Məhkəmə qərarları › İş №2-1(102)-1189/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1189/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1189/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2571/19 nömrəli iş üzrə il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı diplomun tanınması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin il tarixli,2-1(82)-2681/2019 nömrəli (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Tamerlan Cavid oğluMəmmədova Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş B16 seriyalı 242249 nömrəli, 15 iyul 2016-cı il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) il tarixli, 2-1(103)-2571/19 nömrəli (hakimlər Mirzə Tağızadə sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Kəmalə Abiyeva) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(82)-2681/2019 saylı iş üzrə qəbul etdiyi il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı kasasiya şikayəti verərək apelyasiya in stansiyası məhkəməsinin 04 dekabr 2019-cu il tarixliqərarının ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş Ali Məhkəmənin İnzibati Kollegiyasının icraatına qəbul edilmiş və işin baxılması 26 avqust 2020-ci il tarixə təyin edilmişdir. İddiaçı 28.08.2020-ci il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsindən imtina etməsini və işin icraatına xitam verilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə kollegiyası iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtinası barədə ərizəsi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.5-ci maddəsinə müvafiq olaraq iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, iddiaçı iddiadan məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər imtina edə bilər və iddiaçı iddiadan imtina etdikdə məhkəmə bu barədə qərardad qəbul edərək iş üzrə icraata xitam verməlidir. Eyni zamanda qeyd edilməlidir ki, iş üzrə icraata xitam verildiyindən apelyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə malik deyil. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 55.1, və 55.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçının iddia tələbi üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar