Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1189/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının və reyestrindən əldə çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.04.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər: X8, X20 və X22) qarşı "X3 və digərlərinin ünvan 1 ünvanda ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının və bunun əsasında dövlət reyestrindən əldə olunmuş xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-464/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN-1114F nömrəli “Torpağın mülkiyyətə veri lməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə Qəbələ şəhərində yerləşən 0.07 ha torpaq sahəsi X8, X17, X18 və X14 ümumibirgə mülkiyyətinə verilmişdir. 2. dekabr 1988-ci il tarixli, 204 inventar nömrəli texniki pasportdan görünür ki, mübahisəli fərdi yaşayış evi üzrə hüquq subyekti X11, tikilinin inşa edildiyi il – 1960-cı il və digər texniki göstəricilər öz əksini tapmışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş, xx.xx.1989-cu ildə Qəbələ rayon Notariat Kontorunda tərtib edilmiş vəsiyyətnamədən görünür ki, X11 vəfat edəcəyi gündə özünə məxsus olan əmlaklarını İddiaçı və X4 bərabər şəkildə vəsiyyət etmişdir.
4. DƏDRX-dən çıxarışa əsasən, ünvan 2 ünva nında yerləşən 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ümumibirgə mülkiyyət hüququ üzrə X8, X20, X17 və X22 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Texniki pasporta görə, fərdi yaşayış evi üzrə hüquq subyekti X8, tikilinin yerləşdiyi torpaq sahəsi - sənəd üzrə 0.07 ha, tikildiyi il – 1980, 0.0995 ha zəbt sahə və digər texniki göstəricilər öz əksini tapmışdır.
6. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)69/2022 nömrəli qərardadından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021 ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsi iddianın “X3, X12, X14 və X9 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunmas ı” tələbinə dair rədd olunmuş hissəsində ləğv edilmiş, iddia tələbinin X3, X12, X14 və X9 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunmasına dair hissəsində mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.
7. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Məktubunda qeyd edilmişdir ki, X3 və digərlərinin ümumibirgə mülkiyyətində olan ünvan 3 ünvanında 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi (q/n-********** olan xx.xx.2019-cu il tarixli çıxarış) Qəbələ ra yon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarına əsasən 4 (dörd) nəfərin adına tərtib edilmiş oktyabr 2002-ci il tarixli JN 1114F kod 40601004 olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3, X12, X14 və X9 ünvan 1 ünvanda ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının və bunun əsasında Dövlət reyestrindən əldə olunmuş xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdi r.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək “X3, X12, X14 və X9 ünvan 1 ünvanda ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının və bunun əsasında Dövlət reyestrindən əldə olunmuş xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4, X15, X19, X13 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən onların ünvan 4 ünvanda ümumi sahəsi 79.7 kv.m. olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Həmin qeydiyyat iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı bununla bağlı cavabdehə rəsmi müraciət edib həmin çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır. İddiaçı atası X23 xx.xx.1981-ci ildə vəfat etmişdir. X23 vəfat etdikdən sonra onun adına olan əmlaklar iddiaçının anası X5 adına keçmişdir. xx.xx.1989-cu il tarixdə Qəbələ rayon Notariat Kontorunda vəsiyyətnamə tərtib olunmuş, həmin vəsiyyətna məyə əsasən, X11 vəfat edəcəyi gündə ona məxsus birmərtəbəli, iki otaqlı, iki aynabəndli evini, təndir evini, hamamı, mal tövləsini və digər əmlaklarını qızlarına, yəni iddiaçı Həsənova (Hacıyeva) Mehriban Çərkəz qızına və bacısı X6 bərabər şəkildə vəsiyyət etmişdir. İddiaçının anası X11 xx.xx.1991-ci ildə vəfat etmişdir. Anası vəfat etdiyi gündən sonra ona məxsus yaşayış evi, 0.07 ha torpaq sahəsi və vəsiyyətnamədə qeyd olunmuş digər tikililər miras qalmışdır. İddiaçı anasının dəfn xərclərini, yas mərasimini təşkil etmişdir. Anası vəfat etdikdən sonra iddiaçı vəsiyyətnamədə qeyd olunmuş miras qalmış evdə uzun müddət ailəsi ilə birlikdə yaşamışdır. Hal-hazırda da iddiaçıya məxsus məişət və mebel əşyaları vəsiyyətnamədə qeyd olunmuş miras qalmış evdədir.
10. Beləliklə, iddiaçı Həsənova (Hac ıyeva) Mehriban Çərkəz qızı xx.xx.1989-cu il tarixli vəsiyyətnamədə qeyd olunmuş miras əmlakını faktiki olaraq qəbul etmişdir.
11. X16 adına Qəbələ şəhəri ərazisində xx.xx.1962-ci il tarixli fərdi yaşayış evinə aid texniki pasport tərtib edilmişdir, həmin əmlak dekabr 1988-ci il tarixli texniki pasporta əsasən X5 adına keçmişdir. Hal-hazırda ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə aid X5 adına tərtib edilmiş inventar nömrəsi 406-1/204 olan “A” və “B” tikililəri üçün 1988-ci il tarixli texniki pasport vardır. Həmin texniki pasport cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasını n Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı müəyyən edilmişdir. Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlaka daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin fərmanın 2.4-cü bəndinə əsasən üzərində texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərə aiddir.
12. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-244/2023 nömrəli qərardadı ilə X8, X20 və X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına edilmişlər.
13. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-244/2023 nömrəli, 15 may 2023-cü il tarixli qərarı ilə (hakim V.Musayev) iddia təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə X3, X12, X22 və X9 ünvan 1 ünvanda ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının və bunun əsasında Dövlət reyestrindən əldə olunmuş xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi öhdəliyi qoyulmuşdur.
14. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış JN-1114F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmişdir. Cavabdeh orqan həmin çıxarış ın sözügedən şəhadətnamə əsasında verildiyini xx.xx.2023-cü il tarixli məktubunda etiraf etmişdir.
15. Digər tərəfdən vəsiyyətnamənin mövcud olmasına baxmayaraq, daşınmaz əmlak barəsində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsində nəzərdə tutulmuş vərəsəlik hüququ haqqında şəhadətnamə mövcud olmadığından və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 17-ci bəndində mülki-hüquqi əqd olaraq vəsiyyətnamənin deyil, vərəsəlik şəhadətnaməsinin mövcudluğu halında daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həy ata keçirilməsi və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması müəyyən edildiyindən, hazırkı mübahisəyə mahiyyəti üzrə baxılaraq cavabdeh orqanın faktiki xarakterli hərəkətlərinə hüquqi qiymət verilmişdir
16. Üçüncü şəxslər Svetlana Hüseynova, Nərmin Şükürova və Surac Hüseynov həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-464/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.Məlikov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışd ır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüququ mövqeyi ilə razılaşmışdır.
19. Üçüncü şəxslər Svetlana Hüseynova, Nərmin Şükürova və Surac Hüseynov həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın qeyri-mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Üçüncü şəxslər Svetlana Hüseynova, Nərmin Şükürova və Surac Hüseynovun kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr həmin maddi normaların tətbiqində səhv buraxmış, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələblərini nəzərə almadan iddianın mümkünlüyünü yoxlamadan iddianın əsaslılığına dair dəlilləri yoxlamışdır.
21. Onlar apellyasiya şikayətini əsaslandıraraq göstərdi ki, qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-69/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsi ilə Şəki Apellyasiya Məhkəməsinin 02 mart 2022-ci il tarixli 2(107)-69/2022 nömrəli Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsinin “X3, X12, X14 və X9 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunması” tələbinə dair hissəsində ləğv edilməsi və iddia tələbinin X3, X12, X14 və X9 adına verilmiş xx.xx.2019cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunmasına aid hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı” qər ardadı nəzərə alınmaqla, Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsi ünvan 4 ünvanındakı əmlaka vəsiyyətnamə üzrə 1/2 hissədə miras payının müəyyən edilməsinə dair iddianın rədd olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
22. Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsi ilə isə İddiaçı cavabdehlər X8, X20, X22, X17, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və maraqlı şəxs Qəbələ regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə qarşı “Çıxarışın etibarsız hesab olunması və vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
23. Azərbaycan Respublikasının İnzib ati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
24. Bundan başqa məhkəmə kollegiyası üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizədə vahid məhkəmə təcrübəsində formalaşmış mübahisənin inzibati qaydada deyil, mülki icraat qaydasında baxılmasına dair oxşar inzibati işlə bağlı istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)57/2023 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, Yevlax rayon Bucaq kənd İƏV nümayəndəliyinin 1991-1995-ci illərə dair 15 saylı təsərrüfatbaşına kitabında təsərrüfat başçısı 1954-cü il təvəllüdlü X7 1993- cü ildə vəfatından sonra təsərrüfatbaşına kitablard a anası X2 ilə yanaşı, hazırkı iş üzrə üçüncü şəxs olan həyat yoldaşı və övladlarının adları qeyd olunmuşdur. 2006-2010-cu illərin təsərrüfatbaşına kitabında təsərrüfatda yaşayış evinin 1974-cü il tarixdə tikildiyi, sahəsinin 64 kv.m olduğu qeyd edilmişdir. X2 mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın ancaq ona məxsus olan hissəsini və ya ona aid olan payını iddiaçıya vəsiyyət edə bilərdi və iddiaçı yalnız X1 əmlak hüququ ilə əhatə olunan hissəyə iddia etməkdə haqlı sayıla bilər.
25. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxslər kassasiya şikayətində, apellyasiya məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərarının ləğv edilərək İddiaçı iddiasının qeyri-mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
26. K assasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hü quqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evlər i, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiy yatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 28. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edi lərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.
29. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı:
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
30. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən bax ılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə ic raat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şika yətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(107)-464/2023 saylı qərarla, iddiaçının iddiasının təmin edilməsi barədə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)244/2023 saylı qərarının 3-cü şəxslər S.Ç.Hüseynovanın, N.R.Şükürovanın və S.R.Hüseynovun apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 15 may 2023-cü il tarixli qərarının dəyişdir ilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən belə hesab etmişdir ki, “cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.”
34. Həmçinin apellyasiya məhkəməsi öz qərarında göstərmişdir ki, “X3 və digərlərinin ünvan 1 ünvanda ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının və bunun əsasında dövlət reyestrindən əldə olunmuş xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, biri nci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur.”
35. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair dekabr 1988-ci il tarixli, 204 inventar nömrəli texniki pasport tərtib edilmiş və mübahisəli fərdi yaşayış evi üzrə hüquq subyekti X11 qeyd edilmişdir, yəni sözügedən evin texniki pasportu, məhz X5 adına verilmişdir.
36. Burada xüsusi olaraq qeyd edilməlidir ki, həmin texniki pasport Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sən ədlərin siyahısında fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş sənədlərin siyahısında öz əksini tapmışdır (1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar).
37. Lakin buna baxmayaraq iş materiallarından göründüyü kimi, cavabdeh orqan həmin texniki pasportu nəzərə almadan ünvan 2 ünvanında yerləşən 0.07 ha torpaq sahəsinin JN1114F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X8, X17, X18 və X14 ümumibirgə mülkiyyətinə verilməsinə əsaslanaraq həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinə münasibətdə də, adları qeyd edilmiş şəxslərin ümumibirgə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almışdır.
38. Bununla əlaqədar olaraq ap ellyasiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.2-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunsa da, nəzərə alınmalıdır ki, mübahisəli tikili “Daşınmaz əmlakın dövlət reyestri h aqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək yaranmış daşınmaz əmlak obyekt hesab olunduğundan, həmin Qanunun 8.0.9.1.2-ci maddəsinin mübahisəli fərdi yaşayış evinə münasibətdə tətbiq edilməsi doğru olmamışdır. Cavabdeh orqan hər bir halda sözügedən tikili üzərində mülkiyyət hüquqlarının mövcudluğunu yoxlayarkən istinad olunan Fərmanın tələbləri baxımından hüquqi qiymətləndirmə aparmalı idi. Belə ki, mübahisəli fərdi yaşayış evinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (xx.xx.2004) inşa edilməsi işin mübahisəsiz halıdır.
39. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minə nədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ndan göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək yaranmış daşınmaz əmlak obyektlərinə münasibətdə fərqli tənzimləmə qaydası müəyyən edilmiş və hüququn qeydə alınması üçün zəruri olan sənədlərin konkret siyahısı təsbit edilmişdir.
40. Eyni zamanda xüsusi olaraq qeyd edilməlidir ki, mübahisələndirilən xx.xx.2019cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış JN- 1114F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmişdir. Cavabdeh orqan həmin çıxarışın sözügedən şəhadətnamə əsasında verildiyini xx.xx.2023-cü il tarixli məktubunda etira f etmişdir.
41. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı atası X23 xx.xx.1981-ci ildə vəfat etmişdir. X23 vəfat etdikdən sonra onun adına olan əmlaklar iddiaçının anası X5 adına keçmişdir. xx.xx.1989-cu il tarixdə Qəbələ rayon Notariat kontorunda vəsiyyətnamə tərtib olunmuş, həmin vəsiyyətnaməyə əsasən, X11 vəfat edəcəyi gündə ona məxsus birmərtəbəli, iki otaqlı, iki aynabəndli evini, təndir evini, hamamı, mal tövləsini və digər əmlaklarını qızlarına, yəni iddiaçı Həsənova (Hacıyeva) Mehriban Çərkəz qızına və bacısı X6 bərabər şəkildə vəsiyyət etmişdir.
42. Həmçinin iş materiallarından görünür ki, iddiaçının anası X11 xx.xx.1991-ci ildə vəfat etmişdir. Anası vəfat etdiyi gündən sonra ona məxsus yaşayış evi, 0.07 ha torpaq sahəsi və vəsiyyətnamədə qeyd olunmuş digər tikililər miras qalmışdır. İddiaçı anasının dəfn xərclərini, yas mərasimini təşkil etmişdir. Anası vəfat etdikdən sonra iddiaçı vəsiyyətnamədə qeyd olunmuş miras qalmış evdə uzun müddət ailəsi ilə birlikdə yaşamışdır. Hal-hazırda da iddiaçıya məxsus məişət və mebel əşyaları vəsiyyətnamədə qeyd olunmuş miras qalmış evdədir. Beləliklə, iddiaçı Həsənova (Hacıyeva) Mehriban Çərkəz qızı xx.xx.1989-cu il tarixli vəsiyyətnamədə qeyd olunmuş miras əmlakını faktiki olaraq qəbul etmişdir.
43. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, vəsiyyətnamənin mövcud olmasına baxmayaraq, daşınmaz əmlak barəsində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsində nəzərdə tutulmuş vərəsəlik hüququ haqqında şəhadətnamə mövcud olmadığından və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 17-ci bəndində mülki-hüquqi əqd olaraq vəsiyyətnamənin deyil, vərəsəlik şəhadətnaməsinin mövcudluğu halında daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməsi və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması müəyyən edildiyindən, hazırkı mübahisəyə mahiyyəti üzrə baxılaraq cavabdeh orqanın faktiki xarakterli hərəkətlərinə hüquqi qiymət verilmişdir.
44. Məhkəmə kollegiyası həmçinin onu vurğulamağı zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri D övlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.
45. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imt ina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
46. Kassasiya şikayətindəki üçüncü şəxslərin dəlilinə gəldikdə, yəni vahid məhkəmə təcrübəsində formalaşmış mübahisənin inzibati qaydada deyil, mülki icraat qaydasında baxılmasına dair oxşar inzibati işlə bağlı istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-57/2023 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, Yevlax rayon Bucaq kənd İƏV nümayəndəliyinin 1991-1995-ci illərə dair 15 saylı təsərrüfatbaşına kitabında təsərrüfat başçısı 1954-cü il təvəllüdlü X7 1993-cü ildə vəfatından sonra təsərrüfatbaşına kitablarda anası X2 ilə yanaşı, hazırkı iş üzrə üçün cü şəxs olan həyat yoldaşı və övladlarının adları qeyd olunmuşdur. 2006-2010-cu illərin təsərrüfatbaşına kitabında təsərrüfatda yaşayış evinin 1974-cü il tarixdə tikildiyi, sahəsinin 64 kv.m olduğu qeyd edilmişdir. X2 mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın ancaq ona məxsus olan hissəsini və ya ona aid olan payını iddiaçıya vəsiyyət edə bilərdi və iddiaçı yalnız X1 əmlak hüququ ilə əhatə olunan hissəyə iddia etməkdə haqlı sayıla bilər.
47. Bu baxımdan iddiaçıya izah olunur ki, miras əmlakla, o cümlədən vəsiyyətnamə üzrə miras əmlakla bağlı mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Nəzərə almaq lazımdır ki, mübahisələndirilən çıxarışın fərdi yaşayış evinə dair hissədə üçüncü şəxslərə münasibətdə ləğvini tələb etməzdən əvvəl, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçı ilk növbədə özünün həmin əmlakda vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi ilə bağlı məsələnin həllinə nail olmalıdır. Yalnız vəsiyyətnamə üzrə miras payın müəyyən edilməsi ilə bağlı məsələ həll olunduqdan və iddiaçının miras əmlakda payının həcmi dəqiqləşdikdən sonra zərurət yarandığı təqdirdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı miras əmlakdan ona çatan pay həcmində və ya hissədə mübahisələndirə bilər.
48. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda göstərilən qərardan fərqli olaraq hal-hazırki inzibati iş üzrə mübahisə isə iddiaçıya vəsiyyət olunan yalnız X5 adına qeydə alınmış dekabr 1988-ci il tarixli, 204 inventar nömrəli texniki pasport tərtib edilmiş fərdi yaşayış evi ilə bağlıdır.
49. İşə əlavə edilmiş sənədlərdən də müəyyən olunmuşdur ki, mübahisələndir ilən xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış X5 adına qeydə alınmış fərdi yaşayış evinə dair verilmiş dekabr 1988-ci il tarixli, 204 inventar nömrəli texniki pasport əsasında deyil, 3-cü şəxslərin adlarına tərtib olunmuş JN-1114F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında qeydə alınmışdır.
50. Beləliklə hazırkı işə baxmış məhkəmələr evə dair mübahisəni ilkin hüquqi vəziyyətə qaytarmışlar ki, yəni əsası vəsiyyətnamə olmaqla bu da işin yuxarıda göstərilən hallarına görə doğrudur.
51. Kassasiya şikayətində göstərilmiş digər dəlil, yəni Qəbələ rayon məhkəməsinin 2.04.2021-ci il tarixli, 2(025)-65/2021 saylı qətnaməsi ilə iddiaçının sözügedən əmlaka vəsiyyətnamə üzrə 1/2 hissədə miras payının müəyyən edilməsinə dair iddiasının təmin edilməməsi dəlili də əsassızdır, belə ki, həmin iş hazırkı işin baxılmasına maneə ola bilməz, çünki sözügedən çıxarış artıq var idi və bundan başqa iddiaçı vərəsəlik şəhadətnaməsini də almamışdır, halbuki iddiaçının vəsiyyətnamənin icrasını tələb etmək hüququ vardır.
52. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslərin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-464/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir