Məhkəmə qərarları › İş №2-1(102)-1185/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1185/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1185/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin geri qaytarılması” t ələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-970/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X5 Cavabdeh ASC-dəki bank hesabında olan 19.062 (on doqquz min altmış iki) manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçının hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 19 dekabr 1993-cü ildə Ağdərə rayonunda gedən döyüşlərdə həlak olmuşdur. Şəhid oğlunu n atası Gürcüstan Respublikasının Bolnisi rayonunun Mamxuti kəndində yaşayan, Gürcüstan Respublikası vətəndaşı X6 1 yanvar 2007-ci il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezident təqaüdü təyin edilmişdir. Həmin təqaüd xx.xx.2021-ci il tarixədək X5 Cavabdeh ASC-dəki bank hesabına köçürülmüşdür. Lakin Gürcüstan Respublikasının Ədliyyə Nazirliyi Dövlət X3 15 iyun 2021-ci il tarixli, 01/115048 saylı məktubu ilə X5 xx.xx.2015-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən 5 iyul 2021-ci il tarixli, **********0 saylı məktubla Cavabdeh ASC-nin Bakıxanov filialına müraciət edilərək X5 xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq onun kart hesabına (h/h AZ13BRES********************) Fond tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixəd ək köçürülmüş təqaüdün tam məbləğinin (19062 manat) dövlət büdcəsinə geri qaytarılması xahiş edilmişdir. Cavabdeh ASC-nin Bakıxanov filialı tərəfindən 08 iyul 2021-ci il tarixli 01/273 saylı məktubla pul vəsaitinin köçürülməsini müştərinin sərəncamı ilə həyata keçirdiyini, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirirmiş və ya bankla müştəri arasında müqavilədə nəzərədə tutulmuş hallarda yol verildiyi bildirilmiş, həmin pul vəsaitinin dövlət büdcəsinə geri qaytarılmasından imtina edilmişdir. İddiaçı tərəfindən 27 yanvar 2022-ci il tarixli, **********5 saylı məktubla Cavabdeh ASC-yə yenidən müraciət edilərək X2 hesabına köçürülmüş təqaüdün tam məbləğinin (19062 manat) dövlət büdcəsinə geri qaytarılması xahiş edilmiş, Cavabdeh ASC tərəfindən 10 mart 2022-ci il tarixli, 1062 saylı məktubla pul vəsaiti vəfat etmiş şəxsin hesabında olduğu üçün pul vəsaiti üzərində sərəncam vermək hüququ vəfat etmiş şəxsin vərəsələrinə aid olduğu bildirilmiş, həmin pul vəsaitinin dövlət büdcəsinə geri qaytarılmasından yenidən imtina edilmişdir. Vətəndaşın təaqüd almaq hüququna onun ölümü ilə xitam verilir. X1 Respublikasının vətəndaşı olmuş, xx.xx.2015-ci il tarixdə vəfat etməsi barədə məlumat verilməmiş, onun bank hesabına 19062 manat pul vəsaiti xx.xx.2021-ci il tarixədək əsassız olaraq köçürülmüşdür. X8 bank hesabına xx.xx.2015-ci il tarixdən sonra (öldükdən sonra) köçürülən pul vəsaiti (19062 manat) miras əmlakına daxil deyildir. Bu səbəbdən pul vəsaiti üzərində sərəncam vermək hüququnun vəfat etmiş şəxsin vərəsələrinə keçməsinin qanuni əsası yoxdur. Göründüyü kimi, Cavabdeh ASC-nin Fonda məxsus pul vəsaitini geri qaytamaqdan imtina etməsi barədə hərəkətləri qanuni deyildir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” dövlət büdcəsinin hesabına maliyyələşdiyini nəzərə alaraq bildirilir ki, X8 bank hesabına əsassız olaraq köçürülmüş pul vəsaiti (19062 manat) dövlət büdcəsinə aiddir. X8 bank hesabına əsassız olaraq köçürülmüş pul vəsaiti miras əmlaka aid edilmədiyindən, heç bir qanuni əsas olmadan Cavabdeh ASC-nin pul vəsaitini dövlət büdcəsinə köçürülməsindən imtina etməsi və hal-hazırda həmin pulun bankın sərəncamında olmasını qanuna ziddir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11484/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim A.Ə.Əhədova) iddia mümkün sayıl mamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, sosial təminat xarakterli ödənişlər ilə bağlı mübahisələr publik hüquq münasibətlərindən irəli gəlməklə, yalnız artıq ödənilmiş sosial ödənişin vətəndaşdan geri qaytarılması tələb edildiyi halda bu tələbə inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkündür. Lakin hazırkı iş üzrə iddiaçı inzibati orqanın sosial ödənişi-təqaüdü müvafiq bank hesabı vasitəsilə ödəməsi və sonradan həmin hesabda qalmış vəsaiti bankdan geri tələb etməsi ilə bağlı mübahisə inzibati mübahisə hesab edilə bilməz. Belə ki, iddiaçının banka (və yaxud əksinə) publik hüquqdan irəli gələn tələbi yoxdur, inzibati orqan tələb üzrə cavabdeh banka qarşı hər hansı hakimiyyət tədbiri tətbiq etmir, inzibati orqanla bank arasınd akı hesab üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması bank əməliyyat çərçivəsində realizə olunur ki, bu əməliyyatlarla bağlı tələb hüququ öz hüquqi təbiətinə görə mülki hüquq xarakterlidir.

5. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddiaya mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-970/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11484/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin dəlilləri ilə uyğunluq təşkil edir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən mə hkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 a prel 2015-ci il tarixli 5 nömrəli Qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

14. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır. Mübahi sələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

17. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ölmüş şəxsin bank hesabında olan pul vəsaitinin geri qaytarılması ilə bağlı iddianın mümkünlüyü məsələsi apellyasiya məhkəməsi tərəfindən lazımi qa ydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

18. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

19. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatlar ı, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

21. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

22. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cü mlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

23. Hazırkı mübahisəyə münasibətdə iddiaçının inzibati qaydada iddia qaldırmaq səlahiyyətinə malik olduğu işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunmur. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, vətəndaş X6 01 yanvar 2007-ci il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezident təqaüdü təyin edilmiş, təqaüd xx.xx.2021-ci il tarixədək X5 adına olan Cavabdeh ASC-dəki bank hesabına köçür ülmüşdür. Sonradan iddiaçı inzibati orqan X5 xx.xx.2015-ci il tarixdə vəfat etdiyini müəyyən etdiyindən hazırda X2 hesabına Fondun xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək köçürdüyü 19062 manat təqaüd məbləğinin bank tərəfindən büdcəyə geri qaytarılmasını istəyir və bununla bağlı inzibati məhkəmədə inzibati iddia qaldırmışdır.

24. Nəzərə alınmalıdır ki, iddiaçı inzibati orqan olmaqla inzibati funksiyasını icra edərək vətəndaş mərhum X6 şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezident təqaüdünü ödəmiş, qeyd edilən təqaüdün ödənilməsi ilə bağlı münasibətlər inzibati icraat gedişində və məhz inzibati orqanla həmin təqaüdü almış vətəndaş arasında yaranmaqla publik hüquq xarakterli olmuşdur.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razıl aşaraq hesab edir ki, sosial təminat xarakterli ödənişlər ilə bağlı mübahisələr publik hüquq münasibətlərindən irəli gəlməklə, yalnız artıq ödənilmiş sosial ödənişin vətəndaşdan geri qaytarılması tələb edildiyi halda bu tələbə inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkündür. Lakin hazırkı iş üzrə iddiaçı inzibati orqanın sosial ödənişi-təqaüdü müvafiq bank hesabı vasitəsilə ödəməsi və sonradan həmin hesabda qalmış vəsaiti bankdan geri tələb etməsi ilə bağlı mübahisə inzibati mübahisə hesab edilə bilməz. Belə ki, iddiaçının banka (və yaxud əksinə) publik hüquqdan irəli gələn tələbi yoxdur, inzibati orqan tələb üzrə cavabdeh banka qarşı hər hansı hakimiyyət tədbiri tətbiq etmir, inzibati orqanla bank arasındakı hesab üzrə öd ənilmiş pul vəsaitinin geri qaytarılması bank əməliyyat çərçivəsində realizə olunur ki, bu əməliyyatlarla bağlı tələb hüququ öz hüquqi təbiətinə görə mülki hüquq xarakterlidir. Belə olan halda hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır.

26. Həmçinin, iddiaçının sosial təminatı- təqaüdü ödədiyi şəxsin- mərhum X5 vərəsələrinin cavabdeh olan bankda açılmış hesabdakı pul vəsaitini tələb etmək hüquqları var, digər tərəfdən, iddiaçı inzibati orqan həmin vərəsələrin dairəsini müəyyən etməklə yanaşı, bank hesabına Sayat Əliyevin vəfatından sonra edilmiş ödənişləri məhz onlardan geri tələb edə bilər. Odur ki, hazırki vəziyyətdə iddiaçı inzibati orqanla cavabdeh bank arasında hər hansı inzi bati hüquq münasibətinin yaranmadığı üçün onun banka qarşı bank əməliyyatı çərçivəsində ödənilmiş vəsaitin geri tələb edilməsi barədə tələbinə də inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

27. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddianın mümkün sayılmaması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-970/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar