Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1194/2021 13.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra məmurunun qərarına qarşı verilmiş iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X5, Üçüncü şəxsin vəkili X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X4) “2013-cü il 17 yanvar tarixli təklifin, Nəsimi rayon İcra Şöbəsinin keçmiş icra məmurunun 2013-cü il 22 may tarixli qərarının və ondan irəli gələn hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilən sənədlərin ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 03 mart tarixli, 2-1(103)-217/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2019-cu il 12 iyun tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən "qanunsuz və əsassız olaraq ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18,0 metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi oİan 6 saylı qarajını saxta sənədlərdən istifadə edərək X1 adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən 17/70 N 182/3 saylı, 2013-cü il 17 yanvar tarixli təklifin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2011-ci il 20 may tarixli, 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində guya borc tələbi əvəzinə (X2) verilməsi barədə Nəsimi rayon İcra Şöbəsinin keçmiş icra məmuru X6 tərəfindən qanunsuz qəbul edilmiş 2013-cü il 22 may tarixli qərarın və ondan irəli gələn hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilən sənədlərin ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0.2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 6 saylı qaraj üzərinə həbs qoyulması” barədə qərardad çıxarılmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli, 2-1(112)-4385/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış dır.
4. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli, 2-1(112)-4385/2020 nömrəli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardadla hesab etmişdir ki, - istər icra işi çərçivəsində icra məmurunun, istərsə də digər vəzifəli şəxsin və orqanın “təklifi” özlüyündə inzibati akt sayıla bilməz. Çünki, bir tərəfdən bu sənəd ünvanlandığı şəxs üçün müstəqil şəkildə hüquqi nəticə yaratmamışdır. Digər tərəfdən də iddiaçı bu tələbi irəli sürməklə mahiyyətcə mülki işdə verilmiş icra vərəqəsi üzrə icra işi çərçivəsində icra məmurunun hərəkətlərini mübahisələndirmiş olur ki, bu məsələlərə də inzibati məhkəmə icraatı qaydasında deyil, icra məmurunun h ərəkətlərindən şikayət qismində «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra sənədini vermiş məhkəmə tərəfindən baxıla bilər. - İcra məmuru tərəfindən icra işi üzrə tərəfin marağına toxunan hər hansı qərarın tərəflərdən biri mübahisələndirdikdə, bu qərar inzibati məhkəmə icraatının predmeti ola bilməz. Çünki, bu halda da maraqlı şəxs icra sənədini vermiş məhkəməyə müraciət edə bilər. Həmin qərarın “etibarsızlığı” yoxsa “ləğvi” məsələsinin qoyulmasına gəldikdə isə, nəzərə alınmalıdır ki, iddiaçının arzuladığı hal inzibati məhkəmə icraatı qaydasında deyil, icra işi üzrə şikayət vasitəsilə həllini tapa biləcəyindən, məhkəmə bu xüsusatın aydınlaşdırılmasına zərurət görmür. - hər hans ı qərarın inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilən hal deyilsə, həmin qərardan irəli gələn sənədlər də (məsələn məktub, təklif və s.) inzibati akt sayıla bilməz və onların istər “etibarsız sayılması”, istərsə də “ləğv olunması”na inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. - İddiaçının dördüncü tələbi “DƏDRX-ə göndərilmiş sənədlərin ləğv edilməsi”ndən ibarətdir. Bu tələblə bağlı qeyd olunmuşdur ki, yuxarıda qeyd olunan sənədlərdən əlavə hər hansı sənəd müstəqil şəkildə inzibati akt kimi qəbul oluna bilməz, eləcə də nəticə yarada biləcəyi halda, onların mübahisələndirilməsi müvafiq mülki işə baxan məhkəməyə şikayət verilməsi yolu ilə həllini tapa bilər. - İddiaçının beşinci tələbi “icra məmurunun hərəkətlərinin qanunsuz sayılması” barədədir. Bununl a bağlı bir daha məhkəmə qeyd etmişdir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən bu hərəkətlərə icra sənədini vermiş məhkəmə tərəfindən qiymət verilə bilər. - İPM-in 13-cü maddəsinin tələbləri baxımından iddiaçıya yardım edilməsi məsələsinə gəldikdə isə məhkəmə bildirir ki, tələblərin mahiyyətindən onlara inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün görünmədiyindən, tələbin hər hansı formada dəyişdirilməsinə zərurət yaranmır. Odur ki, məhkəmə hər hansı dəyişikliyin iddiaçıya tövsiyə olunmasını məqsədəuyğun saymamışdır.
6. Birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadla hesab etmişdir ki, iddia müvafiq məhkəmə qərardadı ilə mümkün sayı lmamdığından iddiaçının “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsinin təmin edilməsi istisna olunur.
7. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunmasını xahiş etmişdir.
8. İddiaçı iddianın mümkün sayılmaması qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 03 mart tarixli, 2-1(103)-217/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 13-cü maddəsinə təsbit edilmiş yardım etmək vəzifəsinin tələblərini pozulmuş, iddiaçıya tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım göstərilməmişdir. Bakı İnzibati Məhkəməsi 2020-ci il 14 sentyabr tarixli qərardadını çıxaranda qanunsuz çıxarışın verilməsinə əsas olmuş sənədlərin üzə çıxarılmasına yardım e tmək əvəzinə iddia tələbinə olduğu kimi baxaraq onu mümkünsüz hesab etmiş, bununla da tələbin dəqiqləşdirilməsində iddiaçıya yardım etməmiş və bununla da məhkəmə İPM-in 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsinin tələblərini pozulmuş, iddiaçıya tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım göstərilməmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. b. məhkəmə icraatı iştirakçıl arının izahatları
13. İddiaçı və vəkili kassasiya şikayətini məhkəmə iclasında müdafiə edərək təmin olunmasını xahiş etdilər.
14. Üçüncü şəxsin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
15. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
16. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və ya lnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (t am və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilmə z.
20. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.
21. Həmin Qanunun 21.6-cı maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bil ərlər.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2015-ci il 2 sentyabr tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.
23. Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.
24. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanar aq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəz arət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”.
25. İstinad edilən norm aların məzmunundan da göründüyü kimi, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır.
26. Beləliklə, hazırkı işdə icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərar, həmçinin icra sənədinin icrasına yönələn hərəkətlər inzibati hüquq sahəsinə aid olmadığından, həmin qərar və hərəkətlərdən ayrıca inzibati iddia verməklə onların inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi istisna edilir.
27. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı ərizəyə gəldikdə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, əsas tələb üzrə iddia mümkünsüz olduğundan, həmin iddia ilə bağlı verilən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizənin təmin olunması istisna edilir.
28. İPM-in 13-cü maddəsinin tələblərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğuna dair şikayətin dəlilinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı iddia tələblərinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığın dan, İPM-in 13-cü maddəsi isə bilavasitə inzibati məhkəmə icraatı çərçivəsində baxılmalı olan iddialara münasibətdə prosessual qaydaları tənzimlədiyindən, həmin normanın hazırkı işdə tətbiqi üçün əsaslar olmamışdır.
29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 03 mart tarixli, 2-1(103)-217/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.