Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1190/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: işdən azad edilmə barədə əmrin ləğv edilməsi və işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “işdən azad edilmə barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 1 fevral 2023-cü il tarixli, 2-1(107)-35/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022ci il tarixli 135/Ü nömrəli əmri ilə İddiaçı işlədiyi idarədə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə audit tədbirləri keçirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmri ilə həmin tarixdən həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyi iddiaçıya bildirilərək "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKT LARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin üzərinə xx.xx.2022-ci il tarixli, 321/Ü nömrəli işdən azad edilmə ilə bağlı əmrin ləğv edilməsi və iddiaçının yenidən işə bərpa edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 17 saylı Regional İdarəsində rəis, 2018-2019-cu il ərzində Qızıl balıq yetişdirmə zavodunun direktoru, 2019-cu ildən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində baş məsləhətçi-müfəttiş vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. İ dərəcəli dövlət qulluqçusudur. İşlədiyi müddət ərzində rəhbərlik tərəfindən verilən bütün tapşırıqları layiqincə və şərəflə yerinə yetirmişdir. Döv lət qulluğunda olan 15 illik əmək fəaliyyətinin 12 ilini rəhbər vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 135/Ü nömrəli əmri ilə iddiaçının işlədiyi idarədə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə audit tədbirləri keçirilmişdir. Audit yoxlamasının yekununda akt tərtib edilmiş, lakin həmin aktla iddiaçını tanış etməmişlər və sonradan iddiaçıya məlum olmuşdur ki, həmin aktda onunla bağlı hər hansı bir nöqsan qeyd edilməmişdir. Audit tədbiri zamanı iddiaçının işi ilə bağlı ona heç bir nöqsan tutulmamış, lakin 01 aprel 2022-ci il tarixdə Nazirliyin Hüquq və İnsan resursları şöbəsinin müdirinin dəvəti ilə iddiaçı Bakı şəhərində onun qəbulunda olmuş, qəbul zamanı iddiaçıya işdən çıxmaq barəd ə ərizə yazmasını, əks təqdirdə iddiaçını maddə ilə çıxaracaqlarını bildirmişlər. İddiaçı ərizə yazmaqdan imtina etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmri ilə həmin tarixdən həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyi iddiaçıya bildirilərək "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir.
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Nazirliyin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmrinə əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində (bundan sonra - İdarə) 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə audit tədbirləri həyata keçirilmişdir. Audit ara şdırması zamanı İdarənin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda məsləhətçi-müfəttiş vəzifəsində işləmiş İddiaçı tərəfindən 2021-ci il ərzində cəmi 3 ədəd Məcburi göstəriş tətbiq olunması və ümumiyyətlə ödəmə tətbiq olunmaması müəyyən edilmişdir. İddiaçının üzərinə düşən vəzifə və öhdəliklərini lazımi şəkildə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 mart 1992-ci il tarixli 122 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii ehtiyatlara görə haqq və təbii mühitə atılan zərərli maddələrə görə ödəmələr alınması və bu ödəmələrdən istifadə” barədə qaydaların 4-cü bəndinə əsasən təbii ehtiyatlardan istifadəyə və ətraf mühitə zərərli maddələrin atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə ödəmələr təbiətdən istifadə edənlərdən tə bii ehtiyatların istifadəsinə razılıq verən müvafiq orqanlar tərəfindən alınır. Buna baxmayaraq İddiaçı tərəfindən ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıların müəyyənləşdirilməsi istiqamətində heç bir tədbir görülməmiş və müvafiq ödəmələrin tətbiq olunmasını təmin etməmişdir. Bundan başqa İddiaçı tərəfindən “Kərpicsan MMM-in qanunsuz olaraq Gil materialının daşınması” barədə KİV-də dərc edilmiş və vətəndaşlar tərəfindən Nazirliyə daxil olmuş məlumat əsasında araşdırma aparılmış, araşdırma zamanı Qarabaqqal bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən 1189 m3 gilin qanunsuz olaraq götürülməsi faktı müəyyən edilmiş və 2021-ci il tarixli 72390 nömrəli akt tərtib edilmişdir. Lakin onun tərəfindən araşdırma düzgün aparılmamış, yerin təkinə vurulmuş 24969 manat məbləğində ziyanın hesablanması təmin olunmamış və baş vermiş qanun pozuntusu ilə əlaqədar qanunpozanın müəyyən olunması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin edilməmişdir. Eyni zamanda qanunsuz meşə materialının istifadəsi ilə bağlı keçirilmiş reyd zamanı 3,2 m3 həcmində 636,03 manat ziyan məbləğində qanunsuz meşə materialı aşkarlanmış və xx.xx.2021-ci il tarixli 71049 №-li Akt tərtib edilmişdir. Lakin İddiaçı tərəfindən dəymiş ziyanın məbləği heç bir əsas olmadan 240,87 manat azaldılmaqla səhv hesablanmışdır. İddiaçı işlədiyi müddətdə həvalə olunmuş vəzifələri lazımi şəkildə yerinə yetirməmişdir. Nəticədə İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir.
5. Şəki İnzibati Məhkəməsinin 6 oktyabr 2022-ci il ta rixli, 2-1(116)-1516/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı işlədiyi dövrdə vəzifələrin icrası zamanı mütəmadi olaraq pozuntulara yol vermişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 71049 nömrəli və xx.xx.2021-ci il tarixli 72390 nömrəli aktlara əsasən müəyyən olunur ki, məsləhətçi-müfəttiş Ramil Əliyev tərəfindən araşdırma tamamlanmamış, yerin təkinə vurulmuş 24969 manat ziyan hesablanmamış və baş vermiş qanun pozuntusu ilə əlaqədar Qarabaqqal bələdiyyəsi barəsində qanunamüvafiq tədbirlər görülməmişdir. Həmçinin İdarənin əməkdaşları tərəfindən qanunsuz meşə materialının istifadəsi ilə bağlı keçirilmiş reyd zamanı 3,2 m3 həcmində 636,03 manat ziyan məbləğind ə qanunsuz meşə materialı aşkarlanaraq müvafiq Akt tərtib edilmişdir. Lakin məsləhətçi-müfəttiş İddiaçı tərəfindən dəymiş ziyan məbləği 240,87 manat azaldılmaqla 395,16 manat hesablanmışdır. İddiaçı tərəfindən 2021-ci il ərzində 36 ədəd akt, 11 ədəd protokol, cərimə və qərar üzrə 7600 manat cərimə tətbiq edilmiş, 7 ədəd və ya 6100 manat ödənilmiş, 13 ədəd 5408,48 manat ziyan hesablanmış, bundan 9 ədədi və ya 4140,90 manat ziyan ödənilmiş, ödəmə tətbiq olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən vəzifəsinin icrası çərçivəsində müvafiq cərimə və qərarlar üzrə ödənilməmiş məbləğlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Dövlət qulluqçusunun qiymətləndirmə cədvəlinə əsasən müəyyən edilmişdir ki, 2021-ci il üzrə (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında) iddiaçı nın icraatında olmuş vətəndaş müraciətləri, “Qaynar xətt” məlumatları və digər şikayətlərin sayı - 35 “Qaynar xətt” və şikayət, 5 vətəndaş müraciətindən ibarət olmuş, iddiaçı tapşırıq üzrə 2 ilə (mümkün 15 faiz dərəcəsindən) qiymətləndirilmişdir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2023-cü il tarixli, 2-1(107)-35/2023 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 6 oktyabr 2022ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehin üzərinə xx.xx.2022-ci il tarixli, 321/Ü nömrəli işdən azad edilmə ilə bağlı əmrin ləğv edilməsini və iddiaçının yenidən işə bərpa edilməsi öhd əliyi qoyulmuşdur.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmrin hüquqi əsası kimi istinad edilən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6cı maddəsində nəzərdə tutulan intizam tənbeh tədbiri (dövlət qulluğundan azad edilmə) yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. Mübahisələndirilən əmrdə bununla bağlı (pozuntunu “kobud” kim i qiymətləndirən) hər hansı açıqlama və ya əsas göstərilməmişdir. İddiaçının əvvəllər “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduğuna görə həmin Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edildiyinə dair sübut məhkəməyə təqdim edilməmişdir.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 25.3-cü maddəsində “Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.” dedikdə həmin əsasların məhz işəgötürən tərəfindən aşkar edildiyi və ya ona məlum olduğu gündən bir ay müddətində intizam tənbehinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Kollegiyasına müvafiq təsdiqedici sənədlər təqdim edilməsinə baxmayaraq bu faktı araşdırmaq istəməmiş və qərarında bu məsələyə hüquqi qiymət verməmişdir. Bunun əksinə əsassız olaraq intizam tənbeh tədbirinin tətbiq olunması üçün qanunda nəzərdə tutulmuş müddətin axımını Audit aktının tərtib olunduğu tarixdən başladığı qənaətinə gəlmişdir
12. Şəki Apellyasiya Məhkəməsi İddiaçı barəsində seçilmiş intizam tənbeh tədbiri əvəzinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində sadalana n digər intizam tənbeh tədbirlərindən daha yüngülünün seçilməli olduğu qənaətinə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər dedikdə, qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi başa düşülür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər. • töhmət; • bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; • həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; • daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; • ixtisas dərəcəsinin bir pillə aşağı salınması; • dövlət qulluğundan azad edilməsi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən inzibati akt (Əmr) tərtib edilərkən İddiaçı barəsində diskresion səlahiyyətlər çərçivəsində intizam tənbehi kimi işçinin dövlət qulluğundan azad edilməsi intizam tənbehi seçilmişdir. Lakin yuxarıda qeyd edilənləri nəzərə alsaq görərik ki, Şəki Apellyasiya Məhkəməsi məsələyə obyektiv yanaşmamış və seçilən intizam tənbeh tədbirini qanuni hesab etməmişdir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Birinci İnstansiya Məh kəməsi maddi hüquq normalarını düzgün təfsir edərək, İddiaçı mütəmadi olaraq nöqsanlara yol verdiyini və eyni zamanda kobud xətası nəticəsində İnzibati orqanın qanunvericiliyin tələblərinə əsasən ona verilmiş diskresion səlahiyyətləri çərçivəsində müvafiq inzibati tənbeh tətbiq etdiyini nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən (68.1, 68.2-ci) qanuni və ədalətli şəkildə qərar çıxarmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Dövlət qulluğu haqqında” Qanun Maddə
25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövl ət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərd ə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi işdən azad edilmə barədə əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbin əsaslar ının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Cavabdehin diskresion səlahiyyətlə bağlı dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxil ində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
23. İPM-in 74-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şək ildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xidməti uyğunsuzluğu ilə bağlı qərar qəbul etmək prinsip etibarilə cavabdehin diskresion səlahiyyətlərinə aid olsa da, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirməlidir.
24. Hazırkı halda diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməmişdir. Belə ki, iddiaçının vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verdiyi ilə bağlı gəlinmiş nəticələr buna dəlalət edən mötəbər və kifayətedici sübutlarla dəstəklənməmişdir. Digər tərəfdən, cavabdeh kobud və ya mütəmadi olmayan pozuntulara görə ən ağır intizam tənbeh tədbiri tətbiq edərkən mütənasiblik prinsipinin tələblərinə də riayət etməmiş, bununla da, özünün diskresion səlahiyyətini onun məqsədinə uyğun həyata keçirməmişdir. 25. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin tələbinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
26. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əmrin hüquqi əsası kimi istinad edilən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsində nəzə rdə tutulan intizam tənbeh tədbiri (dövlət qulluğundan azad edilmə) yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. Mübahisələndirilən əmrdə bununla bağlı (pozuntunu “kobud” kimi qiymətləndirən) hər hansı açıqlama və ya əsas göstərilməmişdir. “Mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqq ında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun. İddiaçının əvvəllər “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduğuna görə həmin Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edildiyinə dair sübut məhkəməyə təqdim edilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2023-cü il tarixli, 2-1(107)-35/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.