Məhkəmə qərarları › İş №2-1(102)-1193/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1193/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1193/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( yaşa görə əmək pensiyasının təyin edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili X1 və cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublik ası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı “işlədiyi illər nəzərə alınmaqla iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-139/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra iddiaçı) yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra cavabdeh) m üraciət etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli, **********7 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmiş və bildirmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığından onun əmək pensiyası hüququ yaranmır. Bundan sonra iddiaçı ona iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmiş və imtina məktubunda göstərilmişdir ki, onun işlədiyi dövrlər təsdiqini tapmadığından əmək pensiyası almaq hüququ yoxdur. Cavabdeh inzibati orqanın bu hərəkətini (cavabı) qanunsuz və əsassız hesab edir. Çünki, bu hal onun (iddiaçının) təqsiri üzündən baş verməmişdir. İmtinanı qanunsuz saydığından, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müvafiq arxiv arayışından göründüyü kimi, onun işləməsi təsdiq olunur və həmin arxiv arayışı cavabdehə təqdim edilmişdir. Qeyd olunan faktlar heç bir əsas olmadan cavabdeh tərəfindən nəzərə alınmamışdır. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2785/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, iddi açının işlədiyi illər nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasında onun hərbi biletində və arxiv arayışlarında göstərilən 1972-1998-ci illərdə hərbi xidmətdə olduğu və işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmaması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-139/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.B.Əhmədov, hakimlər: S.S.Seyidova və V.M.Məmmədov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2785/2019 saylı, xx xxxxxxxx 20 19-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-139/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta h issəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyinatı zamanı sığorta stajı hesablanarkən Qanunun 21-ci maddəsi ilə müəyyən edilən iş və ya digər fəaliyyət müddətləri ümumi iş stajının tərkibinə daxil edilir. Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterind ən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.1-ci maddəsinə əsasən, işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqında məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işin müddəti də sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Göründüyü kimi, sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin sosial sığorta stajına daxil edilməsi üçün həmin dövrlər mütləq əmək kitabçasında qeyd olunmalıdır. Əmək kitabçasında qeyd olunmayan dövrlər o zaman sosial sığorta stajına daxil edilə bilər ki, əmək kitabçası qanun vericiliklə müəyyən olunmuş üzrlü səbəblərə görə təqdim oluna bilməsin. Lakin hazırki halda hansı səbəbə görə iddiaçının əmək kitabçasını təqdim edə bilməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdi yinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Hazırkı işin məhkəmələr tərəfində n müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatdıqdan sonra ona yaşa görə pensiya təyin edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx xxxx 2019-cu il tarixli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının əmək kitabçasında qeyd edilmədiyini və pensiya kapitalının olmadığını əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərt ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1 -dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisə edilməyən halıdır. Hazırki iş üzrə cavabdeh tərəfindən mübahisə edilən hal iddiaçının tələb olunan azı 25 il iş stajının, yaxud minimum əmək p ensiyası təminatına imkan verən pensiya kapitalının mövcud olmamasıdır. Cavabdeh qeyd edir ki, iddiaçının sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin sosial sığorta stajına daxil edilməsi üçün həmin dövrlər mütləq əmək kitabçasında qeyd olunmalıdır. Əmək kitabçasında qeyd olunmayan dövrlər o zaman sosial sığorta stajına daxil edilə bilər ki, əmək kitabçası qanunvericiliklə müəyyən olunmuş üzrlü səbəblərə görə təqdim oluna bilməsin. Lakin hazırki halda hansı səbəbə görə iddiaçının əmək kitabçasının təqdim edə bilməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Cavabdehin mövqeyini qanunvericiliyin müddəalarına zidd hesab edən məhkəmə kollegiyası qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” xx xxxxxxxx 1992-ci il tarixli Azərbaycan Respublikasının Qanu nunun 67-ci maddəsinin birinci hissəsinin müddəalarından görünür ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti, xarakterindən və müddətindən asılı olmayaraq, ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haq qında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində deyilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qeyd olunan Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sən əd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən də göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sah ibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Həmçinin qeyd olunmalıdır ki, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. (həmin Qaydalar iddia çının işlədiyi dövrdə qüvvədə olmuşdur). Məhkəmə kollegiyası qeyd edir ki, xxxx MMC-nin xx xxx 2019-cu il tarixli arayışına əsasən iddiaçı xx xxxx 1981-ci il tarixdə 61 nömrəli əmrə əsasən “4 nömrəli Avtobus parkı”na sürücü vəzifəsinə qəbul edilmiş, x xxxxxx 1982-ci il tarixdə 99 nömrəli əmrə əsasən işdən azad edilmişdir. “4 nömrəli Avtobus parkı”nın adı Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin x xxxx 1983-cü il tarixli 55 nömrəli əmrinə əsasən “2706 saylı Avtomobil dəstəsi” adlandırılmışdır. İddiaçı xx xxxxxx 1987-ci il tarixdə 99 nömrəli əmrə əsasən 2706 saylı Avtomobil dəstəsinə sürücü qəbul edilmişdir. xx xxxx 1998-ci il tarixdə 42 nömrəli əmrə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin xx xxxxxx 2007-ci il tarixli 13/u saylı əmrinə əsasən 2706 saylı Avtomobil dəstəsinin adında dəyişiklik edilərək “xxxx” MMC adlandırılmışdır. Bakı Nəqliyyat Agentliyinin x xxxx 2019-cu il tarixli əmrinə əsasən “xxxx” MMC-nin adında dəyişiklik edilərək “xxxx” MMC adlandırılmışdır. Həmçinin, “xxxx” ASC-nin xx xxxxx 2019-cu il tarixli arayışına əsasən iddiaçı xx xxxx 1978-ci il tarixdə “Bakı Soyuducular Zavodu”nun Halvanika sexində polirovşik peşəsinə işə qəbul edilmişdir (127/k saylı xx xxxx 1978-ci il tarixli əmr). x xxxxxx 1979-cu il tarixdə 170/k saylı əmrlə (x xxxxxx 1979-cu il) öz xahişi ilə işdən azad edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx xxxxx 2019-cu il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliy inin Bakı 3 nömrəli Avtonəqliyyat Müəssisəsi MMC-də saxlanılan arxiv sənədlərinə əsasən, iddiaçı həqiqətən xx xxxx 1976-cı il tarixdən 1 nömrəli Avtobus Parkına sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx xxxxxx 1980-ci il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. xx xxxxxx 1980-ci il tarixdən (xx xxxxxx 1980-ci il tarixli kş/191 nömrəli əmr) 5 nömrəli Avtobus parkına sürücü vəzifəsinə işə qəbul olunmuşdur. x xxxx 1981-ci il tarixdən (x xxxx 1981-ci il tarixli, kş/82 nömrəli əmr) tutduğu vəzifədən azad olunmuşdur. xx xxxxxx 1983cü il tarixdən (xx xxxxxx 1983-cü il tarixli kş/14 nömrəli əmr) 2706 nömrəli Avtodəstəyə 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx xxxx 1986-cı il tarixdən (xx xxxx 1986cı il tarixli kş/131 nömrəli əmr) Razin Avtobus parkına sürücü vəzifəsinə keçiril mişdir. xx xxxxxx 1987-ci il tarixdən (xx xxxxxx 1987-ci il tarixli kş/180 nömrəli əmr) tutduğu vəzifədən azad olunmuşdur. Yuxarıdakı arayışlarda göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Odur ki, məhkəm ə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibat i Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-139/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar