Məhkəmə qərarları › İş №2-1(102)-1189/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1189/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1189/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati icraat aparılmadan pensiya ödənişinin dayandırılması, dayandırılmış əmək pensiyası üzrə ödənişin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1955, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı dayandırılmış əmək pensiyasının ödənişinin bərpa edilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-83/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 05 iyun 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Daha sonra iddiaçıya pensiya ödənişlərinin verilməsi 02 sentyabr 2020-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmışdır. İddiaçının pensiyanın ödənilməsinin bərpa edilməsinə dair müraciəti ilə bağlı cavabdeh 20 s entyabr 2021-ci il tarixli məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda dayandırılır. Sözügedən maddənin tələblərinə əsasən iddiaçının pensiya ödənişi aydınlaşma statusu ilə 02 sentyabr 2020-ci il tarixindən dayandırılmışdır. 1981-1992-ci illər üzrə iddiaçının əmək fəaliyyəti araşdırılması məqsədilə Türkmənistan Respublikasına sorğu göndərilmişdir. Qeyd olunan araşdırma başa çatdıqdan sonra iddiaçının yaşa görə əmək pensiyasının bərpasına baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsi ndəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı 02 sentyabr 2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1955-ci il tarixdə İsmayıllı rayonu Topçu kəndində anadan olmuş və 01 sentyabr 1969-cu il tarixdən Bakı şəhəri Binəqədi rayonunda 22 nömrəli Texniki peşə məktəbini bitirərək əmək fəaliyyətinə başlamışdır. İddiaçı 1971-1974-cü illərdə SSRİ dövründə Azərbaycanda yerləşən “Qafqazenerjiquraşdırma” trestinin Türkmənistan Respublikasının Krasnovodski şəhərində turba perovodçik (montajnik) vəzifəsində iş ləmişdir. İddiaçı 1974-1976-cı ildən hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra həmin müəssisədə işə başlamışdır. İddiaçı SSRİ dövründə “Qafqazenerjiquraşdırma” trestinin Türkmənistan Respublikasının Mari şəhərində yerləşən Mari trestində montajnik vəzifəsində işləmişdir. İddiaçı 1978-2002ci ilə kimi “Qafqazenerjıquraşdırma” trestinin Türkmənistan Respublikasında yerləşən Krasnovodski və Mari şəhər filiallarında müəyyən vəzifələrində işləmişdir. İddiaçıya 05 iyun 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin 02 sentyabr 2020-ci il tarixdən qanunsuz və əsassız olaraq pensiya ödənişi dayandırılmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

5. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsində “Əmək pensiyalar ı haqqında” Qanunun 1.0.2, 6-1, 7, 21.1, 22-1.1, 22-1.2.1, 22-1.2, 45-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən 05 iyun 2019-cu il tarixdən ona 64 yaşından 31 il 3 ay 24 gün sığorta stajı ilə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Lakin sonradan onun 1981-1992-ci illərdə Türkmənistan Respublikasında olan iş stajının yoxlanılması ilə bağlı olaraq əmək pensiyası 02 sentyabr 2020-ci il tarixdə dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən bu qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda dayandırılır. Sözügedən maddənin tələblərinə əsas ən pensiya ödənişi aydınlaşma statusu ilə 02 sentyabr 2020-ci il tarixdən dayandırılmışdır. İddiaçının 1981-1992-ci illər üzrə əmək fəaliyyətinin araşdırılması məqsədilə Türkmənistan Respublikasına sorğu göndərilmişdir.

6. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1240/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia təmin edilmiş, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı 02 sentyabr 2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya münasibət də pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən əmək kitabçasında göstərilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh heç bir inzibati icraat aparmadan, iddiaçıya məlumat vermədən, hər-hansı mötəbər dəlil olma dan, qərar qəbul etmədən iddiaçıya münasibətdə təyin edilmiş əmək pensiyasını şübhələrə istindən xx.xx.2020-ci il tarixdən etibarən dayandırmaqla iddiaçının etimad hüququnun, bununla yanaşı sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul etmiş və hesab etmişdir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-83/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarı (sədrlik edən və məruzəçi – R.R.Rəfiyev, hakimlər – V.İ.Məlikov və G.İ.Cavadova) ilə apellyasiya şikayəti təmin olunmamış, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1240/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayəti cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbinə dair etirazla eyni məzmunda əsaslandırılmışdır. Cavabdeh təkrarən o dəlilə istina etmişdir ki, 1981-1992-ci illər üzrə iddiaçının əmək fəaliyyətinin araşdırılmas ı məqsədilə Türkmənistan Respublikasına sorğu göndərilmişdir. Qeyd edilən araşdırma başa çatdıqdan sonra iddiaçının yaşa görə pensiyasının bərpasına baxılacaqdır. Cavabdeh həmçinin bildirmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Odur ki, iddiaçıya əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi mümkün deyildir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavbadeh tərəfindən qanunsuz və əsassız olaraq iddiaçıya pensiya verilməsinin dayandırıldığını bildirmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-83/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılma sını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 20 27-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır:... 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hall ar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq h üququna malikdirlər. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardar:... 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati akt qəbul etmək vəzifəsi; Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən e tibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

16. İnzibati Prosessual Məcəllə Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydası nda, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı b arədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Hazırkı işin hallarından göründüyü kimi cavabdeh iddiaçıya daha əvvəl qərarla (inzibati aktla) təyin edilmiş əmək pensiyası üzrə ödənişi dayandırarkən qanunvericiliyin tələb etdiyi qaydada lazımi icraat aparmamış və hər hansı qərar (inzibati akt) qəbul etməmişdir. Cavabdehin pensiya ödənişini dayandırma səbəbi isə iddiaçının 1981-1992-ci illərdə Türkmənistan Respublikasında olan iş stajının yoxlanılması ilə əlaqədar olm uşdur.

23. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi ilə müəyyən olunmuş qaydada iddiaçıya pensiya təyin edilməsi barədə qərarın ləğv olunması ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.

24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun yaşa görə əmək pensiyası hüququnun verilməsi və pensiya ödənişinin dayandırılması məsələlərini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi.

25. Qeyd olunmalıdır ki, iddiaçıya pensiyanın cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiyanın təyin olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiyanın təyin olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun və digər normativ aktların yaşa görə əmək pensiyası hüququnun verilməsi və pensiya ödənişinin dayandırılması məsələlərini tənzimləyən müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəy yən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticə sində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

26. Nəzərə alınmalıdır ki, təyin olunmuş pensiyanın ləğvini şərtləndirən normada nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiyanın təyin olunmasına dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə faktiki hərəkətlərlə pensiya ödənişinin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

27. İşin hallarından isə görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas olan inzibati akt (05 iyun 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsinə dair qərar) inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş, bunun la bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.

28. Aşağı instansiya məhkəmələrində araşdırma zamanı, eləcə də kassasiya icraatı zamanı iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil və sübut təqdim etməmişdir.

29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan inzibati akt qəbul edərkən və ya faktiki xarakterli müvafiq hərəkətlər həyata keçirərkən ehtimala əsaslana bilməz. Onun hərəkətlərinin qanuni ola bilməsi üçün iş üzrə müəyyən olunmuş həqiqi faktiki hallara və mötəbər sübutlara əsaslanmalıdır. Bu mənada, cavabdeh orqanın iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırılması əsası kimi istinad etdiyi h al – 1981-1992-ci illər üzrə iddiaçının əmək fəaliyyətinin araşdırılması məqsədilə Türkmənistan Respublikasına sorğu göndərilməsi faktının özü də təsdiqini tapmamışdır. Belə ki, sözügedən sorğunun həqiqətən göndərildiyini təsdiq edən sübut cavabdeh tərəfindən məhkəmələrə təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, cavabdeh həmin dövrü əvvəllər sığorta stajı kimi qəbul etmiş, eləcə də iddiaçıya məxsus əmək kitabçası ilə bu hal öz təsdiqini tapmışdır. Bu halda, cavabdeh yalnız əks halı təsdiq edən sübutu, yəni mübahisələndirilən dövrdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olmadığını təsdiq edən sübutu əldə etdikdən sonra yuxarıda sadalanmış qaydada icraat aparmaqla pensiya ödənişini dayandıra bilərdi. Cavabdeh isə bu qaydada davranmamış, ehtimala əsaslanmaqla və icraat qaydalarına riayət etməməklə pensiya ödənişini dayandırmışdır. Belə olan halda, məhkəmələr əsaslı olaraq inibati orqanın hərəkətlərini qanunsuz hesab etməklə, pensiya ödənişinin bərpası haqqında qərar vermişlər.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması barədə dəlilinə münasibətdə isə bildirir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ verən yaşının tamam olduğu 05 iyun 2019-cu il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, b u pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Buna görə, iddiaçının 25 il sığorta stajı mövcud olduğu təqdirdə, pensiya kapitalına dair tələb irəli sürülə bilməz. İddiaçının 25 il sığorta stajının mövcud olmadığı ilə bağlı cavabdeh mötəbər sübutlar təqdim etməmişdir. Hətta bu hal mövcuddursa belə, cavabdeh əvvəllər iddiaçıya pensiya təyin etdiyi üçün o, sonradan əldə etdiyi sübutlara istinad etməklə yalnız yuxarıda göstərilmiş qaydada icraat aparmaqla pensiya ödənişini dayandıra bilərdi. Artıq yuxarıda da ətraflı qeyd edildiyi kimi bu qaydada bir icraat aparılmamışdır.

31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-83/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar