Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1188/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: işdən azad etmə barədə əmrin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “cavabdehin 6 aprel 2022-ci il tarixli, 321/Ü nömrəli əmrinin ona münasibətdə olan hissədə ləğv edilməsi, işdən azad edildiyi dövr üçün ona məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqı ödənilməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoruna aparıcı məsləhətçi vəzifəsinə işə bərpa olunması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-38/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Cavabdehin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmrinə əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə audit tədbi rləri həyata keçirilmişdir. Audit araşdırılması zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. Araşdırma zamanı bir sıra əməkdaşların fəaliyyətinin qeyri-qənaətbəxş olduğu, həvalə olunmuş əmək funksiyalarını lazımi şəkildə yerinə yetirilmədiyi müəyyən edilmişdir.
2. Cavabdehin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmrinə əsasən həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyinə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi, İİ dərəcə dövlət qulluqçusu İddiaçı "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instans iya məhkəməsinə müraciət edərək, cavabdehin 6 aprel 2022-ci il tarixli 321/Ü nömrəli əmrinin ona münasibətdə olan hissədə ləğv edilməsi, işdən azad edildiyi dövr üçün ona məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqı ödənilməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoruna aparıcı məsləhətçi vəzifəsinə işə bərpa olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1996-cı ildə X1 bitirmişdir. Həmin ildə Ağdaş şəhər “M.Şeyxzadə” adına internat məktəbinə mühasib vəzifəsinə işə qəbul olunmaqla əmək fəaliyyətinə başlamışdır. İddiaçı 15 sentyabr 2000-ci ildə başqa işə keçdiyinə görə “M.Şeyxzadə” adına internat məktəbinin mühasib vəzifəsindən işdən azad olunmuş və həmin tarixdə Dövlət Əmək Nazirliyinin Ağdaş rayon şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2006-cı il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi Departamentinin 209 k saylı 20 dekabr 2006-cı il tarixli əmri ilə 3 ay sınaq müddətinə Nazirliyin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin monitorinqi sektorunun Ağdaş rayonu üzrə İİİ qrupuna məsləhətçi ixtisası üzrə dövlət qulluğuna qəbul olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 06 aprel 2022-ci il tarixli 321/Ü nömrəli əmri ilə iddiaçı “Dövlət qull uğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir.
5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2022-cı il tarixli 135/Ü nömrəli Əmrinə əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə audit tədbirləri həyata keçirilmişdir. Audit araşdırılması zamanı İdarənin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun əməkdaşı olan iddiaçı tərəfindən tərtib edilmiş aktların yalnız baş vermiş ekoloji pozuntularla əlaqədar olduğu, “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları”na uyğun olaraq ekoloji sferalar üzrə, demək ol ar ki, monitorinq aparılmadığı, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işlərinin həyata keçirilmədiyi ətraf mühitə olan təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin elmi əsaslarla müşahidəsi və proqnozlaşdırılması istiqamətində qanunamüvafiq işlər görülmədiyi aşkar edilmişdir. Bundan əlavə daha əvvəl 8 saylı RETSİ-nin 30 iyul 2021-ci il tarixli, 48 nömrəli Əmri ilə İdarənin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun monitorinq üzrə aparıcı məsləhətçisi İddiaçı işə davamiyyətində gecikmə hallarına yol verdiyi üçün töhmət verilmişdir. Göründüyü kimi, İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoruna aparıcı məsləhətçi vəzifəsində işlədiyi müddətdə dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməmiş, həvalə olunmuş vəzifələrini yerinə yetirməmişdir. Nəticədə Nazirliyin 285/Ü saylı, xx.xx.2022-ci il tarixli Əmri ilə həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyinə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi, İİ dərəcə dövlət qulluqçusu İddiaçı "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir.
6. Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1472/2022 nömrəli qərarı (hakim: F.S.İsmayılzadə) ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı işlədiyi dövrdə vəzifələrin icrası zamanı mütəmadi olaraq pozuntulara yol vermişdir. Belə ki, Azərbaycan Re spublikası ETSN 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli 67 nömrəli əmri ilə Azərbaycan Respublikası ərazisində 2021-2022-ci illərdə Ov mövsümünün başlanması ilə əlaqədar İdarənin xidməti ərazisində heyvanat alımının, quşların (o cümlədən Şahin quşlarının) mühafizəsi, brokonyerlik hallarının qarşısının alınması və bu sahədə ciddi nəzarətin həyata keçirilməsi məqsədi ilə verilmiş olsa da, iddiaçı tərəfindən tərtib edilərək imzalanmış Monitorinq aktları müvafiq olaraq ağacların kəsilməsi və zibil poliqonunda müşahidənin aparılması ilə bağlı olmuşdur.
8. Bundan əlavə məhkəmə araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilmə sinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur
9. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 2-1(107)-38/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və G.İ.Cavadova) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1472/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehin 6 aprel 2022-ci il tarixli, 321/Ü nömrəli əmri iddiaçıya münasibətdə olan hissədə ləğv edilmiş, işdən azad edildiyi dövr üçün ona məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqı ödənilməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoruna aparıcı məsləhətçi vəzifəsinə işə bərpa olunması qərara alınmışdır.
11. Apelyasiya insta nsiyası məhkəməsi qeyd etmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2022-ci il tarixli, 135/Ü nömrəli Əmri ilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə həyata keçirilmiş audit tədbirləri üzrə iddiaçıya 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli 48 nömrəli "intizam tənbeh tədbirinin tətbiqi haqqında” əmri ilə töhmət verildiyindən həmin dövr ərzində eyni əsaslarla iddiaçının dövlət qulluğundan azad edilməsi "Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinin tələblərinə zidd olmuşdur.
12. Eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, ətraf mühitin mühafizəs inə nəzarət və ekoloji monitorinq sektoru üzrə vəzifə təlimatlarında nəzərdə tutulan vəzifələrin icrası məqsədilə aparıcı məsləhətçi-müfəttişi İİ dərəcə dövlət qulluqçusu olan İddiaçı monitorinqin keçirilməsinin həvalə edilməsi nəzərdə tutulduğu halda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmri ilə dövlət qulluğundan azad edilməsinə əsas olmuş pozuntulardan biri də idarə tərəfindən yoxlama dövrü ərzində cərimələrin könüllü ödənilməməsinə baxmayaraq, əksər işlər üzrə məcburi icra edilməsi üçün iş üzrə materialların aidiyyəti orqanlara göndərilməsinin təmin edilməməsi olmuşdur. Göründüyü kimi, iddiaçının vəzifə təlimatlarına əsasən ona həvalə edilmiş vəzifələrə aid olmayan cərimələrin ödənilməsinə nəzarət edilməsi ilə bağlı pozuntuların da olması əs as gətirilərək, qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçı dövlət qulluğundan azad edilmişdir.
13. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, audit aktı xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, lakin iddiaçının mübahisələndirdiyi əmr xx.xx.2022-ci il tarixdə, yəni pozuntu aşkar edildikdən bir ay 17 gün sonra verilmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh intizam tənbehinə əsas olmuş pozuntunun aşkar edildiyi gündən 1 ay müddətində iddiaçıya intizam tənbehi verməli olduğu halda, qanunda nəzərdə tutulan bu müddəti ötürmüş və həmin müddətin ötürülməsinin üzrlü olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
14. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməs ini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 18, 25.2.6, 25.5, 25.6-cı maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 58 və 70.1-ci maddələrinə istinad edərək hesab edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi maddi və prosessual hüquq normalarının tələblərinə ziddir.
16. Belə ki, Şəki Apellyasiya Məhkəməsi kifayət qədər əsaslar olmadan, İddiaçı qulluq funksiyalarını yerinə yetirən zaman yol verdiyi nöqsanların kobud və mütəmadi olmadığı qəna ətinə gəlmişdir. Məlumat üçün bildiririk ki, qeyd olunan nöqsanlar yalnız audit araşdırması dövründə sənədlərin seçmə üsulu ilə yoxlanılması zamanı aşkar olunmuş və yoxlama aparıldığı dövrü əhatə edən müddətdə baş vermişdir. İddiaçı əmək fəaliyyəti dövründə mütəmadi olaraq kobud, hətta korrupsiya halı kimi qiymətləndirilə bilinəcək nöqsanlara yol vermiş, lakin bu cür kobud nöqsanlara yol verməsinə baxmayaraq, məhkəmə kollegiyası bu məsələyə laqeyd yanaşmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırılmış qanuni qərarını ləğv edərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.2, 18.0.3, 18.0.4-cü maddələrinin tətbiqi hissəsində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. İddiaçı kassasiya şikayə tinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlər ə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü v ə məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə
20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qu lluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təb liğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə
25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyy ətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluq çusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 30-1.1. İnzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi hər təqvim ilinin sonunda həyata keçirilir. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:... 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;...
19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında” Əsasnamə Bənd 1.1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə, onların qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan və yerüstü təbii sərvətlərdən, mineral xammal ehtiyatlarından səmərəli istifadə, onların bərpası, Azərbaycan Respublikasında yerin təkinin geoloji öyrənilməsi, mühafizəsi, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi (bundan sonra – torpaqların monitorinqi), bioloji müxtəlifliyin (flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri), atmosfer havasının mühafizəsi, ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsi və onlardan istifadə, tullantıl arla bağlı fəaliyyət, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, habelə geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və xəritəçəkmə sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur....
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9
1. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə müb ahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsinin araşdırmaları yetərli olmuşdur. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərlidir.
27. Bununla yanaşı məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmri ilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə audit tədbirləri həyata keçirilmişdir.
28. Audit araşdırılması zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. İdarə tərəfindən yoxlama dövrü ərzində cərimələrin könüllü ödənilməməsinə baxmayaraq, əksər işlər üzrə məcburi icra edilməsi üçün iş üzrə materialların aidiyyəti orqanl ara göndərilməsi təmin edilməmişdir. İdarənin əməkdaşları tərəfindən aktların tərtib edilməsi zamanı bir sıra nöqsanlara yol verilmiş, eləcə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin məsuliyyət müəyyən edən maddəsi düzgün tətbiq edilməmiş, nəticədə təbiətə dəymiş ziyan düzgün hesablanmamışdır. İdarənin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun əməkdaşları tərəfindən tərtib edilmiş aktlar yalnız baş vermiş ekoloji pozuntularla əlaqədar olmuş, "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması” Qaydalarına uyğun olaraq ekoloji sferalar üzrə, monitorinq aparılmamış, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işləri həyata keçirilməmiş, ətraf mühitə olan təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin elmi əsaslarla m üşahidəsi və proqnozlaşdırılması istiqamətində qanunamüvafiq işlər görülməmişdir. İdarə tərəfindən ekspertiza rəylərinin icrasına nəzarət edilməmiş, bir sıra məcburi göstərişlər üzrə, o cümlədən, tibbi tullantıların daşınması üçün müqaviləsi olmayan 19 tibb müəssisəsi barəsində heç bir tədbir görülməmiş və müvafiq məcburi göstəriş verilməmişdir. Dislokasiya üzrə 350 sayda müəssisəyə qarşı cəmi 86 müəssisə tərəfindən 2TG hesabatı təqdim edilmişdir. Hesabat təqdim etməyən müəssisələr barəsində heç bir tədbir görülməmişdir. Eyni zamanda, yerin təki üzrə cəmi 3 monitorinq aktı və 1 inzibati xəta haqqında protokol tərtib edilmiş, faydalı qazıntı yataqlarına nəzarət tələb olunan səviyyədə həyata keçirilməmişdir. Araşdırma zamanı bir sıra əməkdaşların fəaliyyətinin qeyri-qənaətbəxş olduğu, həvalə olunmuş əmək funksiyalarının lazımi şəkildə yerinə yetirilmədiyi müəyyən edilmişdir. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmri ilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə həyata keçirilmiş audit tədbirləri üzrə iddiaçıya 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli 48 nömrəli "intizam tənbeh tədbirinin tətbiqi haqqında” əmri ilə töhmət verilmişdir.
29. Audit yoxlamasının nəticəsi üzrə xx.xx.2022-ci ildə audit aktı tərtib olunmuş və həmin akt Ekologiya Nazirliyinə göndərilmişdir. Bununla da həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyinə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətl ər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi, İİ dərəcə dövlət qulluqçusu İddiaçı "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli, 321Ü nömrəli əmri ilə dövlət qulluğundan azad edilmişdir.
30. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmri ilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə həyata keçirilmiş audit tədbirləri üzrə iddiaçıya 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli 48 nömrəli "intizam tənbeh tədbirinin tətbiqi haqqında” əmri ilə töhmət verildiyindən həmin dövr ərzində eyni əsaslarla iddiaçının dövlət qulluğundan azad edilməsi “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinin tələblərinə zidd olmuşdur.
31. Bununla yanaşı, məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmrindən görünür ki, İddiaçı "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilməsinə əsas 21 fevral 2022-ci il tarixli audit aktı olmuşdur.
35. Məhkəmə kollegiyası qeyd edir ki, intizam tənbeh tədbirinə əsas olmuş audit aktı xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, lakin iddiaçının mübahisələndirdiyi əmr “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 25.2-ci maddəsinin tələblərinə zidd olaraq xx.xx.2022- ci il tarixdə, yəni pozuntu aşkar edildikdən 1 ay 17 gün sonra verilmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh intizam tənbehinə əsas olmuş pozuntunun aşkar edildiyi gündən 1 ay müddətində iddiaçıya intizam tənbehi verməli olduğu halda, qanunda nəzərdə tutulan bu müddəti ötürmüş və həmin müddətin ötürülməsinin üzrlü olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
36. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, ka ssasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
37. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-38/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.