Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-119/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X28, X29, X30, X14, X38) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin koordinatlarının plan-cizgiyə uyğunlaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X28, X29, X30, X14, X38) qarşı “Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən, mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən X7 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin koordinatlarının (torpaq sahəsi barədə əvvəlki JN- 13094H (kod ********) və alqı-satqıdan sonrakı JN-17225D (kod ********) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrdə qeyd edilmiş cizgilərin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 nömrəli sərəncamına və ona əlavə edilmiş plan-cizgi sxeminə uyğun olmadığı nəzərə alınmaqla, ilkin torpaqayırma sənədi olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 nömrəli sərəncamında və ona əlavə edilmiş plan-cizgi sxemində göstərilmiş qaydada uyğunlaşdırılması vəzifə sinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyul 2024-cü il tarixli, 2-1(103)2444/2024 nömrəli qərarından iddiaçı və üçüncü şəxs X14 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya dair hüquqmüəyyənedici sənədlər: 1.1. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 4147 nömrəli sərəncamı ilə fərdi ev tikmək üçün iddiaçıya Badamdar qəsəbəsində 600 kv.m (20 yanvar küçəsi, ev 13) torpaq sahəsi ayrılmışdır. 1.2. İddiaçının adına həmin torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli JN-13094H, KOD 00400016 nömrəli şəhadətnamə hazırlanmışdır. 1.3. İddiaçı həmin 0,06 ha torpaq sahəsinin 0,03 ha hissəsini X11 və tərəflər arasında xx.xx.2004-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. 1.4. X4 0,03 ha torpaq sahəsinə dair sonuncunun adına xx.xx.2004-cü il tarixli JN 17227D nömrəli şəhadətnamə, iddiaçının mülkiyyətində qalan 0,03 ha torpaq sahəsinə dair isə iddiaçının adına xx.xx.2004-cü il tarixli JN 17225D nömrəli şəhadətnamə hazırlanmışdır. 1.5. X38 mülkiyyətində olan 0,03 ha torpaq sahəsini X8 satmış və tərəflər arasında xx.xx.2005-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. 1.6. X5 mülkiyyətində olan həmin 0,03 ha torpaq sahəsinə dair onun adına xx.xx.2005-ci il tarixli JN-24079D, KOD 00400016 nömrəli şəhadətnamə hazırlanmış, daha sonra mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə daşınmaz əm lakın dövlət reyestrində qeydiyyata alınmaqla, adına MH seriyalı ******* nömrəli çıxarış, AA 002457 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir.
2. Üçüncü şəxsə dair hüquqmüəyyənedici sənədlər: 2.1. Səbail rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998 il tarixli, 1975 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün vətəndaşlara, o cümlədən X26 600 kv.m torpaq sahəsi ayrılmışdır. 2.2. Həmin torpaq sahəsinə dair X19 adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək, X46 kitabında xx.xx.2013-cü il tarixdə 36581 nömrə ilə uçota alınmışdır. 2.3. X19 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydi yyata alınmaqla adına RX seriyalı ******* nömrəli çıxarış hazırlanmışdır. 2.4. X33 (etibarnamə əsasında çıxış edən Nümayəndə1) həmin 0,03 ha torpaq sahəsinin 0,01 ha hissəsini xx.xx.2014-cü il tarixdə X20, qalan 0,02 ha hissəsini isə xx.xx.2014-cü il tarixdə X3 və tərəflər arasında müvafiq olaraq AN-İ 399240 nömrəli və ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanmışdır. 2.5. X15 0,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə, X16 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adlarına müvafiq çıxarışlar verilmişdir.
3. Tərəflər arasında mülki mübahisələr üzrə qəbul edilmiş məhkəmə aktları: 3.1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli 2(00 9)136/2016 nömrəli qətnaməsi ilə X7 cavabdehlər X22, X21, X20 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia qismən təmin olunaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair İddiaçı adına verilmiş şəhadətnamənin, İddiaçı ilə X39 arasında bağlanmış alqı-satqı müqaviləsinin, habelə X39 ilə Zakaryayeva bəmilə Alavutdinovna arasında bağlanmış alqı-satqı müqaviləsinin, X5 adına verilmiş xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün, xx.xx.2008-ci il tarixli çıxarışın X21 və X20 məxsus torpaq sahələri ilə üst-üstə düşən 57 kv.m hissəsində etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qalan hiss ələrdə təmin olunmaması qət edilmişdir. 3.2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli 2(009)2601/2016 nömrəli qətnaməsi ilə İddiaçı öz hesabına qanunsuz olaraq zəbt edib tikililər apardığı X5 mülkiyyətində olan 243 kv.m torpaq sahəsindən tikililərin İddiaçı öz vəsaiti hesabına sökülərək çıxarılması, X31 42000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq X8 ödənilməsi qət edilmişdir. 3.3. Apellyasiya baxışı zamanı yuxarıda qeyd olunan işlər bir icraatda birləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2018-ci il tarixli 2(103)551/2018 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin hər iki qətnaməsi ləğv edil miş, iş üzrə yeni qətnamə çıxarılaraq Zakaryayeva Cəmilə X1 adına xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında X5 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 57 kv.m hissədə, X28 və X30 arasında bağlanan 19 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X15 adına dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış xx.xx.2008-ci il tarixli çıxarış əsasında X5 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 54 kv.m hissədə, X28 və X29 arasında bağlanan 19 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X16 adına xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış xx.xx.2008-ci il tarixli çıxarış əsasında X5 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3.0 k v.m hissədə etibarsız hesab edilmiş, xx.xx.2008-ci il tarixli çıxarış əsasında X5 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 243 kv.m hissəsində İddiaçı tərəfindən aparılmış tikililərin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət edilmiş, ilkin iddia tələbləri qalan hissələrdə, habelə qarşılıqlı iddia tələbi rədd edilmişdir. 3.4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 oktyabr 2018ci il tarixli 2(102)-6519/2018 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi “İddiaçı 243 kv.m torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi” hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apell yasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 3.5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli 2(103)-128/2020 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 14 iyun 2016-cı il tarixli qətnaməsi “İddiaçı 243 kv.m torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində” ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında X5 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 243 kv.m hissəsində İddiaçı tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət edilmişdir. 3.6. Az ərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2021ci il tarixli 2(102)-156/2021 nömrəli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi baxılan hissədə - “X5 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 243 kv.m hissəsində sonuncu tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılmışdır. 3.7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-90/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsi, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerlə şən X5 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin koordinatlarının ilkin torpaqayırma sənədi olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 nömrəli sərəncamına və ona əlavə edilmiş plancizgi sxeminə uyğunlaşdırılması, X22 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı ******* nömrəli çıxarışın, onun əsasında X28 və X30 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında X15 adına xx.xx.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarışın, X28 və X29 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında X16 adına xx.xx.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və bunun əsa sında aparılmış düzgün olmayan qeydlərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması qət edilmişdir. 3.8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyun 2021-ci il tarixli 2(103)-3976/2021 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “Badamdar qəsəbəsi ərazisində yerləşən və İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsi, Badamdar qəsəbəsi ərazisində yerləşən və C.Zakaryayevanın mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin koordinatlarının ilkin torpaqayırma sənədi olan Səbail RİH başçısının xx.xx.1994-cü il tarixli, 4147 nömrəli sərəncamına və ona əlavə edilmiş “plan-cizgi sxeminə” uyğunlaşdırılması barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin qətnam əsi apellyasiya baxışında qalmış hissədə, yəni “X22 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarış, onun əsasında X28 və X30 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi və bu müqavilə əsasında X15 adına xx.xx.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarışın, X28 və X29 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi və bu müqavilə əsasında X16 adına xx.xx.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və bunun əsasında aparılmış düzgün olmayan qeydlərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə tələblərin təmin edilməsi hissəsində” ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək həmin tələblər rədd edilmişdir. 3.9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-399/2022 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 3.10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)399/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “X22 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
4. Mülki işlərin araşdırması zamanı təqdim edilmiş ekspert və mütəxəssis rəyləri: 4.1. Azərbaycan Resp ublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 10353 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, X9 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin ilkin sənədləri DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən verilmiş JN 24079D nömrəli şəhadətnamədir və mübahisəli torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Lakin xx.xx.2008-ci il tarixli ********** nömrəli ərizə ilə dövlət reyestrinə qeydiyyata alınan zaman torpaq sahəsinin plan-ölçüsü faktiki konfiqurasiyaya uyğun tərtib edilməmişdir və bu səbəbdən (ilkin sənəd əsasları Səbail RİHB-nın xx.xx.1998-ci il tarixli 1975 nömrəli sərəncam və torpaq s ahəsini kənarından yüksək gərginlikli elektrik xətti keçdiyi üçün mühafizə zolağı çıxılaraq 0,03 ha torpaq sahəsinə DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən verilmiş plan-ölçü olan) X18 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə 56 kv.m hissədə üst-üstə düşür. 4.2. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 24476 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi ilə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə X23 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9 -cu döngədə yerləşən 415 saylı 0,03 ha torpaq sahəsi 57 kv.m hissədə üst-üstə düşür. İddiaçı, X36 və X8 məxsus 0,03 ha torpaq sahəsinin plan və ölçüsünün verilməsinə əsas sənədlər barədə Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin arxiv və elektron bazasında məlumat yoxdur. X23 (0,03 ha), X21 (0,02 ha) və X20 (0,01 ha) məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngədə yerləşən 415 saylı torpaq sahəsinin plan və ölçüsünün verilməsinə əsas sənədlər Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli sərəncamı və Səbail rayon İcra Hakimiyyəti başçısının müavini və qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmiş sxem olmuş və bu sxem müvafiq qanunvericiliyə uyğun hazırlanmışdır. X22 ayrılmış torpaq sahəsinin Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli sərəncamında və 13 yanvar 2011-ci il tarixli Səbail RİH tərəfindən verilmiş cizgidə 6 sot, Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsündə 3 sot göstərilməsinin səbəbi ərazinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsidir. 4.3. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli 18948 nömrəli ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarının 2-ci cild 19-cu və 20-ci səhifəsinə əlavə edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-1 0014427) əsasən, JN-13094H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,03 hektar torpaq sahəsi Ariz Xasiyeva satıldıqdan sonra İddiaçı faktiki istifadəs ində 0,0542 hektar torpaq sahəsinin olması, X5 xüsusi mülkiyyətində (reyestr nömrəsi **********98) olan 300 kv.m torpaq sahəsinin 243 kv.m hissəsinin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi, 54 kv.m hissəsinin X15 xüsusi mülkiyyətində (reyestr nömrəsi **********35) olan torpaq sahəsi, 3.0 kv.m hissəsinin X16 xüsusi mülkiyyətində (reyestr nömrəsi **********35) olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. 4.4. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin 11 iyun 2019-cu il tarixli rəyində göstərilmişdir ki, İddiaçı adına olan JN-17225 nömrəli (kod ********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında faktiki istifadəsində olan torpaq sahəsinin və mübahisələndirilən 243 kv.m torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır, üzərində fərdi yaşayış evi və digər tikililər mövcuddur. Məhkəmənin müraciətinə əlavə edilmiş 30 oktyabr 2004-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən A.Xasiyevə satılmış 0,3 hektar torpaq sahəsinin bölgü sxemində sözügedən torpaq sahəsinin koordinatları göstərilməmişdir. Lakin bölgü sxemində İddiaçı mülkiyyətində olan 0,03 hektar torpaq sahəsi qərb istiqamətində göstərilmişdir. 4.5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin 29 dekabr 2019-cu il tarixli rəyində qeyd olunmuşdur ki, İddiaçı JN-13094 saylı şəhadətnamə əsasında 0,06 ha torpağı olmuş, bu torpaq sahəsinin 0.03 ha hissəsini C.Zakariyayeva (əslində, satan Ariz Xasiyev olmuşdur) satmışdır. İddiaçı yaşayış evi öz hissəsində inşa edilmişdir, lakin faktiki vəziyyətdə C.Zakariyayevanın sənəd üzrə sahəsi İddiaçı əlavə olaraq istifadəsindədir və üzərində həyət tikilisi vardır (faktiki istifadəsində 0,0521 ha). Sxemdə göstərildiyi kimi, C.Zakariyayeva sənəd üzrə olan sahəyə deyil, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası olan digər sahəyə iddia edir. Lakin bu sahə mühafizə zonası olması ilə yanaşı, digər sahələrin yoludur. İddiaçı hasarı daxilində olan sənəd üzrə 0,03 ha və əlavə olaraq istifadə etdiyi 0.021 ha (bu sahə X6 sənədlə qanuni yeridir) nəzərə alınmadan, cənub tərəfdəki sahələrin bölünməsi texniki baxımdan mümkünsüz görünür. Cənub tərəfdəki sahənin çox hissəsi YGEX-nin mühafizə yeridir. Bundan əlavə, digər sahələrin yol ları bu hissədəndir. Bölünmə YGEX ilə bağlı müvafiq qurumun rəyi və tərəflərin notarial təsdiqli bölgü razılığı əsasında formalaşa bilər. C.Zakariyayevanın sənəd üzrə və faktiki iddia etdiyi sahələr sxemdə aydın göstərilmişdir.
5. İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsi ilə bağlı uyğunsuzluqların aradan qaldırılması və mülkiyyət hüququnun pozulması ilə əlaqədar çıxarışların ləğv edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, yaranmış mübahisə ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət olunmuş, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul edilmiş və mülki iş üzrə mübahisə yekunlaşmışdır. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qərarında Daşınmaz Əmlakın Dövlət Kadas trı və Reyestri publik hüquqi şəxsin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən X7 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin koordinatlarının (torpaq sahəsi barədə əvvəlki JN- 13094H (kod ********) və alqı-satqıdan sonrakı JN-17225D (kod ********) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrdə qeyd edilmiş cizgilərin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 nömrəli sərəncamına və ona əlavə edilmiş plan-cizgi sxeminə uyğun olmad ığı nəzərə alınmaqla, ilkin torpaqayırma sənədi olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 nömrəli sərəncamında və ona əlavə edilmiş plan-cizgi sxemində göstərilmiş qaydada uyğunlaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 12 dekabr 1994-cü il tarixli 4147 nömrəli sərəncamı əsasında ona Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmış, tikinti işlərinin başa çatdırılması barədə 2 illik müddət müəyyən edilmiş, qeyd edilən müddətdə tikinti işləri başlanmazsa, İcra hakimiyyəti tərəfindən torpaq sahəsinin geri alınması nəzərdə tutulmuş, torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-1309H saylı (kod ********) şəhadət namə tərtib edilərək bir nüsxəsi ona verilmişdir. Torpaq sahəsinin hüdudları aidiyyəti dövlət orqanı tərəfindən ona göstərilərək tanıdılmış, cizgi sxemi də tərtib edilmişdir. Cizgi sxemində qeyd olunur ki, ona ayrılmış torpaq sahəsi 400 nömrəlidir. Həmin cizgi plana və hazırkı yerləşməyə vizual baxanda da evinin yerləşməsi və yanındakı yoldan görünür ki, əmlakı elə ona təqdim edilən 400 nömrəli torpaq sahəsində yerləşir. Orada 1995-ci ildən ev inşa etmişdir, ailə üzvləri ilə birgə həmin evdə yaşayır, ev və onun qarşısındakı torpaq sahəsi 26 ildir ki, onun istifadəsində və sahibliyindədir. Torpaq sahəsinin ətrafını bütövlükdə hasarlamış, daha sonra evinin sağ tərəfində yerləşən və torpaq sahəsinin yarısını təşkil edən, yəni 300 kv.m hissəsini satmaq qərarına gəlmişdir. 30 oktyabr 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən göstərilən torpaq sahəsinin 300 kv.m hissəsini Ariz Xasıyevə satmış, alqı-satqıdan sonra satdığı hissənin hasarını sökərək özünə saxladığı hissənin kənarı ilə çəkmişdir. Ariz Xasıyev 11 avqust 2005-ci il tarixli alqısatqı müqaviləsi əsasında 0,03 ha torpaq sahəsini Cəmilə Zakaryayevaya satmış və sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinə dair 02 fevral 2008-ci il tarixli çıxarış verilmişdir. Cəmilə Zakaryayeva həmin torpaq sahəsini daşla hasara alınmış, giriş üçün darvaza qoyulmuş vəziyyətdə almışdır. O, 2004-cü ildə alqı-satqı edərkən torpaq sahəsinin evinin sağında yerləşən hissəsini satmış, həmin sahəni ayıraraq alıcıya vermişdir. Həmçinin, torpaq sahəsinin bölgü planı da müqaviləyə əlavə edilmişdir. Araların da yaranmış mülki mübahisəyə dair işdə olan sübutlarla təsdiq edilir ki, daşınmaz əmlakın dövlət reyestrində ilkin torpaqayırma sənədlərinə zidd olaraq torpaq sahəsinin koordinatları düzgün qeydiyyata alınmamış, əsassız qeydiyyata alınmışdır. Hazırkı tələblə inzibati orqana müraciət etsə də, inzibati orqan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi qanunsuz olaraq heç bir inzibati icraat aparmadan xx.xx.2022-ci il tarixli məktubla məhkəmə qərarı ilə onların üzərinə hər hansı bir öhdəlik qoyulmadığını əsas gətirmiş, inzibati icraatın aparılmasını həyata keçirməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9233/2022 nömrəli qərardadı ilə X28, X29, X30, X14 və X38 üçüncü şəxs qismində inzibati məhkəməsinə cəlb edilmişlər.
9. İşin məhkəmə araşdırması zamanı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 5-19/2-2/10- 666/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 405 və 414 nömrəli torpaq sahələrinə dair sərəncamlar və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
10. Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.20123-cü il tarixli, 519/2-2/10-1413/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 4147 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 20 dekabr 2023-cü il tarixli 2-1(112)-1193/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin əsaslandırması: 12.1. İddiaçı tərəf dəlillərini Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 4147 nömrəli sərəncamına əsasən ayrılmış torpaq sahəsinin xx.xx.2004-cü il tarixdə tərtib edilmiş yerləşmə cizgisinə əsasən və həmin dəlillərin sübutu kimi X32 adlı kommersiya hüquqi şəxsin verdiyi rəyə istinadən irəli sürür. Beləliklə, reyestrdəki qeydlərin düzgün aparılmadığına dair iddiaçının dəlilinin əsasında dayanan torpaq sahəsinin yerləşmə cizgisidir ki, məhkəmə hazırkı halda həmin cizginin hüquqmüəyyənedici əhəmiyyətinə həm hüquqi, həm də faktiki vəziyyəti əks etdirmək baxımından hüquqi qiymət v ermişdir. 12.2. Belə ki, işin hallarından görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 12 dekabr 1994-cü il tarixli 4147 nömrəli Sərəncamı ilə iddiaçıya Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd edilən ölçüdə torpaq sahəsinə iddiaçının adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2004-cü il tarixdə JN-13094H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin sərəncamla ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi kimi Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə nümayəndəliyinin xx.xx.2004-cü il tarixdə 552 nömrəli möhür ştampı ilə qeydə alınmış torpaq sahəsinin planı təqdim edilmişdir. Təqdim edilmiş həmin cizgidə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinin konfiqurasiyası - torpağın yola paralel tərəfi 20 metr, yan t ərəflərdən isə yola perpenduklyar olmaqla 30 metr göstərilmişdir (en 20m x uzunluq 30m). İddiaçı məhz həmin cizgidə torpağın yerləşmə vəziyyətinə istinad edərək qeyd edir ki, ona ayrılmış torpaq sahəsinin forması yola perpenduklyar (uzununa) düzbucaqlı şəklində olmuş, həmin torpaq sahəsinin yola baxan 0,03 ha hissəsində fərdi yaşayış evi tikmiş, həmin evin cənubunda qalan 0,03 ha hissəni isə A.Xasiyevə satmışdır. Hazırda onun hasarı daxilində olan 543 kv.m torpaq sahəsinin 0.03 ha hissəsi şəhadətnaməyə əsasən mülkiyyətində qalan torpaq sahəsidir. Həmin hissənin qərbində yerləşən 243 kv.m ölçüdə torpaq sahəsi isə qeydiyyata alınmamış, sənədsiz olan torpaq sahəsdir. İddiaçının adına tərtib edilmiş şəhadətnamə, həmin şəhadətnamə əsasında verilmiş bölgü sxemi torpaq sahəsinin ilkin cizgisinə uyğun tərtib edilməmiş, nəticədə onun istifadəsində sənədsiz olan (olmalı) sahənin yerləşdiyi koordinatlar, onun şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsi kimi qeydə alınmış, daha sonra 0,06 ha torpaq sahəsindən A.Xasiyevə satdığı 0,03 ha hissə isə hazırda üçüncü şəxs C.Zakaryayevanın adına reyestrdə qeydə alınmış torpaq sahəsi kimi işlənmişdir. 12.3. Məhkəmə iddiaçının hazırkı iddiasının əsasında dayanan yerləşmə cizgisi ilə bağlı qeyd etmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 12 dekabr 1994-cü il tarixli 4147 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin planını (yerləşmə cizgisi) yalnız RİHB-nın Badamdar qəsəbə nümayəndəsi H.Qasımzadənin imzası və nümayəndəliyin möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi, torpaq sahəsini 1994-cü ildə ayıran rayon icra hakimiyyəti olduğu halda, torpaq sahəsinin yerləşmə cizgisini rayon icra hakimiyyətinin qəsəbə nümayəndəliyi 2004-cü ildə tərtib etmişdir. Həmin cizgi torpaqayırma qaydalarına uyğun olaraq rayon icra hakimiyyəti, onun səlahiyyətli qurumları - rayon icra hakimiyyətinin təsərrüfat müdiri, rayon icra hakimiyyətinin memarı və rayon icra hakimiyyətinə aid möhürlə təsdiq edilməmiş, yalnız qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş və qəsəbə nümayəndəliyinə aid möhürlə təsdiq edilmişdir. Halbuki, hazırkı iş üzrə analoji olaraq sorğu ilə əldə edilmiş qonşu torpaq sahələrinə dair ilkin torpaqayırma sənədlərində həmin ərazidə X24, X27 Səbail RİH-nin xx.xx.1995-ci il tarixli 841 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin xx.xx.2003-cü ildə tərtib edilmiş yerləşmə cizgisi, X34 Səbail RİH-nin xx.xx.1994-cü il tarixli 2630 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin xx.xx.2004-cü il tarixdə tərtib edilmiş cizgisindən görünür ki, torpağın naturada ayrılmasını və təhvil verilməsini bilavasitə təsdiq edən yerləşmə cizgisi Səbail RİH memarı, RİH təsərrüfat müdiri, RİH Badamdar qəsəbə nümayəndəliyinin imza və möhürləri, eləcə də üçüncü şəxs X23 Səbail RİH-nin xx.xx.1998-ci il tarixli 1975 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin xx.xx.2011-ci ildə tərtib edilmiş yerləşmə cizgisi RİHB-nın Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş, Səbail RİH-nin müavini tərəfindən imza və RİH-nin möhürü ilə təsdiq edilmişdir. Torpaq sahəsinin ayrıldığı zaman, eləcə də cizginin hazırlandığı 2004-cü ildə qüvvədə olan torpaq qanunvericiliyinə görə, torpaqayırma prosesi torpaq sah əsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra torpaqayıran qurum tərəfindən hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qeyd edildiyi kimi, iddiaçı tərəfindən təqdim edilmiş torpaq sahəsinin yerləşmə cizgisi qüvvədə olan torpaqayırma qaydalarına uyğun olaraq torpaq ayıran rayon icra hakimiyyəti tərəfindən təsdiq edilməmiş, qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmişdir. Halbuki, torpaqayırma prosesinin tərkib hissəsi olan yerləşmə cizgisinin tərtib v ə təsdiq edilməsi səlahiyyətinin tək tərkibdə - yalnız yerli icra hakimiyyətinin icra nümayəndəliyinə məxsus olmasına dair nə müvafiq qanunvericilik aktı (və ya hüquq norması), nə də konkret olaraq Səbail rayon İcra Hakimiyyətinin yerləşmə cizgisinin tərtib edilməsi səlahiyyətinin Badamdar qəsəbə nümayəndəliyinə ötürməsi barədə müvafiq aktı mövcud deyildir. Bu mənada, məhkəmə iddiaçının istinad etdiyi yerləşmə cizgisini hüquqi cəhətdən mötəbər sənəd kimi qiymətləndirməmişdir. 12.4. Eyni zamanda, sözügedən yerləşmə cizgisi 1994-cü ildə ayrılmış torpaq sahəsinin 2004-cü ildə tərtib edilərkən faktiki vəziyyətinə də uyğun tərtib edilməmişdir. Məhkəmə torpaq sahəsinin faktiki vəziyyətinin Badamdar İcra nümayəndəliyi tərəfindən tərtib və təsdiq edilmiş yerləşmə cizgisində öz əksini tapdığı, bu ə sasdan torpağın elektron kadastr baza məlumatlarının adıçəkilən Badamdar İcra nümayəndəliyinin yerləşmə cizgisinə uyğunlaşdırılmalı olması dəlili ilə də razılaşmamışdır. Belə ki, iddiaya görə, 600 kv.m torpaq sahəsinin naturadakı vəziyyəti yerləşmə cizgisinə uyğun tərtib edilmədiyindən, iddiaçının adına 0,06 ha torpaq sahəsinə dair şəhadətnamə, sonrakı 0.03 ha torpaq sahəsinin A.Xasiyevə satılarkən hazırlanmış bölgü sxemi, eləcə də iddiaçının mülkiyyətində qalan 0,03 ha torpaq sahəsi və A.Xasiyevin adına tərtib edilmiş şəhadətnamə də torpağın həqiqi yerləşmə vəziyyətinə uyğun tərtib edilməmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2004-cü ildə ərizə ilə müraciət edərək, Səbail rayon İcra Hakimiyyəti başçısının 12 dekabr 1994-cü il tarixli 4147 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində ayrı lmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin verilməsini xahiş etmişdir. Bu zaman Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şəhadətnamənin verilməsinə əsas olan sənədlərdən görünür ki, Səbail rayonu ərazisində iddiaçının mülkiyyətinə verilən 0,06 ha həyətyanı torpaq sahəsinin yerquruluşu planı-köməkçi plan xəritəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə institutunun torpaq şöbəsinin mütəxəssisi tərəfindən eyni vaxtda-xx.xx.2004-cü il tarixdə tərtib edilmiş, imzalanmış və Komitəyə aid möhürlə təsdiq edilmişdir. Qeyd edilməlidir ki, təqdim edilmiş xx.xx.2004-cü il tarixli yerquruluşu planında iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinin konfiqurasiyası yerləşmə cizgisindən fərqli olaraq, torpağın yerləşməsi yola paralel hissədə 30 metr, yan tərəflər isə 19.4 metr olaraq göstərilmişdir (en 30m x uzunluq 19.4m). İddiaçının adına 0,06 ha torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli JN 13094H nömrəli şəhadətnamədə 0,06 ha hissənin konfiqurasiya cəhətinə, eləcə də yerləşmə istiqamətinə əsasən uzunluğunun 30 m, eninin 20 m, yola paralel trapesiya formasında olduğu, həmin sahənin sənəd üzrə sağında, naturadakı vəziyyətinə uyğunlaşdırdıqda isə yol tərəfdən qərb hissəsində 9170H nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş qonşu torpaq sahəsinin yerləşdiyi müəyyən olunur. İddiaçı ilə A.Xasiyev arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, tərəflərin imzaları ilə və ləğv edilmiş DTXK-nin mütəxəssisləri tərəfindən təsdiq edilmiş bölgü sxemində də həmin 13094H nömrəli şəhadətnamədə trapesiya formasında olan torpaq sahəsinin bölgü xə tti ilə ayrıldığı, bu zaman sənəd üzrə solda (naturada yol tərəfdən şərq hissədə) qalan 300 kv.m hissənin iddiaçının mülkiyyətində saxlanıldığı, sənəd üzrə sağ tərəfdə (naturada yol tərəfdən qərb hissədə) 300 kv.m hissənin isə A.Xasiyevə satıldığı müəyyən olunur. İddiaçının adına tərtib edilmiş sonrakı 0,03 ha torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli JN 17225D nömrəli şəhadətnamədə iddiaçının mülkiyyətində qalan 0.03 ha hissənin planında həmin torpaq sahəsinin sənəd üzrə sağında (naturada yol tərəfdən qərbində) A.Xasiyevə satılmış torpaq sahəsinə dair JN 17227D nömrəli şəhadətnamənin aid olduğu 0.03 ha hissə, A.Xasiyevə aid 0,03 ha torpaq sahəsinin sənəd üzrə sağında (naturada yol tərəfdən qərbində) yenə də 9170H nömrəli şəhadətnamə ilə verilmiş qonşu torpaq sahəsinin yerləşdiyi əks o lunur. Eləcə də, A.Xasiyevin adına tərtib edilmiş xx.xx.2004-cü il tarixli JN 17227D nömrəli şəhadətnamədə ona aid torpaq sahəsinin sənəd üzrə solunda (naturada yol tərəfdən şərqində) iddiaçıya aid 17225D nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsi, sənəd üzrə sağında (naturada yol tərəfdən qərb hissəsində) isə 9170H nömrəli şəhadətnamənin aid olduğu qonşu torpaq sahəsinin yerləşdiyi müəyyən olunur. 12.5. Bundan əlavə, C.Zakaryayevanın adına xx.xx.2005-ci il tarixdə JN 24079D nömrəli 0,03 ha torpaq sahəsinə dair DTXK tərəfindən verilmiş şəhadətnamədə torpaq sahəsinin yerləşmə planında C.Zakayayevanın mülkiyyətində olan 0,03 ha JN 24079D nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin sənəd üzrə solunda 17225D nömrəli şəhadətnamənin aid olduğu, yəni iddiaçının mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin, yenə də sənəd üzrə sağ tərəfində qonşu 9170D nömrəli şəhadətnamənin aid olduğu qonşu torpaq sahəsinin yerləşdiyi görünür. Qeyd edilən sənədlərin müqayisəli təhlili ilə müəyyən olunur ki, iddiaçıya məxsus olmuş 0,06 torpaq sahəsinə dair ilkin sənədlər DTXK tərəfindən tərtib edilmiş yerquruluşu planında iddiaçının adına olan 0,06 ha torpaq sahəsinin yola paralel uzununa 30 m, eninə 20 m trapesiya formasında olduğu əks edilmiş, həmin torpaq sahəsinin cənubunda hər hansı torpaq sahəsi öz əksini tapmamış, yerquruluşu planında torpaq sahəsinin sağ və solunda qonşu torpaq sahələrinin yerləşdiyi, eyni zamanda həmin 0,06 ha torpaq sahəsinə dair ilkin şəhadətnamədə və iddiaçı, A.Xasiyev və C.Zakayayevanın adına tərtib edilmiş sonrakı şəhadətnamələrdə torpaq sahəsinin yerləşmə vəziyyətinin yerquruluşu planına uyğun olduğu, həmin şəhadətnamələrdə 0.06 ha torpaq sahəsindən satılmış 0,03 ha torpaq sahəsinin cənub hissədə deyil, sənəd üzrə iddiaçının mülkiyyətində qalan 0,03 ha torpaq sahəsindən sağda (naturada yol hissədən qərbdə) yerləşdiyi müəyyən olunur. 12.6. Bundan başqa, məhkəmə iddiaçının iddia etdiyi yerquruluşu planının və sonrakı hüquqmüəyyənedici sənədlərin faktiki vəziyyətinə uyğun tərtib edilməməsi ilə bağlı araşdırma üçün mübahisəli torpaq sahəsinin ətrafında yerləşən daşınmaz əmlaklara dair ilkin hüquqmüəyyənedici sənədləri əldə edərək müqayisəli təhlilini aparmışdır. Müəyyən olunmuşdur ki, iddiaçının adına 2004-cü ildə tərtib edilmiş JN 13094H nömrəli şəhadətnamədə torpaq sahəsinin planında həmin sahənin qərbində qonşu sahədə 9170H nömrəli şəhadətn amənin aid olduğu torpaq sahəsinin yerləşdiyi, sonrakı şəhadətnamələrdə - həm A.Xasiyevin adına olan JN 17227D nömrəli şəhadətnamə, C.Zakayayevanın mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə dair JN 24079D nömrəli şəhadətnamə, həm də iddiaçının adına olan JN 17225D nömrəli şəhadətnamədə qonşuluqda yerləşən həmin 9170H nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin yerləşmə vəziyyətinin dəyişmədiyi, həmin sahənin yenə də sənəd üzrə mübahisəli torpaq sahələrindən sağda (naturada yol tərəfdən qərbdə) eyni vəziyyətdə, eyni konfiqurasiyada yerləşdiyi görünür. Qeyd edilməlidir ki, sözügedən JN 9170H nömrəli şəhadətnaməyə aid 0.06 ha qonşu torpaq sahəsinin ilkin olaraq X13 adına xx.xx.2003-cü il tarixdə tərtib edilmiş şəhadətnamədə (JN 8687D), sonradan isə xx.xx.2003-cü il X10 adına tərtib ed ilmiş JN 9170H nömrəli şəhadətnamədə yerləşmə istiqaməti yola paralel düzbucaqlı formasında olduğu müşahidə olunur. İddia olunan ərazinin hazırkı halda ortofoto görüntüsündə də sözügedən JN 9170H nömrəli şəhadətnamənin aid olduğu qonşu torpaq sahəsinin yerləşmə vəziyyətinin dəyişmədiyi, mübahisəli torpaq sahəsinin qərb hissəsində, eyni konfiqurasiyalı, eyni ölçü və eyni formada faktiki yerləşdiyi aydın şəkildə adi gözlə görünür. 12.7. Dolayısı ilə, iddiaçının iddia etdiyi kimi torpaq sahəsinin yerləşmə vəziyyətinin düzgün tərtib edilmədiyi, xx.xx.2004-cü ildə tərtib edilmiş yerləşmə cizgisindən təxminən 1 ay fərqlə xx.xx.2004-cü ildə tərtib edilmiş yerquruluşu planının həqiqi vəziyyəti daha düzgün əks etdirməsi öz təsdiqini tapmışdır. Belə ki, xx.xx.2004-cü il tarixli yerquruluşu planının iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həqiqi faktiki və hüquqi vəziyyətinə uyğun olduğu müəyyən edilir. Bu həm də onunla əlaqədardır ki, mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən JN 9170H nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin yerləşmə vəziyyəti nə sənəd üzrə, nə də ortofoto görüntüdəki faktiki vəziyyəti 2004-cü ildən hazırkı tarixədək verilmiş hüquqmüəyyənedici sənədlərdə, o cümlədən mübahisəli şəhadətnamələrdə dəyişməmişdir. Başqa sözlə, iddiaçı ona aid torpaq sahəsinin faktiki vəziyyətinin ilkin torpaqayırmadan sonra 2004-cü ildə sənəd üzrə dəyişdirildiyini iddia etsə də, həmin torpaq sahəsinin 2004-cü ildə şəhadətnamələri hazırlanarkən onun qonşuluğunda JN 9170H nömrəli şəhadətnaməyə aid 0,06 ha qonşu torpaq sahəsinin forması, ölçüsü, yerləşmə istiqaməti, k onfiqurasiyasının dəyişmədiyi, hazırkı ortofoto görüntüdə də həmin sahənin mübahisəli torpaq sahəsinin qərbində olduğu müəyyən edilir. Qeyd edilənlər isə onu deməyə əsas verir ki, iddiaçıya aid torpaq sahəsinə dair yerquruluşu planı, bölgü sxemi və şəhadətnamələr 2004-cü ildə inzibati orqan tərəfindən faktiki vəziyyətə uyğun tərtib edilmiş, torpaq sahəsinin yerquruluşu planı mövcud hüquqi və faktiki vəziyyətə uyğun şəkildə elektron kadastr baza məlumatlarına işlənmişdir. İddiaçı, A.Xasiyev və C.Zakaryayeva şəhadətnamələrdə öz əksini tapan torpaq sahəsinin yerləşmə planı ilə tanış olmuş, həmin vəziyyətdə torpaq sahələrini naturada təhvil almış və qeyd edilən şəhadətnamələrdəki torpağın yerləşmə vəziyyətini 2014-cü il tarixədək mübahisələndirməmişlər. 12.8. Bundan əlavə, iddiaçının iddia etd iyi - üzərində yaşayış evi olan hissənin Ariz Xasayevə (sonradan X12) satılmasının mümkün olmaması, onun yalnız cənub hissəni satdığı, həmin hissənin isə boş olduğu, X25 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1975 nömrəli sərəncamı ilə ayrılmış 415 nömrəli 0,06 ha torpaq sahəsinin ilkin torpaqayırma sxeminə əsasən yerinin müəyyən edilməsinin mümkün olmaması, X2 0,06 ha torpaq sahəsi ayrıldığı halda, cəmi 0,03 ha hissənin onun adına qeydiyyata alındığı dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, mülki iş üzrə adı çəkilən ekspert, mütəxəssis rəyləri, eləcə də hazırkı məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçının hasarı daxilində yola paralel formada faktiki istifadəsində 0,0543 ha torpaq sahəsi mövcuddur. İddiaçı bir tərəfdən məhz cənub hissədə yola perpenduklyar 0,03 ha hissəni satmış olduğunu, digər tərəfdən mülkiyyətində qalan 0,03 ha hissənin naturada yol tərəfdən qərbində qalan yola paralel 243 kv.m hissənin hüquqmüəyyənedici sənəd olmayan (zəbt) sahə olduğunu, bütövlükdə isə onun sahibliyində 543 kv.m ölçüdə torpaq sahəsi olduğunu iddia edir. Halbuki, qeyd edilən 243 kv.m hissə elektron baza məlumatlarına əsasən, A.Xasiyevin, daha sonra C.Zakaryayevanın, cənubda olan 0,03 ha hissə isə üçüncü şəxs N.Qasımovun mülkiyyətindədir. İddiaçının yaşadığı fərdi yaşayış evi onun sənəd üzrə mülkiyyətində qalan 0,03 ha hissədə yerləşir, “sənədsiz” olduğunu iddia etdiyi, eyni zamanda C.Zakaryayevanın mükiyyətində olan və qətnamə ilə iddiaçının çıxarılması qət edilən 243 kv.m hissənin yola tərəf ol an hissəsində isə iddiaçı həyət tikilisi inşa etmişdir. 12.9. Eyni zamanda, iddiaçının iddia etdiyi kimi, onun A.Xasiyevə satmış olduğu sahənin məhz mülkiyyətində olan 0,03 hissədən cənubda yerləşən və hazırda üçüncü şəxsin adına qeydə alınmış sahə olması ilə bağlı dəlili işin hüquqi halları kimi, eyni zamanda faktiki halları ilə də eynilik təşkil etməyən mülahizələrdir. Belə ki, iddiaçının hasarı daxilində olan sənəd üzrə 0,03 ha və əlavə olaraq istifadə etdiyi 243 kv.m (bu sahə X6 sənədlə qanuni yeridir) nəzərə almadan cənub tərəfdəki sahəni satdığını bildirsə də, həmin cənub hissədəki sahənin ölçüsü ümumi hasar daxilində bütövlükdə 0,03 hektardan çoxdur. İddiaçının satdığını iddia etdiyi 0,03 ha ölçüdə torpaq sahəsi ümumi hasar daxilində yerləşdiyindən həmin sahədən birbaşa, digər sahəl ərdən təcrid olunmuş şəkildə yola çıxışı yoxdur, həmin sahənin çıxış yolu digər sahələrin yolundan keçir. Başqa sözlə, iddiaçının üçüncü şəxsə təcrid olunmamış, çıxışı yalnız digər sahələrin yollarından keçməklə mümkün olan torpaq sahəsini satması mümkün deyildi. Digər tərəfdən, C.Zakariyayeva təkcə iddiaçının iddia etdiyi cənub hissəni deyil, həm də həmin cənub hissəyə bitişik hazırda İ.Quliyevanın mülkiyyətində olan hissənin və ona bitişik, ümumi hasar daxilində olan sahənin də ona satıldığını iddia etmişdir. Halbuki, bu, iddia iddiaçının iddia etmiş olduğu kimi yola perpenduklyar 0,03 ha cənub hissədəki sahənin satılması iddiası ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı yalnız mülkiyyətində olan 0,03 hissəni A.Xasiyevə sata bilərdi. C.Zakariyayevanın iddia etdiyi sahə isə mütəxəssis rəyindən də göründüyü kimi, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası olan digər sahəni də əhatə edir. Lakin bu sahə həmin cənub hissədən kənara çıxmaqla yanaşı, eyni zamanda bütövlükdə ölçüsü 0,06 hektardan çox olan sahədir və həmin sahə vaxtilə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası olmuşdur. Üçüncü şəxs Y.Quluyevanın adına verilmiş xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan - ölçüsündən də aydın şəkildə görünür ki, hazırda iddiaçının hasarından cənubda yerləşən Y.Quluyevaya sərəncamla ayrılmış 0,06 ha ölçüdə torpaq sahəsinin 0,03 ha hissəsindən qalan hissəsi YGEX-nin mühafizə zonasına düşdüyündən həmin hissə ştrixlə göstərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli 10353 nömrəli ekspert rəyində də qeyd edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli sərəncamı ilə X22 ayrılmış 0,06 ha (6 sot) torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsündə 0,03 ha (3 sot) göstərilməsinin səbəbi həmin torpaq sahəsinin sərhədlərindən keçən elektrik xəttinin mühafizə zolağına çıxması olmuşdur. Başqa sözlə, iddiaçının birbaşa çıxışı olmayan torpaq sahəsini, eləcə də vaxtilə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşən, ümumi hasar daxilində yerləşən torpaq sahəsini satması ağlabatan hesab olunmur.
13. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1975 nömrəli sərəncamı ilə ayrılmış 415 nömrəli 0,06 ha torpaq sahəsinin ilkin torpaq ayırma sxeminə əsasən yer ini müəyyən etməyin mümkün olmamasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, hazırkı halda, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Y.Quluyevaya torpaq sahəsinin ayrılması barədə Səbail RİH-nin xx.xx.1998-ci il tarixli 1975 nömrəli sərəncamının etibarsızlığı ilə bağlı tələbini təmin etməyərkən məhkəmə qeyd edilən sərəncamın tərkib hissəsi olan 415 nömrəli sahənin yerləşmə cizgisinə də hüquqi qiymət vermiş və müəyyən etmişdir ki, sərəncamla ayrılmış torpaq sahəsinin xx.xx.2011-ci ildə tərtib edilmiş yerləşmə cizgisi RİHB-nın Badamdar qəsəbə nümayəndəliyi, Səbail RİH-nin müavinin imza və RİH-nin möhürü ilə tərtib və təsdiq edilmişdir. Qeyd edilməlidir ki, həmin cizgidə ümumilikdə torpaq sahələrinin nömrələri qeyri-dəqiq, rəqəmləri bəzən oxunmaz şəkildə (eyni qaydada qonşu torpaq sahələrinə dair yerləşmə cizgilərində də torpaq sahələrinin nömrələri qeyri-dəqiq göstərilib) olsa da, Y.Quluyevaya aid hissənin yerləşmə cizgisində torpaq sahəsinin tərəflərinin ölçüsü, konfiqurasiyası aydın şəkildə təsbit olunmuşdur və DTXK tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan-ölçüsündəki konfiqurasiyası yerləşmə cizgisindəki konfiqurasiya ilə oxşarlıq (eynilik) təşkil edir. Beləliklə, iddiaçının iddia etdiyi fərdi yaşayış evindən cənub hissədə 0,03 ha hissənin A.Xasiyevə (sonuncunun C.Zakaryayevaya) satılması və bundan sonra onun istifadəsində mülkiyyət hüququ üzrə 0,03 ha və eyni zamanda zəbt olunmuş 243 kv.m (ümumilikdə 543 kv.m) torpaq sahəsi qalması kimi dəlilləri işin faktiki və hüquqi halları ilə uyğunlaşmayan mülahizələr kimi qiymətləndirilir. Yuxarıda da qeyd edildiyi kimi, X46nın məlumatları məhkəmələrin qərar qəbul etməsi üçün əsas olduğundan və kadastr məlumatları DTXK tərəfindən torpağın faktiki yerləşmə vəziyyətinə uyğun tərtib edildiyindən iddia tələbinin təmin edilməsi üçün faktiki və hüquqi əsaslar mövcud deyildir.
14. İddiaçı və üçüncü şəxs C.Zakaryayeva ayrı-ayrılıqda həmin qərardan apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və S.R.Səlimova) 19 iyul 2024-cü il tarixli, 21(103)-2444/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin q ərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı və üçüncü şəxs C.Zakaryayeva həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
18. Kassasiya şikayətlərinin bütün şikayətlərinin dəlilləri ilə eynilik təşkil edir. dəlilləri iddia ərizəsinin və apellyasiya b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 65.1. Torpaq sahəsinin yerqurul uşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65.2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.... 65.5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.... 21. “X46, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanun: Maddə
1. X46 — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Maddə
5. X46 torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. X46 müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə
6. X46na aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüqu qi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən X46na daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində X46nın məlumatları tətbiq olunur. X46nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikay əti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyiş dirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə ri ayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onunla eyni lik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Beləliklə, məhkəmə koll egiyası hesab edir ki, iddianın hüquqi əsasına apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilmədən, barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyul 2024-cü il tarixli, 21(103)-2444/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.