Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1183/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyası hüququ olan şəxsə müharibə veteranlarına müavinətin ödənilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı X1 vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mü dafiə Fondunun Suraxanı rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 01.04.2016-cı ildən 01.04.2019-cu ilədək cəmi 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-292/2021 saylı, 9 fevral 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya Laçın Rayon Hərbi Komissarlığı tərəfindən 28.06.2002-ci il tarixdə M/V seriyalı xxxxnömrəli vəsiqə verilmişdir. İddiaçı müavinət ödənilməsi üçün cavabdeh orqana üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən ona hər ha nsı cavab verilməmişdir.
2. X6 Sistemindən çıxarışa əsasən iddiaçıya 03.11.1995-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki birinci icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 01.04.2016-cı ildən 01.04.2019-cu ilədək cəmi 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1946-cı il tarixində Azərbaycan Respublikası, Laçın rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həkim kimi iştirak etmişdir. Müharibə veteranıdır. Hal-hazı rda cavabdehdən Müharibə veteranı kimi müavinət alır, lakin qanunla Müharibə veteranlarına ödənilməyən müavinətin, yəni müavinət almaq hüququ yarandığı gündən Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarının 1.3-cü maddəsinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq 01.04.2016-cı ildən 01.04.2019-cu ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. Belə ki, bir çox iddiaçı kimi olan hərbçi yoldaşlarına həmin məbləğin məhkəmə qaydasında ödənilməsi təmin edilmişdir. Bu barədə cavabdehə 16.06.2019-cu ildə müraciət etdi, lakin cava bdeh “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7- ci və 10-cu maddələrinin tələblərini pozaraq müraciətinə cavab verməmişdir, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3368/2019 saylı 08.10.2019-cu il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
6. İddiaçı qərardaddan apelyasiya şikayəti vermişdir. b) apelyasiya instansiya məhkəməsindəki birinci icraat
7. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2930/2019 saylı 17.12.2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3368/2019 saylı 08.10.2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş həmin məhkəməyə qaytarılmışdır. c) birinci instansiya məhkəməsindəki ikinci icraat
8. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-3265/2020 saylı iş) 19 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı 03.11.1995-ci ildən etibarən yaşa görə əmək pensiyası alır. “Sosial müavinətlər haqqında” Qanunun 11-ci maddəsinin məzmunundan da göründüyü kimi vətəndaşın pensiya hüququnun yaranması onun müavinət almaq hüququnu dayandırır. İddiaçı müvafiq qanunvericiliyə əsasən 03.11.1995-ci il tarixdən əmək pensiyası alması iş materialları ilə öz təsdiqini tapdığından və vətəndaşın pensiya hüququnun yaranması onun müavinət almaq hüququnu istisna etdiyindən, hazırkı iddia əsassızdır və təmin edilməməlidir.
10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. ç) apelyasiya insta nsiyası məhkəməsindəki ikinci icraat
11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X2 və X8, 2-1(10)-292/2021 saylı iş) 9 fevral 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
12. İddiaçı 20 aprel 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
13. Kasasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. b) Kasasiya ş ikayətinə qarşı etirazın dəlilləri
14. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 17. “Sosial müavinətlər haqqında” Qanun: Maddə
1. Əsas anlayışla r 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. Sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. (-). Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə
7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir: (-); 7.0.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Maddə
9. Müavinətlərin təyin edilməsi müddə ti 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: (-)... 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; (-). Maddə
11. Müavinətlərin ödənişinin dayandırılması 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müav inət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: (-); 11.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda; (-). 18. “Veteranlar haqqında” Qanun: Maddə
2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyya tlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə
7. Müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.
19. İnzibati Prosessual Məcəllə: Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya ş ikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
20. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəm ə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İşin mübahisə olunmayan hallarına əsasən iddiaçı xx xxxxxxx 1946-cı ildə doğulmuş, 3 noyabr 1995-ci il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilmiş, 28 iyun 2002-ci il tarixdə isə Laçın Rayon Hərbi Komissarlığı tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmişdir.
24. İddiaçı müharibə veteranlarına verilən müavinətin 01.04.2016-cı ild ən 01.04.2019-cu ilədək olan dövr üzrə ona ödənilməsini xahiş edir.
25. İddiaçının şikayətinin dəlillərinə görə müharibə veteranı olduğu üçün ona 3 illik aylıq sosial müavinət ödənilməlidir.
26. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
27. İddiaçı müharibə veteranı olmasına görə “Sosial müavinətlər haqqında” Qanunun müddəalarına istinad edərək aylıq müavinəti ödənilməli olduğunu bildirmişdir. 28. “Sosial müavinətlər haqqında” Qanunun yuxarıda bəhs olunan maddələrinə görə hazırkı tələb üzrə sosial müavinətlər ömürlük deyil, müəyyən müddət üçün təyin edilir. Onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda və onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir.
29. İdd iaçı 2002-ci ildə müharibə veteranı statusunu alan zaman artıq əmək pensiyaçısı idi və 1995-ci ildən ona pensiya təyin olunmuşdu. 30. “Sosial müavinətlər haqqında” Qanunun 3.1-ci maddəsinin tələbinə görə bu qanunla müəyyən olunmuş şərtlər olduqda aylıq müavinət təyin edilə bilər və həmin qanunun 7.0.6-cı maddəsinə görə sosial müavinəti almaq hüququ müəyyən edilmiş şəxs əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilə bilər.
31. İddiaçının 2002-ci ildə müharibə veteranı kimi aylıq sosial müavinət hüququ olsa da, həmin vaxt o, əmək pensiyaçısı olduğundan və əmək pensiyaçılarına “Sosial müavinətlər haqqında” Qanunda müharibə veteranları üçün nəzərdə tutulan müavinətin ayrıca ödənilməsi istisna olunduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
32. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
33. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-292/2021 saylı 9 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.