Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1185/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 15.07.2022 Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(105)-129/2022 nömrəli qərarından cavabdeh tərəfindən veril miş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış və ona RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
2. İddiaçı mülkiyyətində olan torpaq sahəsi Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşdüyündən ona kompensasiya ödənilməsi məqsədilə cavabdehə müraciət etmişdir.
3. Cavabdeh 03 dekabr 2018-ci tarixli, H-3/16/7711 nömrəli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikin tisi” layihəsi çərçivəsində tikinti işləri müvəqqəti dayandırılmışdır, sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa ediləcək. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, Abşeron rayonu, Novxanı kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış əsasında onun xüsusi mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsində yolların çəkilməsi və s. işlərin aparılması ilə əlaqədar vurulmuş zərərin əvəzi olaraq torpaq üçün 30.000 manat, dağıdılmış hasarın beton bünövrəsinə və daşın alınmasına çəkdiyi 5.200 manatın, 2014cü ilə hazırkı mal-material qiymətinin və həmin dövrlə indiki dövrdə valyuta fərqində müqayisədə ona dəyən 41.000 manat zərərin, ümumilikdə 76.200 manatın ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən ona məlumat verilmədən yararsız hala salınmışdır. Dəfələrlə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, ona kompensasiya ödənilməmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2-1(81)945/2019 saylı qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-954/2019 saylı, 08 avqust 2019cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
8. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, mübahisəli yerə yerli baxış keçirilmiş, “X4” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilən ekspert rəyinə görə iddiaçıya aid əmlakın bazar dəyəri 75.000 manat hesablanmışdır. Həmin əmlak 2014-cü ildə plana düşmüş, qiymətləndirilmişdir. 6 il öncəki torpaqların bazar qiymətində bu gün kəskin artım olduğu üçün cavabdehdən 30.000 manat deyil, 75.000 (yetmiş beş min) manat kompensasiya məbləğinin tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyu l 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planına əsasən, Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində yolun tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə torpaq sahəsi tikinti altına düşdüyü halda, həmin əmlak dövlət ehtiyacları üçün alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X2 tərəfindən tikilinin kadastr planı təqdim edilir. Bunda sonra isə əmlakın müstəqil qiymətləndirici olan "xxxx" MMC-nin rəyi əsasınd a dəyəri müəyyən edilir. Hazırda isə iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışla qeydə alınmışdır. Layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə müdaxilə edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən edilmiş məbləğ həddindən artıq çoxdur.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-56/2020 saylı, 24 avqust 2020-ci il tarixli qərarı ilə (hakim C.B.Məmmədov) iddia təmin edilmiş, iddiaçıya onun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olara q 75.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən, iddiaçı həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə 75.000 manat məbləğdə kompensasiya tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməlidir.
12. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-74/2021 nöm rəli iş üzrə 19 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-56/2020 saylı, 24 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. a) kassasiya instansiyası məhkəməsində icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1338/2021 nömrəli qərarı (hakimlər: K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-74/2021 saylı qərarı ləğv edilməklə, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə olunan ərazidə torpağın dəyərini müəyyən etmək üçün Dövlət Notariat Kontoruna sorğu göndərilmiş və həmin sorğuya əsasən alqı-satqı müqavilələri təqdim edilmişdir. xx.xx.2014-cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.10 ha torpaq sahəsi 70.000 manata, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.12 ha torpaq sahəsi 80.000 manata, xx.xx.2019-cu il tarixli və AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.12 ha torpaq sahəsi 100.000 manata satılmışdır.
18. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-129/2022 nömrəli iş üzrə 15 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.Ə.Ağayev /sədrlik edən və məruzəçi, G.F.Tağızadə və İ.K.Dəmirov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 24 avqust 2020-ci il tarixli qərarı dəyişdirilərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin dövlət ehtiyac ları üçün alınması ilə əlaqədar olaraq 73330 (yetmiş üç min üç yüz otuz) manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
19. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının kompensasiya ödənilməsini tələb etdiyi torpaq sahəsi yolun mühafizə zonasına düşən hissəsində yerləşir, həmin torpaq sahəsindən iddiaçı sərbəst surətdə sahiblik və istifadə etməsinin hər hansı bir maneənin olması müəyyən edilməyərək, əksinə həmin torpaq sahəsinin iddiaçının tərəfindən hasarlandığı və həmin hasarın daxilində yerləşdiyi müəyyən edilir ki, bu da torpaq sahəsinə hər hansı məhdudiyyətə məruz qalmasını inkar etməklə iddiaçı tərəfindən sərbəst surətdə sahiblik və istifadə edilməsi qənaətini qaçılmaz edir. Kompensasiya isə o zaman ödənilə bilər ki, torpaq sahəsindən istifadəyə maneə yaradılsın və bunun əvəzi pul, əmlaklar və sair formada ödənilməklə qarşılanmalıdır. Lakin qeyd edilən xüsusat iş üzrə tədqiq edilmiş əsaslı şübhə yaratmayan sübutlarla təkzib edilir.
21. Bundan əlavə torpağın dövlət ehtiyacları üçün əldə edilməsi zamanı o zaman kompensasiya verilməsi qanunvericilikdə təsbit edilmişdir ki, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilsin. Bundan sonra həmin torpaq sahəsinin alınmanın təsirinə məruz qalan torpaq olubolmaması aydınlaşdırılır və müəyyən edilərsə, torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada İfadə olunan kompensasiya verilir. Lakin hazırkı mübahisələndirilən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması müəyyən edilməmişdir.
22. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkə tləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı).
23. Belə olan halda apellyasiya instansiya məhkəməsinin iddia tələbinin həmin edilməsi barədə gəldiyi nəticəni iddiaçının mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə hər hansı məhdudiyyətin olması və bu məhdudiyyətin qarşılığında kompensasiya ödənilməsi üçün hallar əsaslı şübhə yaratmayan sübutlarla təsdiq edilmədiyindən qanuni və əsaslı hesab edilməməlidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətlərinə qarşı etiraz dax il olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhə dboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 26. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respubli kasının Qanunu: Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; Maddə
7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququn u itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə
54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə
55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər m ateriallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya in stansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəl i gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Hazırkı iş üzrə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis rəyinə, habelə cavabdeh tərəfin göstərdiklərinə əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olub Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsidir və bu sahə dövlət əhəmiyyətli “BilgəhSumqayıt avtomobil yolunun tikintisi” layihəsi altına düşmüş, layihəni icra edən subyekt tərəfindən tikinti altına düşən torpaq sahəsinə görə iddiaçıya ödənilməli olan kompensasiya məbləği “X4” Daşınar və Daşınmaz Əmlakın, Biznesin Qiymətləndirilməsi və İnkişafı MMC-i tərəfindən verilmiş 30 iyun 2020-ci il tarixli, CEG-06/20/063 nömrəli Qiymətləndirmə hesabatından göründüyü kimi 75.000 manat müəyyən edilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinə dair müvafiq kompensasiya məbləği ödənilməmişdir.
34. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən 3-nü seçməklə, Abşeron rayonunun Novxanı kəndində 0.10 ha torpaq sahəsi 70.000 manata, 0.12 ha torpaq sahəsi 80.000 manata və digər 0.12 ha torpaq sahəsi 100.000 manata satılmış, al qı-satqı müqavilələri üzrə bir torpağın sotunun qiymətini müəyyən etməklə, yəni, 1-ci – 7000 manat, 2-ci – 6667 manat, 3-cü–8333 manat olmaqla, 1 sotun orta qiyməti 7333 (7000+6667+8333=22000:3=7333) manat olmuş, iddiaçıya məxsus 10 sot torpaq sahəsinin qiyməti 73330 (10sot x 7333= 73330) manat təşkil etmişdir.
35. Nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçıya ödənilməli kompensasiyanın məbləği ilə bağlı məsələ qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından lazımi qaydada araşdırılmış və bununla əlaqədar istinad olunan sübutlar prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Apellya siya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-129/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.