Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1183/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 2-1(105)-185/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh orqanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmanın nəticələri haqqında” 26 oktyabr 2020-ci il tarixli qərarı ilə hüquqi ünvanı AZ5000, Sumqayıt şəhəri, 5 mikrorayon, ev 3/57, mənzil 29 olan fiziki şəxs İddiaçı (VÖEN:**********) gələcək fəaliyyətində digər bazar subyektlərinə məxsus əmtəə nişanlarından, o cümlədən “QAYMAQ” əmtəə nişanından qanunsuz istifadə edilməsi və bununla haqsız rəqabətə yol verilməməsi ilə bağlı müvafiq tədbirlər görülməsi haqqında göstəriş verilmişdir. Həmin qərarla hüquqi ünvanı AZ50 00, Sumqayıt şəhəri, 5 mikrorayon, ev 3/57, mənzil 29 olan fiziki şəxs İddiaçı tərəfindən (VÖEN:**********) AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən ona məxsus obyektdə 22 iyul 2020-ci il tarixdən 09 oktyabr 2020-ci il tarixədək olan dövr ərzində “QAYMAQ” əmtəə nişanından qanunsuz istifadə edildiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozmaqla əldə edilmiş (sadələşdirilmiş vergi çıxılmaqla) 4169,0 manat gəlirin bir misli, yəni 4169,0 manat həcmində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın 26 oktyabr 2020-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğul olur. Fəaliyyətinin əsasını restoran fəaliyyəti təşkil edir. Fərdi sahibkar kimi hüquqi ünvanı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/57, mənzil 29-dur, lakin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında obyekt icarəyə götürmüş və restoran fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Restoranın adı “X7” olmuşdur. "xxxx" MMC-nin şikayəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində araşdırma aparılmış və sonuncu tərəfindən iddiaçı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü bəndini pozduğu üçün 4169 manat məbləğində cərimə olunmuşdur. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 26 oktyabr 2020-ci il tarixli qərarı əsassız və qanunsuzdur. Buna görə də, həmin qərar ləğv olunmalı və iddiaçıya yazılmış cərimə silinməlidir. Belə ki, qeyd olunan qərarda istinad olunmuşdur ki, iddiaçının Binəqədi rayonunda fəaliyyət göstərdiyi obyektin adında QAYMAQ əmtəə nişanından istifadə olunmuşdur. Halbuki obyektin adı “X7”dır. İddiaçının obyektinin adı ilə "xxxx" MMC-yə məxsus “QAY-MAQ” və “QayMaq” əmtəə nişanı quruluşu və görünüşü ilə qarışdırılacaq qədər oxşar deyildir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən əmtəə nişanlarının və coğrafi göstəricilərin Azərbaycan Respublikasında qeydə alınması müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstəricisi bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi onun razılığı olmadan ona mə xsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. "xxxx" MMC müraciət edərək, “Qaymaq” sözünü “QAY-MAQ” və “QayMaq” kimi quruluşda əmtəə nişanı kimi sənədləşdirmiş və özününküləşdirmişdir. Yəni bu o deməkdir ki, "xxxx" MMC “QAY-MAQ” və “QayMaq” kimi quruluşda əmtəə nişanı alıbsa, heç kim qaymaq sözünün başqa formasından istifadə edə bilməz. Məhz ona görə də yuxarıda qeyd olunan Qanunun 25.1-ci maddəsində qeydiyyat a alınmış əmtəə nişanının sahibi onun razılığı olmadan üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir kimi qeyd olunmuşdur. İddiaçı hesab edir ki, mübahisələndirdiyi qərar qəbul olunan zaman “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu təhrif olunmuşdur. Buna görə də, səhvən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununa istinad olunmuşdur. İş materiallarına əlavə etdiyi şəkillərdən də görünür ki, obyektin reklam tablosunda QAYMAQ sözü TURAN sözündən 3 dəfə balacadır. Əmtəələrin eynicinsliyinin müəyyən edilməsində əmtəənin növü, əmtəənin təyinatı, əmtəənin satış şəraiti nəzərə alınır. Əmtəənin növünə onun hazırlandığı material və məmulatın xarici görünüşü daxildir. Məmulatların xarici görünüşlərin də fərqlilik aşağıdakı kimidir. 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmtəə nişanı bir sözdən - “Qaymaq” sözündən, iddiaçının fəaliyyət göstərdiyi obyektdə istifadə olunan ad isə üç sözdən - “X7” sözlərindən ibarətdir. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Qaymaq yazıları və tərtibatı qəhvəyi rəngdən, iddiaçının fəaliyyət göstərdiyi obyektdə isə yazılar narıncı fonun üzərində ağ rəngdən ibarətdir. Əmtəənin təyinatına onun tətbiqi sahəsi və funksiyası aiddir, yəni həmin əmtəənin istehlakçılarının dairəsi. Əmtəələrin oxşarlıq dərəcəsi qiymətləndiriləndə geniş istehlaklı əmtəə üçün daha ciddi yanaşma tətbiq edilir. Geniş istehlaklı əmtəələrin alıcıları həmin əmtəələri konkret növ əmtəələrlə və onların əmtəə nişanları ilə az qarışdırırlar, ona görə də onların əmtəə nişanl arının qarışdırılması ehtimalı daha çoxdur. Geniş istehlakı olan əmtəələrə kosmetik və gigiyenik məmulatları, qida məhsullarını, alkoqollu və tütün məmulatlarını, yanacağı və sairi aid etmək olar. Azmüddətli istifadə olunan və nisbətən qiyməti aşağı olan əmtəələrə alıcıların diqqəti azdır və qarışdırma təhlükəsi çoxalır. Əmtəələrin eynicinslik dərəcəsi onların nişanlanmasında istifadə olunan işarələrin oxşarlığının dərəcəsi ilə sıx bağlıdır. İşarələrin oxşarlığı çox olduqda onların qarışdırılması təhlükəsi də çox olur. Bu mübahisədə işarələrin oxşarlığı xarici görünüş baxımından heç də üst-üstə düşmür. Onu da qeyd edir ki, hər iki nişan eyni malın satışını xarakterizə və bununla əlaqəli xidmətləri əks etdirmir, yəni "xxxx" MMC “Qaymaq” əmtəə nişanı adı altında süd və süd məhsullarının iste hsalı və satışı ilə məşğul olur. İddiaçı isə restoran fəaliyyəti ilə məşğul olur. Məhkəmənin nəzərinə çatdırır ki, ilkin olaraq "xxxx" firması 1997ci il tarixdən fəaliyyət göstərib. 2019-cu il tarixdə bölünərək "xxxx" MMC və "xxxx" MMC kimi yenidən təşkil olunmuşdur. Buna görə də, həmin nişanlar ayrı-ayrı malların satışının həyata keçirilməsi üçün istifadə olunur. Bu isə onların eyni növə, təyinata və satış şəraitinə aid olmamasını göstərir. Səsli əlamətlər “QAY-MAQ” əmtəə nişanındakı mətnin bir sözdən ibarət olması və hecalara ayrılaraq birinci hecadan sonra defis olması, əmtəə nişanında “QAY-MAQ” sözündə vurğunun sonuncu hecaya düşməsi; “X7” reklamındakı mətnin üç sözdən ibarət olması, sözlərin müxtəlif uzunluğa malik olması, “QAY-MAQ” sözündə cəmi 4 samitin, 2 saitin olması, “X7” sözünd ə cəmi 13 samitin, 9 saitin olması, fərqli fonetik tərkibə, sözlərin ayrı-ayrı kökə malik olması, vurğunun fərqli sözə düşməsi, hecaların miqdarının müxtəlif, kökün ayrı olması, yaxın səslərin və ahənglərin bir-birinə fərqli nisbətdə yerləşməsi, səslərin yaxınlıq dərəcəsinin tam olmaması, sözün uyğun olan hissələrinin xarakterinin müxtəlifliyi müqayisə olunan əmtəələrdə eyni deyildir. Nişanların ümumi görünüşünün oxşar təəssüratının olmaması, əsas elementlərin fərqliliyi müqayisə olunan əmtəələrin vizual cəhətdən oxşar olmamasını göstərir. Nişanda istifadə olunan yazının mənasının fərqli olması müqayisə olunan əmtəələrin məna (semantik) etibarı ilə də fərqli olmasını göstərir. Belə ki, “QAY-MAQ” süd məhsulu mənasını daşıyır, “X7” isə restoran fəaliyyəti sahəsinin olmasını göstərir. Müəyy ən olunmuş əlamətlərə əsasən belə nəticəyə gəlmək olur ki, əmtəə nişanlarının dizaynı qarışdırılacaq qədər oxşar deyildir. Mübahisəli qərarda iddiaçının cəriməsi onunla əsaslandırılıb ki, 22 iyul 2020-ci il tarixdən 09 oktyabr 2020-ci il tarixə 4 faiz vergi çıxılmaqla 4169 manat gəlir əldə etmişdir. Bu hesablanma da düzgün getməmişdir. Məlumdur ki, gəlir təkcə vergilər ödəniləndən sonra yerdə qalan məbləğ deyil. Çünki obyektin kommunal xərcləri, işçilərin (7 nəfər) əmək haqları və s. hesablanmamışdır. İddiaçı hesab edir ki, həmin qərar qanunsuz, əsassız və ədalətsiz, yəni prosessual pozuntularla tərtib olunmuş qərardır.
4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, "xxxx" MMC-nin cavabdeh orqana 15 sentyabr 2020-ci il tarixli, 205 nömrəli müraciəti daxil olmuşdur. Müraciətdə "x xxx" MMC-yə məxsus “QAYMAQ” əmtəə nişanından Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında yerləşən fiziki şəxs İddiaçı (VÖEN: **********) məxsus “X7” tərəfindən qeyri-qanuni istifadə edildiyi bildirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında yerləşən “QAYMAQ Restaurant” tərəfindən “QAYMAQ” əmtəə nişanından qeyri-qanuni istifadə edilməsi barədə xidmətə "xxxx" MMCnin 11 iyun 2020-ci il tarixli, 134 nömrəli müraciəti daxil olmuşdur. Həmin müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədi ilə xidmət tərəfindən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə 13 iyul 2020-ci il tarixli, AİBNDX-05/01-3/113 nömrəli məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən müvafiq araşdırmalar aparılmış və görülmü ş tədbirlər nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 181 ünvanında yerləşən restoran tərəfindən “QAYMAQ” əmtəə nişanından qeyri-qanuni istifadə etməklə yayımlanan reklamların yayımı dayandırılmışdır. Bu barədə xidmətin 26 oktyabr 2020-ci il tarixli AiBNDX-05/01-5/987 nömrəli məktubu ilə "xxxx" MMC-yə məlumat verilmişdir. "xxxx" MMC-nin xidmətə daxil olmuş 15 sentyabr 2020-ci il tarixli 205 nömrəli müraciətində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında yerləşən restoranın giriş hissəsində yerləşdirilən reklam lövhələrində “X7” sözləri yazılmaqla yanaşı, həmçinin vətəndaşlara verilən ödəniş çeklərinin üzərində də “QAYMAQ” sözü yazılmaqla “QAYMAQ” əmtəə nişanından qeyriqanuni istifadə edildiyi bildirilmişdir. Həmin məktuba əlavədə təqdim edilmiş materia llara əsasən qeyd olunan restoranın facebook.com və instagram.com sosial şəbəkələrdə də “QAYMAQ” əmtəə nişanından istifadə edildiyi müəyyən edilmişdir. Təqdim edilmiş məlumatlara əsasən “QayMaq” və “QAY-MAQ” əmtəə nişanları 43-cü sinif-restoran, iaşə, mehmanxana və onların reklamı üçün "xxxx" firmasının (indiki "xxxx" MMC) adına dövlət qeydiyyatına alınmışdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlə r üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırma ehtimalı yaransa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab olunur. Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən digər bazar s ubyektinin əmtəə nişanından, coğrafi göstəricilərindən, firma adından, əmtəə markasından, həmçinin adından qanunsuz istifadə edilməsi haqsız rəqabət hesab edilir və bu hərəkətlərə yol verilmir. Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestri”ndəki məlumatlara əsasən fiziki şəxs İddiaçı (VÖEN: **********) hüquqi ünvanı AZ5000, ünvan 4dərək fəaliyyət göstərdiyi obyektin ünvanı isə AZ1054, ünvan 5eyd olunanları nəzərə alaraq, hüquqi ünvanı AZ5000, ünvan 6 isə AZ1054, ünvan 7iziki şəxs İddiaçı (VÖEN: **********) haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır, işə baxılması 09 oktyabr 2020-ci il tarixinə təyin edilmiş, eyni zamanda fiziki şəxs İddiaçı zəruri sənəd və məlumatlar tələb edilmişdir. Komissiyanın qeyd olun an tarixə təyin edilmiş işəbaxılma iclasında fiziki şəxs İddiaçı səlahiyyətli nümayəndəsi X3 və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X5 iştirak etmişdir. Namiq Tarverdiyev iclasda çıxış edərək “X7” adlı obyektin üzərində yerləşdirilən “Qaymaq” sözünün sökülərək götürüldüyünü və bunu təsdiq edən fotogörüntüləri və qərarla tələb olunan bir sıra sənədləri təqdim edərək digər məlumatların təqdim olunması üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. Eyni zamanda “Qaymaq” sözünün “İnstagram” və “Facebook” səhifələrindən, menyudan və post terminal qəbzindən götürüldüyünü, sözügedən obyektin yeni fəaliyyətə başladığından “X7” yazılmış reklamın yerləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə icazə sənədinin alınması ilə əlaqədar müraciət edilmədiyini və həmin obyektin hal-hazırda fəaliyyət göstərmədiyini bildirmişdir. Komissiya qeyd olunanları və təqdim edilməmiş sənəd və məlumatların zəruriliyini nəzərə alaraq işə baxılmasını təxirə salaraq növbəti iclası 23 oktyabr 2020-ci il tarixinə təyin etmişdir. Komissiyanın qeyd olunan tarixdə keçirilən iclasında fiziki şəxs İddiaçı səlahiyyətli nümayəndəsi X3 və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X5 iştirak etmişdir. X3 iclasda çıxış edərək qeyd olunan obyektin 22 iyul 2020-ci il tarixdən fəaliyyətə başladığını, nəzarət-kassa aparatının quraşdırıldığını və 09 oktyabr 2020-ci il tarixində fəaliyyətinin dayandırıldığını bildirmiş, iclasda müzakirələr aparılmış və “QAYMAQ” əmtəə nişanından istifadə olunduğu müddətdə fiziki şəxs İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181 ünvanında fəaliyyət göstərən restorandan əldə etdiyi gəlirlər və buna görə hesablanmış sadələşdirilmiş verginin məbləğinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Komissiya qeyd olunanları və iş vaxtının bitdiyini nəzərə alaraq iclasa fasilə verərək növbəti iş günü, yəni 26 oktyabr 2020-ci il saat 16:00-a iclas təyin etmişdir. Komissiyanın qeyd olunan tarixdə keçirilən iclasında "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X5 iştirak etmişdir. Lakin fiziki şəxs İddiaçı və ya onun səlahiyyətli nümayəndəsi X3 iclasda iştirak etməmişdir. Məsələ ilə əlaqədar səlahiyyətli nümayəndə X3 tərəfindən xidməti arayış təqdim edilsə də (daxilolma tarixi: 5/2021, xx.xx.2020-ci il), iclasda iştirak etməməsinin səbəbi barədə komissiyaya hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 2.7-ci bəndinə əsasən tərəflərdən hər hansı birinin öz nümayəndəsinin işə baxılmasında iştirakının uyğun sənədlərdə təsdiq olunmuş üzürlü səbəblərdən iclasa gəlmək imkanı olmadığı haqqında əsaslandırılmış vəsatəti daxil olduqda işə baxılması müddəti göstərilməklə təxirə salına bilər. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən isə işə mahiyyəti üzrə tərəflərin (onların nümayəndəsinin) iştirakı olmadan, yalnız həmin şəxslərə işə baxıldığı yer və vaxt haqqında vaxtında lazımi qaydada xəbər verildiyi haqqında məlumatlar olduğu və onların işin təxirə salınması barədə əsaslandırılmış vəsatət təqdim etmədiyi hallarda baxıla bilər. Fiziki şəxs İddiaçı və ya onun s əlahiyyətli nümayəndəsinin iclasda iştirak etməməsinin üzürlü səbəbləri barədə hər hansı vəsatətin daxil olmadığını, fiziki şəxs İddiaçı səlahiyyətli nümayəndəsi X2 və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X4 iclasın keçirilməsi barədə dəqiq məlumatın verildiyini nəzərə alaraq komissiya fiziki şəxs İddiaçı və ya onun səlahiyyətli nümayəndəsi X1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəuyğun hesab etmişdir. Təqdim olunmuş arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən obyektdə kassa nəzarət aparatı 22 iyul 2020-ci il tarixindən quraşdırılmış, lakin həmin tarixdən 01 sentyabr 2020-ci il tarixinədək satış olmamışdır. Satış 01 sentyabr 2020-ci il tarixindən 30 sentyabr 2020-ci il tarixi də daxil olmaqla kassa nəzarət çe klərinin yekun məbləği 3298,29 manat, post terminal qəbzləri üzrə olan məbləğ isə 976,71 manat təşkil etmişdir. 3-cü rüb üzrə yekun məbləğ 4275 manat təşkil etmişdir və bu məbləğin 4%i, yəni 171 manat vergiyə ödənilmişdir. 01 oktyabr 2020-ci il tarixindən 09 oktyabr 2020-ci il tarixi də daxil olmaqla olan dövr üçün isə kassa nəzarət çeklərinin yekunu 68,02 manat, post terminal 0 manat olmuşdur. 4-cü rüb üzrə hesablanmış 68,2 manat məbləğin 4%-i, yəni 2,72 manat vergiyə ödəniləcəkdir. Ümumilikdə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən “Turan restoranı”nın 22 iyul 2020-ci il tarixindən 09 oktyabr 2020-ci il tarixinə qədər ümumi dövriyyəsi 4343,02 manat təşkil edir. Həmin məbləğin 4%-i, yəni 174 manat sadələşdirilmiş vergi hesablanmışdır. Həmç inin qeyd edilmişdir ki, post terminal qəbzləri üzrə olan yekun məbləğ, yəni 976,71 manat kassa nəzarət aparatında qeydiyyata alınmamışdır. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur. Həmin Qanunun 4-cü maddəsinin dördüncü abzasına əsasən eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edi lməsi rəqibin təsərrüfat fəaliyyətini təqlid hesab edilir və bu hərəkətlərə yol verilmir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bazar subyektlərinə bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergilər çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə - iki misli həcmində maliyyə sanksiyası tətbiq edilir. Komissiya işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, habelə təqdim edilmiş sənəd və məlumatları tam və obyektiv araşdıraraq hüquqi ünvanı AZ5000, Sumqayıt şəhəri, 5 mkr., ev 3/57, mənzil 29 olan fiziki şəxs İddia çı (VÖEN: **********) tərəfindən AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən obyektdə “QAYMAQ” əmtəə nişanından 22 iyul 2020-ci il tarixdən 09 oktyabr 2020-ci il tarixə olan dövr ərzində qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozmaqla rəqibin təsərrüfat fəaliyyətini təqlid etməklə haqsız rəqabətə yol verildiyini müəyyən etmişdir. Eyni zamanda Komissiya fiziki şəxs İddiaçı 22 iyul 2020-ci il tarixdən 09 oktyabr 2020-ci il tarixə olan dövr ərzində “QAYMAQ” əmtəə nişanından istifadə etməklə göstərilən xidmətlərdən sadələşdirilmiş vergi (4 faiz (174 manat) çıxılmaqla) 4169,0 manat (dörd min yüz altmış doqquz manat) gəlir əldə etdiyini müəyyən etmişd ir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər, qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər, habelə qeyd olunan Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə, tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.3 və 3.0.6-cı bəndlərinə əsasən, qanunvericiliyin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonratəsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş, habelə antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-827/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim İ.R.Quliyev) iddia tələbi rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas yalnız restoranın adında “Qaymaq” adından istifadə edilməsi yox, eyni zamanda vətəndaşlara verilən ödəniş çeklərinin üzərində də “QAYMAQ” sözü yazılmaqla və sosial şəbəkələrdə reklam xarakterli “QAYMAQ” əmtəə nişanından qeyriqanuni istifadə edilməsi olmuşdur. İnzibati icraat zamanı iddiaçının nümayəndəsi qeyd edilən halları etiraf etmişdir. Komissiyanın iclasında İddiaçı səlahiyyətli nümayəndəsi X3 iştirak etmiş və “X7” adlı obyektin üzərində yerləşdirilən “Qaymaq” sözünün sökülərək götürüldüyünü və bunu təsdiq edən fotogörüntüləri və qərarla tələb olunan bir sıra sənədləri təqdim edərək digər məlumatların təqdim olunması üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. Eyni zamanda “Qaymaq” sözü nün “İnstagram” və "Facebook” səhifələrindən, menyudan və post terminal qəbzindən götürüldüyünü, sözügedən obyektin yeni fəaliyyətə başladığından “X7” yazılmış reklamın yerləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə icazə sənədinin alınması ilə əlaqədar müraciət edilmədiyini və həmin obyektin hal-hazırda fəaliyyət göstərmədiyini bildirmişdir. Həmçinin inzibati orqana təqdim olunmuş arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən obyektdə kassa nəzarət aparatı 22 iyul 2020-ci il tarixindən quraşdırılmış, lakin həmin tarixdən 01 sentyabr 2020-ci il tarixinədək satış olmamışdır. Satış 01 sentyabr 2020-ci il tarixdən 30 sentyabr 2020-ci il tarixi də daxil olmaqla kassa nəzarət çeklərinin yekun məbləği 3298,29 ma nat, post terminal qəbzləri üzrə olan məbləğ isə 976,71 manat təşkil etmişdir. 3-cü rüb üzrə yekun məbləğ 4275 manat təşkil etmişdir və bu məbləğin 4%-i, yəni 171 manat vergiyə ödənilmişdir. 01 oktyabr 2020-ci il tarixindən 09 oktyabr 2020-ci il tarixi də daxil olmaqla olan dövr üçün isə kassa nəzarət çeklərinin yekunu 68,02 manat, post terminal 0 manat olmuşdur. 4-cü rüb üzrə hesablanmış 68,2 manat məbləğin 4%-i, yəni 2,72 manat vergiyə ödəniləcəkdir. Ümumilikdə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Azadlıq prospekti, ev 181 ünvanında yerləşən “Turan restoranı”nın 22 iyul 2020-ci il tarixdən 09 oktyabr 2020-ci il tarixə qədər ümumi dövriyyəsi 4343,02 manat təşkil edir. Həmin məbləğin 4%-i, yəni 174 manat sadələşdirilmiş vergiyə hesablanmışdır. Həmçinin qeyd edilmişdir ki, post term inal qəbzləri üzrə olan yekun məbləğ, yəni 976,71 manat kassa nəzarət aparatında qeydiyyata alınmamışdır. Göründüyü kimi inzibati icraat zamanı iddiaçı qeyd etdiyi dəlilləri irəli sürməmiş, inzibati orqana təqdim edilmiş sənədlər əsasında qərar qəbul edilmişdir.
7. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)185/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-827/2021 nömrəli, 19 oktyabr 2021ci il tarixli qərarı dəyişd irilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apelyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd olunmuşdur ki, əmtəə nişanlarının oxşarlığının olub-olmaması “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunduğundan və bu fəaliyyət xüsusi bilik tələb etdiyindən hər iki instansiya məhkəməsində yazılı vəsatətlə müraciət edərək, əmtəə nişanlarının oxşarlıqlarının olub-olmamasının müəyyən olunması üçün məhkəmə ekspertizasının təyin olunmasını xahiş etmiş, lakin əsassız olaraq vəsatət təmin olunmamışdır.
12. Məhkəmə inzibati icraat materiallarını cavabdehdən tələb etmiş və müəyyən olmuşdur ki, iddiaçının nümayəndəsi X3 izahatında həmin əmtəə nişanından sosial şəbəkələrdə istifadə etdiyini bildirmişdir. Bununla bağlı vəsatət verərək, X1 şahid kimi dəvət olunmasını məhkəmədən xahiş etsə də, vəsatət təmin olunmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır: əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır);... Maddə
25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur.... 15. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Maddə
12. Maliyyə sanksiyaları
1. Bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir: bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergilə ri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları;....
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixli, 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”
29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması... 29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır.... 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələr in) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər:... 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası).... 29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olma ları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır....
17. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fakt iki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bil ər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasi ya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Nəzər ə almaq lazımdır ki, yuxarıda istinad olunan normaların müddəalarına görə, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi onun razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir.
26. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə iddiaçının ona məxsus restoranın adında, eləcə də restoranın qarşısında quraşdırılmış lövhələrdə, restoranın adına açılmış sosial şəbəkələrdə, ödəniş qəbzlərində "xxxx" MMC-yə məxsus əmtəə nişanından həmin əmtəə nişanının sahibinin razılığı olmadan istifadə etdiyi təsbit edilmişdir.
27. Cavabdeh tərəfindən hazırkı iş üzrə mübahisələndirilən qərar həm iddiaçıya məxsus restoranın adında, eyni zamanda həm də ödəniş çeklərinin üzərində, eləcə də restoranın adına açılmış sosial şəbəkə səhifələrində “QAYMAQ” əmtəə nişanından reklam məqsədləri üçün qeyri-qanuni istifadə edilməsi ilə bağlı qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı iddiaçının nümayəndəsi qeyd edilən halları etiraf etmiş, “X7” adlı obyektin üzərində yerləşdirilən lövhədən, eləcə də restorana aid facebook.com və instagram.com sosial şəbəkə səhifələrindən, menyudan və post-terminal qəbzlərindən “Qaymaq” sözünün götürüldüyünü bildirmişdir. Nümayəndə həmçinin sözügedən obyektin yeni fəaliyyətə başladığını, bu üzdən “X7” yazılmış reklamın yerləşdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə icazə ilə əlaqədar müraciət edilmədiyini və həmin obyektin hal-hazırda fəaliyyət göstərmədiyini də qeyd etmişdir. Nümayəndənin bildirdikləri iş üzrə materiallarla təsdiq olunduğundan məhkəmə tərəfindən onun ifadəsi mötəbər sübut kimi qəbul olunur.
28. Bundan başqa, iş üzrə materiallara əlavə edilmiş fotoşəkillərdən də iddiaçıya məxsus “X7” adı ilə fəaliyyət göstərən obyektin üzərində “Qaymaq Restaurant” yazısı olan lövhələrin quraşdırıldığı görünür.
29. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına yuxarıda istinad olunan normalar baxımından qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, “QayMaq” və "QAY-MA Q” əmtəə nişanları 43-cü sinif üzrə (restoran, iaşə, mehmanxana və onların reklamı üçün) "xxxx" firmasının (indiki "xxxx" MMC) adına dövlət qeydiyyatına alındığından, əmtəə nişanı ilə əhatə olunan xidmət üçün eyni əmtəə nişanından iddiaçı tərəfindən nişan sahibinin icazəsi olmadan istifadə edildiyindən və nişan sahibinin ondan istifadəyə dair müstəsna hüququ olduğundan, iddiaçının “Qaymaq” əmtəə nişanından istifadə etməklə nişan sahibinin hüququnu və bunun üzərindən haqsız rəqabət haqqında qanunvericiliyi pozması barədə qərarında cavabdeh haqlı sayılmalıdır.
30. Belə ki, bu Qərarın 15-ci bəndində istinad edilən normaya görə, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərt ibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi.
31. İddiaçının gəlirlərinin düzgün hesablanmaması barədə dəlilləri ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində “QAYMAQ” əmtəə nişanından istifadə edilməklə göstərilən xidmətlər üzrə iddiaçının ümumi döv riyyəsi 4343,02 manat təşkil etmiş, həmin məbləğə sadələşdirilmiş vergi üzrə 174 manat vergi hesablandığı nəzərə alınmış, sadələşdirilmiş vergi ödəyicisi olan iddiaçının 4169,0 manat (4343,02174) gəlir əldə etdiyi müəyyən olunmuşdur.
32. Bununla bağlı bu Qərarın 15-ci bəndində istinad olunmuş normanın müddəalarına görə (“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12ci maddəsi), bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə - iki misli həcmində maliyyə sanksiyaları tətbiq edilir.
33. Beləliklə, apellyasiya məhkəmə si tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 -1(105)-185/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.