Məhkəmə qərarları › İş №2-1(102)-1190/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1190/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1190/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı “mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3686/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1983-cü ildən xx.xx.2012-ci ilədək Silahlı Qüvvələrdə gizir rütbəsində xidmət edib və xx.xx.2012-ci ildə yaşa görə ehtiyata buraxılıb.

2. Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 1996-cı il tarixli qərarı ilə, 10 yanvar 1997-ci il tarixli, 221942 saylı orderə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-1 h/ş, 37 saylı evin yaşayış sahəsi 26,02 kv.metr olan iki otaqlı 19 saylı mənzili 3 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı və qızı) İddiaçı verilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci tarixli məktub la məhkəməyə təqdim edilmiş registrdən çıxarışdan görünür ki, 1968-ci il tarixdə istismara verilmiş Bakı şəhəri, Binəqədi rayonu, “Binəqədi-1” hərbi şəhərciyi ünvanda yerləşən 5 mərtəbəli yaşayış binası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin balansındadır.

4. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə müraciət edərək, mənzilin xidməti yaşayış sahəsindən (fondundan) çıxarılmasını xahiş etmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2023cü il tarixli 1062 saylı məktubundan görünür ki, ünvan 2 ünvanındakı xidməti yaşayış sahəsi “Binəqədi-1” hərbi şəhərciyinin ərazisində yerləşir və Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyul 2019-cu il tarixli müvafiq əmri ilə “Bi nəqədi-1” hərbi şəhərciyi qapalı hərbi şəhərciklər siyahısına aid edilmişdir. 26 yanvar 1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1983-cü ildən 198 5-ci ilədək sovet ordusunda əsgər, xx.xx.1985-ci ildən xx.xx.2012-ci ilədək Silahlı Qüvvələrdə gizir rütbəsində bir çox vəzifələrdə xidmət etmiş, xx.xx.2012-ci ildə yaşa görə ehtiyata buraxılmışdır. Xidmət dövründə yuxarı komandanlıq tərəfindən bir çox orden və medallarla təltif edilmişdir. 1993-cü ildən ünvan 5 ünvanda açıq şəhərcikdə xidməti orderlə yaşayır. Yaşadığı açıq hərbi şəhərcikdə təqribən 80 ədəd mənzil vardır, həmin mənzillərin 71 mənzili Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin siyahısından çıxarılmaqla özəlləşdirilmişdir. Bununla bağlı cavabdeh orqana dəfələrlə müraciət etmiş, lakin müsbət cavab almamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

9. Bakı İnzib ati Məhkəməsinin 2-1(112)-4401/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qərarı ilə (hakim Səlma Salahova) iddia rədd edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil xidməti yaşayış sahəsi olmaqla qapalı hərbi şəhərcikdə yerləşir və həmin ərazinin qapalı hərbi şəhərcik olması Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli əmri ilə təsdiq edilmişdir.

11. Məhkəmə qeyd edib ki, qapalı hərbi şəhərcik xüsusi buraxılış sisteminə malik olan hərbi hissələrin yaşayış məntəqələri yerləşən hissələridir. Bu şəhərciklərin təyinatı həmin hərbi hissədə xidmət edən şəxslərin hərbi hissədən ayrılmadan orada yaşayış sahəsi ilə təmin edilməsidir. Məhkəmə hərbi şəhərciyin təyinatını, ünvan 6 ünvanının yerləşdiyi “Binəqədi-1” hərbi şəhərciyinin qapalı hərbi şəhərciyə aid olmas ını nəzərə alaraq hesab edir ki, iddiaçının hazırkı məzmunda tələbinin təmini üçün əsas mövcud deyil. Yəni cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən bu imtinasını əsaslandırmış və bu əsaslandırma qərarda istinad edilən qanunvericiliyə uyğun olmuşdur.

12. Həmçinin qeyd edilməlidir ki, iddiaçının iddia ərizəsində ifadə olunan məqsəd və istəyindən görünür ki, mənzilin xidməti mənzillər sırasından çıxarılması barədə hazırkı iddianı qaldırmaqdakı əsas məqsədi həmin mənzili özəlləşdirməkdir. Lakin “Mənzil fondunun özəlləşdirilməsi haqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3686/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Mirzə Tağızadə (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Kamran Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etm işdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin əsassız qərarını müdafiə edərək iddiaçının tələbinin təmin edilməsi üçün cavabdehə müraciət etməsini nəzərə almamış və balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanının həmin yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına dair səlahiyyətin inzibati orqanın diskresion səlahiyyəti olmasını qeyd etmişdir.

18. Bundan əlavə oxşar mənzillərlə bağlı təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar əsasında müəyyən olunur ki, həmin mənzillər də xüsusi təyinatlı mənzil fondundan çıxarılmış və ayrı-ayrı vətəndaşların adlarına dövlət qeydiyyatına alınmışdır. Lakin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi təqdim olunmuş sənədləri ətraflı araşdırmamış və iş üzrə düzgün nəticəyə gəlməmişdir. İşə baxmış məhkəmələr iddiaçının uzun müddət silahlı qüvvələrə xidmət etməsini nəzərə almamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə

91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri;... 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun ya şayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə

92. Xidməti yaşayış sahələrinin təyinatı Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdi yi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə

103. Xidməti yaşayış sahələrinin verilməsi 103.1. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. 103.2. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir: 103.2.1. dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 103.2.2. bələdiyyə mənzil fonduna münasibətdə - bələdiyyə tərəfindən. 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddə sində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəm ənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiy ası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiy a şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı ünvan 4 ünvanında yerləşən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasından ibarətdir.

29. Qeyd edilməlidir ki, mübahisəli mənzil xidməti yaşayış sahəsi olmaqla qapalı hərbi şəhərcikdə yerləşir və həmin ərazinin qapalı hərbi şəhərcik olması Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli əmri ilə təsdiq edilmişdir.

30. Qapalı hərbi şəhərcik xüsusi buraxılış sisteminə malik olan hərbi hissələrin yaşayış məntəqələri yerləşən hissələridir. Bu şəhərciklərin təyinatı həmin hərbi hissədə xidmət edən şəxslərin hərbi hissədən ayrılmadan orada yaşayış sahəsi ilə təmin edilməsidir.

31. Eyni zamanda qeyd edilməlidir ki, “Mənzil fondunun özəlləşdirilməsi haqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.

32. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmalarını əsaslı hesab edərək qeyd edir ki, yuxarıda göstərilən norma onu deməyə əsas verir ki, nə qədər ki, mübahisəli mənzil qapalı hərbi şəhərcikdə yerləşir, həmin mənzilin özəlləşdirilməsi yolverilməzdir.

33. Nəticə etibarı ilə məhkəmə kollegiyası he sab edir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3686/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar