Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1190/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı “X8” MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs “xxxx” MMC) qarşı iş üzrə QƏRARİ 2-1(102)-1190/20 Açar sözlər: torpaqayırma barədə sərəncamın ləğvi Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Əmiraslanov Rauf Nazim oğlunun və üçüncü şəxsin vəkili X7 oğlunun iştirakları ilə, İddiaçı “X8” MMC-nin cavabdeh Bakı şəhər İcra Hakmiyyətinə (üçüncü şəxs “xxxx” MMC ) qarşı “sərəncamların ləğv edilməsi və qanunsuz müdaxilələrdən çəkinmə” tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-224/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı MMC, 1997-ci ildə yaradılmış «İddiaçı X5 Nakliyyat Ticaret» MMC-nin hüquqi varisidir. Bakı şəhəri, ünvan 1ndəki 0,0323 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 10 otaqlı 183,4 kv.m yaşayış, 51,8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixdə “X8 X4 Nakliyat Ticaret” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat a alınmışdır. Bu barədə iddiaçıya hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həmin əmlaka, yəni Bakı şəhəri, ünvan 1ndəki 7 saylı yaşayış evinə dair xx.xx.2017ci il tarixdə İddiaçı MMC-nin adına yeni RX seriyalı, ******* saylı çıxarış verilmişdir və bu çıxarışda iddiaçının mülkiyyətində olan tikilinin sahəsi 382,3 kv.m, istifadəsində olan torpaq sahəsinin ölçüsü isə 0,04782 ha göstərilmişdir. İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, sözügedən torpaq sahəsində öz vəsaiti və təşəbbüsü ilə inşa edilən yaşayış sahəsinin mövcud olması faktının müəyyən olunmasına zərurət olduğunu bildirmiş və ünvan 1 ünvanda yerləşən İddiaçı MMC-nə məxsus 1160 kv.m torpaq sahəsində İddiaçı» MMC tərəfindən inşa edilən 520 kv.m yaşayış binasının mövcud olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)-5726 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı MMC-nə məxsus Bakı şəhəri, ünvan 1ndə yerləşən 1160 kv.m torpaq sahəsində İddiaçı MMC tərəfindən inşa edilmiş 520 kv.m yaşayış binasının mövcudluğu faktının müəyyən olunması qət edilmişdir. Bundan sonra, yəni xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, ünvan 1ndəki 7 saylı yaşayış evinə dair İddiaçı MMC-nin adına yeni RX seriyalı, ******* saylı çıxarış verilmişdir və həmin çıxarışda iddiaçının mülkiyyətində olan tikilinin sahəsi 382,3 kv.m, istifadəsində olan torpaq sahəsinin ölçüsü isə 0,11573 ha göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 368 saylı sərəncamı ilə, sifarişçi «xxxx» MMC-nin müraciətinə əsasən Bakı şəhəri Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyli, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsindəki ərazi, yaşayış və qeyri-yaşayış binalarının sökülərək, yerində icarə əsasında yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün «xxxx» MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncam əsasında 0,4304 ha torpaq sahəsinin yaşayış binasının tikintisi üçün «xxxx» MMC-yə verilməsinə dair Bakı ŞİH Memarlıq və Şəhərsalma baş idarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, 17/42 nömrəli ayrıc aktı verilmiş, Bakı ŞİH-lə «xxxx» MMC arasında torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli, 1139 nömrəli müqavilə bağlanmışdır. İddiaçı «X8» MMC-nin nümayəndəsi cava bdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs qismində «xxxx» MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri 1 saylı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək: -Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 368 saylı sərəncamının ünvan 2 ünvanında yerləşən «X9» MMC-nə məxsus 1157,3 kv.m torpaq sahəsi və 516 kv.m tikililərə (yaşayış sahəsi) aid olan hissədə ləğv edilməsi; -«xxxx» MMC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında xx.xx.2016-cı il tarixdə bağlanılan 1139 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin, 7/42 nömrəli ayrıc aktı və cizgisinin ləğv edilməsi; - Bakı şəhər İcra Hakimiyyətinin başçısının Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində «xxxx» MMC-yə yaşayış binalarının baş planı üzrə 1 saylı blokun tikintisinə icazə verilməsi barədə xx.xx.2017-ci il tarixli 222 nömrəli sərəncamın ləğv edilməsi; - cavabdehin «X9» MMC-nə məxsus Ceyhun Hacıbəyli küçəsində yerləşən 1157,3 kv.m torpaq sahəsində tikilən 516 kv.m tikililərlə (yaşayış sahəsi) bağlı qanunsuz müdaxilələrindən çəkinməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: Bakı şəhəri Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyli, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsindəki ərazinin «xxxx» MMC-nin istifadəsinə verilməsi, orada üçüncü şəxsə tikinti işləri aparmağa verilən icazə qanunsuzdur və iddiaçının mülkiyyət hüquqlarını pozur. Üçüncü şəxs sözügedən sərəncama və torpaq sahəsinin icarəsinə verilməsinə əsaslanaraq iddiaçıya məxsus torpaq sahəsinə zorla daxil olur, mülkiyyətində olan torpaq sahəsini və tikililər i təcili boşaltmağı tələb edir, əks təqdirdə heç bir kompensasiya verilmədən orada olan tikililəri sökdürəcəyi ilə hədələyir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin və tikilinin yerləşdiyi ərazinin üçüncü şəxsə icarəyə verilməsi və bununla bağlı cavabdehin hərəkətləri iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdehin etirazları: Cavabdehin nümayəndəsi tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim olunmamış, birinci instansiya məhkəməsində verdiyi izahatında hər hansı əsaslandırma aparmadan iddianın rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi də iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmiş, birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx xxxx 2017-ci il tarixli, 2-1(81)5002/2017 saylı qərarı ilə (hakim M.Bayramov) iddia tələbi təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 368 saylı sərəncamı ünvan 3 ünvanda yerləşən «X9» MMC-yə məxsus 1157,3 kv.m torpaq sahəsi və 516 kv.m tikililərə (yaşayış sahəsi) aid olan hissədə ləğv edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 368 saylı sərəncamından irəlı gələn «xxxx» MMC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında xx.xx.2016-cı il tarixdə bağlanılan 1139 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi və 7/42 nömrəli ayrıc aktı və cizgisi, eləcə də Bakı şəhər İcra Hakimiyyətinin başçısının Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində «xxxx» MMC-yə yaşayış binalarının baş plan ı üzrə 1 saylı blokun tikintisinə icazə verilməsi barədə xx.xx.2017-ci il tarixli 222 nömrəli sərəncamı ləğv edilmiş, Bakı şəhər İcra Hakimiyyətinə «X9» MMC-nin Ceyhun Hacıbəyli küçəsində ona məxsus 1157,3 kv.m torpaq sahəsində tikilən 516 kv.m tikililərlə (yaşayış sahəsi) bağlı qanunsuz müdaxilələrindən çəkinməsi tapşırılmışdır. Qərardan cavabdeh Bakı şəhər İcra Hakimiyyəti apelyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-1(81)-5002/2017 saylı qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-254/19 saylı qərarı ilə cavabdeh Ba kı şəhər İcra Hakimiyyətinin və üçüncü şəxs “xxxx” MMC-nin apelyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5002/17 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İinzibati-İqtisadi Kollegiyasının 2-1(102)2746/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-254/19 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-224/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər S.Seyidova (sədrlik edən və məruzəçi), İ.Əhmədov və V.Məmmədov) 1 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5002/17 saylı xx xxxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 368 saylı sərəncamı, ünvan 4 ünvanında yerləşən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən «X9» MMC-nin xüsusi mülkiyyətində olan 382,3 kv.m tikiliyə (yaşayış sahəsi) aid olan hissədə ləğv edilmiş, Bakı şəhər İcra Hakimiyyətinə «X9» MMC-nin ünvan 4 ünvanında yerləşən 382,3 kv.m tikililərlə (yaşayış sahəsi) ilə bağlı qanunsuz müdaxilələrindən çəkinmək vəzifəsi tapşırılmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Kassa siya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 5 ünvanına dair İddiaçı MMC-nin adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi faktiki sahə 0,11573 ha, tikintialtı sahə 0,0516 ha, digər sahələr 0,06413 ha təşkil edir. Məhkəmə isə qeyd edir ki, iddiaçı tərəf əlavə tikililərlə bağlı məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Bununla da xx.xx.2017-ci il tarixli fərdi yaşayış evinin texniki pasportunu hüquqmüəyyənedici sənəd kimi qəbul etməmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair texniki təlimatın 5.5-ci bəndinə əsasən “Daşınmaz əmlakın texniki pasportu - inventarlaşdırma anında bina, tikili və qurğunun mövcudluğunu, mənsubiyyətini, təyinatını, texniki göstəricilərini, konstruktiv elementlərin xarakteristikasını, təsvirini, inventar dəyərini və sairəni özündə əks etdirən texniki sənəddir.” xx.xx.2017-ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan da görünür ki, həqiqətən də iddia tələbinə uyğun olaraq faktiki sahə 0,11573 ha, tikintialtı sahə 0,0516 ha, digər sahələr 0,06413 ha təşkil edir. Hüquqi faktın mövcudluğuna dair iş üzrə İddiaçı MMC-nin ərizəsinin Bakı Apelyasiya Məhkəməsi tərəfindən rədd edilməsinə gəldikdə isə, bu o demək deyildir ki, iddiaçının istifadə sində sözügedən sahə mövcud deyildir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən ərizə rədd edilərkən ona əsaslanmışdır ki, ərizəçi faktın təsdiqi üçün əvvəlcə məhkəməyə deyil, səlahiyyətli quruma müraciət etməli idi, buna baxmayaraq məhkəmə başqa qurumun vəzifə səlahiyyətinə aid olan məsələni həll etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Göründüyü kimi məhkəmə qətnaməsi ilə həmin sahənin mövcud olmadığı müəyyən edilməmiş, sadəcə olaraq yuxarıda qeyd edilmiş əsasla ərizə rədd olunmuşdur və iddiaçı qətnamədə göstərilən halları aradan qaldıraraq (səlahiyyətli quruma müraciət etməklə) yenidən məhkəməyə müraciət edə bilər. Tərəflərin izahatları: İddiaçının vəkili Əmiraslanov Rauf Nazim oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını xahiş etd i. Üçüncü şəxsin vəkili X7 oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, şikayətin təmin olunmasanını xahiş etdi. Əsaslandırıcı hissə: Cavabdeh məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, qərardan verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı qismən «Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 368 saylı sərəncamının ünvan 4 ünvanında yerləşən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən «X9» MMC-nin xüsusi mülkiyyətində olan 382,3 kv.m tikiliyə (yaşayış sahəsi) aid olan hissədə ləğv olunması» və «Bakı şəhər İcra Hakimiyyətinə «X9» MMC-nin ünvan 4 ünvanında yerləşən 382,3 kv.m tikililərlə (yaşayış sahəsi) bağlı qanunsuz müdaxilələrdən çəkinmək vəzifəsinin tapşırılması» hissəsində, habelə iddianın «Bakı şəhər İcra Hakimiyyətinin başçısının Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində «xxxx» MMC-yə yaşayış binalarının baş planı üzrə 1 saylı blokun tikintisinə icazə verilməsi barədə xx.xx.2017-ci il tarixli 222 nömrəli sərəncamın ləğv edilməsi» tələbinin təmin olunmamasına dair hissədə ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılmalıdır. Belə ki, iddiaçı inzibati orqanın mübahisələndirilən sərəncamı əsasında onun mülkiyyət hüquqlarının pozulduğunu iddia edir. Bu iddi anın hüquqi əsaslarını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanı nan və qorunan hüququdur. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüquqları da mülkiyyət hüquqları ilə yanaşı əmlak hüquqları sayılır və həmin Məcəllənin 158.4-ci maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Cavabdeh mübahisələndirilən inzibati aktı qəbul edərkən, yuxarıda göstərilən maddi hüquq normalarını pozmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun qanunçuluq prinsipini müəyən edən 11-ci maddəsində deyilir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (Qanunun 67.2-cı maddəsi). Bu normalara istinad edən apelyasiya instansiyası məhkəməsi haqlı olaraq Bakı şəhər İH-nin xx.xx.2015-ci il tarixli qərarının iddiaçının mülkiyyət hüquqlarına toxunan hissədə ləğv edilməsi barədə nəticəyə gəlmişdir. Lakin məhkəmənin bu hissədə qərarı yarımçıqdır. Belə ki, iddia tələbində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 368 saylı sərəncamının ünvan 2 ünvanında yerləşən «X9» MMC-nə məxsus 1157,3 kv.m torpaq sahəsivə 516 kv.m tikililərə (yaşayış sahəsi) aid olan hissədə ləğv edilməsi xahiş olunur. Apelyasiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, iddiaçının hazırki iddia ərizəsini verərkən istinad etdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarış ləğv olunmuşdur (həmin çıxarışda iddiaçının mülkiyyətində olan tikilinin sahəsi 382,3 kv.m, torpaq sahəsinin ölçüsü isə 0,11573 ha göstərilmişdi) və əvvəlki - xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın hüquqi qüvvəsi bərpa edilmişdir. RX seriyalı, ******* saylı çıxarışda isə iddiaçının mülkiyyətində olan tikilinin sahəsi 382,3 kv.m, istifadəsində olan torpaq sahəsinin ölçüsü isə 0,04782 ha göstərilmişdir. Buna əsasən də məhkəmə kollegiyası mübahisələndirilən sərəncamı iddia tələbində göstərildiyi kimi 516 kv.m tikililərə aid hissədə deyil, RX seriyalı, ******* saylı çıxarışda əksini tapmış 382,3 kv.m tikiliyə aid hissədə ləğv etmişdir. Lakin RX seriyalı, ******* saylı çıxarışda iddiaçının istifadəsində olan torpaq sahəsinin ölçüsü tikilinin ölçüsündən daha çox - 0,04782 kv.m təşkil edir. Bu halda iddia tələbinin «sərəncamın 1157,3 kv.m torpaq sahəsinə aid hissədə ləğv olunması» tələbi də 0,04782 kv.m hissədə təmin olunmalı idi. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyətinin başçısının Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində «xxxx» MMC-yə yaşayış binalarının baş planı üzrə 1 saylı blokun tikintisinə icazə verilməsi barədə xx.xx.2017-ci il tarixli 222 nömrəli sərəncamı iddiaçının mülkiyyətində olan 0,04782 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə iddiaçının hüquqlarına müdaxilə təşkil edir və iddia tələbləri həmin hissədə də qismən təmin olunmalıdır. Məhkəmələr tərəfindən texniki pasportun hüquqmüəyyənedici sənəd kimi qəbul edilməməsi barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, tex niki pasportda iddiaçının sənəd üzrə istifadəsində olan torpaq sahəsinin deyil, faktik olaraq istifadəsində olan torpaq sahəsinin ölçüləri göstərilmişdir. 0,11573 ha ölçüdə torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması sübut olunmur. RX seriyalı, ******* saylı çıxarışda iddiaçının istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,04782 kv.m göstərilmişdir və bu ölçüdən artıq olan hissəsinin onun istifadəsinə verildiyinə dair hər hansı hüquqverici sübut (səlahiyyətli dövlət orqanı və ya bələdiyyənin qərarı) təqdim olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-224/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı «Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 368 saylı sərəncamının ünvan 4 ünvanında yerləşən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən «X9» MMC-nin xüsusi mülkiyyətində olan 382,3 kv.m tikiliyə (yaşayış sahəsi) aid olan hissədə ləğv olunması» və «Bakı şəhər İcra Hakimiyyətinə «X9» MMC-nin ünvan 4 ünvanında yerləşən 382,3 kv.m tikililərlə (yaşayış sahəsi) ilə bağlı qanunsuz müdaxilələrdən çəkinmək vəzifəsinin tapşırılması» hissəsində, habelə «Bakı şəhər İcra Hakimiyyəti başçısının Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində «xxxx» MMC-yə yaşayış binalarının baş planı üzrə 1 saylı blokun tikintisinə icazə verilməsi barədə xx.xx.2017-ci il tarixli 222 nömrəli sərəncamın ləğv edilməsi» tələblnin təmin olunmamasına dair hissədə ləğv edilsin. Həmin hissələrdə yeni qərar çıxarılsın. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 368 saylı sərəncamı və «xxxx» MMC-yə yaşayış binalarının baş planı üzrə 1 saylı blokun tikintisinə icazə verilməsi barədə xx.xx.2017-ci il tarixli 222 nömrəli sərəncamı, xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən «X9» MMC-nin xüsusi mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən 382,3 kv.m tikililərə (yaşayış sahəsi) və i stifadəsində olan 0,04782 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilsin. Bakı şəhər İcra Hakimiyyətinə «X9» MMC-nin ünvan 4 ünvanında yerləşən 382,3 kv.m tikililərlə (yaşayış sahəsi) və istifadəsində olan 0,04782 kv.m torpaq sahəsi ilə bağlı qanunsuz müdaxilələrdən çəkinmək vəzifəsi qoyulsun. Qalan hissədə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2650/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1190/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1190/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver