Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-119/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması GİRİŞ HİSSƏ 16.06.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı, onun vəkili Vəkil və cavabdeh İdarənin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı yaşa görə əmək pe nsiyasının yenidən hesablanması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçularla və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı (hazırda xüsusi Şərtlərlə Təyinat İdarəsidir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Feldyeger Rabitəsi İdarəsi Ekspedisiya bölməsinin rəisi vəzifəsinin təminat xərcliyi nə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim A.Abdullayeva; iş No 2-1(81)-1302/2019) iddianın təmin edilməsi; iddiaçıya təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi Ekspedisiya bölməsinin rəis vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh İdarəsinə həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və İ.Əhmədov; iş № 2-1(103)1550/2019) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xx xx 2019-cu il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməsi; iddianın təmin edilməməsi; cavabdehin apellyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərar ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegi yasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli qərarı ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı vəkilin dedkilərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İdarənin vəkili C.Əhmədov kassasiya şikayətinin dəlillərini əsassız hesab, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məh kəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçıya məxsus İТ-İ ******* nömrəli əmək kitabçasına görə, O, xx.xx.1980-ci iİ tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində xidmət etmiş və yaşa görə əmək pensiyasına çıxarkən polkovnik-leytenant hərbi rütbəsi və bölmə rəisi vəzifəsini tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli məlumat vərəqəsinə görə, iddiaçı öz təşəbbüsü və pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə pensiyaya çıxmış, idiaçının təqvim illəri üzrə iş stajı 38 il 8 ay 10 gün, güzəştli xidmət illəri isə 44 il 8 ay 28 gün, ümumi təminat xərcliyi 869,80 manat təşkil etmişdir. İddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı xx.xx.2016-cı il tarixli Fərmanı ilə Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. İddiaçı hesab etmişdir ki, ona pensiya t əyin edilərkən tutmuş olduğu vəzifə hazırda Xüsusi Dövlət Mühafizə Xidmətində olan Feldyeger Rabitəsi İdarəsinin Ekspedisiya bölməsindəki eyniadlı vəzifə ilə eyni olduğu üçün onun əmək pensiyası yeni yaranmış bölmənin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanmalıdır. Bu əsasla O, ərizə ilə cavabdeh İdarəyə müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir etmişdir. Lakin həmin inzibat orqan iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli cavab məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Həmçinin həmin inzibati orqanın işin materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli etiraz məktuna imtinanın əsaslarından biri kimi, Azərbaycan Respublikası Prezidentinin 1125 saylı xx.xx.2016-cı il tarix li Fərmanı ilə Azərbaycan Respublikası Feldyeger Xidmətinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilməsi, Fərmana əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 ay müddətində digər məsələlərlə bağlı Azərbaycan Respublikası Prezidentinə məlumat verilməsinin tapşırılması, lakin iddia tələbində qeyd edlən vəzifə maaşının uyğunlaşdırlıması ilə bağlı Nazirlər Kabinetinin hər hansı bir qərarının olmaması və bu barədə yanında Dövlət Sosial Müdafiə Fonduna məlumat verilməməsi göstərilmişdir. Araşdırıdan qərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəz i tədbirlər haqqında” xx.xx.2016-cı il tarixli 1125 nömrəli Fərmanının 10-cu bəndi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilmiş, 11-ci bəndi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “«Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi və «Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə»nin təsdiqi barədə” xx. xx.2012-ci il tarixli 593 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikası Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmış, «Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə» təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 112-2 nömrəli Qərarı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ştat cədvəli təsdiq edilmiş, Qərar xx.xx.2012-ci il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü i l tarixli 30 nömrəli Qərarı ilə ««Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı» təsdiq edilmiş, Qərar imzalandığı gündən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 365 nömrəli Qərarı ilə ««Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olma dıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı»na 2-4-cü hissələr əlavə edilmiş, Qərar xx.xx.2013-cü il tarixdən qüvvəyə minmişdir. Bununla da, Müdafiə Nazirliyinin tabeliyində olmuş Hərbi Komissarlığın əməkdaşlarının əvvəl tutmuş olduqları vəzifələr hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan strukturlarda mövcud olan müvafiq hərbi xidmət vəzifələrinə uyğunlaşdırılsa da, belə bir hal Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Dövlət Feldyeger Xidmətinin əməkdaşlarına münasibətdə baş verməmiş, sonuncularla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmiş ««Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasə n pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı»na heç bir əlavə edilməmişdir. İddiaçının istinad etdiyi və bu əsasla işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında göstərilənlərə görə, Xüsusi Dövlət Mühafizə Xidməti xx.xx.2018-ci il tarixli məktubunda qeyd etmişdir ki, Feldyeger Rabitəsi Xidmətinin şöbə rəisi vəzifəsinin Xüsusi Dövlət Mühafizə Xidmətinin ştat strukturundakı hər hansı vəzifəyə uyğunlaşdırılması Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyətlərinə daxil deyildir. Pensiya təyin ed ilməsi üçün mövcud olmayan dövlət orqanının ştat strukturuna aid vəzifələrin mövcud olan digər dövlət orqanının ştat strukturundakı vəzifələrə uyğunlaşdırılması səlahiyyətinin həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh İdarədən, eləcə də məhkəmədən qanunvericiliklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmiş səlahiyyətlərin icrasını tələbedir, cavabdeh İdarənin iddiaçının arzuladığı inzibati aktın qəbulundan xx.xx.2018-ci il tarixli imtinası «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları»na əsaslanır. Belə olan halda, imt inası mahiyyətcə qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verən cavabdeh inzibati orqanın üzərinə belə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyula bilməz. Ona görə də, həmin imtina əsaslı və qanunidir olmaqla, iddiaçının tələbi isə əsassız və qansusuz olduğundan təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayəti əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, hər iki tərəfin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-c il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin e dilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının uyğunlaşdırılması haqqında” 170-7 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən aydın olur ki, apellyasiya instansiyası məhkəməsinin araşıdırılan qərarı qəbul edildiyi zaman cavabdeh İdarənin imtinası üçün gətirdiyi əsas, yəni adı çəkilən qərarın olmaması, artıq öz əhəmiyyətini itirmişdir. Belə ki, həmin qərar apellyasiya instansiyası məhkəməsinin qərarından xeyli əvvəl Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir. Qərarın 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin 2017-c il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzfələrinə və vəzifə maaşlarına bu Qərarın Əlavəsinə müvafiq olaraq uyğunlaşdırılması nəzərdə tutulmuşdur. X4 Dövlət Feldyeger Xidmətinin şöbə rəisi vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətinin şöbə rəisi vəzifəsinə və onun vəzifə maaşı uyğunlaşdırılan vəzifə maaşına 29,0 % nisbətində uyğunlaşdırılmışdır. Eyni zamanda Qərarın 2-ci bəndi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Qərarın 1-ci hissəsində göstərilən şəxslərin pensiyalarının 2018-ci il martın 1-dən hesablayaraq ödənilməsi tapşırılmışdır. Yuxarıda qeyd edilənlərdən görunur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbini rədd edərkən vəzifə borcu bunu tələb etsə də, zəruri araşdarmalar aparmamış və yanlış qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə müvafiq olaraq məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəs inə uyğun olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qər arının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-119/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-119/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver