Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1184/2021 30.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı X2 Cavabdeh Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 cavabdeh Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı “qərarın ləğv edilməsi və hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 2-1(103)-872/2021 n ömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.01.2018-ci il tarixli, 2-1(81)70/2017 nömrəli icra sənədinə əsasən iddiaçı X4 əlilliyin təyin olunması məsələsinə yenidən baxılması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmuş, icra sənədi icra olunması üçün Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.
2. Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 25.06.2020-ci il tarixli qərarına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.01.2018-ci il tarixli, 2-1(81)-70/2017 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. İ Ş ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı X5 cavabdeh Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.01.2018-ci il tarixli 2-1 (81)- 70/2017 saylı icra sənədi üzrə icraata Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, 1 dərəcəli ədliyyə qulluqçusu X 25.06.2020-ci il tarixli qərarı ilə xitam verilməsinin qanunsuz sayılması, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X 25.06.2020-ci il tarixli qərarının ləğv edilməsi və bu qərarın qəbul edilməsinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri kimi qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
4. İddia tələbi belə əsaslandırlımışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.01.2018-ci il tarixli, 2-1(81)-70/2017 saylı icra sənədinə əsasən mənə əlilliyin təyin olunması məsələsinə yenidən baxılması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdalıəsi Nazirliyi yanında Dövlət Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmuşdur. İcra sənədi icra olunması üçün Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Həmin dövrdən hal-hazıra qədər Binəqədi rayon İcra və Probasiya Şöbəsi icra sənədini müxtəlif bəhanələrlə icra etməmişdir. Bu vaxt ərzində iddiaçı Binəqədi rayon İcra və Probasiya Şöbəsinin vəzifəli şəxslərinin öz vəzifə səlahiyyətlərini həyata keçirməmələri barədə bütün müvafiq orqanlara dəfələrlə müraciət etmişdir. Binəqədi rayon İcra və Probasiya Şöbəsi icra sənədini icra etməyin əvəzində Binəqədi rayon İcra və Probasiya Şöbəsi həm səlahiyyət həddini aşaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.01.2018-ci il tarixli, 2- 1(81)- 70/17 saylı icra sənədi üzrə icraata Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, 1 dərəcəli ədliyyə qulluqçusu X 25.06.2020-ci il tarixli qərarı ilə xitam verilmişdir. Binəqədi rayon İcra və Probasiya Şöbəsi qərarını bununla əsaslandırmışdır ki, Quba rayon Mərkəzi Xəstəxanasının 09.04.2020-ci il tarixli məktubu ilə X1 göndərişin rəsmiləşdirilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin qərarı göstərilənlərə əsasən əsassızdır.
5. Bakı İnzibati Məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(112)-5562/2020 saylı qərarı ilə (haki m Elvin Əliyev) iddianın rədd edilməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçıya əlilliyin təyin olunması məsələsinə yenidən baxılması iş materialları ilə öz təsdiqini tapmışdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 21(103)-872/2021 nömrəli qərardadına görə (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Afaq Nuriyeva və Vidadi Məmmədov) apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(112)-5562/2020 nömrəli qərarının ləğv edilməsi, iddi açı X2 cavabdeh Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı “qərarın ləğv edilməsi və hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.
9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının şikayəti icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlı olmuşdur. Ona görə də, icra qurumunun hərəkətlərinin, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı icranın qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə iddia ərizəsi deyil, şikayət verməklə mübahisələndirə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməmiş, ayrıca inzibati iddia qaldırmışdır.
10. Məhkəmə qərardadının iddiaçıya nə vaxt təqdim edil diyini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.
11. İddiaçı 16.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 2-1(103)-872/2021 nömrəli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərində iddiaçı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələblərinə uyğun deyil. İddiaya inzibati icraat qaydasında baxılmalı olsa da, apellyasiya instansiyası məhkəməsi iddianı mümk ün saymamışdır. Halbuki, istər iddia ərizəsində istinad edilən qanunvericilik normaları, istərsə də Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına görə hazırkı iddia tələbinə iddia icraatı qaydasında baxılmalıdır.
13. Məhkəmənin qərardadında əsaslandığı Konstitusiya Məhkəməsi Plenumunun 10.10.2017-ci il tarixli Qərarında icra məmurunun icraata xitam verməsi barədə qərarı onun qanunsuz hərəkəti kimi qiymətləndirilir və bu halda qərardan şikayət yox, icra məmurunun qanunsuz hərəkəti barədə inzibati iddia icraatı qaydasında iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edilməli olması təsbit olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçı nın nümayəndəsi X3 və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətini müdafiə etdiyini bildirmiş və kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumu nun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
18. Azərbaycan Respublikasın Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017-ci il tarixli qərarına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər.
19. Həmin qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir.
20. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02.09.2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmas ı”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar)
22. İnzibati Prosessual Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məh kəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kassasiya şikayətinin hazırkı qərarın 12-ci bəndində göstərilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 17-21-ci bəndlərində göstərilən normalardan, eləcə də beynəlxalq və milli məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, icra sənədlərinin icrasına həmin sənədi qəbul etmiş məhkəmə tərəfindən nəzarət olunmalıdır.
27. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tar ixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir.
28. Hazırkı işdə də iddiaçının tələbi icra sənədinin icrası ilə bağlı olduğundan bu tələbə inzibati icraat qaydasında baxıla bilməz. İddiaçı isə müvafiq məhkəməyə iddia icraatı qaydasında deyil, şikayətlə müraciət etməli idi.
29. Kassasiya şi kayətinin hazırkı qərarın 13-cü bəndində göstərilən dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 18-20-ci bəndlərindən də göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu da hazırkı məsələyə yuxarıda qeyd olunan mövqedən yanaşaraq icra sənədinin icrası ilə bağlı hərəkətlərə icra sənədini vermiş məhkəmənin nəzarət etdiyini, bununla bağlı müvafiq məhkəməyə isə məhz şikayətlə müraciət edilməli olduğunu qeyd etmişdir.
30. Göstərilənlərə əsasən iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanuni və əsaslı qərardad qəbul edilmişdir.
31. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanı lmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 21(103)-872/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.