Məhkəmə qərarları › İş №2-1(102)-119/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-119/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-119/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ba kı Ərazi İdarəsinə qarşı «borclu X2 tələbkar kimi iddiaçının xeyrinə 19214,25 manat pul məbləğinin tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının mülkiyyətinə verilməsi haqqında xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının icra edilərək Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ümumi paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması və iddiaçının adına ümumi paylı mülkiyyət hüququ üz rə həmin mənzilin 1/6 hissəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 21(103)-1410/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 528-ci məhəllədə yerləşən 13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin onun adına qeydə alınmasını xahiş etmişdir.

2. Cavabdeh orqan ərizənin təmin edilməsindən imtina edərək ona istinad etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarına əsasən həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8-ci maddəsi ilə müəyyən olunmuşdur.Borclunun mülkiyyətində olan daşınmaz əmlakın tələbkara təklif edilməsi ilə bağlı icra məmurunun qərarı hüquqların qeydiyyatı üçün əsasların müəyyən edildiyi adıçəkilən maddədə nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Bir inci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, borclu X2 tələbkar kimi iddiaçının xeyrinə 19214,25 manat pul məbləğinin tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının mülkiyyətinə verilməsi haqqında xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının icra edilərək Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ümumi paylı mülk iyyət hüququ üzrə dövlət qeydiyyatına alınması və iddiaçının adına ümumi paylı mülkiyyət hüququ üzrə həmin mənzilin 1/6 hissəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu X2 tələbkar kimi iddiaçının xeyrinə 19214,25 manat pul məbləğinin tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən “İcra haqqında ” Qanunun 45.7- ci, 53.1-ci və 85-ci maddələrinə əsasən qəbul edilmiş “üzərinə həbs qoyulmuş daşınmaz əmlakın tələbkarın mülkiyyətinə verilməsi haqqı nda” xx.xx.2020-ci il tarixli qərarda icra sənədi üzrə tələbin 19214,25 manat borc məbləğinin əvəzinə borclu X3 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar İddiaçı mülkiyyətinə verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin “üzərinə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4808/2011 nömrəli xx.xx.2011-ci il tarixli qərardad ilə həbs qoyulmuş daşınmaz əmlakın tələbkarın mülkiyyətinə verilməsi haqqında “ xx.xx.2020-ci il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Həmin qərar 09 yanvar 2021-ci il tarixdə cavabdehə göndərilmişdir. Bakı şəhəri Yasama l rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından X5 tərəfindən verilmiş şikayət Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-70/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardad ilə rədd edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin “üzərinə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4808/2011 nömrəli xx.xx.2011-ci il tarixli qərardad ilə həbs qoyulmuş daşınmaz əmlakın tələbkarın mülkiyyətinə verilməsi haqqında “ xx.xx.2020-ci il tarixli qərarından X1 tərəfindən verilmiş şikayət Bakı şəhəri Yasamal rayon məhkəməsinin 8(004)-10/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə rədd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən uzun müddətdir ki, borclu X2 tələbkar kimi iddiaçının xeyrinə 19214,25 ma nat pul məbləğinin tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı qanunsuz və əsassız olaraq icra edilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8424/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)6370/2018 nömrəli xx.xx.2018-ci il tarixli məhkəmə qərarının icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin “üzərinə həbs qoyulmuş daşınmaz əmlakın Bakı şəhəri, Yasamal rayonu, E.Ələkbərov küçəsi 528-ci məhəllədə yerləşən 13b saylı evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının mülkiyyətinə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının icra edilərək Bakı şəhəri Yasamal rayonu E.Ələkbərov küçəsi 528-ci məhəllədə yerləşən 13b saylı evin 1 saylı mənzilin 1/6 hissəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ümumi paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması və iddiaçının adına bu haqda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xeyrinə borcun tutulması barədə məhkəmə qərarı, bu qərarın icrasına dair icra orqanının “üzərinə həbs qo yulmuş daşınmaz əmlakın Bakı şəhəri,Yasamal rayonu,E.Ələkbərov küçəsi 528-ci məhəllədə yerləşən 13b saylı evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının mülkiyyətinə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

7. Həmin qərardan narazı qalan cavabdeh qər arın ləğv edilməsi və iddianın mümkün sayılmaması haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Həmçinin qərardan narazı qalan üçüncü şəxslər X5 və X1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. a. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1410/2022 nömrəli qərarına əsasən (sədrlik edən A.Hüseynov, hakimlər S.Bəktaşi, A.Hüseyn) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayət qismən təmi n edilmiş, üçüncü şəxslər X5 və X1 tərəfindən verilmiş şikayətlər təmin olunmuş,Bakı İnzibati Məhkəməsinin 21(112)-8424/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmuş, İddiaçı iddiasının təmin edilməməsi qərara alınmışdır.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən əmlakın üzərində məhdudiyyətin, həbsin olması, həmçinin məhkəmənin icra üsulunun dəyişdirilməsi barədə qərardadın olmadığı halda icra məmuru əmlakın 1/6 hissəsini tələbkara təklif etməklə qanunun tələblərini pozmuşdur. Bundan başqa icra sənədində tələbkara pul məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur və icra sənədinin icra üsulu məhkəmə tərəfindən dəyişdirilməmişdir.Bununla yanaşı apellyasiya məhkəməsi qeyd etmişdir ki, işdə olan xx.xx.2022-ci il tarixli AR Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal rayon İcra şöbəsi tərəfindən İ.Rzayevaya ünvanlanmış məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018-ci il saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borc məbləği 19214,25 ( on doqquz min iki yüz dörd min, iyirmi beş qəpik) manat tərəfinizdən tələbkar İddiaçı ödənilməsi üçün Bakı şəhər Yasamal rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür.

11. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli 2-1(103)-1410/2022 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əs asını işin halları, iddia ərizəsində və iddia tələbində qeyd olunanlar təşkil edir. İddiaçı “İcra haqqında” qanunun 3.1-ci, 53.1-ci “İcra məmurları haqqında” qanunun 7-ci, 10-cu, “maddələrinə istinad edərək hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı daxil olmuş etiraz ərizəsinə əsasən üçüncü şəxs X5 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli 21(103)-1410/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllə Maddə 205.1. Mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsin in ayrı qaydası nəzərdə tutulmayıbsa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir. 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

16. Mülki Prosessual Məcəllə: Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqd im olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, h əmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəli llərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundam ental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisə predmeti ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq no rmalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, işdə olan xx.xx.2022-ci il tarixli AR Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal rayon İcra şöbəsi tərəfindən İ.Rzayevaya ünvanlanmış məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018-ci il saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borc məbləği 19214,25 ( on doqquz min iki yüz dörd min, iyirmi beş qəpik) manat tərəfinizdən tələbkar İddiaçı ödənilməsi üçün Bakı şəhər Yasamal rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür.

27. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının istinad etdiyi məhkəmə qətnaməsində tələbkara pul məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur və məhkəmə tərəfindən qət namənin icra üsulu və qaydasının dəyişdirilməsi üzrə qərardad qəbul edilmədiyindən və hazırkı qərarın “15”-ci bəndində qeyd olunan maddi hüquq normasında sadalanan əsaslar arasında icra məmurunun borcun əmlaka yönəldilməsi əsası göstərilmədiyindən, əmlakın qeydə alınmasından cavabdehin imtinası qanunsuz olmamışdır.

28. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 21(103)-1410/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar