Məhkəmə qərarları › İş №2-1(102)-1195/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1195/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1195/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ya nında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs Qəbələ rayonu Tüntül bələdiyyəsi) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(107)-150/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə JN-345F kod 40616018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dai r” şəhadətnamə tərtib edilmişdir.

2. Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə iddiaçıya 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə JN-345B kod 40616018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir.

3. Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 96.1 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakn dövlət reyestrindən MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarış verilmişdir.

4. İddiaçı JN-345B kod 40616018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Qəbələ rayonu, Tüntül kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində hüquqla rının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********95 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, JN-345B kod 40616018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında mövcud deyildir. Həmçinin Ərazi İdarəsinə təhvil verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin qeydiyyat kitabında müvafiq qeydiyyatın olması barədə məlumat mövcud deyil. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında qeyd olunan şəhadətnamə öz əksini tapmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın döv lət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-345B kod 40616018 saylı Şəhadətnamədə qeyd edilən, Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,20 hektar torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin 0,20 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu, Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 saylı qərarı ilə Qəbələ rayonu, Tüntül kəndində 0,12 hektar və 0,20 hektar torpaq sahələri ayrılmışdır. Ayrılan torpaq sahələrinin plancizgisi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahələrinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN- 345F kod 40616018 saylı və JN-345B kod 40616018 saylı Şəhadətnamələr verilmişdir. Şəhadətnamələr iki nüsxədən ibarə t tərtib edilmiş və 16466 nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamələrin bir nüsxəsi iddiaçıya verilmiş, ikinci nüsxəsi Qəbələ rayon (şəhər) şöbəsində saxlanılmışdır. Ayrılan torpaq sahəsinin 0,12 hektarında fərdi yaşayış evi tikmişdir. Müraciəti əsasında JN-345F kod 40616018 saylı şəhadətnamədə qeyd edilmiş və üzərində ev tikilmiş torpaq sahəsinə fərdi yaşayış evi ilə birlikdə iddiaçının mülkiyyət hüquqları xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı həmin torpaq sahəsinə bitişik olan və 25 ilə yaxın müddətdə heç bir maneəsiz sahiblik və istifadəsində olan JN-345B kod 40616018 saylı Şəhadətnamədə qeyd edilən 0,20 torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınma sı və müvafiq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

8. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

9. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq mütəxəssis rəyində qeyd edilmişdir ki, cavabdehin arxivində JN-345B saylı, kod 40616018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” barədə məlumat yoxdur. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,3312 hektar torpaq sahəsi Qəbələ rayonu Tüntül kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aiddir, 0,1233 hektar hissəsi **********61 nömrəli çıxarış ilə iddiaçının mülkiyyətinə verilmişdir, qalan 0,175 hektar hissəsi Tüntül bələdiyyəsinin mül kiyyətindədir. Faktiki naturada ölçülmüş 0,3312 hektar torpaq sahəsi İddiaçı istifadəsindədir.

10. Üçüncü şəxsin xx.xx.2022-ci il tarixli, 20 nömrəli arayışında qeyd edilmişdir ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış JN-345B kod:40616018 saylı Şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə bələdiyyənin etirazı yoxdur.

11. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(116)-1601/2022 nömrəli qərarı (hakim F.S.İsmayılzadə) ilə iddia təmin edilmiş, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülk iyyətə verilməsinə dair” JN-345B kod 40616018 saylı Şəhadətnamədə qeyd edilən, Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,20 hektar torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin 0,20 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbində qeyd edilən 0,20 ha torpaq sahəsinə dair iddiaçının adına JN-345B nömrəli şəhadətnamə mövcuddur, torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Cavabdeh torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu iddia etsə də, Qəbələ rayonu Tüntül bələdiyyəsi xx.xx.2022-ci il tarixli 20 nömrəli məktubunda iddia tələbi nin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İş üzrə əldə edilmiş mütəxəssis rəyində də, torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olduğu bildirilmişdir. Cavabdeh formal əsaslardan çıxış edərək şəhadətnamənin arxiv nüsxəsinin mövcud olmaması əsası ilə iddiaçının tələbini təmin etməkdən imtina etmişdir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(107)-150/2023 nömrəli qərarı (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 202 2-ci il tarixli, 2-1(116)-1601/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 9.1.2, 9.1.3-cü maddələrinə və Torpaq Məcəlləsinin 68-ci maddəsinə istinad etdiyi kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ E DİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.... 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya h üquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və t əklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərarda dının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya insta nsiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Ap ellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şika yəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlillərinə əsasən mübahisələndirilən torpaq sahəsinə dair JN-345B KOD 40616018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nın Qəbələ rayon şöbəsindən təhvil alınmış arxivdə olan şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamışdır.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,20 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə iddiaçıda JN-345B kod 40616018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə vardır. Həmin şəhadətnamədə göstərilən torpaq sahəsi hal-hazırda da i ddiaçının faktiki istifadəsindədir və bu hal cavabdeh tərəfindən təqdim edilən mütəxəssis rəyində də öz əksini tapmışdır. Mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0,175 ha hissəsinin üçüncü şəxsin mülkiyyətində olduğu qeyd edilsə də, üçüncü şəxs torpaq sahəsinin iddiaçının adına qeydə alınmasına dair etirazının olmadığını bəyan etmişdir.

30. Belə ki, qanuni əsaslarla iddiaçının mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. 31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən JN345B kod 40616018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət rey estrində qeydiyyata alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni şəhadətnamənin məlumat bazasında olan xəritədə öz əksini tapmaması və ləğv edilmiş DTXK-nın Qəbələ rayon şöbəsindən təhvil alınmış arxivdə olan şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmaması hazırkı iddianın təmin edilməməsi üçün tutarlı əsas sayıla bilməz. Çünki, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir.

33. Belə olan halda, apelly asiya məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyi əsaslı olmuşdur.

34. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 21(107)-150/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar