Məhkəmə qərarları › İş №2-1(102)-1193/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1193/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1193/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1na qarşı “xx.xx.1974-cü ildən xx.xx.1976-ci ilədək X3 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-12/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-522/2021 nömrəli qətnaməsindən də görünür ki, X3 Məktəbi tərəfindən verilmiş, 23 iyul 1976-cı il tarixli, 1484 nömrəli attestatın İddiaçı məxsus olması hüquqi faktı müəyyən edilmişdir. 2. ИТ seriyal ı ******* nömrəli, xx.xx.1983-cü il tarixli və ******* nömrəli xx.xx.2010-cu il tarixli əmək kitabçalarına əsasən, iddiaçı xx.xx.1983 – xx.xx.1987-cü il (4 il 3 ay 11 gün), xx.xx.1987 – xx.xx.1988-ci il (1 il, 1 ay, 18 gün), xx.xx.1988 – xx.xx.1990-cı il (1 il 6 ay 3 gün), xx.xx.1990-xx.xx.1994-cü il (3 il 9 ay 12 gün), xx.xx.2010-xx.xx.2018-ci il (8 il 2 ay 11 gün) tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

3. Attestatın təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə (1 il 10 ay 22 gün) X3 Məktəbində təhsil almışdır.

4. SHXÇÜDX-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı 05.197805.1980-cı illərdə (2 il) hərbi xidmət keçmişdir.

5. TSEK-nin sonuncu müayinəyə dair məlumatından görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən 5 il müddətinə i kinci dərəcəli əlillik verilmişdir.

6. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir.

7. Cavabdehin xx.xx.2022-ci il tarixli xidməti məktubunda qeyd edilmişdir ki, iddiaçının: xx.xx.1981-cı ildə tərtib olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, xx.xx.1980-xx.xx.1982-ci və xx.xx.1982-xx.xx.1983-cü illər üzrə əmək fəaliyyəti dövrləri, xx.xx.1981-cı ildə tərtib olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsəsən xx.xx.1983-xx.xx.1987-ci, xx.xx.1987-xx.xx.1988-ci, xx.xx.1988-xx.xx.1990-cı, xx.xx.1991xx.xx.1992-ci, xx.xx.1994-xx.xx.1994-cu illər üzrə əmək fəaliyyəti dövrləri; xx.xx.1976-cı il tarixli 1484 nömrəli attestatın surətinə əsasən, xx.xx.1975- xx.xx.1976-cı illərdə tə hsil aldığı dövr (15 yaşının tamam olduğu tarixdən nəzərə alınmaqla); Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2021-ci İ tarixli, 388 nömrəli arayışına əsasən xx.xx.1978-xx.xx.1980-cı illərdə hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 15 il ümumi iş stajı və ikinci dərəcəli əlilliyin müəyyən edildiyi xx.xx.2018-ci il tarixədək indeksləşdirilməklə 9372,79 manat pensiya kapitalı vardır (15 il x 306=4590 manat: 4590+8 3%+16.7%+20 8% +1 5% + 5,7%+7 9%+1.1%+2.4% + 1.4%+4%+12,4% + 5,7%+ 3%= 9372.79 manat). Əlavə olaraq bildirilir ki, Fondun 15 saylı Regional ərazi filialının tərtib etdiyi 25. 08 2021-ci il tarixli yoxlama aktına əsasən, iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək fəaliyyəti döv rü onun ümumi iş stajına daxil edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (X1 Sisteminin Pensiya altsısteminin məlumatlarına əsasən, iddiaçının xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək 4957,06 manat, xx.xx.2010-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 6650 manat pensiya kapitalı qeydə alınmışdır. Beləliklə, iddiaçının xx.xx.2018-ci ıl tarixə sığorta kapitalı cəmi 9372,7+4957,06 =14323,35 manatdır. Həmçinin bildirilir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2018-ci il tarixə tələb olunan sığorta stajı 14 il 4 aydır ((58 yaş-15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=43) x 4 ay = 172 ay/12=14 il 4 ay). Buradan tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı 172 ay /192= 0,895 müəyyən edilmişdir. İd diaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı sığorta davamiyyəti əmsalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına və əmək pensiyasının minimum məbləğinə vurulması qaydası ilə (0.7708 x 144x167=14998,32 manat) hesablanmaqla 14998,82 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək 43 nömrəli X3 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və təyin olunaraq ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavab dehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Daha sonra iddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli hüquqi yardım məktubu əsasında iddia tələbini cavabdeh orqana münasibətdə dəqiqləşdirmiş, tələbinin yönəldiyi cavabdeh orqan qismində Cavabdeh1 göstərmişdir.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1633/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək “xx.xx.1974-cü ildən xx.xx.1976-ci ilədək X3 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bar ədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, texniki peşə məktəbində təhsil aldığı dövr iş stajı kimi hesablanacağı təqdirdə onun pensiya kapitalı ona pensiya təyin edilməsinə imkan verəcək. Belə ki, qanunvericiliyə əsasən texniki peşə məktəbində təhsil müddəti də iş stajı kimi hesablanır.

14. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı ilə xx.xx.2018-ci ildə İİ qrup əlillik dərəcəsi verilmi şdir. Qanunvericiliyə görə İddiaçı xx.xx.2018-ci ildə pensiya təyin edilməsi üçün sosial sığorta stajı ilə yanaşı pensiya kapitalı da tələb olunurdu. “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən, sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alın ır.

15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.2.3-cü bəndinə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyqun olaraq, 2006-2018-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir.

16. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olduğu üçün müraciət edilən tarixə 14 il 4 ay s ığorta stajının olması vacibdir. Belə ki, iddiaçıya münasibətdə tələb olunan sosial sığorta stajının hesablanma qaydası aşağıdakı kimidir: 58 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 43 il (əmək qabiliyyətli yaş dövrü), 43 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 172 ay, 172 ay: 12 ay = 14 il 4 ay. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı isə 14998.83 manatdır ((14 il x 12)+ 4) x 144: 192 = 129 ( gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı). 129 x 116.27 (2018-ci il üçün əmək pensiyasının minimum məbləği) = 14998.83 manat. Lakin iddiaçının 2018-ci ilə qədər fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 14713.53 manat təşkil edir (iddiaçıya münasibətdə 2018-ci ildə tələb olunan pensiya kapitalı isə 149 98.83 manat təşkil edirdi). Göründüyü kimi, iddiaçıya İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlanmadığına görə, ona İİ qrup əlilliyə görə əmək pensiyasının təyin olunması mümkün olmamışdır.

17. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-453/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı ilə (hakim V.Ə.Musayev) iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-ci ilədək X3 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

18. Məhkəmə qeyd etmişdir ki, əlilliyə görə pensiya məbləğinin müəyyən edilməsi üçün ilk olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti ə msalına vurulmalıdır. Bu əmsal əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı 192-ə bölünməklə tapılır. Əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının ayları 172 olduğundan, əmsal 0,895 təşkil edir (172: 192). Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,895 x 144=128.88) və məhkəmə tərəfindən hesablanmış minimal pensiya sığorta kapitalı (PSK=15850,19) alınmış rəqəmə bölünərək (15850,19: 128.88= 122.98 manat) pensiyanın məbləği 122,98 manat kimi müəyyən edilir. Bu məbləğ istinad edilən Qanunun 6-1-ci maddəsində əks olunmuş əmək pensiyasının minimum məbləğindən az olmadığından, iddiaçının əlilliyə görə pensiya hüququ yaranır.

19. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-12/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda və apell yasiya şikayətində göstərilənlər təşkil edir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.8. Fərdi hesabın sığorta hissəsi — əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.12. Əmək pen siyasının sığorta hissəsi — fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; Maddə 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığ orta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir; 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH — əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K — sığorta davamiyyəti əmsalıdır. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin o lunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006- cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 26. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçad a müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

27. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 9 4.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apelly asiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apelly asiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Eyni zamanda qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmu ş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi, yəni iddiaçının zəruri olan sığorta stajını və pensiya kapitalını topladığı mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.

36. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin müba hisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-12/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar