Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1188/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayət üzrə kassasiyanın, müddətin ötürülməsi ilə bağlı mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1975, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naz irliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1499/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin “torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” 822 nömrəli, 16 aprel 2004-cü il tarixli qərarı ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən, ümumi ərazisi 300 kv. metr olan tikinti təyinatlı torpaq sahəsinin, dövlət reyestrində mülkiyyət hüququ üzrə öz adına qeydiyyata alınmasının və buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9497/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim H.A.Ağalarov) iddia tələbi rədd edilmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1499/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova, M.N.Tağızadə) şikayət üzrə apellyasiya mümkünsüz hesab edilmiş və şikayətin qəbulun dan imtina edilmişdir.
5. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1499/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qərardadının ləğv edilməsi, apellyasiya şikayətinə baxılaraq müvafiq qərar qəbul edilməsi üçün işin həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
6. İddiaçının kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir. Odur ki, bu barədə, iddiaçıya və vəkilinə məhkəmə bildirişi göndərilməklə həmin nöqsan onların diqqətinə çatdırılmış, 27 iyun 2022-ci il tarixədək həmin çatışmazlığın aradan qaldırılması təklif edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə: Maddə
22. Müddətlər 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. … Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. … Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya mümkün sayılmamalıdır.
9. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilmə si ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə, məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 (on) gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
10. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1499/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 18 aprel 2022-ci il tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardaddan kassasiya şikayəti 28 aprel 2022-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 gün müddət keçdikdən sonra vəkilin elektron kabineti vasitəsilə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Halbuki həmin qərardaddan kassasiya şikayəti verilməsinin son günü 17 aprel 2022-ci il tarixi olmuşdur. Beləliklə də, qanunvericilikdə məhkəmə qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət otürülmüş və bu barədə tərəflərə 06 iyun 2022-ci il tarixli bildiriş göndərilmişdir. Bildirişdə iddiaçıya və vəkilinə məhkəmə iclasının təyin olunduğu vaxtadək yuxarıda göstəril ən nöqsanın aradan qaldırılması, yəni prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət təqdim etmək təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşlar.
11. Lakin buna baxmayaraq müddətin ötürülmədiyini təsdiq edən sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət təyin olunmuş vaxtadək, yəni bildirişdə göstərilən 27 iyun 2022-ci il tarixədək məhkəməyə təqdim edilməmişdir.
12. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Odur ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
13. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1499/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.