Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1187/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu-məruzəçi, Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 16 fevral 2022-ci il tarixli, 2-1(103)-148/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən 30 aprel 2020-ci il tarixli **********863100 №li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçı 9 iyun 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 30 aprel 2020-ci il tarixli, **********863100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
3. İd dia onunla əsaslandırılmışdır ki, 30 aprel 2020-ci il tarixli, **********63100 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral vergi yoxlaması nəticəsində 2019-cu il hesabat dövrü üzrə əlavə gəlir vergisi hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış vergi məbləği əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır və hesab edir ki, qərar ləğv olunmalıdır. Belə ki, tərəfindən 4 mart 2020-ci il tarixində 2019-cu il vergi hesabatı dövrü üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Vergi orqanı 12 mart 2020-ci il tarixində ******** **353600 saylı və 17 mart 2020-ci il tarixində **********213000 saylı uyğunsuzluq məktubları göndərərək, zəruri sənədlərin təqdim edilməsinə zərurət yarandığını bildirmişdir. Həmin məktublara cavab olaraq 17 mart 2020-ci il tarixində malların (işlərin, xidmətlərin) alışını təsdiq edən e-qaimələri və vergi hesab fakturaları vergi orqanına təqdim etmişdir. Lakin vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə gəlirdən çıxılan xərclər müəyyən edilmiş və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. 30 aprel 2020-ci il tarixli, **********863100 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qra fasında göstərilmişdir ki, bəyannamənin müvafiq sətirlərində qeyd olunan gəlirdən çıxılan xərclər sənədlərlə təsdiq edilməmişdir. Halbuki vergi orqanına ünvanladığı 17 mart 2020-ci il tarixli cavab məktubunda həmin təsdiqedici sənədləri qoşma kimi əlavə edib göndərmişdir. Hesablanan vergi məbləği vergi orqanı tərəfindən qanunsuz və əsassız hesablanmış və təqdim etdiyi sənədlər tam şəkildə araşdırılmamışdır.
4. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən ümumi gəlirlər 582.360,44 manat, gəlirdən çıxılan xərclər 573.520,80 manat, vergiyə cəlb olunan mənfəət 8.839,64 manat göstərilməklə 1.767,93 manat mənfəət vergisi hesablanmışdır. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin kassa metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11- ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), "Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (320.840,86 manat), əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş vergin in bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (214.076,50 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabında göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (573.442,33 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0 manat) cəmi məbləğləri (787.518,83 manat), çıxılsın () cari il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin 1 №li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (578.289,28 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 111.611,31 manat məbləği ndə sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********353600 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələr inə əsasən kameral vergi yoxlaması ilə gəlir vergisi üzrə 2019cu il üçün Cəmiyyətə 18.889.34 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********863100 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Belə ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədik də əlaqəli məlumatlara əsasən vergi orqanının vergiləri hesablamaq hüququ vardır. Həmin əlaqəli məlumatlardan biri qismində vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar göstərilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsasən vergiləri hesablamaq hüququ vardır. Göstərilənlərdən də aydın olduğu kimi, vergi ödəyicisi tərəfindən iddia ərizəsində vergilərin əsassız hesablanması qeyd edilsə də, bu hal əsaslandırılmamış və vergi ödəyicisi tərəfindən vergi orqanının haqlı mövqeyini təkzib edən hər hansı sənəd təqdim edilməmişdir. Halbuki, vergi ödəyicisinə müvafiq məktubla həmin sənədlərin təqdi m edilməsi bildirilmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.
5. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 14 aprel 2021-ci il tarixli 21(112)-1091/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********863100 №li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarı ləğv olunmuşdur.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən qanunvericiliyin tələbləri pozularaq, vergi ödəyicisi olan iddiaçı tərəfindən mübahisələndirilən dövr üzrə malların (işlərin, xidmətlərin) alışını təsdiq edən e-qaimələr və vergi hesab-fakturaları təqdim olunmasına baxmayaraq, həmin sənədlər nəzərə alınmadan iddiaçıya heç bir mənbəyə istinad olunmadan əlavə vergi hesablanmışdır.
7. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/6826 №-li ekspert rəyi məhkəməyə daxil olmuş rəyinə əsasən, fiziki şəxs X1 2019-cu ildə ümumillikdə malların təqdim edilməsi üzrə gəliri 330451,06 manat olaraq müəyyən edilmişdir. Həmçinin, təqdim edilmiş iş materiallarına əsasən fiziki şəxsin 2019-cu ilin hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı gəlirdən çıxıla n xərc məbləği 347615,66 manat müəyyən edilmişdir. “Vergilərin, sosial sığorta və işsızlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli 2/**********3100 saylı qərarla əlavə hesablanmış 18.889,34 manat məbləğində gəlir vergisinin məbləği müəyyən olunmadı. Yəni, tədqiqata təqdim edilmiş sənədlərə əsasən şəxs X1 fəaliyyəti üzrə 2019-cu ildə - 17164.60 manat zərər məbləği müəyyən edilir.”
9. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ü.Həmidov-məruzəçi, E.E.Nağıyeva və C.A. Yusifov) 16 fevral 2022-ci il tarixli, 2-1(103)-148/2022 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Cav abdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 noyabr 2021-ci il tarixli 9/6826 nömrəli ekspert rəyindən göründüyü kimi ekspertiza tədqiqatının aparılması üçün ekspert qarşısında qoyulan suallar arasında cavabdeh tərəfindən təqdim edilmiş suallar göstərilməmiş və həmin suallar üzrə araşdırılmalı məsələlər ekspertiza tədqiqatından kənarda qalmışdır. Göstərilən səbəbdən də ekspert rəyi işin faktiki hallarını tam əhatə etmir, başqa sözlə ekspertiza cavabdeh tərəfindən təqdim edilmiş suallar və sənədlər tədqiq edilmədən aparılm ışdır. "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq, qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 12-N nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında" Təlimatın 3.5.4-cü bəndinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və xüsusi biliyinə uyğun olaraq qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir.
12. İnzibati Prosessual M əcəllənin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Belə ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan xx.xx.2020-cu il tarixli **********863100 nömrəli qərar xx.xx.2020 -ci il tarixində vergi ödəyicisinə elektron qaydada təqdim edilmiş, eyni tarixdə də iddiaçı tərəfindən oxunmaqla qəbul edilmiş, iddia ərizəsi isə xx.xx.2020-ci il tarixində verilməklə iddia müddəti ötürülmüşdür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Vergi Məcəlləsi Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq ş ikayət etmək hüququ göstərilməlidir.
15. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 58 Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin t ələbləri göstərilmişdir.
17. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğvi tələb olunduğundan hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVEQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X2 ünvanlanmış **********353600 №li məktubda onun tərəfindən 4 mart 2020-ci il tarixində təqdim olunmuş bəyannaməd ə, hesabatda kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı bildirilmişdir. Kameral vergi yoxlamasının başa çatdırılması həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim olunması tələb olunmuşdur.
20. İddiaçı tərəfindən 17 mart 2020-ci il tarixində qeyd olunan dövr üzrə malların (işlərin, xidmətlərin) alışını təsdiq edən e-qaimələr və vergi hesab-fakturaları Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunmuşdur.
21. Cavabdeh tərəfindən 111.611,31 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edildiyindən 2019-cu il üçün gəlir vergisi 18.889,34 manat məbləğində əlavə vergi hesablanmışdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı tərəfindən mübahisələndirilən dövr üzrə malların (işlərin, xid mətlərin) alışını təsdiq edən eqaimələr və vergi hesab-fakturaları təqdim olunmasına baxmayaraq, həmin sənədləri nəzərə alınmadan iddiaçıya heç bir mənbəyə istinad olunmadan əlavə vergi hesablanmışdır.
23. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən, fiziki şəxs X1 2019-cu ildə ümumillikdə malların təqdim edilməsi üzrə gəliri 330451,06 manat olaraq müəyyən edilmişdir. Həmçinin, iş materiallarına əsasən fiziki şəxsin 2019-cu ilin hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı gəlirdən çıxılan xərc məbləği 347615,66 manat müəyyən edilmişdir. Tədqiqata təqdim edilmiş sənədlərə əsasən iddiaçı X1 fəaliyyəti üzrə 2019-cu ildə 17164.60 manat zərər məbləği müəyyən edilmişdir.
24. Belə olan halda, məhkəmə kollegiyası h esab edir ki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməsi iddiaçının yuxarıda göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.
25. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin iş üzrə iddia müddətinin ötürülməsinə dair dəlilləri ilə əlaqədar qeyd edir ki, cavabdeh iddiaçı barəsində 30 aprel 2020-ci il tarixli qərarı qəbul edən vaxt Vergi Məcəlləsinin qüvvədə olan 70.2-ci madd əsinin tələbinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır.
26. Vergi qanunvericiliyi 30 aprel 2020-ci il tarixli qərarı qəbul edilərkən həmin qərarın iddiaçının hüquqi ünvanına sifarişli məktubla çatdırılmasını və ya şəxsən təqdim olunmasını nəzərdə tutmuşdur. Hazırkı işdə cavabdehin qəbul etdiyi 30 aprel 2020-ci il tarixli qərarın Vergi Məcəlləsinin 70.2-ci maddəsində müəyyən edilən qaydada iddiaçıya çatdırılması və iddiaçı tərəfindən alınmasını təsdiq edən sübut mövcud olmamışdır.
27. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin 16 fevral 2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2022-ci il tarixli, 21(103)-148/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.