Məhkəmə qərarları › İş №2-1(102)-1195/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1195/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1195/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4 Şəxsinin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: OT4ZZUF) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dö vlət Sosial Müdafiə X4 Şəxsinin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi müddətin ümumi sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-420/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus 5 avqust 1973-cü il tarixli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək "xxxx" kiçik müəssisəsində direktor müavini və Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixəd ək, xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək məsləhətçi hüquqşunas vəzifələrində işləmişdir

2. İddiaçıya xx.xx.2020-ci il tarixindən əmək pensiyasının avtomat qaydada təyinatı aparılaraq xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16373,64 manat pensiya kapitalı nəzərə alınaraq 242,40 manat məbləğində pensiya hesablanmışdır.

3. İddiaçı Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında və "xxxx" kiçik müəssisəsində işlədiyi müddətin əmək stajına hesablanaraq əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh orqana müraciət etmişdir.

4. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2020-ci il tarixli **********2 saylı məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə uyğun olaraq xx.xx.2020-ci il tarixindən əmək pensiyasının avtomat qaydada təyinatı aparılarkən xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16373,64 manat pensiya kapitalı nəzərə alınaraq 242,40 manat məbləğində pensiya hesablanmışdır. xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək iddiaçının işlədiyi "xxxx" müəssisənin və xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyiniz "xxxx" firmasının faktiki ünvanı və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrün araşdırılması imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasınd a və "xxxx" kiçik müəssisəsində işlədiyi 11 il 08 ayın sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiаçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinə ümumi əmək stajı 32 il 3 ay və iyun 2020-ci il tarixinə fərdi şəxsi hesab kapitalının isə 16,859.10 AZN təşkil etdiyi halda, ona 22 iyun 2020-ci il tarixində, yaşa görə cəmi 242 manat əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən aparılmış sadə hesablama ilə, təqribən ( 32 il 3 ay x 5.16 manat ) + ( 16.859.10 azn: 144ay ) = 165.12 + 117.07 = 282.19 manat təşkil edir. Cavabdeh əsassız olaraq onun pensiyasını hesablamaqdan imtina edir. Belə ki, 1990-cı illərin əvvəllərində Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firması, həmçinin, "xxxx" kiçik müə ssisəsi də, Ədliyyə Nazirliyi sistemində dövlət qeydiyyatına alınmışlar. 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına uyğun olaraq, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notarial Baş İdarəsi tərəfindən, hüquqi X2 və digər aidiyyatı arxiv sənədləri Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsinə təhvil verilmişdir. İddiaçı tərəfindən Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsinə, Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasının və "xxxx" kiçik müəssisəsinin dövlət qeydiyyatına alınması məlumatın verilməsi barədə xx.xx.2020-ci il tarixli sorğu məktubu ilə müraciətinə, **********573600 saylı cavab məktubu ilə reyestr məlumatına əsasən Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasının xx.xx.1994-cü il tarixdə 19727 sayl ı nömrə ilə dövlət qeydiyyatına alındığı və "xxxx" kiçik müəssisəsinin bir neçə fərdi hüquqi şəxs kimi aşkar olunduğunu bildirmişlər.

7. Cavabdeh iddiaya dair etiraz ərizəsində qeyd etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasın dan, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində də məcburi şərt kimi “mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqlar ı keçirmələri" əmək pensiyası hüququ qazanılması qeyd olunmuşdur. Hər iki qanunvericiliyin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Hazırki iş üzrə iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Belə ki, iddiaçının əmək kitabçasında aparılan qeydlərin dövlət orqanlarına ünvanlanan sorğuların cavabları ilə uyğunsuzluğu əmək kitabçanın əmək stajı kimi sübutedici roluna şübhə doğurur. Belə ki, əmək kitabçasında İddiaçı "xxxx" Kommersiya Firmasında işə daxil olma tarixi xx.xx.1993-cü il kimi qeyd olunsa da, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda həmin idarənin xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilmişdir. Göstərilənlərlə yanaşı, "xxxx" Kommersiya Firmasına dair sənədlərin Azərbaycan Respublikası Dövlət Arxivində də aşkar edilməməsi sığorta stajını nəzərə alaraq əmək kitabçası üzrə iddiaçıya pensiyanın yenidən hesablanmasını mümkünsüz edir. Mübahisələndirilən digər "xxxx" müəssisəsinə gəldikdə isə həmin idarəyə məxsus sənədlər də Azərbaycan Respublikası Dövlət Arxivində aşkar edilməmişdir. Eyni zamanda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi X2 İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda həmin müəssisənin dəqiqləşdirilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmı ş pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci il 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Bununla belə Qanunun 22-1.1-ci maddəsinə əsasən vətəndaşın 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğuna görə onun 2006-cı il yanvarın 1-dək 25 il sığorta stajı hesablanmışdır. X1 X5 Sisteminə vətəndaşın xx.xx.2006-cı ilə qədər hesablanmış sığorta stajı Qanunun 27-ci maddəsinə əsasən pensiya kapitalına çevrilməklə (18.532,69 manat) fərdi hesabının sığor ta hissəsində nəzərə alınmışdır. Eyni zamanda həmin maddəyə əsasən xx.xx.2006-cı il tarixindən etibarən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16.778.45 manat məbləğində hesablanmışdır. Beləliklə, İddiaçı xx.xx.2006-ci ilə qədər 25 il ümumi iş stajı olmaqla 18.532,69 manat pensiya kapitalı və xx.xx.2006-cı ildən sonra 13 il 6 ay sığorta stajı olmaqla 16.778,45 manat pensiya kapitalı (SH = 245.21 manat) nəzərə alınaraq xx.xx.2020-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1 və 29.1-1-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi və siğortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2799/2021 saylı iş üzrə 24 avqust 2021-ci il tarixli q ərarı ilə (hakim M.C.Qarayeva) iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" Firmasında (X3 Kommersiya Firması) məsləhətçi-hüquqşunas vəzifəsində işlədiyi dövrün (8 il 06 ay 23 gün) ümumi iş stajına nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4 Şəxsinin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyini iddia etdiyi "xxxx" müəssisənin dövlət qeydiyyatına alınması barədə məlumat aşkar edilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilərkən həmin müddətin iddiaçının əmək stajına hesablanmaması qanuni və əsaslı olmuşdur. İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü tarixədək işlədiyini illərin əmək haqqısı barədə və yaxud digər hər-hansı arxiv arayışına istinad etmir, eyni zamanda "xxxx" müəssisənin rekvizitləri barədə hərhansı məlumat vermir (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsində olan reyestrdə "xxxx" Kiçik Müəssisəsi adı ilə dövlət qeydiyyatına alınmış bir neçə fərqli hüquqi şəxs aşkar edilmişdir). Bununla da, iddiaçı onun pensiya hüququnun pozulduğunu ehtimal edir və bu fərziyyənin sübut olunması arzusu ilə məhkəməyə müraciət etmişd ir. Başqa sözlə, iddiaçı hüquqlarının pozulduğunu konkretləşdirmədən, bununla bağlı zəruri sübutetmə və əsaslandırma hərəkətləri etmədən, bu hüquqların pozulmadığının inzibati orqan və məhkəmə tərəfindən sübut olunmasını tələb etmişdir ki, bu vəziyyət də İPM-in 15.1-ci maddəsinə ziddir. İPM-in 12 və 13-cü maddələrində əks olunan işin hallarının araşdırılması və məhkəmənin yardım etmək vəzifəsi prinsipləri məhkəmənin tərəflərin əvəzinə iddianın əsaslandırılması və sübutların təqdim olunması ilə bağlı müvafiq prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi demək deyil, o cümlədən, bu prinsiplər və onlardan irəli gələn obyektiv həqiqət prinsipi də ədalət mühakiməsinin statusuna uyğun olmayan formada mütləq anlamda qəbul edilməməlidir. Bundan əlavə, iddiaçının Çoxsahəli İstehsalat "xxxx" Komme rsiya Firmasında xx.xx.1993-cü il tarixdən xx.xx.1995ci il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müddət cavabdeh tərəfindən iddiaçının iş stajına qismən hesablanmalıdır. Belə ki, Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasının xx.xx.1994-cü il tarixdə 19727 nömrə ilə dövlət qeydiyyatına alınması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Beləliklə, firmanın xx.xx.1994-cü il tarixdən fəaliyyəti qanuni olduğu üçün iddiaçının həmin tarixdən sonrakı dövrdə həmin firmada işləməsi qanuni hesab edilərək, onun iş stajına hesablanmalı idi. Eyni zamanda iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunmuş həmin məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv e dilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.Ə.Hüseyn və A.S.Hüseynov) 2-1(103)-420/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəli lləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmuş, etirazda apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qis mən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KA SSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi ü zrə qərarı).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin və iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Bununla belə məhkəmə tərkibi “iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1995ci il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" Firmasında işlədiyi dövrün ümumi iş stajına daxil edilməli olmaması ilə bağlı kassasiya şikayətində təkrarlanmış dəlilə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 22. Сavabdeh iddiaçıya məxsus olan əmək kitabçasında olan qeydlərin dəqiqləşdirilməsi ilə bağlı müvafiq araşdırmalar aparılsa da, müsbət nəticə əldə olunmadığına, müvafiq arxiv sənədlərinin əldə edilməsinin mümkün olmadığına istinad etmişdir.

23. Bununla bağlı, Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlam anın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

24. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verimiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.

25. Bu mənada, iddiaçının iş stajı barədə məlumatlar onun əmək kitabçasında təsdiq edilmişdir. Vergi orqanı tərəfindən verilmiş məlumatla da iddiaçının işlədiyi müəssisənin həmin dövrdə qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur. Cavabdeh sözügedən sənədlərin mötəbərliyini istisna edəcək hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, əmək kitabçasındakı müvafiq qeydlərin həqiqiliyinin ciddi şübhə doğurduğuna dair cavabdeh tərəfindən bildirilənlər anlaşılmaz olmaqla əsaslı görünmür. Nəzərə alınmalıdır ki, məhkəmənin yalnız cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xidməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Müvafiq olaraq cavabdeh istinad etdiyi şübhənin əsaslılığına dair sübutlar təqdim etməlidir. Lakin hazırkı işdə bu, baş verməmişdir.

26. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 21(103)-420/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar