Məhkəmə qərarları › İş №2-1(102)-1187/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1187/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1187/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(106)-265/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına əsasən, o, 24 fevral 2003-cü il tarixində Lerik RPŞ-nin PPXT-nin polis nəfəri vəzifəsinə təyin edilmişdir.

2. Cavabdeh Ə90-153-21 saylı, xx.xx.2021-ci il tarixli əmrilə “DİO-da xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu əsasən iddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Ə90-153-21 saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsini və daxili işlər orqanlarında xidmətə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Növbətçi Hissəsinin növbətçi köməkçisi, polis baş serjantı olmuşdur. Cavab dehin Ə90- 153-21 saylı, xx.xx.2021-ci il tarixli əmrinə əsasən Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X3 xx.xx.2021-ci il tarixində saat 21:00 radələrində xidmətdə olarkən LənkəranLerik yolunun 52 km-də hərəkət edən “Zil” markalı, AZ **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaş odun daşıdığı barədə məlumat əsasında avtomaşını saxlamış, özünü təqdim etdikdən sonra avtomobilə baxış keçirərkən yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüyə avtomobili RPŞ-nin duracağına aparılması xahiş edilməsi, avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmadığını və oraya gələn NH-nin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Dəniz Hüseynova qarşı kobud rəftar etməsi və saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratdığı üçün daxili işlər orqanlarından xidmətdən xaric olunması əmr edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin Ə90-153-21 saylı, xx.xx.2021-ci il tarixli əmri əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, əmrdə qeyd edilən xüsusatlar əsassızdır. Belə ki, iddiaçı tərəfindən Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X5 qarşı heç bir kobudluq edilməmişdir. Ümumiyyətlə xidmətdə olduğu müddətdə iddiaçı nizam-intizam məsələlərinə daim məsuliyyətli olmuşdur. Bundan başqa Lənkəran-Lerik yolunun 52 km-də hərəkət edən “Zil” markalı, AZ **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan X4 verilən 25 avqust 2021-ci il tarixli 001104 saylı meşə məhsullarının buraxılış ı orderinə əsasən həmin şəxsin odun daşınmasına müvafiq icazəsi olmuşdur. Əlavə olaraq, rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Lakin əmr iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir.

5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əməliyyat müvəkkili Dəniz Hüseynovla kobud rəftar etməsi, saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratması barədə xx.xx.2021-ci il tarixli, 153-88741121 nömrəli raportu əsasında xidməti yoxlama aparılmışdır. Araşdırma zamanı CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X3 izahatı alınmış, o, izahatında raportda yazdıqlarını təsdiq etməklə iddiaçının səs yazısını təqdim etmişdir. Səs yazısında iddiaçı özündən rütbədə və vəzifə də böyük olan əməkdaşa vəzifəsini icra etməyə mane olmaqla, özünü ondan yüksək tutmaqla, şöbə rəhbərliyindən hadisəni gizlətməyi, maşını görmədiyini və saxlamadığını deməsini tələb etməklə həmkarına bu qanunsuzluqları etmək müqabilində ona pul təklif etmiş, bunun işə yaramadığını gördükdə hədə-qorxu gəlməyə, bu hörmətsizliyi ona bağışlamayacağını bildirməklə “Zil” markalı avtomobilin sürücüsünün avtomobili sürüb oradan getməsini bildirməklə sürücü X1 hadisə yerindən qaçmasına zəmin yaratmışdır. İddiaçı baş vermiş hadisə ilə bağlı özünü tam təqsirkar bilməklə D.Hüseynovdan və şəxsi heyətdən etdiyi əmələ görə üzr istəməsini, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini xx.xx.2021-ci il tarixli izahatında göstərmişdir. İzahatı alınmış X6 “Zil” markalı, Az **-GJ-*** dövlət qeydiyyat niş anlı avtomobil ilə Lerik meşəbəyliyindən 85 manat ödəyərək 5 kub yaş odunu Lerik rayonu, Günəşli kəndindəki meşə zolağında doğranmış halda təhvil alaraq özünə məxsus nəqliyyat vasitəsi ilə yaşadığı Pirasora kəndinə aparan zaman Lənkəran-Lerik yolunun 52-ci km-də hərəkət edən zaman D.Hüseynov tərəfindən saxlanılması, maşının və odunun sənədlərinin evdə qaldığını bildirsə də, D.Hüseynovun onun RPŞ-nin duracağına aparmaq istədiyi üçün kömək məqsədi ilə yaxını olan iddiaçıya zəng etdiyini təsdiqləyərək RPŞ-yə gələn zaman avtomobildə yaranan nasazlıqla bağlı Lerik şəhərində yaşayan bacısının evinə dönmüş, iddiaçının ona zəng edərək polis şöbəsinə gəlməsini bildirdiyi üçün nəqliyyat vasitəsindəki nasazlığı aradan qaldıraraq RPŞ-yə gəlməsini, həmçinin D.Hüseynovla iddiaçıdan aralı olduğu üçün onl arın mübahisələrinin şahidi olmadığını izahatında təsdiq etmişdir. Avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmadığını və oraya gələn iddiaçının əməliyyat müvəkkili Dəniz Hüseynovla kobud rəftar edərək onu hədələməsi və saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratması barədə xx.xx.2021-ci il tarixli, 153-8874-1121 nömrəli raportu ilə bağlı aparılmış xidməti yoxlama materialı nəzərdən keçirib müəyyən edilmişdir ki, Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı X3 xx.xx.2021-ci il tarixdə, saat 21:00 radələrində xidmətdə olarkən Lənkəran-Lerik yolunun 52-ci km-də hərəkət edən “Zil” markalı, Az **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaş odun daşıdığı barədə məlumat əsasında avtomaşını saxlamış, özünü təqdim etdikdən sonr a yükdaşıma yerində yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüyə avtomobili RPŞ-nin duracağına aparılması barədə xahiş etməsi, avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmadığı və oraya gələn iddiaçının əməliyyat müvəkkili Dəniz Hüseynovla kobud rəftar etməsi saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratması Dəniz Hüseynovun araşdırma zamanı təqdim etdiyi səs yazısına qulaq asıldıqdan sonra tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası DİN-in xx.xx.2005-ci il tarixli, 130 nömrəli etik davranış kodeksinin 1-ci, 2-ci, 4-cü 6-cı, 6-1-ci, 9-cu, 10-cu, 17-ci, 19-cu, 20-ci və 22-ci maddələrinin, DİN-in xx.xx.2009-cu il tarixli, 330 nömrəli intizam nizamnaməsinin 3.2-ci, 3.8-ci, 3.9- cu və 7-ci bəndlərinin və “Polis haqqında” Qanunun 3-cü, 13-cü və 29-cu maddələrinin tələblərini nəzərə alaraq və yuxarıda göstərilən digər nöqsanlara yol verdiyi üçün xx.xx.2021-ci il tarixli, 153-8874-1121 nömrəli material ilə bağlı aparılmış xidməti yoxlama üzrə materiala sıravi və kiçik rəis heyətinin yığıncağında baxılmış, iddiaçı barəsində xidməti yoxlama aparılmış və müzakirə üçün Lerik RPŞ-nin sıravi və kiçik rəis heyətinin yığıncağına verilmiş, iddiaçının işdən xaric edilməsi ilə bağlı Ə90-153-21 nömrəli əmri qəbul edilmişdir. İddiaçı daxili işlər orqanlarından xaric olunduqdan sonra xidmətə bərpa olunması ilə bağlı özü və anası dəfələrlə Daxili işlər Nazirliyinin rəhbərliyinə müraciət etmiş, lakin onun əməlləri Azərbaycan Respublikası DİN-in DİO-nun intizam nizamnaməsinə, DİN-in Etik davranış kodeksi haqqında əmrə və DİO-da Xidmətkeçmə haqqında əsasnaməyə zidd olduğu üçün yenidən DİO-da xidmətə qəbul olunması rədd edilmişdir. İddiaçı işlədiyi müddətdə özünü intizamlı, işgüzar, bacarıqlı bir əməkdaş kimi göstərə bilməmiş, geyim formasına riayət etməmişdir. O, ictimaiyyətdə və məişətdə nümunəvi olmamış, polis əməkdaşının adına və nüfuzuna daim xələl gətirmişdir. İddiaçının 3 aydan artıqdır ki, yol verdiyi qəbahətlərə görə DİO-da xidmətdən xaric olunmuşdur. İddiaçının daxili işlər orqanlarından xidmətdən xaric olunması barədə xx.xx.2021-ci il tarixli, Ə 90-153-21 nömrəli əmr qanunamüvafiq qaydada xx.xx.2021-ci il tarixində səhər təlimatında ona və şəxsi heyətə elan olunmuş və qardaşı hal-hazırda Lerik RPŞ-nin İTBnin sahənin polis nəfəri vəzifəsində işləyən polis baş serjantı X10 xx.xx.2021-ci il tarixdə xidməti vəsiqəsini və Azərbaycan Respublikası DİN-nin X24 Baş İdarəsinə 13 oktyabr 2021-ci il tarixli 028/4769-1219 nömrəli hesablama-arayışına əsasən 176 (yüz yetmiş altı) manat əmlak borcunun ödənildikdən sonra sənədləri ona təqdim edilmişdir.

6. Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(120)-686/2022 saylı qərarı ilə (hakim X11) iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmr ləğv edilmiş və iddiaçının daxili işlər orqanlarında əvvəlki işinə bərpa olunması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrlə iddiaçını “DİO-da xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq xidmətd ən xaric etməkdə haqlı olmamışdır. Belə ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 114-cü maddəsi, xidmətdən xaric edilmə növündə intizam tənbehini ən sərt və sonuncu tədbir olaraq müəyyənləşdirmişdir və işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamış iddiaçıya ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbehin verilməsi də ədalətli hesab edilə bilməz. Məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan digər sənədlərlə təsdiq olunur ki, iddiaçı xx.xx.2003-cü ildə daxili işlər orqanlarında əmək fəaliyyətinə başlamış, işlədiyi müddət ərzində iddiaçı əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdehə qəsdən heç bir ziy an vurmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı qeyd olunan nöqsana yol verdiyini səmimi etiraf etmiş və buna görə baş vermiş hadisə ilə bağlı özünü tam təqsirkar bilməklə D.Hüseynovdan və şəxsi heyətdən etdiyi əmələ görə üzr istəmiş, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilərkən onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, 2003-cü ildən cavabdeh təşkilatda işləməsi və heç bir intizam tənbehi almaması nəzərə alınmamış və iddiaçıya ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbeh verilməklə xidmətdən xaric edilmişdir.

8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olu nmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(106)-223/2022 nömrəli qərarı ilə (hakimlər X15 (məruzəçi), X7 və X12) apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(120)-686/2022 saylı qərarı dəyşdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2023-cü i l tarixli, 2-1(102)-745/2023 nömrəli qərarı ilə (hakimlər X8 (məruzəçi), X2 və X16) kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(106)-223/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam araşdırılmamışdır. Belə ki, məhkəmə tərəfindən qiymətləndirilməli olan əsas məsələ iddiaçının hərəkətlərində yəni İddiaçı cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı D.Hüseynova təzik edərək saxlanılan avtomobilin sürücüsünün getməsinə şərait yaradılması AR DİN-nin etik davranış kodeksinin, intizam nizamnaməsinin, “Polis haqqında” Qanunun, “Xidmət keçmə haqqınd a” Əsasnamənin tələbləri baxımından qanuna uyğun olub-olmamasıdır.

30. Apellyasiya məhkəməsi bu istiqamətdə qiymətləndirməni aparmalı olduğu halda bunu etməmiş və nəticədə əsaslandırmanı bu istiqamətdə açıqlamamışdır ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(106)-265/2023 nömrəli qərarı ilə (hakimlər X13 (məruzəçi), X14 və X20) apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(120)-686/2022 saylı qərarı dəyşdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilm əsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Şikayətdə qeyd edilmişdir ki, aşağı instansiya məhkəmələri tərəfindən aparılmış araşdırma zamanı, eyni zamanda Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə 90-153-21 nömrəli əmrindən aydın olur ki, Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X3 xx.xx.2021-cı il tarixində saat 21:00 radələrində xidmətdə olarkən Lənkəran-Lerik yolunun 52-ci km-də hərəkət edən “Zil” markalı, Az **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaş odun daşıdığı barədə məlumatı əsasında avtomaşını saxlamış, özünü təqdim etdikdən sonra avtomobilə baxış keçirərkən yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüyə avtomobili RPŞ-nin duracağına aparılmasını xahiş etmiş, avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmadığını və oraya gələn NH-nin növbətçi köməkçisi İddiaçı CABnin əməliyyat müvəkkili, polis baş leytenantı Dəniz Hüseynova qarşı kobud rəftar etməsi və saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratmaqla Azərbaycan Respublikası DİN-in xx.xx.2005-ci il tarixli, 130 nömrəli etik davranış kodeksinin 1-ci, 2-ci, 4-cü 6-cı, 6-1-ci, 9-cu, 10-cu, 17-ci, 19-cu, 20-ci və 22-ci maddələrinin, DİN-in xx.xx.2009cu il tarixli, 330 nömrəli intizam nizamnaməsinin 3.2-ci, 3.8-ci, 3.9-cu və 7-ci bəndlərinin və “Polis haqqında” Qanunun 3-cü, 13-cü və 29-cu maddələrinin tələblərini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. Kassasiya şi kayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə: Maddə

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: Bənd

9. Daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə. 20. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. İ. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır:... 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək. 21. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”: Maddə

1. Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əmə l etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Maddə 6-1. Yuxarı vəzifəli şəxslərin qərar və hərəkətlərini müzakirə və şərh etməməli, xidməti fəaliyyətlə əlaqədar olan məlumatların yayılmasına yol verməməlidir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərd ə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilə r və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, kassasiya şikayəti təmin edilməklə, iddiaçının iddia tələbi rədd edilməlidir.

26. Məhkəmə kollegiyası öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir. 27. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələbinə əsasan daxili işlər orqanlarının əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır.

28. İş materiallarından məlum olur ki, iddiaçı adı çəkilən Kodeksin tələblərinə əməl etməmiş, yuxarı vəzifəli şəxsin qərar və hərəkətlərini müzakirə və şərh etməməklə bağlı mükəlləfiyyətinin olmasına baxmayaraq nümunəvi davranış qaydası sərgiləməmişdir.

29. Bu hal iddiaçının xx.xx.2021-ci il tarixli izahatı ilə də təsdiq edilir. İzahatdan görünür ki, iddiaçı özündən rütbə etibarı ilə yuxarı vəzifəli şəxsin davranışlarına kobud şəkildə irad bildirmişdir. Hətta insidentdən sonra verdiyi izahatda hərəkətlərindən peşman olduğunu ifadə etmişdir (iş vər 41).

30. Məhkəmə kollegiyası bildirir ki, heç bir hədə və təzyiq olmadan iddiaçı tərəfindən yazılmış izahat onun əməlinin qanunamüvafiq olmadığını, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələblərinə zidd olduğunu təsdiqləyən sübutdur.

31. Hətta iş materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədə iddiaçının işlədiyi müddət ərzində şəxsi heyətin və rayon ictimaiy yətinin hörmətini qazana bilmədiyi, vətəndaşlarla rəftarda nəzakətsiz olduğu, qanunların tələblərinə riayət etmədiyi qeyd edilmişdir (iş vər 37).

32. Beləliklə, yuxarıda adı çəkilən sənədlərdə iddiaçının hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmadığı, xidməti borcuna sədaqət göstərmədiyi, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirmədiyi, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmadığı müəyyən edilir. Odur ki, iddiaçını daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanuni olmuşdur.

33. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. 34 Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(106)-265/2023 saylı qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar