Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1186/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkün sayılmaması, müddət) 06.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və həbrbi xidmətə qəbul olunma ” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-986/2023 nömrəli qərardadından iddi açı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan (N nömrəli hərbi hissənin qrupun sabiq komandiri-dalğıc) kapitanleytenant İddiaçı Nəhməd oğlu həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli 011 9 nömrəli əmrinin ləğv edilməsi və ordu sıralarına hərbi xidmətə qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, barəsində qəbul edilmiş cavabdehin xx.xx.2019- cu il tarixli 0119 nömrəli əmri qanunsuzdur. Çünki həmin inzibati akt qəbul edilən zaman iddiaçının evli, himayəsində iki azyaşlı uşağının olması, ali hərbi təhsili, 12 il 05 ay 22 gün hərbi xidmət illəri, hərbi xidməti zamanı əldə etdiyi nailiyyətlər, fəxri fərmanlar və medallar, hərbi xidmət zamanı nümayiş etdirdiyi nümunəvi hərbi intizam nəzərə alınmamışdır. İddiaçı barəsində N nömrəli hərbi hissənin komandiri tərəfindən 2 xidməti xasiyyətnamə tərtib olunmuşdur. Bir xidməti xasiyyətnamə cinayət işində təqsirləndirildiyi zaman prokurorluğa və məhkəməyə təqdi m olunmuş, digər xidməti xasiyyətnamə isə dəyişdirilmiş formada barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrə dair sənədlərə əlavə edilmişdir. Barəsində eyni vəzifəli şəxs tərəfindən tərtib olunmuş xidməti xasiyyətnamələrdə çox böyük fərq vardır. Bir xidməti xasiyyyətnamədə hərbi xidmət keçdiyi dövrdə intizamlı, tələbkar və bacarıqlı bir zabit kimi xidmət etdiyi qeyd olunmuşdur, digərində isə bunun tam əksidir. İlk olaraq barəsində müsbət xidməti xasiyyətnamənin tərtib olunması, çox qısa müddət keçdikdən sonra onun ziddinə mənfi xidməti xasiyyətnamənin tərtib olunması inandırıcı deyil. Barəsində qəbul edilən xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrin çıxarışını və digər sənədləri xx.xx.2022- ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə əldə etmiş və bu tarixdən sonra həmin əmrin ləğv edilməsi və ordu sıralarına hərbi xidmətə bərpa olunması üçün 06 may 2022-ci il tarixində poçt vasitəsilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət göndərmişdir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim S.Salahova) xx.xx.2022-ci il tarixli, 2-1(112)9667/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Məhkəmə qeyd etmişdir ki, işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)2129/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 4 fevral 2019- cu il tarixli 0119 nömrəli əmrin ləğv edilməsi və tutduğu vəzifəyə uyğun başqa vəzifəyə bərpa olunması öhdəliyinin cavbdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmç inin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmiş, məhkəmənin həmin qərardadı ilə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməmiş və iddia mümkün sayılmamışdır.
6. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)2058/2021 saylı qərardadı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)2129/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, həmin qərardaddan iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)- 2163/2021 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-c i il tarixli 2-1(103)-2058/2021 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, doğurdur, iddianın mümkün sayılmaması ilə bağlı qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Lakin hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçının xx.xx.2019-cu il tarixli əmri mübahisələndirməsi ilə bağlı prosessual müddəti ötürməsi və müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməməsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsbit edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirmə haqqında hazır kı iddiası tələb olunan xüsusi mümkünlük şərtinə, iddia qaldırmaq müddətinə cavab vermir və iddianın mümkün sayılmamasına əsas olan bu halı aradan qaldırmaq mümkünsüzdür.
9. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər C.A.Yusifov-sədrlik edən və məruzəçi, P.A.Hüseynov və Ş.A.Məmmədova) 16 fevral 2023-cü il tarixli, 2-1(103)-986/2023 saylı qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, iş № 2-1(112)-9667/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş həmin iddia m üddətini ötürməklə məhkəməyə müraciət etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli əmri ona elan olunduğu və xidmətdən həmin əmrə görə ehtiyata buraxıldığı halda, 3 (üç) il keçdikdən sonra məhkəmədə həmin əmri mübahisələndirilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarılarından da göründüyü kimi, iddiaçı tərəfindən əvvəllər də cavabdehin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrini mübahisələndirmək üçün müddət buraxılmış və müddət üzürsüz səbəblərdən buraxıldığından iddia mümkün sayılmamışdır. Konkret halda isə nəinki 1 il 8 ay, 3 ildən də çox müddət keçmişdir.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia t ələbinin məzmunu ilə eynidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməl idir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün haz ırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir
20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şi kayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan i stənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının subyektiv hüquqa malik olması şərti də yeri nə yetirilmiş olmalıdır.
24. Həmçinin qeyd edilməlidir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtl əri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
26. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrinin ləğv edilməsini və ordu sıralarına hərbi xidmətə qəbul olunmasını xahiş edir.
27. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqınd a iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
28. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
29. İddia ərizəsindən görünür ki, iddiaçı qanunla müəyyən edilmiş həmin iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdehin xx.xx.2019-cu il tarixli əmrin ona elan olunduğu və xidmətdən həmin əmrə görə ehtiyata buraxıldığı halda, 3 (üç) il keçdikdən sonra məhkəmədə həmin əmri mübahisələndirilmişdir.
30. Hərb i xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinin imperativ tələbinə görə, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara ( diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. 31. “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi nə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
32. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati akt barədə məlumat, birbaşa elan edildikdə də təqdim olunmuş sayılır. İddiaçının iddia ərizəsində şərh etdiyi hallardan və onun hazırkı məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, xidməti uyğunsuzluğa görə mübahisələndirilən əmrlə ehtiyata buraxılması barədə əmr barədə ona məlumat verilmiş, xidmətdən buraxılarkən barəsində xasiyyətnamə də tərtib olunaraq tanış edilmiş və bu zaman əmr də ona elan edilmiş, hətta həmin əmrin təqdim olunmasını tələb etdikdə məxfi olduğu ona bildirilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, ehtiyata buraxılması barədə əmr ona elan olunmuşdur. Ən azından, həmin əmrin hüquqi nəticəsidir ki, bir daha o, hərbi xidmətə buraxılmamış, mülki həyat tərzinə keçmişdir.
33. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2129/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadından həmçinin görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 4 fevral 2019-cu il tarixli 0119 nömrəli əmrin ləğv edilməsi və tutduğu vəzifəyə uyğun başqa vəzifəyə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irə li sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmçinin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmiş, məhkəmənin həmin qərardadı ilə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməmiş və iddia mümkün sayılmamışdır.
34. Qanuni qüvvəsini almış məhkəmə qərarlarından da göründüyü kimi, iddiaçı tərəfindən əvvəllər də cavabdehin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmri mübahisələndirilərkən prosessual müddət üzrsüz səbəblərdən buraxıldığından müddətin bərpasından imtina edilmiş, bu əsasla iddia mümkün sayılmamışdır. Hazırkı halda isə mübahisələndirilən əmrinin iddiaçıya elan olunmasından nəinki 1 il 8 ay, 3 ildən də çox müddət keçmişdir.
35. Beləliklə, hazırkı iddia İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun olan əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, barəsində şikayət verilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 21(103)-986/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.