Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-119/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prokurorluq işçisinin pensiyasının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin nəzərə alınmaqla yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X1 ibarət tərkibdə, Hüseynova Ülkə r Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil1 və cavabdehin nümayəndəsi (vəkil) X3 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın əvvəlki tarixdən təyin edilməsi və yenidən hesablanması” tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1091/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1952-ci ildə doğulmuşdur. xx.xx.1974-xx.xx.1993-cü illərdə daxili işlər orqanlarında, xx.xx.1994-xx.xx.2001-ci il tarixləri arasında prokurorluq orqanlarında işləmişdir. Ona xx xxx 2003-cü il tarix dən prokurorluq orqanlarında xidmət illərinə görə pensiya təyin edilmişdir və hal-hazırda pensiya alır.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin olunmuş əmək pensiyasının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində təsbit edilmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir.
3. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ona xx.xx.2006-cı il tarixdən prokuror kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan əlavələrin xidmət keçdiyi dövr ərzində iddiaçıya hesablanması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan müvafiq arayış təqdim edilmədiyi üçün həmin əlavələrin pensiyanın hesablanması zamanı dövlət məvacibində nəzərə alınması qanunvericiliyə ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (bundan sonra DSMF-nin Nərimanov rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onla rın əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hesablanması üçün orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla pensiyanın xx xxxxxxxx 2001-ci ildən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin (fərqin) birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, DSMF-nin Nərimanov rayon şöbəsinin üzərinə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən bi rdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hesablanması üçün orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla pensiyanın xx xxxxxxxx 2001-ci il tarixdən təyin olunması və həmin tarixdən yenidən hesablanması, habelə ödənilməmiş pensiya məbləğinin (fərqin) birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1974-ci ildən Daxili İşlər Nazirliyinin X4 İdarəsində əməliyyat müvəkkili, həmin Nazirliyin istintaq qurumlarında müstəntiq və xx xxxxxx 1994-ci ildən xx xxxxxxxx 2001-ci ilədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında müstəntiq vəzifəsində işləmişdir. İddiaçı son iş yeri olaraq Azərbay can Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsində işləmiş, rütbəsi isə baş ədliyyə müşaviri olmuşdur. Buna baxmayaraq, ona pensiyanın xx xxxxxxxx 2001-ci ildən təyin edilməli olduğu halda, əsassız olaraq xx xxxxxx 2004-cü il tarixdən təyin olunmuşdur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinin tələblərinə uyğun olaraq, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar (pensiyaya çıxmış işçilər də daxil olmaqla) ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən ma ddi yardım, ona pensiya təyin edilməsi üçün orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmamışdır. Buna görə də iddiaçıya təyin olunmuş pensiyanın məbləği az hesablanmışdır. Qeyd olunanlara və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən iddiaçı pensiyasının yenidən hesablanması və əvvəlki dövrə görə ödənilməmiş pensiya məbləğinin (fərqin) birdəfəyə ödənilməsi üçün xx xxxxxx 2019-cu il tarixli ərizə ilə DSMF-nin Nərimanov rayon şöbəsinə müraciət etsə də, cavabdeh xx xxxxxx 2019-cu il tarixli **********7 nömrəli cavab məktubu ilə pensiya məbləğinin yenidən hesablanmasından və ödənilməmiş məbləğin birdəfəlik şəkildə ona ödənilməsindən imtina etmişdir. Belə olan halda iddiaçı, cavabdehin imtinasının əsassız və qanunazidd olmaqla onun hüqu qlarının pozulmasına səbəb olduğunu hesab edir.
7. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. Lakin işin sonrakı mərhələsində apelyasiya şikayətində və izahatlarında bildirmişdir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq əməkdaşlarına hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, eləcə də hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Bu əlavələrin xidmət keçdiyi dövr ərzində ona hesablanması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğun dan müvafiq arayış təqdim edə bilmədiyi üçün həmin əlavələrin pensiyanın hesablanması zamanı dövlət məvacibində nəzərə alınması qanunvericiliyə ziddir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1137/2019 saylı, qərarı ilə iddia təmin edilərək,“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hesablanması üçün orta aylıq əmək haqqının hesablanmasında nəzə rə alınmaqla İddiaçı pensiyasının xx xxxxxxxx 2001-ci il tarixdən təyin olunması və həmin tarixdən yenidən hesablanması, habelə ödənilməmiş pensiya məbləğinin (fərqin) iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, prokurorluq orqanlarının əməkdaşlarına il ərzində məzuniyyətə getmələri və müalicə olunmaları ilə əlaqədar hər biri ikiqat əmək haqqı həcmində olmaqla ödənilən müavinətlər qanunvericiliklə əmək haqqının tərkibinə aid edilmişdir. Bu əsasdan daxili işlər orqanlarında xidmətdə olduğu dövrü prokurorluq orqanlarındakı qulluq illərinə əlavə etməklə, prokurorluq orqanlarında xid mət illərinin ümumilikdə 25 ildən çox olması nəzərə alınmaqla iddiaçıya xx.xx.2001-ci il tarixdən prokurorluq işçisi kimi pensiya təyin edilməlidir.
10. Cavabdeh apelyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini xahiş etmişdir. b. Yuxarı instansiyası məhkəmələrindəki icraat
11. İnzibati iş apelyasiya icraatına daxil olduqdan sonra Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2108/2019 saylı qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.
12. Bakı A pelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2108/2019 nömrəli qərarı ilə (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi), C.Ceyidova və V.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1137/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılşaraq məhkəmənin gəldiyi nəticəni əsaslı saymış, əlavə olaraq göstərmişdir ki, sabiq prokurorluq işçilərinə pensiya hesablanarkən qulluq stajına görə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Həmin dövrdə qüvvədə olmuş qanunvericilikdə sabiq prokurorluq işçilərinin qulluq stajına görə əlavənin alınması yalnız prokurorluq orqanlarında ən azı 5 il qulluq etməsi müddəti ilə şərtləndirilmiş və əlavənin məbləği qulluq illərinin sayına uyğun olaraq faiz nisbi ilə müəyyən olunmuşdur. Habelə, əlavənin məbləğinin əmək haqqının məbləğindən asılılığı nəzərdə tutulmuşdur ki, onun yenidən hesablanması əmək haqqında baş vermiş dəyişiklik olduğunda müəyyən edilmişdir. Müvafiq məbləğin alınması keçmiş müddətlə məhdudlaşdırılmamışdır.
14. Həmin qərardan cavabeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(102)-573/2020 saylı qərarı ilə (hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi), Z.Quliyev və İ.Xələfov) təmin edilmiş, apelyasiya instansiyasl məhkəməsinin qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
15. Kassasiya instansiyası mə hkəməsi qeyd etmişdir ki, iddiaçıya ilk dəfə pensiyanın nə vaxtdan və hansı qaydada təyin edilməsi ilə bağlı iş materiallarında olan sənədlərdə ziddiyyət vardır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ona pensiya xx.xx.2004-cü il tarixdən təyin edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı **********7 saylı məktubda iddiaçıya xx.xx.2006-cı il tarixdə prokuror kimi yaşa görə əmək pensiyasının təyin edildiyi qeyd edilmişdir (iş v.9). Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 3/360 nörməli qərarı ilə İddiaçı ərizəsinə əsasən ona xidmət illərinə görə xx.xx.2003-cü ildən ******* manat məbləğində ömürlük pensiya təyin edilmişdir. Cavabdeh kassasiya şikayətində iddiaçıya xx.xx.2003-cü ildən pensiya təyin edildiyini qeyd etmişdir. Lakin işə baxan apelyasiya instansiya məhkəm əsi bu məsələni aydınlaşdırmamışdır. Bundan əlavə, iş materiallarında olan sənədlərə əsasən iddiaçı xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək iddiaçı DİN-in təqaüdçüsü olmuş və pensiya almışdır. Lakin işə baxan apelyasiya instansiya məhkəməsi bununla bağlı hər hansı araşdırma aparmadan, başqa sözlə, iddiaçıya prokuror kimi pensiya təyin edilən müddətədək DİN-in təqaüdçüsü olub-olmamasına qiymət vermədən, iddiaçının həmin dövrdə təqaüd almasına baxmayaraq eyni dövr üçün hazırkı iddia ilə prokuror kimi pensiya təyin edilməsi tələbinə qiymət vermədən, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır.
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1091/2020 nömrəli qərarı ilə (hakimlər M.Tağızadə (sədrli k edən və məruzəçi), X.Cəmilova, Ü.Mayılov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1137/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməmişdir.
17. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. 17.1. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarı, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanun və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla əsaslandırmışdır. Məhkəmə göstərmişdir ki, iş materiallarından və tərəflərin izahatlarından iddiaçının "Prokurorluq orqanlarında qulluq keçmə haqqında’’ Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almadığı müəyyən olunur və ona pensiya təyin edilərkən və yaxud yenidən hesablanarkən həmin əlavələr nəzərə alına bilməz. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçının pensiya hüququ (prokuror işçisi kimi) xx xxxxxxxx 2003-cü il tarixdə yaranmasına baxmayaraq, cavabdeh orqan tərəfindən müraciəti nəzərə alınaraq, ona xx.xx.2003-cü il tarixdən prokuror işçisi kimi pensiya təyin edilmişdir.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZ İN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a.Kassasiya şikayətinin dəlilləri 19.1. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, prokurorluq işçisi kimi pensiya hüququ xx.xx.2001-ci ildə yaransa da, pensiya verilməsi üçün DSMF-nin Nərimanov rayon şöbəsinə xx.xx.2003-cü il tarixdə müraciət etmiş və müvafiq sənədlər DSMF-nin Nərimanov rayon şöbəsinə təqdim olunanadək, yəni xx.xx.2003-cü il tarixədək DİO-nun işçisi kimi pensiya almışdır. 19.2. Müvafiq sənədlər toplanandan sonra isə ona müraciət etdiyi xx.xx.2003-cü il tarixdən prokurorluq işçisi kimi pensiya təyin edilərək xx.xx.2003-cü il tarixdən həmin pensiyanı almışdır. 19.3. Bu nöqteyi-nəzərdən prokurorluq işçisi kimi pensiya təyin edilməsi üçün xx.xx.2003-cü il tarix də Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Qanunun 31.1 -ci maddəsinin hüquqi qüvvəsi hüquqi vəziyyətini yaxşılaşdırdığına görə ona münasibətdə geriyə şamil edilməli və prokurorluq işçisi kimi pensiyası prokurorluq orqanlarında xidmət etməyinin 25 ili tamam olduğu xx.xx.2001-ci il tarixdən təyin edilməlidir. 19.4. Həmçinin bu iş üzrə Ali Məhkəmənin qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçını istinad etdiyi artımlar bilavasitə qanunda nəzərdə tutulduğundan, bu ödənişlər iddiaçının vaxtilə tutmuş olduğu vəzifədə hazırda işləyən şəxslərin əmək haqqına daxil edildiyindən həmin ödənişlər iddiaçıya münasibətdə də təbiq edilməlidir. İlk növbədə iddiaçının prokuror kimi nə vaxtdan pensiyaya çıxdığı müəyyən edilməli, daha sonra tələb olunan əl avələr nəzərə alınmaqla yenidən pensiya hesablanmalıdır. 19.5. Lakin işə baxmış apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu mövqeyini nəzərə almamışdır. 19.6. Daha sonra kassasiya şikayəti “Əmək pensiyaları haqqında” “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanun və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunların müvafiq normaları ilə əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etiraz
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi.
22. Cavabdehin nümayəndəsi (vəkili) kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən sa xlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 24. “Əmək pensiyaları haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə
1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bund an sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığotraolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.8.1. Prokurorluq orqanlarında 15 il qulluq et miş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 25. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 20.8. Prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Maddə 20.9. Prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Maddə 21.4. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" xx xxx 2020-ci il tarixli Qərarı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsi n vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. 27. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş haqqında” Azərbaycan Respublikasının Qanunu “Vətəndaşların pensiya təminatı Maddə
97. Pensiyaların təyin edilməsi haqqında sənədlərə pensiya təyin edən orqanlar onların daxil olduğu vaxtdan ən geci 10 gün keçə nədək baxırlar. Sosial təminat şöbəsi pensiya təyin olunmasının rədd edilməsi barədə qərarı 5 gün ərzində rədd cavabının səbəblərini göstərərək bütün sənədlərlə birlikdə idarəyə, müəssisəyə, təşkilata və ya ərizəçiyə göndərir. Maddə
98. Yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkim-əmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir. Müddətli xidmət hərbi qulluqçularına əlilliyə görə pensiyalar onların qospitaldan çıxdıqları gündən, lakin hərbi xidmətdən buraxıldıqları gündən tez olmayaraq bu şərtlə təyin edilir ki, qospitaldan çıxdıqları gündən ən geci 3 ay keçənədək həkim-əmək ekspert komissiy ası tərəfindən onların əlilliyi müəyyən edilsin və onlar pensiya almaq üçün müraciət etsinlər. Ailə başçısı itirildikdə pensiyalar pensiya almaq hüququnun yarandığı gündən tez olmamaq şərti ilə pensiya üçün müraciətdən əvvəlki 12 aydan çox olmayan müddət üçün təyin edilir. Digər hallarda pensiyalar müraciət edildiyi gündən təyin edilir.
28. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunu Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraq lı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğ u gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin i nzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış, prokurorluq orqanlarında işçilərin sayının və ştatlarının ixtisarı ilə əlaqədar olaraq, Baş prokurorun xx.xx.2001-ci il tarixli əmri ilə xx.xx.2001-ci il tarixdən prokurorluq orqanlarından xaric edilmişdir. İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək DİNnin təqaüdcüsü olmuş və pensiya almışdır. Cavabdeh orqan tərəfindən müraciəti nəzərə alınaraq, ona xx.xx.2003-cü il tarixdən prokuror işçisi kimi pensiya təyin etmişdir.
34. Hazırkı iş üzrə iddiaçının tələblərindən biri, “Prokurorluq orqanlarında qulluq keç mə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan-prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hüququnun yarandığı tarixdən nəzərə alınmaqla həmin tarixdən əmək pensiyasının yenidən hesablanmasıdır.
35. Apelyasiya instansiyası məhkəməsi həmin iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində veril ən pul təminatını, müalicə olunmaqla əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımı almamışdır (İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında da bu faktı təsdiq etmişdir).
36. Göründüyü kimi iddiaçı işlədiyi müddətdə ona verilməmiş əmək haqqına əlavənin (haqqın) pensiya hesablanması zamanı ona da aid edilməsinə nail olmaq istəyir.
37. Bu halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddianın əsaslılığı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" xx xxx 2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərin işığı nda təhlil edilməlidir.
38. Həmin qərarda göstərilir ki, “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tə rkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
39. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “so nrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
40. Göründüyü kimi iddiaçının nəzərə alınmasını tələb etdiyi əlavələr, ona ödənilmədiyinə görə həmin artımların pensiya məbləğinə hesablanması mümkün deyildir və apelyasiya instansiyası məhkəməsi iddianın bu hissəsi üzrə düzgün nəticəyə gəlmişdir.
41. İddia tələbinin pensiyanın xx xxxxxxxx 2001-ci il tarixdən təyin edilməsi və həmin tarixdən yenidən hesablanaraq ödənilməsi hissəsinin təmin olunmaması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə də əsaslıdır.
42. Çünki cavabdeh tərəfindən xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğun müraciət olunaraq iddiaçının Daxili işlər orqanlarında xx.xx.1974-cü ildən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrün prokurorluq işçisi kimi xidmət illərinə görə pensiya təyinatı zamanı nəzərə alınıb-alınmamsı barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunda yaradılmış Komissiyanın 169 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili işlər orqanlarında zabit vəzifəsində xidmətdə olduğu müddət nəzərə alınmaqla iddiaçının əlavə haqq almaq hüququ verən iş stajı 25 il 7 ay 21 gün müəyyən edilmişdir.
43. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək DİN-in təqaüdçüsü olmuş və pensiya almışdır. Onun təqaüdü xx.xx.2000-ci ildən 210410 manat, xx.xx.2003-cü il tarixdən isə 272906 manat təşkil etmiş, təqaüdü xx.xx.2003-cü il tarixədək ödənilmiş, xx.xx.2003-cü ildən dayandırılmışdır. Göründüyü kimi iddiaçının prokuror işçisi kimi pensiya hüququ xx.xx.2003-cü il tarixdə yaranmasına baxmayaraq, cavabdeh orqan tərəfindən müraciəti nəzərə alınaraq, ona xx.xx.2003-cü il tarixdən prokuror işçisi kimi pensiya təyin etmişdir və bu, həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uy ğun olmuşdur.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx xxxxxxx 2020-ci il tarixli qərarında da ifadə olunmuş hüquqi mövqe ondan ibarətdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassa siya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1091/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.