Məhkəmə qərarları › İş №2-1(102)-1190/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1190/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1190/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin başçısının X25 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il t arixli, 2- 1(103)-1265/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əzizbəyov rayon X27 İcraiyyə Komitəsinin 17 saylı xx.xx.1991-ci il tarixli qərarı ilə X5 Mərdəkan qəsəbəsində 14/12 №-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Mərdəkan qəsəbəsində X5 Əzizbəyov rayon X27 İcraiyyə Komitəsinin 17 saylı xx.xx.1991-ci il tarixli qərarı ilə ayrılan 14/12 saylı torpaq sahəsinə dair Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən sxem və xəritədən çıxarış tərtib edilmiş, həmin sənəd imzalanaraq nümayəndəliyin möhürü vurulmuş, nümayəndəlikdə xx.xx.2018-ci il tarixdə 51 sayla qeydiyyatı aparılmışdır. Həmin sənədi X əzər rayon İH başçısının Təsərrüfat Şöbəsinin memarı T.Zeynalov imzalayaraq, Xəzər rayon İHB-nın möhürü ilə təsdiq etmişdir.

3. İddiaçı ilə X33 arasında bağlanmış AN-İ-№ ******* saylı, 10 aprel 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, alıcı İddiaçı ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsini almış, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmış və torpaq sahəsinin plan və ölçüsü verilmişdir.

4. İddiaçı Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəliyinə müraciət edərək X4 torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə tərtib edilmiş sxemin və xəritədən çıxarışın ləğv edilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, X6 Xəzər rayon İH başçısının Mərdəkan inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilən cizgi və xəritədən çıxarışın ləğv olunması nümayəndəliyin səlahiyyətləri xaricindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X9 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış”ın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X33 arasında bağlanmış AN-İ№ ******* saylı, 10 aprel 2008-ci il tarixli daş ınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı (E.Xəlilov) çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsini alıcının (İddiaçı) mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 19944 manata satmış, alıcı isə həmin məbləğə almışdır. Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışa əsasən ünvan 1də yerləşən 0,12 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı qismində X10 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs qismində iddiaçıya (İddiaçı) qarşı “çıxarışın ləğv edilməsi, cavabdehin imt inasının qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddiası ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və hazırda həmin iddia ilə bağlı 2-1(112)- 71/2021 saylı iş məhkəmənin icraatındadır. Həmin iş üzrə V.Nejarov iddia tələbinin əsası kimi Əzizbəyov rayon X27 İcraiyyə Komitəsinin 17 saylı xx.xx.1991-ci il tarixli qərarına və Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin sxemi və xəritədən çıxarışa əsaslanaraq göstərmişdir ki, həmin qərara əsasən ona Mərdəkan qəsəbəsində 14/12 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi belə bir səl ahiyyəti olmadığı halda, həm də heç bir əsas olmadan 27 ildən sonra Əzizbəyov rayon X27 İcraiyyə Komitəsinin 17№-li xx.xx.1991-ci il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixdə V.Nejarova torpaq sahəsinin sxemi və xəritədən çıxarış vermişdir. Həmin sxem və xəritədən çıxarış tam qanunsuz və əsassız verildiyindən ləğv edilməlidir. Xəzər RİHB-nın Mərdəkan qəsəbə nümayəndəsinin belə bir səlahiyyəti yoxdur, eyni zamanda həmin sxem və xəritənin nəyin əsasında verildiyi də məlum deyil. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Bildirilir ki, göstərilən torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəf indən verilmiş JN-28913 saylı şəhadətnamə əsasında X11 adına olub. Faktiki olaraq **********41 reyestr nömrəsi ilə İddiaçı mülkiyyətindədir. Tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət olunaraq X9 Xəzər RİH-nin Başçısının Mərdəkan qəsəbə üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş torpaq sahəsinin sxemi və xəritənin iddiaçının mülkiyyət hüququna xələl gətirdiyinə görə ləğv edilməsini xahiş etsə də, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla verilən cizgi və xəritədən çıxarışın ləğv olunmasının səlahiyyətləri xaricində olduğunu bildirmişdir.

8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək üçüncü şəxs X7 adına Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən xx.xx.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X9 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış”ın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2-1(112)-4755/2022 saylı qərardadı ilə X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4755/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarı ilə (hakim X12) iddia təmin edilmiş, X7 adına Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən xx.xx.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X9 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədinin ləğv edilməsi qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxsə torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan qanunvericilik normalarına görə, torpaq sahəsinin qanuni əsaslarla ayrılması onun naturada (yerində) hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahələrdən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılmasını tələb edirdi. Üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına münasibətdə torpaq sahəsinin ayrılması proseduru qanunvericiliyin tələbi baxımından tam başa çatdırılmamış, həmin torpaq sahəsinin naturada (yerində) hüdudları müəyyən edilməmiş və bu barədə ona müvafiq hüquqmüəyyənedici sənəd verilməmişdir. Bundan başqa, torpaq sahəsinin plan və ölçüsünə dair sənəd torpaq sahəsinin ayrılması barədə yu xarıda qeyd olunan sənədlər əsasında hazırlanmalı və hüququ təsdiq edən müvafiq aktın verilməsi ilə müşayiət olunmalı idi. Hazırkı mübahisə üzrə üçüncü şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi tərtib olunmamış, vaxtilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X35 kitabında qanunla müəyyən olunmuş qaydalara uyğun qeydiyyat aparılmalı, hazırki dövrdə isə səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumu tərəfindən icra olunmalı olduğu halda, hüququ təsdiq edən dövlət aktının verilməsi prosedurundan kənar qanunsuz olaraq səlahiyyəti olmayan cavabdeh inzibati orqan tərəfindən “Torpaq sahəsinin sxemi və xəritədən çıxarış”ın verilməsi qeydiyyatı həyata keçirilmişdir. Nəzərə al maq lazımdır ki, “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin verilməsi tələbi əlahiddə deyil, qeydiyyatla bağlı tələb hüququnun tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu mənada şəxsin yuxarıda istinad olunan normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir.

12. Üçüncü şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(103)-140/2023 nömrəli qərardadı ilə (hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), X13 və X18) üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4755/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X25 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, X9 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış Bakı şəhəri Cavabdeh tərəfindən verilsə də, həmin sxem və xəritədən çıxarış Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin başçısının möhürü ilə təsdiq edilmişdir. Odur ki, Bakı şəhəri Cavabdeh X9 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemini və xəritədən çıxarışı ləğv etmək səlahiyyətinə malik deyildir. Hazırkı iddia ona cavab verməli olmayan orqana qarşı qal dırıldığına görə inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir.

15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1805/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X17 (sədrlik edən və məruzəçi), X19 və X3) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixl i, 2- 1(103)-140/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən inzibati ərazi dairələri üzrə nümayəndəliklər müvafiq inzibati ərazi vahidində yerli icra hakimiyyəti başçılarının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan qurumdur, Əsasnamə ilə onlara həvalə edilmiş səlahiyyətləri həyata keçirirlər. Onların müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və müvafiq yerli icra hakimiyyətinin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. Bu baxımdan Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə nümayəndəsi “İnzi bati icraat haqqında” Qanunun tələblərinə əsasən inzibati orqandır və Xəzər rayon İcra Hakimiyyəti başçısı tərəfindən ona həvalə edilmiş səlahiyyətləri, funksiyaları həyata keçirir. Nümayəndəlik tərəfindən torpaq sahəsinə dair tərtib edilmiş sxem və xəritədən çıxarış onun tabeliyində olduğu yerli icra hakimiyyəti tərəfindən bəyənilsə də, nümayəndəlik inzibati orqan kimi özünün faktiki xarakterli hərəkətlərinə görə özü cavabdehlik daşıyır. İddiaçının həmin sənədlərin ləğv edilməsi barədə müraciətinə cavabdeh xx.xx.2021-ci il tarixli məktubla cavab verərək Xəzər RİHB-nin Mərdəkan inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilən cizgi və xəritədən çıxarışın ləğv olunmasının səlahiyyətləri xaricində olması əsası ilə imtina etmiş, onu digər səlahiyyətli orqana, o cümlədən Xəzər rayon İ cra Hakimiyyəti Başçısına göndərməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinin tələbinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddianı qeyri-mümkün hesab edərkən inzibati prosessual qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2-1(103)-1265/2024 nömrəli qərarı ilə (hakim lər X20 (məruzəçi), X21 və X36) üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-4755/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 3-cü şəxs X6 xx.xx.2018-ci il tarixdə verilmiş “sxemdə göstərilən Mərdəkan qəsəbəsində yerləşən 14/12 saylı ünvanda yerləşən torpaq sahəsinin faktiki yeri və konfiqurasiyası Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən X6 xx.xx.2018-ci il tarixdə verilmiş sxemə uyğundur və İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin faktiki yeri ilə üst-üstə düşmür. Belə olan halda bir inci instansiya məhkəməsi İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X25 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı (3-cü şəxs X15) “torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğv edilməsi” tələbini təmin edərkən haqlı olmamışdır.

20. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

21. Şikayətdə Torpaq Məcəlləsinin 23-26-cı maddələrinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.

22. Belə ki, Əzizbəyov rayon X27 İcraiyyə Komitəsinin 17 saylı xx.xx.1991-ci il tarixli qərarından görünür ki, X9 Mərdəkan qəsəbəsində 14/12 №-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Əzizbəyov rayon İH-nin arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli 17 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Yəni hal hazırda həmin qərarın mövcud olub olmaması belə araşdırılmayıbdır. Həmin vaxt ayrılmış torpaq sahəsinin sxemi və plan ölçüsü mövcud olmamışdır. Mərdəkan qəsəbəsində vətəndaş X9 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən imzalanaraq möhürlə təsdiqlənmiş və xx.xx.2018-ci il tarixdə 51 saylı qeydiyyatı aparılmışdır. 1991-ci il tarixli qə rar X43 verilməyərək 2018-ci il tarixdə həmin torpağa plan sxem verilmişdir. Həmin plan sxemi ümumiyyətlə qəbul etmək olmaz. Çünki torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan Torpaq Məcəlləsinin 23-cü maddəsinə görə torpaq sahəsinin ayrılması, naturada torpaq sahəsinin hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahədən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılmasını nəzərdə tutur. Həmin Məcəllənin 26-cı maddəsinə görə ayrılmış torpaq sahəsinin naturada hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişdirsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdirsə həmin sahədən istifadəyə başlamaq qadağan edilmişdir. Göründüyü kimi hazırki iddia tələbi həmin zaman qüvvədə olan qanunvericiliyin normaları ilə tənzimlənməli idi. Yəni torpaq sahəsi a yrılan zaman onun naturada hüdudları müəyyən edilməli idi. Bu qanunla ona torpaq sahəsi ayrılmadığından, hüquqmüəyyənedici sənədlər verilmədiyindən ona 2018-ci il tarixdə verilmiş plan sxem əsaslı sayıla bilməz. Lakin Bakı Apellyasiya Məhkəməsi torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan qanunvericilik normasına əsaslanmalı olsa da, o hazırki Məcəlləyə əsaslanmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

23. Üçüncü şəxs kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

24. Torpaq Məcəlləsi: (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 14. müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifa də torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşk il etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə 29. torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalqdeputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 56....dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qə rarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Maddə 57. yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fə rmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.

25. Torpaq Məcəlləsi: (Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası ka dastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 26. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında” Əsasnamə: Bənd

2. Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bund an sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. Bənd

3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. Bənd

4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: -qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələr in sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: -mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; -mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; -məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; -torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; -istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrini n müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; -torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; -torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. -Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;...

28. Daşınmaz əmlakın dövlət reyestri sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X8 Kadastr üzrə baş mütəxəssis Əmək funksiyası. Hüquqların dövlət qeydiyyatı üçün zəruri olan hüquqi və texniki sənədlərin düzgünlüyünü araşdırır, kadastr məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya dayandırılması üçün rəy verir. Daşınmaz əmlakın formalaşdırılmasında zəruri olan məlumatların kadastr xəritəsinə tam daxil edilməsinə nəzarət edir. Kadastr məlumatlarını kadastr xəritəsinə daxil edir, tabeçiliyində olan kadastr üzrə mütəxəssislərin işinə nəzarət edir. Çap edilmiş kadastr xəritəsindən çıxarışları yoxlayır və imza edir. Kadastr xəritələrində torpaq sahələrinin və onun üzərində yerləşən daşınmaz əmlakın koordinatlara uyğun olaraq qatlar üzrə işlənməsini, sürüşmələrin və kənarlaşmaların dəqiqləşdirilməsini və bərpa edilməsini, bu mümkün olmadığı təqdirdə ölçülərin və koordinatların yenidən dəqiqləşdirilməsi üçün mühəndislərə sifarişlərin verilməsini həyata keçirir. Kadastr məlumatları ilə digər sənədlərdəki məlumatların düzgünlüyünü yoxlayır, daşınmaz əmlakın bölünməsi, birləşməsi və ayrılması nəticəsində yeni yaranan əmlakın kadastrını aparır, kadastr xəritələrində onları əks etdirir və kadastr planını çap edir.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin təl əbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmə nin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi üçüncü şəxs X7 adına Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən xx.xx.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “Mərdəkan qəsəbəs ində yerləşən vətəndaş X9 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədinin ləğv edilməsinə yönəlmişdir.

33. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin əsaslı olması qənaətinə gəlsə də, işə sonuncu dəfə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi əsaslı deyildir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə ekspertizanın rəyinə əsaslanmışdır. Həmin rəyə əsasən Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 3cü şəxs X6 xx.xx.2018-ci il tarixdə verilmiş“sxemdə göstərilən Mərdəkan qəsəbəsində 14/12 saylı ünvanda yerləşən torpaq sahəsinin faktiki yeri və konfiqurasiyası Xəzər ra yon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən X6 xx.xx.2018ci il tarixdə verilmiş sxemə uyğundur və İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin faktiki yeri ilə üst-üstə düşmür.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi bu nəticəyə gələrkən iş materiallarına mövcud olan sənədləri kifayət qədər təhlil etməmiş, eyni zamanda bəzi məqamları qanunvericiliyin ona verdiyi səlahiyyətlə uyğun şəkildə araşdırılması üçün zəruri addımlar atmamışdır.

35. İlkin olaraq iş materiallarına mövcud sənədlərin təhlil edilməsi məqsədə müvafiqdir.

36. İddiaçı aid torpaq sahəsi ilə bağlı məlumatlar İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1093/2023 saylı qətnamə sindən görünür ki, Xeyirova (Kazımova) Lalə Vaqif qızı ilə X26 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/131 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi X1. X22 həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında xx.xx.2006-cı il tarixdə X2. X33 isə həmin torpaq sahəsini xx.xx.2008-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır. Bundan sonra İddiaçı həmin torpaq sahəsi üzərinə mülkiyyət hüququ əldə etmiş və bu barədə ona Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” çıxarış verilmiş, eyni zamanda torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək səlahiyyətli orqan tərəfindən təsdiq edilmişdir (cild 1, iş vər 6-7).

37. Üçüncü şə xs X9 aid olan məlumatlar Əzizbəyov rayon X27 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 17 nömrəli qərarı ilə Mərdəkan qəsəbəsi, Dəmiryol küçəsi, döngə 4314 nömrəli evdə yaşayan Sabunçu stansiyasında DİB-də işləyən X5 Mərdəkan qəsəbəsində, 14/12 N-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır (cild 2, iş vər 84). Torpaq sahəsinin sxemi və xəritədən çıxarış Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkən qəsəbə nümayəndəsi tərəfindən tərtib edilmiş, rayon icra hakimiyyətinin möhürü ilə təsdiq edilmişdir (cild 2, iş vər 82). Üçüncü şəxsin kassasiya şikayətinə etiraza əlavə etdiyi Xəzər rayon İcra Hakimiyyəti başçısının V.Nejarova ünvanlandığı 10 sentyabr 2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 17 nömrəli qərarı ilə Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün ayrılmış 14/12 saylı torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışın verilməsi barədə ərizəyə baxılmışdır. Ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək Sizə göndərilir.

38. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı qərarın 24-26-cı bəndlərində göstərilən normaların birgə təhlilindən görünür ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən ed ilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır.

39. İş materiallarından müəyyən edilir ki, üçüncü şəxsə fərdi ev tikilməsi barədə qərar tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud olmamışdır. Səlahiyyətli qurum fərdi evin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə qərar ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, üçüncü şəxsə Mərdəkan qəsəbəsində 14/12 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılmasına dair Əz izbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 17 nömrəli qərarı hazırda qüvvədədir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) ciz ginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir.

41. Beləliklə, məhkəmə kollegiyası vurğulayır ki, torpaq sahəsinin sxemi və xəritədən çıxarış icra nümayəndəliyi tərəfindən tərtib edilsə də, 6 sentyabr 2018-ci il tarixdə rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin memarı tərəfindən imzalanmaqla rayon icra hakimiyyətinin möhürü ilə təsdiq edildiyindən və rayon icra hakimiyyəti başçısının 10 sentyabr 2018-ci il tarixli məktubu ilə bir daha təsdiqini tapdığından icra nümayəndəliyi haqlı olaraq cavabdeh kimi tanınmışdır.

42. Hazırkı iş üzrə qiymət verilməli məqam iddiaçı və üç üncü şəxsə məxsus torpaqların naturada yerləşmə vəziyyəti və cavabdehin tərtib etdiyi sənədin həqiqətən üçüncü şəxsə ayrılmış torpaq sahəsinə işlənməsi ilə bağlıdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində olan torpaq sahəsi ilə bağlı yuxarıda sadalanan sənədlərdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsi əvvəllər, yəni iddiaçıya qədər üç dəfə alqı-satqı predmeti olmuşdur.

44. Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə görə alqı-satqı predmeti olmuş 14/131 sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair iddiaçının adına 24 aprel 2008-ci il tarixli çıxarış verilərkən həmin çıxarış ünvan 6 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə deyil, qeyd olunan ünvandan ayrı yerləşən V.Nejarova Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 17 nömrəli qərarı ilə ayrılmış cavabdeh tərəfindən tərtib edilmiş sxemdə göstərilən 14/12 saylı ünvanda yerləşən torpaq sahəsinin üzərinə işlənmişdir.

45. İddiaçının adına dövlət reyestrdən çıxarış 5/131 saylı sahə üzrə, üçüncü şəxsə mübahisə olunan sənəd 14/12 saylı sahə üzrə verilsə də, ekspert rəyində həm də 14/131 saylı ünvandan bəhs olunur, işdə olan sənədlərdə isə 14/131 saylı ünvanla bağlı hər hansı məlumat mövcud deyil. Ekspert rəyinin bu hissəsində olan ziddiyyətlə bağlı apelyasiya məhkəməsi araşdırma aparmamışdır.

46. Rəydə həmçinin qeyd edilmişdir ki, X11 mülkiyyətinə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 5/131 saylı ünvandakı 1200 kv.m ölçüdə olan torpaq sahəsi V.Nejarova Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 17 nömrəli qərarı ilə ayrılmış 14/12 saylı sahə ünvanda ayrı lmış 1200 kv.m ölçüdə torpaq sahəsi ilə üst-üstə düşmür, bir-birindən kənarda yerləşir.

47. İşdə məhkəmə ekspertiza mərkəzinin istinad etdiyi G.Əliyevaya aid torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcud olmamışdır.

48. Növbəti apelyasiya baxışı zamanı iddiaçıya aid torpaq sahəsi il bağlı əvvəlki alqısatqı müqavilələri və onlar əsasında verilmiş çıxarışlar (torpağın mülkiyyətə verilməsinə dair şəhadəıtnamə) torpaq sahəsinin qeydiyyatını aparan reyestr orqanından tələb edilməli, iddiaçıya məxsus reyestrdən çıxarışdakı torpaq sahəsinin koordinatlarının əvvəlki mülkiyyətçilərin reyestrdən çıxarışdakı koordinatlarla üst-üstə düşüb düşmədiyi müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş rəydə iddiaçının torpaq sahəsinin koordinatları aşağıdakı k imi qeyd edilmişdir. X Y 425839.98 4481631.24 425873.96 4481654.42 425891.11 4481629.9 425859.15 4481608.81

49. İş materiallarından göründüyü kimi koordinatlar özəl rəylə və məhkəmə ekspertizası mərkəzinin araşdırması zamanı müəyyən edilmişdir. İşdə olan rəylərdə torpaq sahəsinin koordinatlarının nəyə (hansı istinadlara) əsasən tərtib edilməsi göstərilməmişdir. Qeyd etmək lazımdır ki, torpaq sahəsinin koordinatları onlarda saxlanılan məlumatlar əsasında bu sahədə səlahiyyətli dövlət orqanı və müvafiq ixtisasa malik olan mütəxəssis tərəfindən müəyyən edilə bilər. Mübahisənin həlli ilə bağlı səlahiyyətli dövlət orqanı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən (ona tabe qurumlardan) müvafiq rəylər alınmamış, iddiaçı və üçüncü şəxsə məxsus torpaq sahəsinin naturada yeri, üs t-üstə düşməsi araşdırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X8”nda da qeyd edilmişdir ki, kadastr üzrə mütəxəssis kadastr xəritələrində torpaq sahələrinin və onun üzərində yerləşən daşınmaz əmlakın koordinatlara uyğun olaraq qatlar üzrə işlənməsini həyata keçirir.

50. Beləliklə, göründüyü kimi daşınmaz əmlakın koordinatlarını müəyyən etmək kadastr üzrə mütəxəssisin vəzifə funksiyalarına aiddir. Odur ki, növbəti apelyasiya baxışı zamanı daşınmaz əmlakın dövlət reyestri sahəsinə aid olan qulluqçudan-mütəxəssisdən mübahisəli torpaq sahəsinin koordinatları barədə rəy alınmalı, həmin rəy işdə olan rəylərlə birlikdə qiymətləndirilməlidır. Bu zaman zərurət olarsa, mütəxəssis, ekspert və tərəflərin iştirakı ilə yerində hər iki torpaq sahəsinə baxış keçirilmə məsələsi də təhlil edilməlidir.

51. Eyni zamanda qeyd edilməlidir ki, üçüncü şəxs tərəfindən kassasiya şikayətinə etiraza əlavə edilən Əzizbəyov rayon X27 İcraiyyə Komitəsinin 17 saylı xx.xx.1991-ci il tarixli qərarında X5 fərdi ev tikilməsi üçün torpaq sahəsinin ayrılması qeyd edilmiş, həmin qərarda “Nəcəfov” və “Nəcməddin” sözlərinə düzəliş edilərək müvafiq olaraq “Nejarov” və “Nejmedin” sözləri yazılmış, sonra “Nejarov” və “Nejmedin” sözlərinə inanılsın sözləri qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi 17 saylı xx.xx.1991-ci il tarixli qərarla torpaq sahəsi ayrılan şəxsin cavabdehin tərtib etdiyi və iddianın predmeti olan sənəddəki şəxslə eyni şəxs olmasını araşdırmamışdır.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

54. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2- 1(103)-1265/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar