Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1183/2017 13.06.2017 ALİ MƏHKƏMƏ Surəti Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Dövlət Neft Şirkəti İddiaçıCavabdehə (üçüncü şəxslər X32 və X14-bundan sonra üçüncü şəxslər) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1183/2017) Bakı şəhəri 13 iyun 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı, Dövlət Neft Şirkəti İddiaçı vəkili X2 iştirakı ilə, İddiaçı Dövlət Neft Şirkəti İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər X32 və X14-bundan sonra üçüncü şəxslər) “cavabdeh tərəfindən verilmiş 14.09. 2006-cı il tarixli 147 saylı sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(104)-50/2017 saylı, 23 yanvar 2017-ci il tarixli qərarından üçüncü şəxslərin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13 iyun 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 13 iyun 2014-cü il tarixli məktubda qeyd edilmişdir ki, X23 (X10) cavabdehin 14 sentyabr 2006-cı il tarixli sərəncamı ilə kommersiya binasının tikintisi üçün Gəncə-Çobanabdallı avtomobil yolunun sol tərəfində yerləşən “Gülçülük” adlanan ərazidən 0,04 ha torpaq sahəsi uzun müddətə icarəyə verilmiş və orada 400,0 kv.m kommersiya binalar ının tikilməsi üçün icazə verilmişdir. Samux rayon Dövlət Arxivinin 14 oktyabr 2014-cü il tarixli arayışına əsasən cavabdehin 14 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Bakı şəhər sakini X23 rayon ərazisində Gəncə-Çobanabdallı avtomobil yolunun sol tərəfində Gülçülük müəssisəsi adlanan yerdən 0,04 ha torpaq sahəsi uzunmüddətli icarəyə verilmiş, icarəyə verilmiş torpaq sahəsinin 400 kv.m-də müasir tipli milli memarlıq üslubunda kommersiya binasının tikintisinə icazə verilmişdir. “Azəriqaz” X20 X27 Sahəsinin 25 iyul 2011-ci il tarixli arayışına əsasən Samux rayonu, Kolayır kəndi ərazisindən keçən Qazax MQKS-nin balansında və istismarında olan diametri 720 mm-lik “Qaradağ Tbilisi-MQK-i” magistral boru kəməri yüksək atmosfer işçi təzyiq üçün nəzərdə tutulmaqla yeraltı yerləşir. Həmin qaz kəm ərinin təhlükəsizlik zonasında hər hansı bir tikilinin inşa edilməsi Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli qərarına və magistral X8 Normalarının AzDTN 2.9-2 tələblərinə ziddir. İddiaçı 16 may 2014-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək,Cavabdeh başçısı tərəfindən verilmiş 14.09.2006cı il tarixli sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X10 tərəfindən qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikiliyə (ticarət obyektinə) dair cavabdeh tərəfindən verilmiş sənədlər qanunsuz və əsassızdır. Qazax X27 Sahəsinin balansında və istismarında olan 219 mmlik Qaradağ-Tbilisi yüksək təzyiqli magistral qaz kəmərinin Samux rayon Gülçülük adlanan ərazisindən keçən hissəsində kəmərin 10 metrliyində ticarət obyektinin inşasına dair cavabdeh tərəfindən verilmiş 14 sentyabr 2006-cı il tarixli sərəncamına əsasən X24 icarəyə verilmiş torpaq sahəsinin 400 kv.m-də müasir tipli milli memarlıq üslubunda kommersiya binasının tikintisinə icazə verilməsi barədə qərar, R.Xuduyevə verilmiş 400 kv.m torpaq sahəsində tikinti aparılması haqqında komissiyanın Cavabdeh başçısı tərəfindən təsdiqlənmiş 11 sentyabr 2006-cı il tarixli akt, Cavabdeh başçısı ilə R.Xuduyev arasında 14 sentyabr 2006-cı il tarixli 0.04 ha torpaq sahəsinə 15 il müddətinə icarəyə verilməsi haqqında 22 saylı müqavilə, R.Xuduyevə icarəyə verilmiş 400 kv.m torpaq sahəsinin X31 kitabında 06 oktyabr 2006-cı il tarixdə 012 nömrə ilə uçota alınması, EskizLayihəyə əsasən Samux rayonunun baş memarı ilə R.Xuduyev tərəfindən tikiləcək kommersiya binasının planının razılaşdırılması, 13 sentyabr 2009-cu il tarixdə R.X1 Samux rayonu Gülçülük adlanan ərazidə olan 0.04 ha torpaq sahəsinin özəlləşdirilməsi və orada tikinti işlərinin aparılmasına və digər səlahiyyətlərə dair verilmiş etibarnamə Azərbaycan Respublikası Qanunlarına və “Qaz təchizatı haqqında” Qanuna, “Qaz təchizatı haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28.09.1998-ci il tarixli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini az altmaq məqsədi ilə Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli qərarının, eyni zamanda Az DTN 2.9-2 X21 Layihələndirmə Normalarının tələblərini ciddi surətdə pozmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli fərmanında əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatında şəhər (rayon) İcra hakimiyyəti orqanlarına qaz kəməri keçən ərazilərdə tikililərin aparılması hallarının qəti şəkildə qarşısının alınması tapşırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları və hüquqi şəxslər üçün məcburidir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2014-cü il tari xli qərardadı ilə X32 və X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Eyni tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2014-cü il tarixli rəyinə əsasən Samux rayonu Gülçülük ərazisində yerləşən iş üzrə üçüncü şəxs X23 məxsus tikili “Azəriqaz” X13 X27 sahəsinin balansında olan diametri 219 mm olan Qaradağ-Tibilisi X27nin mühafizə zonasının daxilində yerləşdiyi müəyyən edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-1(83)-20/2015 saylı iş) 28 yanvar 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, işin tədqiq edilmiş hallarından və mübahisəyə tətbiq edilmiş normativ hüquqi aktların tələblərindən görü ndüyü kimi iş üzrə cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsə (vətəndaşa) ticarətlə məşğul olmaq məqsədilə torpaq sahəsinin ayrılması müvafiq təşkilatla razılaşdırılmamış, həmçinin torpaq sahəsi ayrılarkən magistral qaz kəmərinin mühafizə zonası nəzərə alınmamış, nəticədə magistral qaz kəmərinin mühafizə zonasında ticarət obyekti inşa olunmuşdur. Odur ki, hazırkı mübahisə üzrə üçüncü şəxsə torpaq sahəsi ayrılması barədə inzibati orqan tərəfindən verilmiş inzibati akt etibarsız hesab edilməlidir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli qərarı ilə razılaşan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X12-məruzəçi, X5 və X3, 2-1(104)-125/2015 saylı iş) 27 may 2015-ci il tarixli qərarı ilə üçüncü şəxslərin apellyasiya şikayətini təmin e tməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər A.Hüseynov-məruzəçi, İ.Dadaşov və K.Bədəlov, 2-1(102)-08/2016 saylı iş) 17 mart 2016cı il tarixli qərarı ilə üçüncü şəxs R.Xuduyevin kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 27 may 2015-cı il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli qərarı ilə razılaşan Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4-məruzəçi, X6 və X19, 2-1(104)-50/2017 saylı iş) 23 yanvar 2017-ci il tarixli qərarla üçüncü şəxslərin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Üçüncü şəxs X10 03 fev ral 2017-ci il tarixdə qərarın surətini almış, 14 fevral 2017-ci il tarixdə hər iki üçüncü şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. kassasiya şikayətinin dəlilləri: Məhkəmə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayarkən iddianın təmin edilməsinin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının” 2.7-ci bəndinə əsaslanaraq qeyd etmişdir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, on un orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahəsindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 m-dən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 19 noyabr 2014-cü il tarixli rəydə, Samux rayonu Gülçülük ərazisində yerləşən iş üzrə üçüncü şəxs X23 məxsus tikili “Azəriqaz” X13 X27 sahəsinin balansında olan diametri 219 mm olan Qaradağ-Tbilisi X27nin mühafizə zonasının daxilində yerləşdiyi göstərilmişdir. İddiaçı Texniki Şurasının 24.01.2017-ci il tarixli iclasının nəticəsi olaraq (Protokolunun 5-ci bəndi), nəql edilən qazın işçi t əzyiqinə uyğun olaraq “Qaradağ-Tbilisi” 1-ci sinif X27 (işçi təzyiqi 2,5MPa-dan yuxarı) əvəzinə 1-ci kateqoriyalı yüksək təzyiqli qaz kəmərləri (işçi təzyiqi 0.6 Mpa-dan yuxarı 1,2 Mpa-ya qədər) kimi qəbul edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarına 2 nömrəli əlavədə göstərilir ki, yeraltı qaz kəmərlərindən binalara və tikintilərə qədər olan məsafə (planda) qaz kəmərində qazın təzyiqi 6kqq/kv.sm-dən 12kqq/kv.sm-ə qədər olduqda 10 metr məsafə nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə üçün aparılmış araşdırma və gəlinmiş nəticə kifayətedici və qanuna müvafiq deyildir. İddiaçı Texniki Şurasının 24.01.2017-ci il tarixli iclasın nəticəsi olaraq “QaradağTbilisi” 1-ci sinif X27ndə qazı n təzyiqinin aşağı salınması ilə əlaqədar qaz kəmərlərindən ticarət obyektinə qədər olan məsafə 10 metr olması qanuna müvafiq hesab edilmişdir. Şikayətin maddi hüquqi əsası kimi İnzibati Prosessual Məcəllənin 12 və 82-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu bildirərək dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onlar ın iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Üçüncü şəxslərin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Mübahisə inzibati aktın etibarsızlığı ilə bağlıdır. İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-də bu növ iddialarla bağlı iddia müddəti nəzərdə tutulmamışdır. Digər tərəfdən, İPM qəbul olunana qədər, yəni iddiaçı tərəfindən qərar qəbul edilən zaman qüvvədə olmuş və hazırda da qüvvədə olan Mülki Məcəllənin 19-cu maddəsində deyilir ki, dövlət hakimiyyəti orqanının və ya özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki qanunvericiliyin tələbləri nəzərə alınsa belə, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 384.0.5-ci maddəsinə əsasən mübahisəyə iddia müddəti şamil olunmur və həmçinin cavabdeh (habelə üçüncü şəxslər) də iddia müddəti ilə bağlı mübahisə açmamışdır (Mülki Məcəllənin 375.2-ci maddəsi). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Nizamnaməsində qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti neft və qaz sənayesinin vahid kompleks kimi səmərəli fəaliyyətinin və inkişafının təmin edilməsindən, istehlakçıların enerji daşıyıcılarına olan tələbatının etibarlı ödənilməsindən ibarətdir (1.1-ci bənd). Şirkətin qanunvericiliyə müvafiq olaraq öz adından əmlak və digər hüquqlar əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış etmək hüquqları vardır (1.6-cı bənd). İddiaçının fəaliyyəti Əməliyyat Şirkətləri, “Şahdəniz” və AÇG yataqlarından hasil olunan qazın qəbulu, ARDNŞ-ə məxsus qaz həcmlərinin xarici bazarlarda satışının təmin edilməsi, bağlanmış müqavilələrinin yerinə yetirilməsi, dünyanın yanacaq-energetika bazarında Azərbaycanın rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyası və qaz tədarükünün coğrafi arealının genişləndirilməsindən ibarətdir. Təchiz olunan qazın təhlükəsiz və səmərəli ixrac-idxal olunmasını və çatdırılma məntəqələrində təhvil-qəbul əməliyyatlarının aparılmasını təmin etmək iddiaçının vəzifəsinə daxildir. Bəhs olunanlara əsasən qaz boru xəttinin yerləşdiyi ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi iddiaçının vəzifəsinə aid olduğundan, iddiaçının iddia qaldırmaqda subyektiv hüququ da olmuşdur. Odur ki, iddia mümkünlük şərtlərinə cavab vermişdir. İddianın əsaslılığı il ə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ekspertizanın rəyinə görə qaz xəttinin mühafizə zolağı 50 m təşkil edir. İşin faktiki halına görə isə üçüncü şəxsə ayrılmış torpaq sahəsi mühafizə zolağı ərazisinə düşür, yəni yol boyu salınmış ticarət obyektinin ərazisindən keçən İddiaçı Qazax X27 sahəsinin balansında olan 219 mm diametrli Qaradağ-Tbilisi magistral qaz kəmərindən ayrılmış qolundan 6 metr məsafədə yerləşir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı mühafiz ə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər; Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.23-cü bəndinə əsasən, X21nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Cavabdeh iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktı qəbul edərkən qanunvericiliyin qeyd edilən müddəalarına əməl etməmişdir. İddiaçı tərəfindən mübahisə olunan inz ibati akt qaz xəttinin mühafizə zolağına aid torpaq sahəsi ilə bağlı verildiyindən qaz borusunun işlək vəziyyətdə olmamasına dair şikayətin dəlilləri əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, inzibati aktın etibarsızlığı ilə bağı məhkəmə digər hüquq normaları ilə yanaşı “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə də istinad etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən qəbul edilən inzibati aktın 2006-cı ildə qəbul edilməsini, “İnzibati icraat haqqında” Qanunun isə 2011-ci ilin yanvar ayının 1-dən qüvvəyə minməsini, adı çəkilən qanunun ondan əvvəl qəbul edilmiş inzibati aktlara tətbiq edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qərarında həmin qanunun müddəalarına istinad etməsi ilə razılaşa bilməz. Ape llyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda bəhs olunan digər əsaslara görə doğru olduğundan, bu hal apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(104)-50/2017 saylı, 23 yanvar 2017-cİ il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: İmza var Hakimlər: İmza var İmza var “06” səhifə düzdür Hakim Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №2-1(102)-1183/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1183/2017
13.06.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver