Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1184/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)88/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kasa siyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha sahəsi olan yaşayış məntəqələri torpaqları kateqoriyalarına aid olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış əsasında onun xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsində yolların çəkilməsi və s. işlərin aparılması üçün mülkiyyətçiyə (ona) ayrılmış torpaq üçün 30000 (otuz min) manat kompensasiya məbləğinin, evin və hasarın bünövrəsinə, daş və çınqıla ödədiyi 9800 (doqquz min səkkiz yüz) manatın, 2014-cü ilə i ndiki mal material qiymətinin və həmin dövrdən indiyə valyuta fərqində müqayisədə ona dəyən 45000 (qırx beş min) manat fərqinin, ümumilikdə 84800 manatın ona ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-57/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı, onun mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 75000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil X3 üzərinə qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 2-1(105)-75/2021 nömrəli, 19 mart 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1341/2021 nömrəli, 11 avqust 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-88/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnziba ti Məhkəməsinin 2-1(118)-57/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qərarı dəyişdirilərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 73330 (yetmiş üç min üç yüz otuz) manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil X3 üzərinə qoyulmuşdur.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
9. Cavabdehin və vəkilinin nəzərinə çatdırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə cavabdehə 4 aprel 2022-ci il tarixdə təqdim olunmuş, lakin həmin qərardaddan kassasiya şikayəti 5 may 2022-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apelyasiya instansiyası məhkəməsinə təqdim olmuşdur. Prosessual müddətin cavabdeh tərəfindən ötürülmədiyini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının din lənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
11. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
12. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğ u gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə cavabdehə 4 aprel 2022-ci il tarixdə təqdim olunmuş, lakin həmin qərardaddan kassasiya şikayəti 5 may 2022-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olmuşdur. Beləliklə, prosessual müddət ötürülmüşdür.
14. Prosessual müddətin cavabdeh tərəfindən ötürülmədiyinə dair sübutlar və ya müddətin bərpasına dair əsas landırılmış vəsatət məhkəməyə təqdim olunmamışdır.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Avtomobil X3 Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-88/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.