Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1188/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdar əsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)330/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1966-cı il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlər lə Təyinat İdarəsinə qarşı ona güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun xx.xx.2018-ci il tarixdən tanınaraq, təyin edilməsi eləcə də pensiyasının həmin tarixdən hesablanıb ona ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər Sabirabad rayonu Telman adına kolxozda işləmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci ilə qədər Sovet ordu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx.xx.1987-ci ildən - xx.xx.1988-ci ilə qədər Bakı şəhəri Şaumyan RDİŞ-nin nəzdində müəssisədənkənar MŞ-də gözətçi işləmiş, 1987-ci ildən 1990-cı ilə qədər Bakı Neft Texnikumunda təhsil almış, xx.xx.1990-cı ildən - xx.xx.1 995-ci ilə qədər 3 saylı Neft və qazçıxarma sexində neft və qaz çıxarma üzrə operator vəzifəsində, xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilə qədər 3 saylı neft və qazçıxarma sexində neft və qazçıxarma üzrə usta vəzifəsində işləmişdir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər AR Nazirlər Kabinetinin təsdiq etdiyi 1 №-li Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx.xx.2006-cı il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 23 il 18 gün ümumi iş stajı, 15 il 5 ay 28 gün zərərli iş stajını tamamlamışdır. Nəhayət 52 yaşı tamam olan tarix dən, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 20 ildən az olması göstərilmişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan qanunvericiliyə əsasən təhsil aldığı dövr və əmək kitabçasında qeyd olunan bütün dövrlər iş stajı kimi qəbul olunmalıdır. Bu əsasından hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məh kəməsinə müraciət edərək 1987-ci ildən - 1990-cı ilə qədər təhsil aldığı dövrü ümumi iş stajına daxil edilməklə 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)3625/2019 nömrəli (sədrlik edən hakim Tahirə Əsədova) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 1987ci ildən 1990-cı ilə qədər təhsil aldığı dövrü ümumi iş stajına daxil edilməklə 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Az ərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-cu il tarixli, 2-1(103)330/2020 nömrəli (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Aida Hüseyn) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanı lması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını lazımınca araşdırmamış, prosessual hüquq sübutların mötəbərliyi prinsipinə əməl etməmiş, əlaqəli maddi hüquq normaların işin halları üzrə düzgün tətbiq etməmişdir.Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən onun 2006-cı ilədək ümumi əmək stajının tamamlanıb-tamamlanmadığını müəyyən etmək mümkün olmur. İddiaçının tələbinin əsasını təşkil edəcək sənələri məhkəməyə tam şəkildə təqdim edə bilməmişdir. iddiaçının əmək kitabçasının yalnız bir qismi iş materiallarında vardır. Əmək kitabçasının olmayan səhifələri barədə məlumatları müəyyən etmək mümkün deyildir. Digər tərəfdən əmək kitabçasına daxil edilmiş m əlumatların bir qismi xarici dildə qeyd edilib. 1991-ci ildə qəbul edilmiş qanuna əsasən, həmin tarixdən bəzi ölkədə Azərbaycan dilində yazının latın qrafikalı əlifba ilə aparılması müəyyən edilsə də, məlumatların xarici dil olan rus dilində yazılması görsənir. Halbuki, bu peşələrin və vəzifələrin adları terminoloji ifadələr olduqları üçün onların rəsmi şəkildə təsdiq olunmuş tərcüməsinin təqdim edilməlidır. Ali Məhkəmənin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququn un əldə edilməsi üçün əsas ola bilər. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-330/20 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin rədd edilməsini A li Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə ala raq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasın da tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,məhkəmə işin hallarını lazımınca araşdırmamış, prosessual hüquq sübutların mötəbərliyi prinsipinə əməl etməmiş, əlaqəli maddi hüquq normaların işin halları üzrə düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən onun 2006-cı ilədək ümumi əmək stajının tamamlanıb-tamamlanmadığını müəyyən etmək mümkün olmur. İddiaçının tələbinin əsasını təşkil edəcək sənələri məhkəməyə tam şəkildə təqdim edə bilməmişdir. iddiaçının əmək kitabçasının yalnız bir qismi iş materiallarında vardır. Əmək kitabçasının olmayan səhifələri barədə məlumatları müəyyən etmək mümkün deyildir. Digə r tərəfdən əmək kitabçasına daxil edilmiş məlumatların bir qismi xarici dildə qeyd edilib. 1991-ci ildə qəbul edilmiş qanuna əsasən, həmin tarixdən bəzi ölkədə Azərbaycan dilində yazının latın qrafikalı əlifba ilə aparılması müəyyən edilsə də, məlumatların xarici dil olan rus dilində yazılması görsənir. Halbuki, bu peşələrin və vəzifələrin adları terminoloji ifadələr olduqları üçün onların rəsmi şəkildə təsdiq olunmuş tərcüməsinin təqdim edilməlidır. Ali Məhkəmənin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının siyahıda açıq şəkildə göst ərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən çox sığorta stajı olduğundan mübahisəyə xx.xx.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun normaları tətbiq edilməklə baxılmalıdır. Həmin Qanunun 13-cü maddəsinin "a” bəndinə əsasən (xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş redaksiyada) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququrıa malikdirlər. Cavabdeh ərizənin təmin edilməsindən imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 20 ildən azdır və bu halda cavabdeh orqan tərəfindən iddiaçının təhsil müddəti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmadığı üçün ümumi iş stajına aid edilməmişdir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin “v”) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. xx.xx.1992-ci ildə qəbul edilmiş və xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kad r hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisas keçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası “Normativ hüquqi aktlar haqqında” Qanununun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda ali təhsil müddəti sığorta stajına daxil edilən müddət kimi nəzərdə tutulmasa da, iddiaçının təhsil aldığı dövrdə bu müddət sığ orta stajı kimi nəzərə alındığından “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsi həmin Qanunun qəbul edildiyi dövrədək ali təhsil almış şəxslərin əmək pensiyası ilə bağlı hüquqlarını məhdudlaşdırdığı üçün yalnız qanunun qəbul edildiyi tarixdən sonrakı münasibətlərə şamil edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçının xx.xx.1990-cı ildən xx.xx.1995-ci ilə qədər işlədiyi neft və qaz çıxarma üzrə operator peşəsi 1 nömrəli siyahının 10 bölməsi, 2-ci yarımbölməsinin 1100000a-15824 koduna, xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilə qədər işlədiyi neft və qaz çıxarma üzrə usta peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarındakı «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı»nın X bölməsi, 2-ci yarımbölməsinin 1100000b-23187 koduna aiddir. Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı zaman qüvvədə olan qanunda nəzərdə tutulduğundan təhsil müddəti şəxsin iş stajına daxil edilməli, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 il ümumi stajı və 10 il güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinə imkan verən xüsusi stajı olduğundan iddiaçının 52 yaşdan (xx.xx.2018-ci ildən) güzəştli şərtlərlə pensiya hüququnun yaranmışdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)330/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1188/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1188/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver