Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1191/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1960, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini n tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1129/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxx 1960-cı il tarixdə Lənkəran şəhərində doğulmuşdur.
2. İddiaçı 1977-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutuna daxil olmuş və 1977-ci ildə həmin institutda tikinti məmulatı və konstruksiyalarının istehsalı ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 1986-cı il iyun tarixli qərarı ilə ona inşaatçı mühəndis texnoloq ixtisası verilmişdir.
3. İddiaçıya məxsus əmək kitabçasına əsasən müəyyən olunur ki, o, 16 sentyabr 1977-ci ildə “Dəmirbeton” Trestinin Təcrübə-sınaq zavoduna Yeni Texnika qrupu sahəsinə metal konstruksiyaların yığılması üzrə quraşdırıcı-çilingər şagirdi kimi qəbul olunmuş, 01 yanvar 1978-ci ildə Metal konstruksiyaların yığılması üzrə birinci dərəcəli çilingər peşəsi verilmiş, 17 iyul 1978-ci “Dəmirbeton” zavodunun Təsərrüfat hesablı TTSnə keçirilməklə işdən azad edilmiş, 16 iyul 1978-ci ildə “Dəmirbeton” trestinin Təsərrüfat hesablı təmir tikinti sahəsi. Dəmirbetontrestinin TZS-dən keçirmə yolu ilə 2-ci dərəcəli quraşdırıcı-çilingər işinə qəbul olunmuş, 09 aprel 1979-cu ildə Sovet Ordusuna çağırış ilə əlaqədar işdən azad edilmiş, 23 aprel 1979-cu ildən 13 may 1981-ci ilə qədər hə rbi xidmətdə olmuş, 03 avqust 1981-ci ildə “Dəmirbeton” trestinin təsərrüfat hesablı TəmirTikinti sahəsi 2-ci dərəcəli betonçu işinə qəbul edilmiş, 03 may 1983-cü ildə 3-cü dərəcəli betonçu işinə keçirilmiş, 01 iyul 1986-cı ildə 4-cü dərəcəli betonçu işinə keçirilmiş, 17 oktyabr 1986-cı ildə sahə icraçısı vəzifəsinə keçirilmiş, 17 aprel 1990-cı ildə sahə rəisi vəzifəsinə təyin edilmiş, 31 dekabr 1991-ci ildə TMİK TQİ-nə keçirilmiş, 02 yanvar 1992-ci ildə TMİK Tikinti-Quraşdırma İdarəsi THTİ-dən keçirmə yolu ilə icraçı vəzifəsinə təyin edilmiş, 01 avqust 1992- ci ildə “Abadlıq” kiçik müəssisəsinə keçirmə yolu ilə işdən azad edilmiş, 21 dekabr 2000-ci ildə öz xahişi ilə işdən azad olunmuş, 05 dekabr 2001-ci ildə Bakı Taxıl Tikinti SC-yə Mühəndis vəzifəsinə təyin edilmiş, 25 dekabr 2003-cü il də öz xahişi ilə işdən azad olunmuş, 23 yanvar 2013-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Resursların Artırılması və Mühafizəsi Departamenti Su Hövzələrində bioresursların mühafizəsi xidmətinin Abşeron-Bakı regionu üzrə sektoruna aparıcı müfəttiş vəzifəsinə təyin edilmiş, 07 dekabr 2018-ci ildə müəssisənin ləğv edilməsi səbəbindən tutulduğu vəzifədən azad edilmişdir.
4. İddiaçı 23 aprel 1979-cu ildən 13 may 1981-ci ilədək hərbi xidmətdə olmuşdur.
5. Cavabdeh orqanın iddiaçıya ünvanladığı 27 oktyabr 2020-ci il tarixli **********2 saylı imtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərər li və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Ca vabdehə təqdim edilmiş 20 yanvar 1978-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 11 ay 22 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23.316,72 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
6. Cavabdeh orqanın iddiaçıya ünvanladığı 02 aprel 2021-ci il tarixli **********1 saylı imtina məktubunda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imka n verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Cavabdehə təqdim olunan xx.xx.1978-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında göründüyü kimi güzəştli iş stajı 12 il 6 aydan az (4 il 29 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 39600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı hazırki vaxta cəmi 25972,66 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 14 may 2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul olunmasını xahiş etmişdir.
8. İddiа onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1960-cı il təvəllüdlü olmaqla, 57 yaşı 14 may 2017-ci ildə tamam olmuşdur. 08 oktyabr 2020-ci il tarixində güzəştli şərtlərlə yaşa görə pe nsiya təyin olunması barədə cavabdehə müraciət edərək, qeyd olunan şərtlərlə pensiya almaq hüququnun yarandığı üçün ona pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın 27 oktyabr 2020-ci il tarixli **********2 nömrəli məktubu ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin olunmasından imtina olunmuşdur. İmtinanın səbəbləri kimi 60 yaşı tamam olan tarixə, yəni 14 may 2020-ci ilə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi və 12 il 6 ay güzəştli iş stajına malik olmaması göstərilmişdir. Halbuki 57 yaşı tamam olan tarixə, yəni 14 may 2017-ci il tarixə iddiaçının güzəştli şərtlərlə yaşa gö rə pensiya hüququ müəyyən edilməli idi. Qanunvericiliyə görə bu növ pensiyanın təyin edilməsi üçün kişilərdə 57 yaşa çatması, 25 il ümumi sığorta stajına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan istehsalatlarda, peşələrdə, vəzifələrdə və göstəricilərdə 12 il 6 ay çalışması yetərlidir. İddiaçı 01 yanvar 1978-ci ildən 21 avqust 1992-ci ilədək cəmi 10 il 7 ay 11 gün zərərli sahədə çalışmış, həmin dövr ərzində keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. Hərbi xidmət dövrü nəzərə alınmaqla 12 il 8 ay 1 gün güzəştli iş stajı toplamışdır.
9. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya qarşı yazılı etirazda qeyd edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 ya nvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması, iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də inzibati orqan qanunvericil iyə əsaslanaraq haqlı olaraq pensiya təyinatından imtina etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6019/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi iddianı təmin etməməsini onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli iş stajı 10 il 7 ay 11 gün təşkil edir və iddiaçının 23 aprel 1979-cu ildən 13 may 1981-ci ilədək hərbi xidmətdə olduğu dövr onun ümumi iş stajı kimi nəzərə alınsa da, lakin güzəştli iş stajı kimi nəzərə alına bilməz. Bu isə o deməkdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahıda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə öz təsdiqini tapmır.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1129/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, F.T.Şəmsəddin və M.N.Tağızadə) apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6019/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəb ul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Keçmiş SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndində göstərilir ki, yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdə sonra gələn işə bərabər tutulur. İddiaçı isə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmətdən (xx.xx.1979-cu ildən xx. xx.1981-ci ilədək) sonra xx.xx.1981-ci ildən xx.xx.1990-cı ilə qədər, yəni SSRİ Silahlı Qüvvələrində müddətli hərbi xidmətə çağrılanadək, fasiləsiz olanıq Siyahıda nəzərdə tutulan güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən işdə çalışmışdır.
17. Belə ki, əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının güzəştli iş stajına xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək, xx.xx.1981-ci ildən xx.xx.1990-ci ilədək xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək olan dövrlər daxil edilməlidir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bölməsinin 1.1.2-ci yarımbölməsi; 29-cu bölməsi) ki, bu da 10 il 7 ay 11 gün edir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının güzəştli iş stajına hərbi xidmət dövrü də hesablanmalıdır. Nəticədə, xx.xx.2017-ci ilə qədər 12 il 8 ay 1 gün güzəştli iş stajı toplanır ki, bu da iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanuni əsasdır.
18. Apellyasiya instansiyası məhkəməsinin digər bir qənaəti onunla bağlıdır ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarda qeyd olunmuş məlumatlar əsas götürülməlidir.
19. Bununla əlaqədar qeyd edilmişdir ki, iş materiallarında həmin arayışı verməli olan işəgötürənlərin hazırda ləğ v olunduğu və fəaliyyət göstərmədikləri barədə iddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışları mövcuddur. Bu səbəbdən də, iddiaçıdan asılı olmayan hallara görə, əmək kitabçasında qeyd edilmiş peşə adlarının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışları təqdim edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz cavabdeh tərəfindən təqdim olunmuş imtina məktubları və iddia ərizəsinə dair etiraza uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüs usi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güz əştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşəl ərin, vəzifələrin və göstəricilərin Siyahısı”
23. SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdə sonra gələn işə bərabər tutulur.
24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onlar ın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
14. Sübut etmə vəzifəsi... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə ş ərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. a) Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları dərindən, tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.
28. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
29. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
30. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən göstərilən prosessual hüquq normalarına riayət etməmişdir.
32. Belə ki, hazırki iş üzrə iddiaçının tələbi ona 14 may 2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasıdır.
33. Məlum olduğu kimi, şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qüvvədə olan qanunvericiliyə əsasən müəyyən olunmuş şərtlərdən ikisi - müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq olması iş üzrə öz təsdiqini tapmışdır.
34. İşin mübahisələndirilən halı iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajının olmaması ilə bağlıdır ki, iddiaçı özü də güzəştli sahədə 12 il 6 aydan az müddətdə (10 il 7 ay 11 gün) çalışdığını etiraf edir.
35. Lakin iddiaçının əsas dəlili ondan ibarətdir ki, keçmiş SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndində göstərilir ki, yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Sil ahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdə sonra gələn işə bərabər tutulur. İddiaçı isə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmətdən (xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək) sonra xx.xx.1981-ci ildən xx.xx.1990-cı ilə qədər, yəni SSRİ Silahlı Qüvvələrində müddətli hərbi xidmətə çağrılanadək, fasiləsiz olaraq güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən işdə çalışmışdır.
36. İddiaçı həmçinin bildirir ki, onun güzəştli iş stajına xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək, xx.xx.1981-ci ildən xx.xx.1990-ci ilədək xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək olan dövrlər daxil edildiyi təqdirdə, xx.xx.2017-ci ilə qədər 12 il 8 ay 1 gün güzəştli iş stajı toplanır ki, bu da güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanuni əsas dır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə qərar qəbul edilərkən SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndi nəzərə alınmamışdır.
38. Beləliklə, iddiaçının SSRİ Silahlı Qüvvələrində xidmətdə olduğu dövrdə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin hazırki işin hallarına tətbiqi şərtləri və qaydaları, həmçinin sözügedən normanın tətbiqi nəticəsində iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yetərli xüsusi əmək stajının mövcudluğu apellyasiya instansiyası tərəfindən hərtərəfli araşdırılmalı və yekun qərar ona əsasən qəbul olunmalıdır.
39. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayətinin qalan hissəsi, iş üzrə bir sıra sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1129/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üç ün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.