Məhkəmə qərarları › İş №2-1(102)-119/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-119/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-119/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyin at üzrə Mərkəzi filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 8 sentyabr tarixli, 2-1(103)-815/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 29 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya t əminatına imkan verməməkdədir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 28 yanvar tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1962-ci il 22 dekabr tarixdə Zəngilan rayonu, Sobu kəndində anadan olmuşdur. 1978-ci il 15 avqust tarixdə Azərbaycan Dövlət Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasına yol montyoru qəbul olunmuş və 1981-ci il 20 oktyabr tarixdə işdən azad olunmuşdur. 1981- ci il 16 noyabr tarixdən 1983-cü il 15 dekabr tarixə kimi hərbi xidmətdə olmuşdur. 1984-cü il tarixdən 1994-cü il 4 yanvar tarixə kimi Zəngilan rayon 59 saylı Zəngilan rayon Yol İstehsalat sahəsində işləmişdir. 1994-cü il 1 fevral tarixdən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətində əmək fəaliyyətinə başlamışdır. Xüsusi ağır iş şəraitində uzun müddət işləmişdir. İşlədiyi iş şəraiti iddiaçıya güzəştli şərtlərə əmək pensiyası hüququ verir. Hazırda da güzəştli şərtlərlə əmək stajı davam edir. İddiaçının işlədiyi iş şəraiti xüsusi ağır və zərərli iş şəraitidir. Lakin ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə müraciət etməyinə baxmayaraq pensiya təyin edilməmişdir. İddiaçının xüsusilə ağır iş şəraiti və zərərli iş şəraiti ilə işləməyini nəzərə almayaraq ona pensiya təyin ed ilməsindən imtina edilmişdir. Ərizəyə əlavə edilmiş təkcə Bakı Metropolitenində işlədiyi zərərli və xüsusilə ağır iş şəraitində əmək stajı 17 il 09 ay 25 gün təşkil etmişdir. Ümumi iş stajı isə 41 il təşkil edir. Nəzərə almaq lazımdır ki, iddiaçı artıq 2006-cı ilə kimi qanunvericilikdə nəzərdə tutulmuş 25 il ümumi əmək stajını və 12 il 6 ay güzəştli stajı toplamışdır. Ona görə də iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilməsi əsassızdır. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 19 noyabr tarixli, 2-1(112)-2847/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2019-cu il 22 dekabr tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq ümumi iş stajının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının 2019-cu il 22 dekabr tarixdə tamam olmasını nəzərə alma maqla formal əsaslarla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Həmçinin inzibati orqan iddiaçının ona pensiya təyinatının aparılmasına dair ərizəsi üzrə aparılmış müvafiq araşdırma zamanı inzibati icraat pozuntularına yol vermiş, tətbiq edilməli olan hüquq normalarını nəzərə almalı olduğu halda, işə tətbiq edilməli olmayan hüquq normalarını öz cavab məktubunda sadalamaqla kifayətlənmişdir. Belə ki, inzibati orqan iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün 60 yaş tələb olunmasını və iddiaçının müraciəti zamanı onun hələ 60 yaşının tamam olmadığını diqqətdən qaçırmış, beləliklə, iddiaçıya həmin Qanunun 9.8-ci madd əsinin tələblərinə əsasən pensiya təyinatının aparılması istiqamətində araşdırma aparmaqdan yayınmışdır. Bundan başqa pensiya təyinatı orqanı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbini göstərməklə də, məsələnin iddiaçının xeyrinə həllindən yayınmışdır. Belə ki, göstərilən şərtin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pensiya hüququ əldə etmiş şəxslərə aid edilməli olmamasını nəzərə almamışdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2021-ci il 8 sentyabr tarixli, 2-1(103)-815/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 19 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi iddiaçının çalışdığı peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının hansı bölməsində və hansı şifri altında nəzərdə tutulmuş peşə ilə eyniyyət təşkil etdiyini əsaslandırmamışdır. Məhkəmə qərarında bu barədə heç bir qeyd yoxdur. Deməli, məhkəmə özü belə İddiaçının güzəştli iş stajına malik olub-olmadığını müəyyənləşdirə bilməmişdir.

13. İş materiallarında bir neçə güzəştli iş arayışı var və bu arayışlar iddiaçının 2006-cı il 1 yanvar tarixədək 12 il yarım güzəştli iş stajını topladığını təsdiqləməmişdir. - "xxxx" QSC tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 40N-10/3-933 saylı, 2020-ci il 15 sentyabr tarixli məktub. "xxxx" QSC həmin məktubla təsdiq etmişdir ki, iddiaçının 2006-cı il 01 yanvar tarixədək olan güzəştli iş stajı cəmi. 05 il 08 ay təşkil edir. - "xxxx" QSC tərəfindən apellyasiya insta nsiyası məhkəməsinə ünvanlanmış 2021-ci il 31 may tarixli məktub. "xxxx" QSC həmin məktubla təsdiq etmişdir ki, İddiaçının 2006-cı il 1 yanvar tarixədək olan güzəştli iş stajı cəmi. 05 il 08 ay təşkil edir. - "xxxx" QSC tərəfindən apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış 2021-ci il 25 avqust tarixli məktub. "xxxx" QSC həmin məktubla təsdiq etmişdir ki, İddiaçının həmin arayış verilən tarixədək olan güzəştli iş stajı cəmi, 19 il 03 ay 26 gün təşkil edir.

14. Göründüyü kimi, "xxxx" QSC-nin verdiyi arayışlar arasında ziddiyyət yoxdur. Ona görə ki, 2020-ci il 15 sentyabr tarixli arayışla 2006-cı il 1 yanvar tarixədək güzəştli iş stajının cəmi 5 il 8 ay təşkil etdiyi təsdiqlənmişdir. Eyni zamanda, 2021-ci il 25 avqust tarixli məktubda iddiaçının 2006-cı ilədək deyil (çünki bu, obyektiv olaraq da mümkün deyildi), 2021- ci il 25 avqust tarixədək 19 il 03 ay 26 gün güzəştli iş stajına malik olduğu qeyd edilmişdir. Bu müddətin 2006-cı il 1 yanvar tarixdən sonrakı hissəsini nəzərə almadıqda, İddiaçının 2006-cı il 1 yanvar tarixədək 12 il yarım güzəştli iş stajını toplamadığı nəticəsi aydın görünməkdədir. Həmçinin iddiaçı 1962-ci il 22 dekabr təvəllüdlüdür. Deməli, İddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinin 2017-ci 1 iyul tarixdən sonra qüvvədə olan redaksiyasının tələbləri tətbiq edilməlidir. Həmin tələblərdən biri də, pensiya kapitalıdır. Lakin apellyasiya qeyd edilən normanın göstərişlərini diqqətə almamışdır. Bununla da, “Əmək pensiyaları haqqında” qanunun 6.2, 6.3, 9.1 və 45-ci maddələrinin tələblərini pozmuşdur. b. kassasiya şikayətinə et irazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarı. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı təsdiq edilsin (1 nömrəli əlavə).

2. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı təsdiq edilsin (2 nömrəli əlavə).

19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya insta nsiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən ir əli gəlir.

23. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi, "xxxx" QSC tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş 2021-ci il 31 may tarixli məktubunda iddiaçının çalışdığı peşə üzrə xüsusi zərərli iş şəraitində əmək stajının 5 il 8 ay, 3 gün təşkil etdiyi və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin “a” (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərlər i (çilingərlər)) bəndi ilə tənzimləndiyi, onun da qüvvədən düşmüş 1993-cü il 21 sentyabr tarixli, 320 saylı qərarın ******* XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 22901000

1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin 2290100a-19931 (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingəri (çilingərlər)) koduna aid olduğu göstərilmişdir.

24. Həmçinin "xxxx" QSC tərəfindən apellyasiya instansiyası məhkəməsinə göndərilmiş 2021-ci il 25 iyul tarixli məktubunda göstərilir ki, İddiaçı 1994-cü il 1 fevral tarixdən 1995-ci il 1 iyun tarixədək Elektromexanika xidmətində xüsusi ağır iş şəraiti ilə, 1995-ci il 1 iyun tarixdən 2000-ci il 1 mart tarixədək ağır iş şəraiti ilə, 2000-ci il 1 ma rt tarixdən 2003-cü il 1 sentyabr tarixədək xüsusi ağır iş şəraiti ilə, 2003-cü il 1 sentyabr tarixdən 2005-ci il 1 mart tarixədək ağır iş şəraiti ilə, 2005-ci il 1 mart tarixdən 2014-cü il 18 iyul tarixədək xüsusi ağır iş şəraiti ilə elektrik çilingəri peşəsində işləmişdir. 2014-cü il 18 iyul tarixdən 2015-ci il 1 sentyabr tarixədək xüsusi ağır və zərərli iş şəraiti ilə, 2015-ci il 1 sentyabr tarixdən 2017-ci il 1 iyul tarixədək ağır və zərərli iş şəraiti ilə, 2017-ci il 1 iyul tarixdən hal-hazıradək xüsusi ağır və zərərli iş şəraiti ilə elektrik çilingəri peşəsində işləyir. Onun xüsusilə zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 19 il 3 ay 26 gün təşkil edir və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 2007-ci il 23 yanvar tarixli qərarı ilə t əsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidənqurması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin “a” (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingəri (çilingərlər)) bəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 1993-cü il 21 sentyabr tarixli, 320 saylı Qərarın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin *******

1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin 229100a-19931 (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) ) koduna aiddir. Gecə vaxtı işlədiyi üçün İddiaçı çalışdığı elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aid etmək məqsədəuyğundur ki, bu da 320 saylı, 1993-cü il 21 sentyabr tarixli Qərarın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2. metropolitenlər bəndinin ******* a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr kodu altında göstərilmişdir. Gecə saatlarına görə İddiaçı əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 20% əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas məzuniyyətə əlavə 6 təqvim günü verilir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi həmin məktubun məzmununu məhkəmənin qərarında ifadə olunan qənaətinə uyğun hesab etmir. Belə ki, həmin məktubda işəgötürən iddiaçının əmək fəaliyyətini “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulan “elektrik çilingərləri”nə, yaxud “Nəqliyyat” bölməsində nəzərdə tutulan (2.Metropoliten) “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr”ə aid etdiyini qəti olaraq müəyyən etməmişdir. Nəzərə alınmalıdır ki, vəzifə və ya peşənin uyğunluğu barədə nəticə, məktubda qeyd o lunduğu kimi, - məqsədəuyğunluğa görə deyil, normanın imperativ tələbinə əsaslanmalıdır. Təqdim olunan məktuba görə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün “avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)” kodunun uyğun gəlməsi yetərli olduğu halda, bunun digər peşəyə və ya vəzifəyə (“yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr”) uyğunlaşdırılmasının məqsədəuyğunluğu ilə bağlı işəgötürənin qənaəti iddiaçının faktiki çalışdığı peşənin, əslində, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün yetərli hesab olunan “avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)” peşəsinə aid olduğuna dair qənaəti də şübhə altına alır.

26. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əv vəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.

27. Məhkəmə kollegiyası nəzərə alır ki, - işəgötürən tərəfindən məhkəməyə təqdim olunmuş məktubda qeyd olunduğu kimi, - işəgötürən işçinin öz vəzifələrini icra etdiyi əmək şəraitini ağır və ya zərərli hesab edərək həmin işçi barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada müəyyən güzəştlər tətbiq edə bilər. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinin məqsədləri üçün həmin peşə və vəzifələr yuxarıda qeyd olunan Siyahılarda bilavasitə təsbit olunanlara uyğun olmalıdır.

28. Beləliklə, məhkəmənin araşdırmalı olduğu hal, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğun (eyniliyin) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilməsidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından ged ir.

29. Hazırkı halda, vəzifə təlimatına uyğun olaraq iddiaçının əmək fəaliyyətinin (faktiki icra etdiyi vəzifənin, peşənin) “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulan “avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)”nə və ya “Nəqliyyat” bölməsində nəzərdə tutulan “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr”ə (yəni, onlardan hər hansı birinə) aid olub-olmadığı müəyyən edilməlidir.

30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

31. Ape llyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 8 sentyabr tarixli, 2-1(103)-815/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar