Məhkəmə qərarları › İş №2-1(102)-1192/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1192/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1192/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(107)-140/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X1 24 avqust 1974-cü il tarixli 246 saylı əmrinə əsasən İddiaçı Fərzali* oğlu “Soyuducu-kompressor maşınları və qurğuları” ixtisasına (10 illik təhsil əsasında azərb. dilində) İİ kursa texnikumun tələbələri sırasına qəbul edilmişdir. Texnikumun 2 noyabr 1974-cü il tarixli 310 saylı əmrinə əsasən gündüz şöbəsinin 264 qr. tələbəsi İddiaçı F. X8 çağırıldığı üçün müvəqqəti olaraq tələbələr sırasından azad edilmişdir. Texnikumun 11 dekabr 1976-cı il tarixli 305 saylı əmrinə əsasən Sovet Ordusu sıralarından tərxis edilmiş texnikumun sabiq tələbəsi İddiaçı “Soyuducu-kompressor maşınları və qurğuları” ixtisasının İİ kursuna 266 №-li qrupuna təqaüd verilməklə bərpa edilmişdir. Texnikumun 13 mart 1979-cu il tarixli 71 saylı əmrinə əsasən gündüz şöbəsinin tələbəsinə İddiaçı Fərzali* oğ. “Soyuducu-kompressor maşınları və qurğuları” ixtisası üzrə texnik-mexanik ixtisası verilməklə diplom verilmişdir. 2. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhəri, Toxuculuq kombinatına təmir üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1982ci il tarixdə işdən azad edilmiş, xx.xx.1982-ci il tarixdə “Qafq azenerjitəmir” Mingəçevir sahəsinə turbin sexinə çilingər vəzifəsinə qəbul edilmiş və xx.xx.1990-cı il tarixdə işdən azad edilmişdir. Daha sonra xx.xx.1990-cı il tarixdə RTM zavodunun enerji sexinə 3-cü dərəcəli nasos qurğuları maşinisti vəzifəsinə qəbul olunmuş və xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “C" bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə Azərenerji DŞ-nin əmrinə əsasən turbin sexinə 6-cı dərəcəli turbin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasının ƏM-68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir.

3. İşdə olan "xxxx" Azərbaycan-X9 Müəssisəsi” tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 13 nömrəli Güzəştli arayışa əsasə n İddiaçı Farzalı oğlu 20.9.1982-ci il tarixindən “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış İstehsalat İdarəsində qazan avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. xx.xx.1990-cı il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixində Turbin sexinə turbin avadanlığının təmir üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixində işdən azad edilmişdir. Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə pensiya hüququ verilməsi haqda 320 saylı xx.xx.1993-cü il tarixli Qərarının 2 saylı siyahısının Xİİİ yarımbölməsinin 1 - ci bəndinə əsasən güzəştli sayılır (kod: 2140100a18455). “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşə lərin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007 - ci il tarixli Qərarının 24-cü bəndində qeyd edildiyi kimi bu vəzifələr Güzəştli şərtlərlə pensiya hüququna malikdir. 4. xx.xx.2022-ci il tarixli 421 nömrəli “Güzəştli arayış”da qeyd edilir ki, iddiaçı “Azrezintexnika” istehsalat birliyinin X7 məmulatları zavodunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən aşağıda göstərilən peşədə tam iş günü ərzində işləmişdir. xx.xx.1990-cı il tarixdən Enerji sexində zəhərli iş şəraitində, günəmuzd əmək haqqı ödənilməklə təmizləyici qurğu sahəsinə maşinist qəbul edilib. xx.xx.2002ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı xx.xx.19 90-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Enerji sexində zəhərli iş şəraitində, 3-cü dərəcədə təmizləyici qurğu sahəsində maşinist işləyərək əsas sexlərdə dəzgahların altına tökülmüş işlənmiş yağların yığılması ilə məşğul olmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2001-ci il tarixli 303 nömrəli Sərəncamına əsasən “Azrezintexnika” istehsalat Birliyinin bazası əsasında və hüquqi varisi olaraq “X7” ASC yaradılmışdır. İddiaçı isə həmin müəssisədə nasos maşinisti işləmişdir. İddiaçı gördüyü işlərin xarakterinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən 2 nömrəli Siyahının 8-ci bölməsində nəzərdə tutulmuş peşələrlə kod uyğunluğu olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verir.

5. İddiaç ı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, idarəyə təqdim edilən 13 sentyabr 1982-ci il tarixində açılmış əmək kitabçasında xx.xx.1990-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “X7” ASC- də işlədiyi nasos maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya g üzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 9 fevral 2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək hüququnun yarandığı, 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə ilkin müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası fərqinin xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhəri, Toxuculuq kombi natına 3-cü dərəcəli təmir üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə “Qafqazenerjitəmir” Mingəçevir sahəsinə turbin sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş və xx.xx.1990-cı il tarixdə işdən azad edilmişdir. Daha sonra xx.xx.1990cı il tarixdə RTM zavodunun enerji sexinə 3-cü dərəcəli nasos qurğuları maşinisti vəzifəsinə qəbul olunmuş və xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının ƏMnin 70-ci maddəsinin “C" bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə Azərenerji DŞ-nin əmrinə əsasən turbin sexinə 6-cı dərəcəli turbin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasının ƏM-68-ci maddəsinin 2-ci hissəsinin “a” b əndinə əsasən işdən azad edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin həm 23 yanvar 2007-ci il tarixli 12 nömrəli, həm də 21 iyun 1993-cü il tarixli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 8-ci bəndində (kimya istehsalatı) nasos maşinisti peşəsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən İddiaçı “X7” ASC-də xx.xx.1990-xx.xx.2002-ci illər ərzində işlədiyi dövrlərin güzəştli hesab edilməsi mümkün deyildir. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının işlədiyi nasos maşi nisti peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

10. Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(116)-890/2022 nömrəli qərarı (hakim: X3) ilə iddia təmin edilmiş, iddiaçıya hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ilkin müraciət edilən xx.xx.2020-ci ildən əvvəlki 3 (üç) il üçün ödənilməmiş əmək pensiyası fərqinin xx.xx. 2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hərbi xidmət və təhsil müddəti də daxil olmaqla qanunvericiliklə müəyyən edilmiş 25 illik ümumi iş stajı tələbinə cavab vermişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. İddiaçı qanuna müəyyən edilən yaş həddinə çatmışdır. İş materiallarına əlavə edilmiş güzəştli arayışlara əsasən müəyyən edilmişdir ki, iddiaçı işlədiyi illər ərzində ən azı xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (8 il 2 ay 11 gün) tutduğu çilingər vəzifəsi, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (3 il 8 ay 25 gün) işlədiyi çilingər vəzifəsi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 n ömrəli qərarının 24-cü bəndinə uyğundur, həmçinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarla təsdiq edilmiş siyahıda (Xİİİ yarımbölmə 1-ci bənd) göstərilən kod 2140100a-18455 vəzifəsinə uyğundur) və xx.xx.2022-ci il tarixli güzəşti arayışda göstərilən xx.xx.1990-xx.xx.2022-ci il tarixləri aralığında tutduğu vəzifələr üzrə ümumilikdə 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(107)-140/2023 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X6, X4) ilə Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il t arixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənət in xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

17. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətind ə müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instans iyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı m übahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Ape llyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 1-4-cü bəndlərində qeyd edilənlərə əsasən, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün həm ümumi (25 il) həm də xüsusi (12 il 6 ay) iş stajı mövcuddur.

31. Beləliklə, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Belə ki, onun 57 yaşının tamam olduğu, xx.xx.2006-cı il tarixinədək 25 ildən çox üm umi iş stajına malik olduğu, o cümlədən həmin stajın 12 il 6 aydan çox hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısında nəzərdə tutulmuş peşələrdə topladığı iş materialları ilə təsdiq olunur.

32. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi barədə dəlilinə gəldikdə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutu lmuş stajlarla bağlı şərtləri 2006-cı il 1 yanvar tarixədək tam ödədiyindən, o, həmin şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunla müəyyən edilən digər şərtin – 57 yaşın tamamında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Qanundakı sonrakı dəyişiklik, hazırkı halda, yaşla bağlı şərtdən əlavə digər şərtin də müəyyən edilməsi iddiaçının artıq bunadək qazanmış olduğu bu hüququ aradan qaldırmır.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(107)-140/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar