Məhkəmə qərarları › İş №2-1(102)-1183/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1183/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1183/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: Təhsil hüququ ilə bağlı mübahisələr, bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı, nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 və vəkili Haqqı Cəlilovun iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-189/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı Ukrayna Respublikası Poltava İqtisadiyyat və Ticarət Universitetinin “Maliyyə və kredit” ixtisasını bitirməyinə dair xx.xx.2015-ci il tarixdə verilmiş “Dİ” seriyalı 053289 qeydiyyat nömrəli bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət et mişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-3476/2019 nömrəli (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddianıntəmin edilməsi, İddiaçı Ukrayna Respublikası Poltava İqtisadiyyat və Ticarət Universitetinin “Maliyyə və kredit” ixtisasını bitirməyinə dair xx xxxx 2015-ci il tarixdə verilmiş “Dİ” seriyalı 053289 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarınınləğv edilməsini, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(103)-189/20 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və İlham Əhmədov) qərarı ilə cavabdehin birinci instansiya məhkəməsininxx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3476/2019 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı X1 və Ticarət Universitetinin «Maliyyə və kredit» ixtisasını bitirməyinə dair xx.xx.2015-ci il tarixdə verilmiş «Dİ» seriyalı 053289 qeydiyyat nömrəli bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, cavabdeh in apelyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,2013-2015-ci illərdə Ukrayna Respublikası Poltava İqtisadiyyat və Ticarət Universitetində maliyyə və kredit ixtisası üzrə əyani formada bakalavr təhsili almışdır. Həmin inzibati aktla razı deyil və ixtisası üzrə Azərbaycan Respublikasında işləməyə hazır olduğunu hesab edir. Eləcə də, təhsil aldığı xarici dövlətə tədris proseslərində iştirak etmişdir. İş materiallarında cavabdehin keçirdiyi ekspertiza (imtahanın gedişi) əks olunan videodisk mövcud deyil. Ekspertiza keçirilməsi və əsasında rəy verilməsi üçün əsas olmuş sənədləri cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı rus dilini normal təhsil yükünə uyğun bilir və cavab verir. Tədris normativləri üzrə tələb edilən vaxt ərzində təhsil müəssisəsində olmama və ya əksinə olma biliyin dərəcəsini təyin edə bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-189/2020 nömrəli qərarının ləğv edilərək diplomun tanınması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəm əsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-189/2020 nömrəli qərarının ləğv edilərək diplomun tanınması barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-189/2020 nömrəli qərarının ləğv edilərək diplomun tanınması barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili H.Cəlilov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixliqərarı qan uni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 da vəkili H.Cəlilovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixliqərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndələri və vəkillərinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qan unvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasa siya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-189/2020 saylı qərarla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3476/2019 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı X1 və Ticarət Universitetinin «Maliyyə və kredit» ixtisasını bitirməyinə dair xx.xx.2015-ci il tarixdə verilmiş «Dİ» seriyalı 053289 qeydiyyat nömrəli bakalavr diplomunun tanınması və ekv ivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikasının xx xxxx 2004cü il tarixli, 595-İİQ nömrəli Qanunla qoşulduğu xx xxxxxxx 1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın 3, 4, 5-ci maddələrinə, Azərbaycan Respublikasının xx xxxx 2000-ci il tarixli, 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in 1, 2, 5, 6-cı maddələrinə, Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilm iş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.1. 1.6. 3.6, 3.7-ci bəndlərinə, Nazirlər Kabinetinin xx xxxxx 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.5. 8.7.4, 8.7.5, 8.7.6, 8.7.7, 8.7.8-ci bəndlərinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-189/2020 saylı qərarla və həmin qərardan iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kasasiya şikayəti 5 səhifədən ibarət olsa da, kasasiya şikayətinin böyük əksəriyyətini müxtəlif maddi və prosessual hüquq normalarının məzmunu nun sadalaması təşkil edir. Lakin həmin maddi və prosessual hüquq normalarının hazırkı mübahisənin işin halları ilə konkret nə kimi hüquqi əlaqənin olması göstərilməmiş, yəni, sözügedən hüquq normalarının sadəcə olaraq sadalanması bunun formal və deklarativ xarakter daşıması anlamına gəlir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin Akkreditasiya və nostrifikasiya idarəsinin iddiaçıya ünvanladığı xx xxxxxx 2017-ci il tarixli 23-04-417/ANİ nömrəli imtina məktubunda qeyd edilmişdir ki, «Xarici ali təhsil ixtisasınızın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə daxil olmuş xx xx xxx 2017-ci il tarixli elektron müraciətinizə baxılmışdır. Araşdırma zamanı Sizin individual qrafik əsasında distant formada təhsil aldığınız müəyyən edilmişdir. Lakin ölkəmizdə distant təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericilikdə nəzərdə tutulmadığından, bu təhsil sənədinin ekvivalentliyinin müəyyən edilməsi mümkün deyildir. Eyni zamanda Ukrayna Respublikası Poltava İqtisadiyyat və Ticarət Universiteti tərəfindən Sizin adınıza verilmiş M17 035337 nömrəli xx xxxxxx 2017-ci il tarixli (magistr) diplom bakalavr təhsilinin davamı hesab edildiyindən yuxarıda qeyd olunanlara əsasən bu təhsil sənədi üzrə aldığınız ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması prosesinin davam etdirilməsinə zərurət qalmır. Azərbaycan Respublikası Nazirlər Kabi netinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən, Ukrayna Respublikası Poltava İqtisadiyyat və Ticarət Universiteti tərəfindən Sizin adınıza verilmiş Dİ 053289 nömrəli xx xxxx 2015-ci il tarixli (bakalavr) diplom üzrə a ldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir». Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «Ukrayna Respublikası Poltava İqtisadiyyat və Ticarət Universitetinin 2015-ci il tarixli məzunu İddiaçı təqdim etdiyi Dİ 053289 nömrəli xx xxxx 2015-ci il tarixli (bakalavr) diplomun tanınmamasına dair» xx xxxxxxx 2017-ci il tarixli ekspert rəyində isə göstərilmişdir ki, Ukrayna Respublikası Poltava İqtisadiyyat və Ticarət Universiteti tərəfindən İddiaçı adına verilmiş Dİ 053289 nömrəli xx xxxx 2015-ci il tarixli (bakalavr) ali təhsil haqqında sənəddə tədrisin müddəti müvafiq olaraq 2013-2015-ci illər qeyd olunmaqla maliyyə və kredit ixtisası üzrə təhsil aldığı bildirilmişdir. Rəyin qalan hissəsi Akkreditasiya və nostrifikasiya idarəsinin xx x xxxxx 2017-ci il tarixli məktubu ilə eyniməzmunlu olmuşdur. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X2 Təhsil Müəssisəsinin «Poltava İqtisadiyyat və Ticarət Universiteti»nin Dİ 053289 nömrəli xx xxxx 2015-ci il tarixli diplomunun notariat təsdiqli surətinə görə, iddiaçı 2015-ci ildə həmin universitetin Maliyyə və kredit ixtisası üzrə tam kursunu bitirmiş, Dövlət İmtahan Komissiyasının qərarı ilə ona Maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Həmçinin, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X2 Təhsil Müəssisəsinin «Poltava İqtisadiyyat və Ticarət Universiteti»nin Dİ 053289 nömrəli xx xxxx 2015-ci il tarixli diplomuna əlavənin notariat təsdiqli surətinə əsasən, iddiaçı həmin universitetdə 2013-cü ildə n 2015-ci ilə kimi təhsil almışdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi maddi və prosessual normalarını düzgün tətbiq etmişdir. Beləliklə, iddiaçı distant təhsilalma forması üzrə tədris almış, lakin Azərbaycan Respublikasının qanunvericiliyi ilə belə təhsil formasının təşkili və qiymətləndirilməsi mexanizmi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın: 1.1-ci bəndinə əsasən, bu Qaydalar «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə ə laqədar bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğ unluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az o lduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2010-cu il tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na əsasən: ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir (5.5-ci bənd); tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər (8.7.4); əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir (8.7.5); təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir (8.7.6); hər tədris ilində tətil müddəti 8-12 həftədir (o cümlədən qış tətili müddəti 2 həftədən az olmayaraq) (8.7.7); ali təhsil müəssisələrində dərs növlərinə mühazirə, seminar, nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi) və digərləri daxildir (8.7.8). Azərbaycan Respublikasının xx xxxx 2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in: 1-ci maddəsinə əsasən, bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir; 2-ci maddəsinə görə, Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsi li davam etdirərkən ekvivalent sayılır; 5-ci maddəsinə əsasən, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir; 6-cı maddəsinə görə, bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Azərbaycan Respublikasının xx xxxx 2004-cü il tarixli 595-İİQ nömrəli Qanunla qoşulduğu xx xxxxxxx 1961-ci il tarixdə Haaqa şə hərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın: 3-cü maddəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin «Apostille (Convention de la Haye du x xxxxxxx 1961)» adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə görə, şəhadətnamə sənədi imzalamış şəxsin və ya həm hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldik də, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtina etməsi qanunvericiliyə, o cümlədən Sazişin 5-ci maddəsinə və Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsi). Belə ki, Sazişin 2-ci maddəsi ilə yalnız orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınmış və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılmışdır. Başqa sözlə, Sazişlə Ukrayna ali təhsil müəssisələrinin bakalavr və magistr diplomlarına münasibətdə ekvivalentlik müəyyən edilməmişdir və ona görə də Qaydaların 1.6-cı bəndinin «Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir» müddəası hazırkı mübahisəyə tətbiq oluna bilməz. Bu da o deməkdir ki, Sazişin 5-ci maddəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikası Ukraynada verilmiş bakalavr və magistr ixtisas dərəcələri haqqı nda diplomları təhsil müddətinə və təhsilin məzmununa uyğun gələrsə, tanıyır. Cavabdeh də Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq, milli qanunvericiliyə görə bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti ən az 4 il təşkil etdiyi halda, 2 illik təhsil nəticəsində bakalavr dərəcəsinə iddia edən iddiaçının diplomunun tanınmasından haqlı olaraq imtina etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasa siya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-189/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar