Məhkəmə qərarları › İş №2-1(102)-1187/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1187/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1187/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, həmçinin iddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi, sərəncamın etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı (xx.xx.1995-ci il təvəllüdlü; Fin: xxxxxxx) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ “Si qnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə, həmçinin iddiaçı X1 (xx.xx.1986-cı il təvəllüdlü; Fin: 1VVHP39) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs İddiaçı) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2023-cü il tarixli, 2-1(103)7/2023 nömrəli qərarından birinci tələb üzrə iddiaçı, ikinci tələb üzrə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Cavabdeh xx.xx.2013-cü il tarixli, 816 nömrəli sərəncamı ilə İddiaçı Qala qəsəbəsi, Xəzər rayonu DYP İdarəsinin yanında yerləşən torpaq sahəsindəki mövcud tikilinin fərdi layihə əsasında rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadə edilməsinə icazə verilmişdir.

2. Bakı şəhəri Cavabdeh xx.xx.2015-ci il tarixli, 175 nömrəli sərəncamı ilə Qala qəsəbəsi, Bakı-Qala yolunun qərb hissəsində RPİ-nin DYP Şöbəsinə yeni inzibati bina və cərimə meydançasının tikintisi üçün ayrılmış 0,4 ha torpaq sahəsindən əlavə cərimə meydançasının genişləndirilməsi məqsədilə 0,2 ha torpaq sahəsi X2 icarəyə verilmiş və orada müvafiq tikililərin aparılmasına icazə verilmişdir. Qeyd olunan sərəncam əsasında Bakı şəhəri Cavabdeh ilə X3 arasında xx.xx.2015-ci il tarixli icarə müqaviləsi bağlanılmış, icarəyə verilmiş torpaq sahəsinin sxemi və xəritədən çıxarışı təsdiqlənmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. Birinci tələb üzrə İddiaçı c avabdeh Bakı Şəhəri Cavabdehnə (üçüncü şəxs X3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Xəzər RİH-in 19 mart 2015-ci il tarixli, 175 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 816 nömrəli sərəncamına əsasən Xəzər rayonu, Qala qəsəbəsi, X6 İdarəsinin yanında yerləşən torpaq sahəsindəki mövcud tikili rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadə olunması üçün iddiaçıya verilmişdir. Torpaq sahəsi onun istifadəsinə verildikdən sonra, iddiaçı müvafiq dövlət orqanlarına müraciət edərək müəyyən olunmuş qaydada kommunal xətlərin çəkilməsi üçün texniki şərtlər almışdır. Belə ki, xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-dən “Su təchizatı şəbəkəsinə qoşulmaya dair” texniki şərt alınmışdır. Həmin texniki şərt "xxxx" ASC-nin “Sukanalı” Elmi-Tədqiqat və Layihə İnstitutu tərəfindən hazırlanmış və xx.xx.2014-cü il tarixində iddiaçıya təqdim edilmişdir. Eyni zamanda, "xxxx" ASC-yə də müraciət edilmiş və elektrik enerjisi ilə təchiz edilməsi üçün texniki şərt alınmışdır. Buna əsasən iddiaçı 566,60 manat rüsum ödəmiş və gücü 12 kVt olan transformatorun quraşdırılmasına icazə verilmişdir. Göründüyü kimi, torpaq sahəsi onun istifadəsinə verildikdən sonra iddiaçı müvafiq texniki şərtlər almış və ərazidə təmizləmə işləri aparmışdır. Köhnə tikili və məişət tullantıları onun vəsaiti hesabına ərazidən daşınaraq ərazi təmizlənmişdir. Dövlət idarələrindən müvafiq sənədlərin alınmasına görə müəyyən qədər vaxtın keçməsi ilə ə laqədar olaraq torpaq sahəsində iddiaçı hansısa tikinti işləri görməmişdir. Dövlət orqanlarından texniki şərtlərin alınması ilə yanaşı eyni zamanda iddiaçı "xxxx" MMC-yə müraciət edərək ona məxsus olan torpaq sahəsinin layihələndirilməsi üçün müqavilə bağlamışdır. "xxxx" MMC tərəfindən hazırlanan layihə Bakı şəhəri Cavabdeh Təsərrüfat şöbəsi tərəfindən təsdiq edilmişdir. Bu müddət ərzində ona məlum olmayan bir səbəbdən Bakı şəhəri Cavabdeh başçısının başqa bir sərəncamı ilə eyni ərazi X2 verilmişdir. Bu barədə ona 2018-ci ilin noyabr ayının ortalarında ayrılmış əraziyə elektrik və su xətlərinin çəkilməsi məqsədi ilə ustaları apardıqda məlumat verilmişdir. Yaranmış anlaşılmazlığın aradan qaldırılması üçün Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 175 nömrəli sərəncamının ləğ v edilməsi zəruridir. Hazırda eyni torpaq sahəsinin iki şəxsə ayrılması barədə sərəncam mövcuddur. Torpağın iddiaçıya ayrılması barədə sərəncam, yuxarıda da göstərildiyi kimi, 2013-cü ilin 23 dekabrında verilmişdir. Göstərilənlərə əsasən, cavabdeh Bakı şəhəri Xəzər RİH-in 19 mart 2015-ci il tarixli,175 nömrəli sərəncamının ləğv olunması məhkəmədən xahiş edilir.

5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Bakı şəhəri Cavabdeh xx.xx.2015-ci il tarixli, 175 nömrəli sərəncamına əsasən Qala qəsəbəsi, Bakı – Qala yolunun qərb hissəsində RPİ-nin DYP Şöbəsinə yeni inzibati bina və cərimə meydançasının tikintisi üçün ayrılmış 0,4 ha torpaq sahəsindən əlavə cərimə meydançasının genişləndirilməsi məqsədilə X2 0,2 ha torpaq sahəsi icarəyə verilmiş və orada müvafiq tikililərin aparılması na icazə verilmişdir. Həmçinin, İddiaçı məhkəməyə iddia verməzdən öncə ilk növbədə cavabdeh inzibati orqana sərəncamın ləğv edilməsi tələbi ilə müraciət etməli və inzibati orqan bununla bağlı qərar qəbul etməlidir. İddiaçı verilmiş qərarla razılaşmadığı təqdirdə, onun inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət vermək hüququ vardır. Lakin iddiaçı tərəfindən bu məsələ ilə bağlı cavabdehə heç bir müraciət edilməmişdir. Bununla əlaqədar olaraq, hesab olunur ki, iddia mümkünsüz sayılmalıdır. X3 icarəyə götürdüyü torpaq sahəsində müvafiq tikililər apararaq təyinatı üzrə (cərimə meydançası kimi) istifadə edir. Eləcə də, Polad Abbasovla Azərbaycan Respublikası DİN BDYP İdarəsinin “Siqnal İLİ” İdarəsi arasında müqavilə bağlanılmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi məhkəmə dən xahiş olunur.

6. Üçüncü şəxs X1 iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Bakı şəhəri Cavabdeh xx.xx.2013-cü il tarixli, 816 nömrəli sərəncamında iddiaçının istifadəsinə Xəzər rayonu, Qala qəsəbəsi, DYP İdarəsinin yanında yerləşən torpaq sahəsi deyil, həmin sahədəki avtotəmir məntəqəsinin verildiyi qeyd olunmuşdur. Həmin sərəncama əsasən iddiaçının istifadəsinə verilmiş avtotəmir məntəqəsi faktiki olaraq yoxdur və ona həmin sərəncamla verilən avtotəmir məntəqəsindən istifadə etmək hüququ itmişdir. Həmin avtotəmir məntəqəsinin yerləşdiyi torpağa isə iddiaçının hər hansı bir subyektiv hüququ yaranmadığına görə iddiaçı tərəfindən verilən iddia tələbi təmin olunmamalıdır. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüstəm Kərimli) 03 dekabr 2019-cu il tarixli, 2-1(82)-799/2019 nömrəli qərardadı ilə iddia “cavabdehin 19 mart 2015-ci il tarixli, 175 nömrəli sərəncamının “386,24 kv.m torpaq sahəsinin icarəyə verilməsi” hissəsində ləğv edilməsi”nə münasibətdə mümkün sayılmamışdır. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüstəm Kərimli) 03 dekabr 2019-cu il tarixli, 2-1(82)-799/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Cavabdeh xx.xx.2015-ci il tarixli, 175 nömrəli sərəncamı “İddiaçı istifadəsində olan 1613,76 kv.m torpaq sahəsi” hissəsində ləğv edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı inzibati orqan tərəfindən xx.xx.2013-cü il tarixli 815 nömrəli sərəncamla Bakı şəhəri, Qala qəsəbəsi ərazisində mövcud tikilinin fərdi layihə (RİH tərəfindən təsdiq olunmuşdur) əsasında rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadəsinə icazə verilməklə, təsdiqlənmiş layihədə göstərilən torpaq sahəsi də onun istifadəsinə keçmişdir. Nəzərə alınmalıdır ki, həmin sahədə tikilinin (rekonstruksiya olunmaqla) inşa edilibedilməməsindən asılı olmayaraq, nə qədər ki, sözügedən xx.xx.2013-cü il tarixli sərəncam qüvvədədir, İddiaçı həmin torpaq sahəsinin qanuni istifadəçisi sayılır. Belə olan halda, müəyyən edilir ki, cavabdeh inzibati orqan həmin rayonun Qala qəsəbəsi ərazisində yerləşən 1613,76 kv.m (32,8 m x 49,2 m) ölçüdə eyni torpaq sahəsini xx.xx.2013-cü il tarixli, 816 nömrəli sərəncamla İddiaçı istifadəsinə, xx.xx.2015-ci il tarixli, 175 nömrəli sərəncamla X2 icarəyə vermiş və hər iki sərəncam qüvvədədir, yəni ləğv edilməmiş, etibarsız sayılmamışdır. Bununla da, məhkəmə belə nə ticəyə gəlir ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, 175 nömrəli sərəncam qəbul olunarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinin tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, inzibati orqan eyni torpaq sahəsinə münasibətdə səlahiyyəti daxilindəki məsələ ilə bağlı yeni sərəncamı əvvəlki verdiyi sərəncamı ləğv etmədən, özü də maraqlı şəxsi, yəni hazırkı halda İddiaçı cəlb etmədən qəbul edə bilməz. Digər tərəfdən, cavabdeh inzibati orqan rayon ərazisindəki torpaq sahəsini “icarəyə vermək” yox, “icarəyə verilməsinə razılıq vermək” səlahiyyətinə malikdir, yəni mübahisələndirilən sərəncamı qəbul etməkdə müvafiq səlahiyyətə malik olmamışdır. Deməli, cavabdeh inzibati orqan mübahisələndirilən sərəncamı qəbul edərək, “İnzibati icraat haqqında” Azərbaycan Respublika sı Qanununun 4.1-ci, 11.1-ci, 12-ci, 13.2-ci, 36-cı, 58-ci maddələrinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.18.2-ci bəndinin tələblərinə də riayət etməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdeh xx.xx.2015-ci il tarixli, 175 nömrəli sərəncamı “İddiaçı istifadəsində olan 1613,76 kv.m torpaq sahəsi” hissəsində qanunsuzdur və hazırkı İddiaçı istifadə hüquqlarını pozur.

10. Üçüncü şəxs X3 apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Həmçinin ikinci tələb üzrə iddiaçı X3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs İddiaçı) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək və sonra iddia tələbini də yişərək, Bakı şəhəri Cavabdeh xx.xx.2013-cü il tarixli, 816 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 1427 nömrəli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli, 22/MQ-287 nömrəli və Xüsusi Mühafizə Xidmətinin xx.xx.2009-cu il tarixli, 43/401 nömrəli razılıq məktubları nəzərə alınaraq Əzizbəyov rayonu, Qala qəsəbəsi, Bakı-Qala yolunun qərb hissəsində Əzizbəyov rayon Polis İdarəsinin Dövlət X5 yeni inzibati binasının və cərimə meydançasının tikintisi üçün 0,4 ha torpaq sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2009-cu il tarixli, 184 nömrəli sərəncam qəbul ed ilmişdir. Sərəncama uyğun olaraq ayrılmış torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Daha sonra iddiaçı X3 Bakı şəhəri Cavabdehnə müraciət edərək, qeyd olunan sərəncamla ayrılmış 0,4 ha torpaq sahəsindən əlavə, cərimə meydançasının genişləndirilməsi məqsədi ilə 0,2 ha torpaq sahəsinin ona icarəyə verilməsini və orada müvafiq tikinti işlərinin aparılmasına icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2015-ci il tarixli, 175 nömrəli sərəncamı ilə 0,4 ha torpaq sahəsindən əlavə 0,2 ha torpaq sahəsi iddiaçı X2 icarəyə verilmiş, həmçinin orada müvafiq tikinti işlərinin aparılmasına icazə verilmişdir. Sərəncama uyğun olaraq ayrılmış torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Bakı şəhəri Cavabdeh Təsərr üfat şöbəsi və Qala qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Sərəncama uyğun olaraq iddiaçı X3 ilə Bakı şəhəri Cavabdeh arasında həmin torpaq sahəsinin 99 illik müddətə icarəyə verilməsi ilə bağlı xx.xx.2015-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Hazırda həmin ərazi iddiaçı X3 tərəfindən təyinatına uyğun istifadə olunmaqdadır. Sonradan məlum olmuşdur ki, Bakı şəhəri Cavabdeh xx.xx.2013-cü il tarixli, 816 nömrəli sərəncamı ilə İddiaçı Qala qəsəbəsi, Xəzər rayon DYPİ-nin yanında yerləşən torpaq sahəsindəki mövcud tikilinin fərdi layihə əsasında rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadə edilməsinə icazə verilmişdir. İddiaçı iddia ərizəsi ilə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, X2 verilmiş sərəncamı mübahisələndirmişdir. Məhkəmə araşdırm ası zamanı təyin olunmuş ekspertiza ilə qeyd olunan sərəncamlarla verilmiş torpaq sahələrinin qismən üst-üstə düşdüyü müəyyən edilmişdir. Mübahisə predmeti olan sərəncamdan görünür ki, İddiaçı hər hansı torpaq sahəsi ayrılmamış, ona yalnız mövcud tikilinin rekonstruksiyasına icazə verilmişdir. Lakin həmin sərəncamda tikilinin mövcud olması qeyd edilsə də, belə bir tikili ümumiyyətlə mövcud deyildir. Bu əsasdan İddiaçı tərəfindən sərəncam üzrə hər hansı bir rekonstruksiya işləri aparıla bilməzdi. İddiaçı yalnız ərazinin elektrik və su təchizatının təminatı üçün "xxxx" ASC və "xxxx" ASC-dən texniki şərt almışdır. Beləliklə, İddiaçı heç bir torpaq sahəsi və ya tikili ayrılmamışdır. Qeyd olunan sərəncam faktiki hallara əsasən qəbul edilməmişdir və bu əsasdan həmin inzibati akt etibarsızdır.

13. Bakı İnzibati Məhkəməsinin (hakim Araz Hüseynov) 16 aprel 2021-ci il tarixli, 21(112)-1732/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Cavabdeh xx.xx.2013-cü il tarixli, 816 nömrəli sərəncamı məhkəmə tərəfindən tədqiq edilərkən, inzibati aktların etibarsız sayılmasının əsaslarından hər hansı birinə uyğunluğun olması aşkar olunmadı. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, etibarsızlığı tələb olunan sərəncam iddiaçının maraqlarına toxunsa da, onun etibarsızlığı üçün nə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində, nə də digər qanunvericilik aktlarında əsas olmadığından, iddia rədd edilməlidir.

15. İddiaçı X3 apellyasiya şikayəti verərək, həmin qəra rın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(103)-879/2020 nömrəli qərardadı ilə İddiaçı iddia tələbi üzrə inzibati iş iddiaçı X1 iddia tələbi üzrə inzibati işə dair yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

17. İddiaçı X1 iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2-1(103)-1854/2021 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-1732/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

18. Həmin qərardan narazı qalan iddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmı ş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2-1(102)-2267/2021 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2-1(103)-1854/2021 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

19. Bir sıra prosessual hərəkətlər edildikdən sonra, Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(103)-1123/2022 nömrəli qərardadı ilə iddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-1732/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən baxılan hazırkı 2-1(103)-1123/2022 nömrəli iş, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi) “sərəncamın ləğv edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)-799/2019 nömrəli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən 2-1(103)-29/2022 nömrəli digər işə birləşdirilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 02 fevral 2023-cü il tarix li, 2-1(103)-7/2023 nömrəli qərarı ilə X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)-799/2019 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmiş, Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)1732/2021 nömrəli qərarı ləğv edilmiş, iddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs İddiaçı) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Cavabde h başçısının xx.xx.2013-cü il tarixli, 816 nömrəli sərəncamı etibarsız hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı məqamda hər iki iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair iki inzibati akt olduğundan ilk öncə verilmiş inzibati aktın etibarlılığına qiymət verilməlidir. İş üzrə təkrar apellyasiya baxışı zamanı məhkəmə tərəfindən aidiyyəti inzibati orqana və arxiv idarələrinə müvafiq sorğular ünvanlanmış, həmçinin tərəflərin izahatları alınmış və sərəncamda qeyd edilən tikilinin mövcudluğu araşdırılmışdır. Lakin iş üzrə sorğulara cavab məktublarından, inzibati icraat materiallarından da aydın olur ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 816 nömrəli sərəncamı verilərkən mübahisəli ərazidə hər h ansı bir tikilinin mövcud olması sübuta yetirilmir. Həmçinin, əgər tikili mövcud olmamışdırsa, rekonstruksiyadan söhbət gedə bilməz. Belə ki, rekonstruksiya sözünün mənası hər hansı bir tikilinin yerində yenisinin inşası, tikilib yenidən bərpası deməkdir. İddiaçı nümayəndəsi və vəkili əvvəlki tikilinin mövcudluğunu iş üzrə araşdırma zamanı təqdim edilmiş xx.xx.2013-cü il tarixli eskiz layihəsi ilə, "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, 004/1/837-tş nömrəli texniki şərtlə, "xxxx" ASC tərəfindən verilmiş “Xəzər rayonu, Qala qəsəbəsində yerləşən avtomobillərə texniki xidmət məntəqəsinin elektrik təchizatı haqqında” ərizəyə xx.xx.2014-cü il tarixli, TSH-14/9757 nömrəli cavab məktubu ilə sübut etməyə çalışmışdır. Lakin göründüyü kimi, texniki şərt, həmçinin "xxxx" ASC t ərəfindən verilmiş məlumat xarakterli məktub 2014-cü ilə aid olmaqla, xx.xx.2013-cü il tarixli sərəncamın verilməsindən əvvələ aid tikilinin mövcudluğunun sübutu qismində çıxış edə bilməz. Bundan əlavə, eskiz layihədə də əvvəlki hər hansı tikili barədə qeyd öz əksini tapmamışdır. Məhkəmə kollegiyası bütün bu araşdırmaların nəticəsi olaraq belə bir qənaətə gəlir ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 816 nömrəli sərəncamı verilərkən ümumiyyətlə hər hansı bir tikilinin mövcudluğu sübuta yetirilmədiyinə görə, mövcud olmayan tikilinin rekonstruksiyasından söhbət belə gedə bilməz. Belə olan halda mübahisələndirilən bu inzibati akt icrası mümkün olmayan inzibati akt hesab edilməli və “İnzibati icraat haqqında” Qanunun 65.1.5ci maddəsinə müvafiq olaraq Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 816 nömrəli sərəncamı etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə mübahisə predmeti olan sərəncamlardan biri etibarsız hesab edildiyindən, etibarsız inzibati akt da qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayıldığından və heç bir hüquqi nəticə yaratmadığından, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 175 nömrəli sərəncamının qanunsuz inzibati akt sayılması ilə bağlı İddiaçı iddia tələbinin hüquqi əsası aradan qalxmış olur.

22. Birinci tələb üzrə iddiaçı, ikinci tələb üzrə üçüncü şəxs İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

23. Birinci tələb üzrə iddiaçı, ikinci tələb üzrə üçüncü şəxs İddiaçı kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi onun tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, işin faktiki hallarına diqqət yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsi sözügedən ərazidə tikilinin olmaması qənaətinə gəlsə də, bunu sübut edə bilmir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsinə istinad edilməsi qanunun düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, sərəncamda göstərilən ərazidə tikilinin mövcud olub-olmaması həmin sərəncamın icrasını mümkünsüz etmir. Həmin ərazidə tikili olub, lakin iddiaçını qane etmədiyindən so nradan sökülərək ərazi təmizlənib. Lakin uzun müddət yaranan problemə görə torpaq sahəsi hasara alınaraq mühafizə edilə bilməmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola b ilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz t əşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edil ən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Avropa İnsan Hüquqları Məh kəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizələrinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, cavabdehin xx.xx.2013-cü il tarixli, 816 nömrəli sərəncamının etibarsızlığının müəyyən edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəb ərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Hazırkı qərarın 25-ci bəndində qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunverici inzibati aktın etibarsızlığı və qanunsuzluğu institutlarını biribirindən fərqləndirir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında etibarsız sayılmayan inzibati aktlar, hətta qanunsuz olsalar belə, qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bu baxımdan inzibati aktın, o cümlədən qanunsuz inzibati aktın hüquqi qüvvəsi o nun etibarlılığına bağlıdır və yalnız etibarlı inzibati aktlar hüquqi qüvvəyə malik olur. Etibarsız inzibati aktlara münasibətdə isə qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında etibarsız sayılan inzibati aktlar qəbul edildiyi andan hüquqi qüvvəyə malik olmur və bu mənada hər hansı hüquqi nəticə yaratmır. Başqa sözlə, istinad olunan norma anlamında etibarsız inzibati akt mövcud olmamış, yarasız və əhəmiyyətsiz inzibati akt kimi qiymətləndirilir.

34. Bununla bağlı nəzərə almaq lazımdır ki, hazırkı qərarın 25-ci bəndində istinad olunan normada etibarsız inzibati aktların dairəsi konkret olaraq müəyyən edilmişdir. Başqa sözlə, qanunverici tərəfindən inzibati aktın qəbul edildiyi andan etibarsız sayılmasını şərtləndirən hallar və bunun üzərindən qəbul edildiy i andan etibarsız sayılan inzibati aktlar əvvəlcədən həmin normada təsbit edilmişdir. İstinad olunan həmin normaya görə, hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati aktlar, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən, faktiki səbəblər üzündən icrası mümkün olmayan, kimə ünvanlandığı aydın olmayan inzibati aktlar etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 35. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci madd əsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. İnzibati orqan bundan imtina etdiyi hallarda, şəxs Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən həmin aktın etibarsızlığının tanınmasına dair müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla bağlı qeyd olunmalıdır ki, belə iddianın qaldırılmasında şəxsin xüsusi hüquqi marağı qısa müddətdə etibarsızlığın müəyyən olunmasına və etibarsızlıq faktının konstatasiyasına yönəlmiş olur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, etibarsızlığın tanınması haqqında iddialar üzrə məhkəmə araşdırmasının predmeti “İnzibati icraat haqq ında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması ilə məhdudlaşır və həmin halların müəyyən edilmədiyi təqdirdə, tanınma haqqında iddianın təmin olunmasından imtina olunur. Başqa sözlə, həmin iddia yalnız “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğu hallarda əsaslı sayıla bilər.

36. Hazırkı mübahisəyə münasibətdə “İnzibati icraat haqqında” Qanunun 65.1.5-ci maddəsində təsbit edilmiş və cavabdehin xx.xx.2013-cü il tarixli, 816 nömrəli sərəncamının etibarsızlığını şərtləndirən əsasın mövcudluğu işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur. Bu baxımdan həmin sərəncamın etibarsız hesab olunmasını tələb etməkdə ikinci tələb üzrə iddiaçı X3 haqlı sayılmalı dır.

37. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.

39. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegi yası QƏRARA ALDİ: Birinci tələb üzrə iddiaçı, ikinci tələb üzrə üçüncü şəxs İddiaçı kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2023-cü il tarixli, 21(103)-7/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar