Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1191/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarı əsasında tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar K amil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər: X6, X3 və X5) qarşı “məhkəmə qərarı əsasında tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(107)-148/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-162/2021 nömrəli qərarı ilə həmin iş üzrə üçüncü şəxslər X4, X1 və X2 adına verilmiş A№ 379945 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün, xx.xx.2018-ci il tarixli, 263042 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və Zaqatala rayon 2 nömrəli fındıqçılıq sovxozunun YAİK tərəfindən xx.xx.1999-cu ildə verilmiş 0.48 ha torpaq sahəsinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Nəsrulah oğlunun və İddiaçı3 adına “Torpaq sahəsinin planı və ölçüsü” verilməsi öhdəliyi 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
2. Qərardan cavabdehin nümayəndəsi və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-285/2021 nömrəli qər arı ilə təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-162/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 21(107)-285/2021 nömrəli qərarından cavabdeh və üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətləri Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-205/2022 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)285/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş A seriyalı 748391 nömrəli plan-ölçü sənədində qeyd edilmişdir ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.48 32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-162/2021 nömrəli qərarına əsasən İddiaçı1 adına verilmişdir.
5. İddiaçı1 həmin torpaq sahəsinə dair çıxarışın verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********11 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-162/2021 nömrəli qərarı icra edilməsi üçün ərazi idarəsinə göndərilmiş və məhkəmə qərarına uyğun olaraq sözügedən 0.48 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixində AN 748391 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmış və iddiaçılara təqdim olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Resp ublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmənin qeyd edilən qərarı ilə iddiaçılara sözügedən 0.48 ha torpaq sahəsinə dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsi müəyyən edilmədiyindən müraciətdə qeyd edilən məsələyə baxılması mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçıların adına Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tar ixli 2-1(116)-162/2021 nömrəli qərarı əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli A seriyalı 748391 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli 2-1(116)-162/2021 nömrəli qərarı ilə həmin iş üzrə üçüncü şəxslər X4, X1 və X2 adına verilmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, xx.xx.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi və Zaqata la rayonu 2 nömrəli fındıqçılıq sovxozunun YAİK tərəfindən xx.xx.1999-cu ildə verilmiş 0.48 ha torpaq sahəsinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-162/2021 nömrəli qərarı qanuni qüvvəsini almış və həmin qərar əsasında cavabdeh tərəfindən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən, iddiaçıların xüsusi mülkiyyətində olan 0.4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli A seriyalı 74839 1 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktublarının məzmunu ilə eynilik təşkil edir.
10. Şəki İnzibati Məhkəməsinin (hakim F.S.İsmayılzadə) 24 noyabr 2022-ci il tarixli, 2-1(116)-1466/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçıların adına Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-162/2021 nömrəli qərarı əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli A seriyalı 748391 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə aktlarına əsasən iddiaçıların mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun mövcud olduğu məhkəmə qaydasında müəyyən edilmiş və məhkəmənin müvafiq qərarı əsasında iddiaçıların adına torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçıların tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçıların üquqlarını pozmuşdur. Belə ki, artıq işin halları əvvəllər məhkəmə araşdırmasının predmeti olmuş, mübahisəli torpaq sahəsinə münasibətdə digər şəxslərin adına tərtib edilmiş çıxarış v ə Torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilmiş, iddiaçılara münasibətdə Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması qərara alınmış, məhkəmə qərarı icra edilmişdir. Cavabdeh faktiki olaraq formal əsaslardan çıxış edərək həmin iş üzrə qəbul edilmiş məhkəmə qərarında torpaq sahəsinə münasibətdə çıxarışın verilməsi barədə qeyd olmadığına əsaslanmaqla iddiaçıların müraciətini təmin etməmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) 9 fevral 2023-cü il tarixli, 21(107)-148/2023 nömrəli qərarı ilə cavabdehi n apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(116)-1466/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərir ki, hazırki iş üzrə hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan heç biri mövcud olmamış, bununla bağlı heç bir əsas əlavə edilməmişdir. Belə ki, məhkəmənin istinad etdiyi Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-162/2021 nömrəli qərarında iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyulmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası qərarında da iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün hansı əsasın (əsasların) olmasını göstərməmiş, ancaq Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş bütün əsasların sadalanması ilə kifayətlənmişdir. Halbuki, həmin əsaslardan birinin olması və Ərazi İdarəsinə təqdim edilməsi qanunun imperativ normasıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. İddiaçılar kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayət inin təmin olunmamasını və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(107)-148/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qan unla qorunur.... 19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər
1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativləri n, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Maddə
13. Torpaq paylarının müəyyən edilməsi Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edi lir. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forma sı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəll ənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahis ələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə r ədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlillərinə əsasən, cavabdehin üzərinə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-162/2021 nömrəli qərarında iddiaçının mübahisəl i torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyulmamış, iddiaçılar tərəfindən qeyd edilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyn i əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
29. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarı).
30. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası göstərir ki, iddiaçıların mübahisələndirdiyi torpaq sahəsinə dair plan və ölçü sənədinin ve rilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə əvvəlki iş üzrə tələbi Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-162/2021 nömrəli qərarı ilə təmin edilmiş, həmin qərar Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-285/2021 nömrəli qərarı ilə, apellyasiya məhkəməsinin qərarı isə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)205/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
31. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-205/2022 nömrəli qərarının 38-41-ci bəndlərində qeyd olunmuşdur ki: “38. İşin hallarında məlumdur ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxs X4 mülkiyyət hüququ Zaqatala Rayon AİK-in xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına əsasən qeydə alınmışdır.
39. Lakin işin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Zaqatala rayonu 2 nömrəli fındıqçılıq sovxozunun üzvlərinə əmlakın hesablanması və verilməsi sənədlərində X4 adında torpaq üzərində əmlakın verilməsinə dair aktın olması aşkar edilməmişdir.
40. İşin araşdırılmış hallarından müəyyən olunur ki, üçüncü şəxslər X4, X1 və X2 adına verilmiş A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə, xx.xx.2018-ci il tarixli 263042 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilmiş torpaq sahəsi torpaq islahatı zamanı xx.xx.1999- cu il tarixli aktla iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsidir.
41. Hazırkı qərarın 31-ci bəndində qeyd olunan maddi hüquq normalarının (“Torpaq islahatı haqqında” Qanunun) tələbləri baxımından iddiaçının həmin torpaq sahəsinə hüququ olduğu halda, bu torpaq sahəsinin üçüncü şəxslərin adına qeydə alınması qanunazidd olmuşdur.”
32. Məhkəmə kollegiyası qeyd edir ki, istər əvvəlki işdə, istərsə də hazırda baxılan işdə həm tərəflər – iddiaçılar, cavabdeh inzibati orqan, üçüncü şəxslər, həm mübahisə predmeti olan torpaq sahəsi və həm də iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd eynidir. Başqa sözlə, həmin inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirildiyindən və həmin qərarda mübahisələndirilən torpaq sahəsinin iddiaçıların mülkiyyətinə ayrılması halı öz təsdiqini tapdığından, cavabdeh həmin iş üzrə müəyyən edilmiş halları, xüsusən də iddiaçıların torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərinin olmamasını mübahisələndirməkdə haqlı hesab edilə bilməz.
34. Belə olan halda, apellyasiya məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıların qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməklə iddiaçıların göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyi əsaslı olmuşdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 21(107)-148/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.