Məhkəmə qərarları › İş №2-1(102)-1187/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1187/2020

05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1187/2020 05.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: hərbi qulluqçuların mənzil qeydiyyatına götürülməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Azər Hüseynovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-234/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kas asiya şikayətinə əsasən işə xx xxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarının 1-ci və 2-ci bəndlərinə əsasən onun, həyat yoldaşın, iki övladının (4 nəfər ailə üzvünün) mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-4426/2019 nömrəli (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 4 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməklə mənzil ilə təmin edilənədək kirayə pulunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya i nstansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-234/2020 nömrəli (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və İ.Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi və yaşayış sahəsilə təmin olunanadək kirayə haqqı ilə təmin olunmağına köməklik göstərilməsi barədə xx xxx 2019-cu il tarixli B63-059 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçının yaşayış yeri üzrə mənzil növbəsinə götür ülməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından müraciətinin Rayon İcra Hakimiyyəti tərəfindən müsbət həll olunması mümkün olmamışdır. Müraciətə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 121 saylı arayışdan məlum olmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən xx xxxxxx 2010-cu il tarixli əmrinə əsasən «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin «j» bəndinə (öz arzusu ilə) müvafiq olaraq ehtiyata buraxılıb. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxı lmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Lakin, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12ci maddəsinin 7-ci bəndində «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlər in mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının yaşayış yeri üzrə Binəqədi RİH-də mənzil növbəsinə götürülməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından müraciətinin müsbət həlli mümkün olmamışdır. İş üzrə iddiaçı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cavabla razılaşmayaraq məhkəmədə əsassız olaraq iddia qaldırmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)234/2020 saylı qərarını ləğv edərək, iş üzrə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəm ə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Bu müddəa əsas götürülərək məhkəmə kollegiyası tərəfindən tərəflərə İPM-in 16.2-ci maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə təklif göndərilərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmiş, xx xxx 2020-ci il tarixədək rəsmi olaraq Ali Məhkəmənin İnzibati Kollegiyasına bu barədə etiraz daxil olmamışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsin ə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-234/2020 saylı qərarla, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-4426/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin apelyasiya şikayətinin təmi n edilməməsi qənaətinə gələrkən «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 13.2, 17-ci maddələrinə, Nazirlər Kabinetinin «Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» xx xxxxxx 2012-ci il tarixli, 174 nömrəli qərarının 1, 2-ci bəndlərinə, İnzibati Prosessual Məcəllənin 14.3, 73.1, 82. 85-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayəti faktiki olar aq yeganə bir dəlildən ibarətdir. Belə ki, cavabdeh kasasiya şikayətində göstərilən maddi hüquq normalarına əsaslanaraq belə hesab edir ki, iddiaçı kimi xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılanlar yox, yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki göstərdiyi bu yeganə dəlil əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx xxx 2019-cu il tarixli 121 nömrəl i arayışına görə, iddiaçı xx xxxxxx 1983-cü il tarixdən xx xxxx 1987-ci il tarixədək SSRİ SQ-da kursant, xx xxxx 1987-ci il tarixdən xx xxxx 1992-ci il tarixədək SSRİ və MDB SQ-da, xx xxx 1993-cü il tarixdən xx xxxxxx 2010-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası DSX-nin rəisi SQ Komandanının xx xxxxxx 2010-cu il tarixli 1882 ş/h saylı əmrinə əsasən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçi mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, sonuncu, xx xxxx 20 19-cu il tarixli 02/09-11-11/B-63-059 nömrəli məktubla bundan imtina edərək, göstərmişdir ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilir lər. Lakin, həmin bənddə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə doğru nəticəyə gəlmişdir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuları n (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin bəndin 4-cü abzasına görə, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinet inin «Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» xx xxxxxx 2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağds ız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, tələbi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən çox xidmət etmiş iddiaçı tərəfindən sübut olunur, lakin bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir (İnzibati Prosessual Məcəllə 14.3-cü maddəsi), «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun cavabdehə səlahiyyət verən normalarının dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İnzibati Prosessual Məcəllə 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Bütün yuxarıda göstərilənlərə əsasən mə hkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-234/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar