Məhkəmə qərarları › İş №2-1(102)-1184/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1184/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1184/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (dövlət qeydiyyat nişanının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “dövlət qeydiyyat nişanının verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1151/2023 nömrəli, 31 yanvar 202 3-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "NİSSAN X-TRAİL" markalı **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixdə nəqliyyat vasitəsinə **-SV-*** dövlət qeydiyyat nişanı təhkim olunmuş, sonradan "NİSSAN X-TRAİL" markalı **-SV-*** (**-FV-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir.

2. İddiaçı **-FV-*** dövlət qeydiyyat nişanının ona qaytarılması üçün cavabdehə müraciət etmiş, cavabdeh 1 dekabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtin a etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin İİİ hissəsinin tələbinə görə Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları saxlanılır. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə həmin gün nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə müvafiq qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı təhvil alınır və nəqliyyat vasitəs ini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Yol hərəkəti haqqında qanunvericilikdə təhvil verilmiş dövlət qeydiyyat nişanlarının adınızda saxlanılması (bron edilməsi) və sonradan Sizə qaytarılması nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 22 dekabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 016-75631A-3221 nömrəli qərarının ləğv edilməsi və ona məxsus 10- FV-102 dövlət qeydiyyat nişanının ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasi DİN-nin BDYPİ-nə xx.xx.2021-ci il tarixində o na aid **-FV-*** dövlət qeydiyyat nişanını başqa bir şəxsə ona məlumat verilmədən necə satılmasi barədə müraciət etmişdir. Belə ki, xx.xx.2012-ci il tarixində **-FV-*** dövlət qeydiyyat nişanını öz avtomobilinin üzərinə qeydiyyata salmışdır. xx.xx.2013-cü ildə avtomobilini satdığı zaman dövlət qeydiyyat nişanını saxlatdırmaq məqsədi ilə DYP əməkdaşına təhvil verərkən ona məxsus olan avtomobilinin qeydiyyat nömrəsini hansısa bir şəxsə satıla biləcəyi və ya qanuni şəkildə saxlanılma rüsumu olub olmadığını soruşmuşdur. DYP-nin əməkdaşı ondan nömrəni təhvil alarkən bildirmişdir ki, “nömrənin sahibi Sizsiniz və bu nömrəni Sizdən başqasına satmaq qanunaziddir”. Lakin bir müddət sonra ona məxsus olan **-FV-*** dövlət qeydiyyat nişanı ona məlumat verilmədən başqa bir şəxsə satılmışdır. Dəfələrlə m üraciət etmiş və ona nömrənin qaytarılacağını bildirmişlər. Lakin bir neçə il keçməsinə baxmayaraq, məsələ öz həllini tapmamışdır. DİN-nin BDYPİ-nin rəisi, polis general mayoru cənab Ramiz Zeynalovun adına xx.xx.2021-ci ildə rəsmi müraciət etmişdir. xx.xx.2021-ci il tarixində cənab Vilayət Eyvazova müraciət etmişdir. Ona DİN BDYPİ-i tərəfindən xx.xx.2021-ci il tarixli, № 016-75631a-3221 nömrəli məktubla cavab verilmişdir. DİN-nin BDYPİ-nin həmin nömrəli məktubda qeyd olunan xüsusatlar onun hüquqlarını ciddi şəkildə pozmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4855/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim P.Hüseynov) iddianın “cavabdehin 016-75631A-3221 nömrəli qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4855/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələb etdiyi **-FV-*** dövlət qeydiyyat nişanı xx.xx.2013-cü il tarixədək iddiaçıya məxsus nəqliyyat vasitəsinə təhkim olunmuşdur. Sonradan iddiaçı nəqliyyat vasitəsini özgəninkiləşdirərkən həmin dövlət qeydiyyat nişanını digər nəqliyyat vasitəsinə vermək istədiyini bildirməmiş (belə olan halda nəqliyyat vasitəsini alan şəxsin razılığı da tələb olunur), daha sonra həmin dövlət qeydiyyat nişanı başqa şəxsin nəqliyyat vasitəsinə təhkim edilmişdir. Qüvvədə olan qanunvericilik normalarına əsasən, özgəninkiləşdirildikdən sonra təhvil verilmiş dövlət qeydiy yat nişanlarının nəqliyyat vasitəsini satan şəxsin adında saxlanılması və sonradan ona qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia əsassız hesab edilmiş və təmin edilməmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1151/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Ə.Səmədov-sədrlik edən, X.A. Cəmilova və A.p.Oruczadə) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4855/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, dövlət qeydiyyat nişanı sadəcə olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması üçün nəzərdə tutulmuş nişandır və nəqliyyat vasitəsinin sahibinin mülkiyyətinə verilmir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır.

12. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyini “Yol hərəkəti haqqında” Qanunun 4, 27 və 29-cu maddələri ilə əsaslandırmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. KAS SASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini iddia ərizəsində göstərilənlər təşkil etmişdir. İddiaçı hüquqi mövqeyinin əsası kimi “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

4. Yol hərəkəti sahəsində dövlət vəzifələri 21) nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsini n qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək Maddə

27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilmə si zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkar lığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orq anlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. XV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır.

17. Maddə

29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı İİ. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəql iyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. İİİ. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yen i qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin material larını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiy ası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını y etərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına əsasən, "NİSSAN XTRAİL" markalı **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixdə nəqliyyat vasitəsinə **-SV-*** dövlət qeydiyyat nişanı təhkim olunmuş, sonradan "NİSSAN X-TRAİL" markalı **-SV-*** (**-FV-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir.

28. Göründüyü kimi, iddiaçının tələb etdiyi **-FV-*** dövlət qeydiyyat nişanı xx.xx.2013-cü il tarixədək iddiaçıya məxs us nəqliyyat vasitəsinə təhkim olunmuşdur. Sonradan iddiaçı nəqliyyat vasitəsini özgəninkiləşdirərkən həmin dövlət qeydiyyat nişanını digər nəqliyyat vasitəsinə vermək istədiyini bildirməmişdir. Belə olan halda hazırki qərarın 17-ci bəndində qeyd olunmuş maddi hüquq normaları tələbləri baxımından nəqliyyat vasitəsini alan şəxsin razılığı da tələb olunur. Daha sonra həmin dövlət qeydiyyat nişanı başqa şəxsin nəqliyyat vasitəsinə təhkim edilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da görünür ki, özgəninkiləşdirildikdən sonra təhvil verilmiş dövlət qeydiyyat nişanlarının nəqliyyat vasitəsini satan şəxsin adında saxlanılması və sonradan ona qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

29. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.

30. Kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1151/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar