Məhkəmə qərarları › İş №2-1(102)-1186/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1186/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1186/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2021-ci il tarixli, 21(103)-1084/2021 nömrəli qərardadından iddi açı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının “Xidmətkeçmə haqqında Əsasnamənin” 157-ci bəndinə əsasən ordu sıralarından ehtiyata buraxılmağı haqqında əmrinin ləğv edilməsini və işə qaytarılmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli, 2-1(112)-2041/2020 nömrəli qərardadı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair inzibati iş materialları baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. İddiaçı həmin qərardaddan apel lyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2021-ci il tarixli, 2-1(103)-1084/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 1 dekabr 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işin Bakı İnzibati Məhkəməsinə göndərişməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT.

6. İddiaçının nəzərinə çatdırılmışdır ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2021-ci il tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 5 iyul 2021-ci il tarixdə təqdim olunmuşdur. Lakin kassasiya şikayəti 21 yanvar 2022-ci il tarixdə, yəni qə rardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya məhkəməsinə təqdim olmuşdur. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.

7. İddiaçı məhkəməyə vəsatət təqdim edərək kassasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. İddiaçı vəsatətdə qeyd etmişdir ki, məhkəmə qəbul etdikləri qərarları yaşayış ünvanına deyil, əvvəlki iş yerinin yerləşdiyi Ağstafa şəhərinə göndərmişdir. Halbuki, iddia ərizəsində və digər sənədlərdə yaşayış yeri olaraq Lənkəra n rayon Mamusta kəndi göstərilmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi qəbul etdiyi qərarı səhv ünvana göndərməklə iddiaçının qərardan şikayət vermək hüququ məhdudlaşdırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnzibati Prosessual Məcəllə: Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

9. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

10. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzə rdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2021-ci il tarixli qərardadı 14 iyun 2022-ci il tarixli məktub ilə iddiaçının vəsatətdə yaşadığını qeyd etdiyi ünvan 3i ünvanına poçt rabitəsi vasitəsi ilə iddiaçıya 5 iyul 2021-ci il tarixdə təqdim olunmuşdur. Lakin kassasiya şikayəti 21 yanvar 2022-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan R espublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya məhkəməsinə təqdim olmuşdur. Beləliklə, prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyinə dair vəsatətdə qeyd olunan sübutlar əsassızdır və prosessual müddət ötürülmüşdür.

12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2021-ci il tarixli, 21(103)-1084/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar