tələb olunan yaş həddinə 62 yaşa çatmaması qeyd edilmişdir.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda qeyd edilən və təkrarlanan dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının adına aktiv VÖEN-nin olması onun əmək fəaliyyətinə başlaması mənasını ehtiva etmir. Aşağı instansiya məhkəmələrinin araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçıya yaşa görə so sial müavinətin təyin edilməsi zamanı da aktiv VÖEN-i olmuş, lakin onun hər hansı fəaliyyətlə məşğul olması sübuta yetirilməmişdir. Belə ki, iddiaçının xx.xx.2017-xx.xx.2021-ci il tarixədək olan dövr ərzində dövriyyəsinin və ödənişlərinin olması müəyyən edilməmişdir. Hətta cavabdehin kassasiya şikayətinin dəlillərində istinad etdiyi iddiaçının 3,72 manat vergi borcunun olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilən iddiaçıya məxsus şəxsi hesab vərəqəsində həmin borcun 1 oktyabr 2018-ci il tarixdən (yaşa görə sosial müavinət təyin edilmədən öncə) daha əvvələ aid olması qeyd edilmişdir.

35. Bundan başqa, iddiaçının yaşa görə sosial müavinət almaq hüququnun yarandığı zaman qüvvədə olan qanunvericiliyin sonrada n sərtləşdirilməsi (yaş həddinin artırılması) iddiaçının artıq yaranmış olan sosial müavinət hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Əks yanaşma, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi ilə tanınan və qorunan sosial təminat hüquqlarının pozulmasına səbəb olacaqdır.

36. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçıya təyin edilən yaşa görə sosial müavinətin dayandırılmasının əsassız olması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

37. Odur ki, apellyasiya məhkəm əsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 2-1(105)-207/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar