Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1183/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( üçüncü şəxs – “Azərbaycan Respubli kasının Dövlət Neft Şirkət” və “X2”) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)2966/2023 nömrəli qərarından üçüncü şəxs Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 20 nömrəli “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” qərarına əsasən ev şəraitini yaxşılaşdırmaq üçün bütün əsasları olan, ailə tərkibi 4 (dörd) nəfərdən ibarət İddiaçı Buzovna qəsəbəsində 778 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna Qəsəbəsi, 778 saylı sahədə yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması, müvafiq reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
3. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********90 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika s isteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2209/2021 nömrəli qərardadı ilə iddiaçı “Azneft” İstehsalat Birliyinin cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı İddiaçı üçüncü şəxs qismində inziba ti məhkəmə icraatına cəlb olunmaqla, “Əzizbəyov rayon XDSİK-in xx.xx.1991-ci il tarixli, 20 nömrəli qərarının etibarsız hesab edilməsi” barədə iddiası mümkün sayılmamışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1569/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi rədd edilmiş, apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
6. Ali Məhkəmənin 2-1(102)-1892/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 21(103)-1569/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) biri nci instansiya məhkəməsində icraat
7. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, X4 küçəsi ev 43 ünvanında yerləşən torpaq sahəsi və yaşayış evinin özəlləşdirilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Əzizbəyov Rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X4 küçəsi, ev 43 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alın araq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6337/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması:
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Əzizbəyov rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. O, həmin sahədə yaşayış evi tikib ailə üzvləri ilə birlikdə yaşayır. Uzun illərdir eyni torpaq sahələrində yaşayan qonşuları da mülkiyyət hüququnu təsdiq edən sənəd alıblar. İddiaçı xx.xx.2020-ci ildə DƏDRX-in 1 saylı Bakı Ərazi İ darəsinə müraciət edərək istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 778 saylı sahədə yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin istifadəsinə verilən torpaq sahəsi olması əsası ilə hüquqlarının qeydiyyata alınmasından imtina etmişdir. Cavabdehin imtinası əsassızdır, formal mülahizələrə əsaslanmışdır. Cavabdehin etirazları:
11. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 778 saylı sahədə yerləşən torpaq sahəsi üzərində hüquqların döv lət qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, elektron kadastr məlumatlarına əsasən sözügedən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğundan ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2020-ci il tarixli, **********90 saylı məktub ünvanlanmışdır.
12. Həmçinin bildirilmişdir ki, iddiaçı fərdi yaşayış evi barədə cavabdehə müraciət etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. 13. “Torpaq islahatı haqqında” Azərbayca n Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəm ə sorğuları:
14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1200,0 kv.m. olsa da, faktiki olaraq hasar daxili 1285,0 kv.m. təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və həyət tikililəri mövcuddur. Vahid elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Sözügedən torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim edilməmişdir. Müraciətdə qeyd olunan torpaq sahəsinin faktiki naturada və sənəd üzrə yerləşmə vəziyyətini gös tərən sxem əlavə edilir. Sxemə əsasən İddiaçı məxsus 1200.0 kv.m. torpaq sahəsinin koordinatları: X420753.6912, Y4485506.8896; X-420804.64.33, Y-4485501.7551; X-420804.2694, Y4485497.7726; X-420800.2682, Y-4485498.1835; X-420798.2491, Y-4485477.2865; X420751.3852, Y-4485481.6630. Mütəxəssis və ekspert rəyi:
15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli, **********08 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyinə əsasən faktiki göstərilən 0.12 ha torpaq sahəsinin koordinatlarını (sahə sərhədlərini) əks etdirən sxemi əlavə olunur. Qeyd olunan 0.10 ha torpaq sahəsinə dair sənəd təqdim edilmədiyindən araşdırılması mümkün olmamışdır. Vahid e lektron kadastr bazasında göstərilən sahə ilə digər sahənin və ya sahələrin üst-üstə düşmə halı aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən sahənin bütövlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Faktiki göstərilən 0.12 ha torpaq sahəsinin koordinatlarını (sahə sərhədlərini) əks etdirən sxemə əsasən İddiaçı məxsus 1200.0 kv.m. torpaq sahəsinin koordinatları: X420753.6912, Y-4485506.8896; X-420804.64.33, Y-4485501.7551; X420804.2694, Y4485497.7726; X-420800.2682, Y-4485498.1835; X-420798.2491, Y4485477.2865; X-420751.3852, Y-4485481.6630.
16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-360/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Birinci sual: Əzizbəyov rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 20 №li Qərarına əsasən İddiaçı adına ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 778 №li sahədə (hazırki X4 küçəsi, ev 43) fərdi yaşayış evi tikmək üçün 1200 kv.metr torpaq sahəsinin koordinatları (sahə sərhədləri) müəyyən edilsin. İkinci sual: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsindən ibarət olan bağ sahəsinin naturada faktiki yeri müəyyən edildikdən sonra digər şəxsin torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyi, digər ş əxsin adına qeydiyyatdan keçib-keçmədiyi müəyyən edilsin. Üçüncü sual: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 778 №li sahədə yerləşən 1200 kv.metr torpaq sahəsinin koordinatları digər şəxsin adına hüquqlarının qeydə alındığı sahənin koordinatları ilə üst-üstə düşdüyü təqdirdə həmin şəxs müəyyən edilsin. Dördüncü sual: İddiaçı ayrılmış 1200 kv.metr torpaq sahəsi faktiki yerləşmə sxemi üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsinin koordinatları daxilində yerləşirmi?
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/698 saylı ekspert rəyindən görünür ki, ekspert qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir: Birinci-üçüncü suallara cavab: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********8 nömrəli mütəxəssis rəyinə əsasən, təqdim olunan 0.12 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Vahid elektron baza məlumatlarında təqdim olunan sahə ilə digər sahəsinin və ya səhələrin üst-üstə düşmə halı aşkar edilməmişdir. Dördüncü suala cavab: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********8 nömrəli mütəxəssis rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarında faktiki göstərilən sahənin bütövlükdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
18. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-125/2023 saylı qərarı ilə iddia tələbinin təmin edilmiş, Əzizbəyov Rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X4 küçəsi, ev 43 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qan unun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı ilə əhatə olunur.
20. İşdə olan sənədlərdən görünür ki, Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 20 nömrəli qərarı ilə iddiaçıya Buzovna qəsəbəsində 778 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır.
21. İddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir.
22. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2209/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla, qərarın etibarsız hesab edilməsi barədə iddiası isə mümkün sayılmamışdır.
23. Cavabdeh inzibati orqan iddiaçının tələbinin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçıya məxsus sənədlər sübut kimi mötəbər qiymətləndirilir və həmin torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edir.
24. Cavabdeh inzibati orqan imtinaya əsas kimi göstərmişdir ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir.
25. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2015-ci il tarixli, 439 №-li Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
26. Fərmandan da göründ üyü kimi, əgər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmirdirsə bu zaman vətəndaşın Siyahıda nəzərdə tutulmuş sənədlərə malik olması, onun həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas verir.
27. Bununla da məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli daşınmaz əmlaka dair hüquqları 1991-ci ildən etibarən yarandığından və həmin dövrdə torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsini cavabdeh sübuta yetirə bilmədiyindən iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının yaranması təkzib olunmaz bir haldır.
28. Beləliklə, Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, X4 küçəsi ev 43 ün vanında yerləşən torpaq sahəsinə münasibətdə iddiaçının adına Əzizbəyov rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı mövcud olduğundan, iddiaçının iddia olunan daşınmaz əmlaka münasibətdə hüquqları yaranmışdır ki, bu hüquqlarının yaranmasına əsas - onun Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında malik olmasıdır.
29. İşdə olan çıxarışlardan göründüyü kimi iddiaçı ilə qonşuluqda yerləşən digər torpaq sahələri üzərində sakinlərin mülkiyyət hüququ cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrind ə qeydiyyata alınmışdır. İddiaçıya cavabdeh tərəfindən fərqli münasibətin göstərilməsi konstitusion hüquq olan bərabərlik hüququnun da pozulmasına gətirib çıxarmışdır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla, yanaşı həm də ədalətsizdir.
30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı digər sakinlərlə orada uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. İşin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin torpaq sahəsi ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir.
31. Bu baxımdan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
32. Üçüncü şəxsin vəkili və nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
33. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2966/2023 nömrəli qərardadı ilə “Azneft” İstehsalat Birliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2966/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-125/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
36. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
37. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respubli kası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. 38. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Bu maddədə açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. 39. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
40. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdiril ir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-cimaddəsinin 4-cü bəndi). Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli v ə müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiət qoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur.
41. Eyni zamanda, həmin Məcəllənin 110-cu maddəsində göstərilir ki, bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
42. İşin mübahisəsiz halıdır ki, həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi i stifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalı idi. Əgər bu torpağın təyinatı sonradan dəyişdirilibsə, bunun səbəbləri məhkəmə tərəfindən araşdırılmalı idi. Hələ 1976-ci ildə neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş torpaq sahəsinin təyinatı necə “yaşayış məntəqələrinin” ola bilər?!.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələbi pozulmuşdur. Hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər araşdırma aparılmamış, mübahisəli torpaq sahəsinin təyinatının dəyişdirilməsi məsələsinə hüquqi qiymət verilməmişdir. Belə ki, mövcud qanunvericiliyə torpaq sahəsinin təyinatının dəyişdirilməsi məsələsi Nazirl ər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir. Mübahisəli torpaq sahəsinə dair isə belə bir qərar mövcud deyil. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi hələ 1976-ci ilin xəritəsinə əsasən, Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş torpaq sahəsinə iddiaçının hüquqlarının qeydə alınması ilə bağlı gəldiyi nəticə qanunsuz və ədalətsizdir. b) kassasiya şikayətinə etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydi yyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar
46. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
47. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
48. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
49. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
50. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
51. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şi kayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
52. İş materiallarından göründüyü kimi, Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 20 nömrəli qərarı ilə iddiaçıya Buzovna qəsəbəsində 778 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılması işin mübahisəsiz halıdır.
53. Həmçinin iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016 -cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il qərarında aşağıdakılar təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icar əsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarı da göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.... “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.”
55. İddiaçının əsaslandığı sərəncamın qanunla müəyyən olunmuş qaydada geri çağırıldığına, ləğv edildiyinə, dəyişdirildiyinə, qüvvədə olma müddətinin qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyinə dair sübut yoxdur. 56. 09.11.1991-ci il tarixli Torpaq Məcəlləsinin 11-ci maddəsinin ikinci hissəsinə əsasən, bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir.
57. Beləliklə, iddiaçının qeyd olunan normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
58. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nə ticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-2966/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.