Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1185/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil növbəsinə götürülmə barədə sərəncamın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi və s” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-4117/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərarından id diaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, iddiaçı birinci qrup əlilliyi müəyyən edilmiş, daimi kənar şəxsin qulluğuna ehtiyacı olan şəxsdir. 2. 3 saylı DOST Mərkəzinin arayışından görünür ki, Y.Smolyaninova iddiaçıya qulluq etdiyinə görə müavinət almaqdadır.
3. Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, iddiaçı və bacısı Y.Smolyaninova Bakı ş, Sabunçu rayonu, 50 nömrəli küçədə yerləşən İİ mərtəbəli evin 1-ci mərtəbəsində 12a nömrəli mənzildə qeydiyyatdadır.
4. Nəsimi rayon İcra Hakimiyyətinin 10 oktyabr 2006-cı il tarixli sərəncamı ilə Nümayəndə 4 nəfər ailə tərkibi, o cümlədən iddiaçı da daxil olmaqla 3 otaqlı mənzillə tə min edilmişdir. Sərəncama əsasən həmin şəxsə mənzil verilərkən məhz oğlunun İ qrup əlilliyi nəzərə alınmış və mənzil növbədənkənar olaraq həmin şəxsə verilmişdir. Sərəncamda yeni mənzilə köçmə barədə notariat qaydada razılıq ərizələrinin mövcud olması da qeyd edilmişdir. 5. 13 fevral 2013-cü il tarixli sərəncamla A.Smolyaninova 04 avqust 1992-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə dayanmışdır. Nəvəsi olan iddiaçı İ qrup uşaqlıqdan əlilliyi müəyyən edilmiş şəxs olduğundan həmin mənzil növbəsindəki ailə tərkibi 2 nəfərə (özü və iddiaçı olan nəvəsi) dəyişdirilmişdir. 6. 13 avqust 2013-cü il tarixli sərəncamla A.Smolyaninovanın mənzil uçot işi iş yerindən çıxarılmaqla yaşayış yeri üzrə qəbul edilmiş, mənzil növbəsi birləşdirilmiş, əvvəlki növbəyə götürülmə tarixi (09 sentyabr 1988) saxlanılmaqla 2 nəfər ailə üzvü (özü və nəvəsi) yaşayış yeri üzrə ümumi əsaslarla mənzil növbəsinə götürülmüşdür. 7. 17 fevral 2014-cü il tarixli sərəncamla A.Smolyaninovanın mənzil növbəsi nəvəsinin birinci qrup əlilliyi nəzərə alınmaqla 13 fevral 2013-cü il tarixdən imtiyazlı siyahıya əlavə edilmişdir. 8. 20 fevral 2017-ci il tarixli sərəncamdan görünür ki, A.Y.Smolyaninovanın mənzil növbəsi 12 iyul 2017-ci il tarixdən gözdən əlillərin siyahısına əlavə edilmişdir. Növbəti 13 sentyabr 2017-ci il tarixli sərəncamdan görünür ki, Y.Smolyaninova A.Smolyaninova üzərində patron təyin edilmişdir 9. 03 mart 2022-ci il tarixli sərəncamı ilə A.Smolyaninovanın vəfatı ilə əlaqədar onun mənzil növbəsi ailə tərkibi 1 nəfər olmaqla nəvəsi olan iddiaçının adına dəyişdirilmiş, iddiaçı 13 fevral 2013-cü il tarixdən İ qrup ümumi əlil kimi 1 nəfərə ailə tərkibi olmaqla mənzil növbəsində hesab edilmişdir.
10. Bakı şəhəri Cavabdeh 27 aprel 2023-cü il tarixli sərəncamı ilə İddiaçı mənzil növbəsindən çıxarılmışdır. Sərəncamda qeyd edilmişdir ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 316 saylı 10 oktyabr 2006-cı il tarixli sərəncamı ilə iddiaçının anası Nümayəndə iş yeri üzrə olan mənzil növbəliliyində ailə tərkibi 4 nəfərə (özü, qızı, oğlu olan iddiaçı, anası) dəyişdirilərək 8-ci km, Əli Vəliyev küçəsi 11 saylı evin 3 otaqlı yaşayış sahəsi 48,0 kv.m olan 47 saylı mənzil verilmişdir. Həmin sərəncam əsasında order də verilmişdir. Lakin, həmin şəxslər köhnə mənzildən də çıxmamış, yeni mənzilə də köçməmiş, C.Şərifov küçəsi, ev 50, mənzil 12 və mənzil 12A ünvanlarda yerləşən köhnə mənzillərdə yaşam ağa davam etmişlər. Bu barədə məlumat olmadığından da iddiaçı nənəsi ilə birlikdə mənzil növbəsində saxlanılmışdır. Hal-hazırda iddiaçı, anası və bacısının istifadəsində olan 3 mənzil mövcuddur. İddiaçı mənzillə təmin edildiyindən mənzil növbəsindən çıxarılmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçının bacısı X1 mənzil növbəsinə daxil edilməsi barədə sərəncama dəyişiklik edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərardadı ilə həmin iş məhkəmənin icraatında olan iddiaçı Nümayəndə və O.Smolyaninovanın mərhum analarına mənzil verilməsinə dair 2-1(112)-6525/2022 nömrəli inzibati işlə bir icraatda birləşdirilmişdir.
13. Bakı İnzibati Məhkəmənin 02 mart 2023-cü il tarixli qərardadı ilə icraat ayrılmış, hazırkı işə 2-1(112)-8169/2023 saylı nömrə verilmişdir.
14. Bakı İnzibati Məhkəmənin 05 aprel 2023-cü il tarixli qərardadı ilə Sosial Xidmətlər Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.
15. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir.
16. Bakı İnzibati Məhkəmənin 15 may 2023-cü il tarixli, 2-1(112)-8169/2023 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir nəfər şəxs olaraq 03 mart 2022-ci il tarixli sərəncam əsasında əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil növbəsində olsa da, mənzil növbəsinə götürülərkən onun qulluğa ehtiyacı olması və bacısı Y.Smolyaninovanın ona qulluq etməsi və onunla yaşamalı olması nəzərə alınmamış, sərəncamda iki nəfər şəxs olması göstərilməmişdir. İddiaçı uşaqlıqdan əlilliyi müəyyən edilmiş şəxsdir. Onun adına hər hansı mənzil və s. yoxdur. Onun yaşadığı 12 A saylı mənzil qəzalı vəziyyətdədir.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8169/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı ilə (hakim X5) iddianın təmin edilməməsi qərara alınmışdır.
19. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbindən göründüyü kimi aztəminatlı şəxslərə, mənzillə təmin edilməsinə ehtiyacı olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması dövlətin məqsədidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin tələbinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiql i həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu zaman mənzil şəraitinin yaxşılaşdırılması da layiqli həyat səviyyəsini təmin edilməsinə xidmət edir. Hazırkı iş üzrə isə iddiaçının layiqli həyat səviyyəsi dövlət tərəfindən yetəri dərəcədə təmin edilmişdir ki, işin yuxarıda adıçəkilən faktiki hallarından, həmin faktiki halları təsdiq edən sənədlərdən görünür ki, iddiaçı mənzil şəraitinə ehtiyacı olmayan şəxsdir və onun mənzil növbəsinə alınması cavabdeh tərəfindən düzgün həyata keçirilməmişdir ki, bu səbəbdən də mənzil növbəsindən çıxarılma barədə sərəncam qanuni və əsaslı hesab edilməlidir.
20. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4117/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X2 (sədrlik edən), X3 və X4) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8169/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətində Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə, eləcə də “İnzibati icraat h aqqında” Qanunun 24.1-ci maddəsinə istinad edilərək apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
25. Kassator bildirmişdir ki, iddiaçının mənzili olmamasına baxmayaraq onu əsassız olaraq cavabdeh inzibati orqan mənzil növbəsində çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə
55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır:... 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda;...
28. Azərbayca n Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi mə sələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. İş materiallarında olan sənədlərdən də göründüyü kimi Nəsimi rayon İcra Hakimiyyətinin 10 oktyabr 2006-cı il tarixli sərəncamı ilə iddiaçının anası Nümayəndə Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi, 11 saylı evin 3 otaqlı mənzili ayrılarkən ailə üzvlərinin sayı, həmçinin hazırkı iş üzrə iddiaçı olan oğlunun əlilliyi müəyyən olunmuş şəxs kimi vəziyyəti nəzərə alınmış və ona növbədənkənar 3 otaqlı mənzil verilmişdir.
36. Həmin mənzildə iddiaçının və onun ailə üzvlərinin yaşamaq hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən edilməmiş, tərəflər arasında həmin hallarla bağlı hər hansı mübahisə mövcud olmamı şdır.
37. Eyni zamanda qeyd etmək lazımdır ki, həmin mənzil dövlət tərəfindən, digər hallarla yanaşı məhz iddiaçının əlilliyinin müəyyən olunması nəzərə alınmaqla növbədənkənar verilmişdir.
38. Mənzil almalarına baxmayaraq A.Smolyaninovna Sabunçu rayonu ərazisində xx.xx.2013-cü il tarixdə mənzil növbəsinə götürülmüşdür. Mənzil növbəsinə götürülmə Mənzil Məcəlləsinin 55.1.2-ci maddəsinin tələblərinə zidd olduğundan Cavabdeh başçısının 27 aprel 2023-cü il tarixli sərəncami ilə mənzil növbəsinə götürülməni ləğv etmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, bu zaman cavabdeh inzibati orqanın davranışı qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, qüvvədə olan Mənzil Məcəlləsinin 55.1.2-ci maddəsinə əsasən vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır.
40. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
41. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4117/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.