Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1188/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı XXX cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icra edilməməsinə görə cərimə tətbiq olunması; qərarın icra edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı XXX cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021- ci il və xx.xx.2021-ci il tarixli müraciətlərinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzr ə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(103)-4229/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 28 mart 2022-ci il tarixli 21(112)-2194/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021- ci il və xx.xx.2021-ci il tarixli müraciətlərinə cavab verilməsi öhdəliyi c avabdehə həvalə edilmişdir.
3. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) 19 oktyabr 2022-ci il tarixli 21(103)-2372/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.Ə.Kərimov /məruzəçi/, Z.M.Quliyev və R.S.Nəbizadə) 19 aprel 2023-cü il tarixli 2-1(102)450/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. İş üzrə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra qərardan çıxarış 05 iyul 2023-cü il tarixli məktubla icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmə qərarının icra edilmədiyini bildirmiş və icra olunmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 30 oktyabr 2023-cü il tarixli 2-1(112)-2194/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(112)-2894/2022 nömrəli qərarının icra icraatına xit am verilmiş, məhkəmə qərarının icra edilməməsi ilə bağlı cərimənin tətbiq olunmasına dair ərizə rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı iddiaçının “xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərinə cavab verilməsi ilə bağlıdır ki, cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, həmin müraciətlərə cavab verilmiş, bununla da cavabdeh öz öhdəliyini (cavab verilməsi barədə) yerinə yetirmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı iş üzrə çəkmiş olduğu poçt, nəqliyyat, səhhətinə dəymiş zərərlə bağlı xərclərin ödənilməsinin, iş materiallarında olan müqavilənin düzgün formada tərtib edilməsinin, vətəndaş m üraciətlərinə verilmiş cavabların düzgün qaydada tərtib edilməsinin, əmlaka dəymiş ziyanın ödənilməsinin hazırkı iş üzrə icraat çərçivəsində həyata keçirilməsində iddialıdır. Halbuki, qeyd olunan məsələlər yeni növ iddianın predmetidir ki, hazırkı iş üzrə müraciətlərin cavablandırılması ilə bağlı təmin olunan iddianın predmetini təşkil etməməklə, onun icrası məsələsinə münasibətdə hər hansı təsirə malik olmamışdır. Başqa sözlə, müraciətlərin cavablandırılması ilə bağlı icra hərəkətləri cavabdeh tərəfindən təmin edilmişdir ki, cavablandırmanın mahiyyətindən narazılıq, müqavilənin yenidən tərtibi, xərclərin ödənilməsi, dəymiş ziyanın ödənilməsi və s. kimi iddiaçının tələbləri aidiyyəti üzrə məhkəmə tərəfindən baxılmalı tələblər olmaqla, hazırkı qərarın icrası ilə bağlı olmamışdır.
11. İddiaç ı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Oruczadə /sədrlik edən/, X.Cəmilova, R.Səmədov) 21 dekabr 2023-cü il tarixli, 2-1(103)-4229/2023 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı icra olunmamış, iddiaçının müraciətləri ilə bağlı tam və hərtərəfli araşdırılma aparılmamışdır. Onun müraciətləri ilə bağlı ziyanına qərar qəbul edilmiş, müraciətləri cavabsız qalmış, məntiqi cavablar ala bilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə
20. İcraata xitam verilməsinin əsasları və qaydası 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir:... 20.1.5. icra sənədi tam icra olunduqda;...
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, A li Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqın da” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldır ılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin bütün dəlilləri mahiyyətcə məhkəmə qərarının icrası ilə bağlı ərizənin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin, mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı iddiaçının xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixli müraciətlərinə müsbət cavab verilməsi ilə bağlı deyil, məhz cavab verilməsi ilə bağlı olmuş dur.
26. İddiaçının məhkəmə qərarının icra edilməməsi barədə ərizəsinin araşdırılması zamanı müəyyən edilmişdir ki, məhkəmə qərarı ilə müəyyən edilmiş həmin müraciətlərə cavabdeh inzibati orqan tərəfindən cavab verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 17-ci bəndində istinad olunan qanunvericiliyin tələbi baxımından icra sənədi tam icra olunduğundan, məhkəmə qərarının icra icraatına xitam verilməlidir. Belə ki, cavabdeh inzibati orqan məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi (iddiaçının müraciətlərinə cavab verilməsi) yerinə yetirmiş, bununla da məhkəmə qərarı icra edilmişdir.
27. İddiaçı iş üzrə çəkmiş olduğu poçt, nəqliyyat, səhhətinə dəymiş zərərlə bağlı xərclərin ödənilməsini, iş materiallarında olan müqavilənin düzgün formada tərtib edilməsin i, vətəndaş müraciətlərinə verilmiş cavabların düzgün qaydada tərtib edilməsini tələb etsə də, qeyd olunan məsələlər hazırkı iddianın predmeti olmamaqla, bəhs edilən məhkəmə qərarının icrası ilə bağlılığı yoxdur. Belə ki, qeyd olunan məsələlər yeni növ iddianın predmetidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli 2-1(112)-2194/2022 nömrəli qərarı icra edildiyindən, icra icraatına xitam verilməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə düzgün olmuşdur.
28. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(103)-4229/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.