Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1195/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə məcburi iş buraxma dövrü hesab edilmiş müddətin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona pensiya yaşına çatdığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2-1(107)-650/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1958-ci il təvəllüdlü iddiaçı cavabdehə müraciət edərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh iddiaçının əmək kitabçasına və diplomuna əsasən 19 il 1 ay 15 gün sosial sığorta stajını qəbul etmiş, lakin xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan müddəti sosial sığorta stajı kimi nəzərə almamış və beləliklə ümu mi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğunu əsas gətirərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını bildirmişdir.
3. Mübahisələndirilən dövr Bakı şəhər Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2001-ci il tarixli, 2-791 nömrəli qətnaməsi ilə məcburi iş buraxma dövrü hesab edilmişdir. Belə ki, sözügedən qətnamə ilə iddiaçı İsmayıllı rayon 2 saylı X2 direktor vəzifəsinə bərpa edilmiş və məcburi iş buraxmaya görə ******* manat məbləğində əmək haqqının ona ödənilməsi qət edilmişdir.
4. Cavabdeh imtinasının əsası kimi, sözügedən qətnamənin icra edilmədiyinə istinad edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şək i İnzibati Məhkəməsinə müraciət edərək, ona pensiya yaşına çatdığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya yaşının çatdığı tarixdə əmək fəaliyyətini təsdiq edən sənədləri, o cümlədən işə bərpa edilməsi barədə qətnaməni təqdim etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən sosial sığorta stajının tam olmadığı və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı əsas gətirilərək onun müraciətinin təmin olunmasından imtina edilmişdir.
7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı, Azərbaycan Respublikası keçmiş Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin xx.xx.1995-ci il tarixli, 437K nömrəli əmri ilə o zaman qüvvədə olan Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 1-ci bəndinə əsasən İsmayıllı rayon 2 nömrəli X1 İsmayıllı rayon Kuybışev adına kolxozun nəzdinə keçməsi səbəbindən ləğv edilməsi əsası ilə direktor vəzifəsindən azad olunmuşdur. Daha sonra iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı işə bərpa tələbi ilə iddia qaldırmışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Sözügedən məhkəmə qətnaməsi ilə iddiaçı İsmayıllı rayon 2 saylı X2 yenidən direktor vəzifəsinə təyin edilmiş və məcburi iş buraxmaya görə ******* manat məbləğində əmək haqqının ona ödənilməsi qət edilmişdir. Lakin qətnamə icra olunmamışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi bugünədək icra edilmədiyi üçün xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan müddətin “məcburi iş buraxma müddəti” hesab edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı tərəfindən təqdim olunan sənədlərdə əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim: Fəxri Hacızadə) 04 sentyabr 2024-cü il tarixli, 2-1(116)-412/2024 nömrəli qərarı ilə iddia təmin edil miş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2023-cü il tarixdə yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən artıqdır. Cavabdeh iddiaçının əmək kitabçasının, təhsil haqqında diplomunun (xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı dövrlər) surətlərinə əsasən onun 19 il 1 ay 15 gün sosial sığorta stajını qəbul etmişdir. Məhkəmə həmin dövrün əsaslılığını qəbul etməklə yanaşı cavabdehin mübahisələndirdiyi dövrə münasibətdə qeyd edir ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-791 nömrəli qətnaməsinə əsasən, iddiaçı İsmayıllı rayon 2 saylı X2 direktor vəzifəsinə bərpa olunmuş və məcburi iş buraxmaya görə ******* manat məbləğində əmək haqqının ona ödənilməsi qət edilmişdir. Cavabdehin həmin dövrü qəbul etməkdən imtina etməsinə dair dəlili qətnamənin icra olunmaması ilə bağlıdır. Həmin dəlili əsassız hesab edən məhkəmə qeyd edir ki, qətnamənin faktiki və ya hüquqi səbəblərdən icra oluna bilməməsi şəxsin hüququnun pozulması ilə nəticələnə bilməz. Sözügedən qətnaməyə əsasən iddiaçının işdən azad olunmasına dair xx.xx.1995-ci il tarixli əmr qanunsuz sayılaraq ləğv edilmişdir. Əmrin ləğv edilməsi onun yaratdığı hüquqi nəticəni də aradan qaldırmışdır. Bununla da həmin tarixdən qətnamə qanuni qüvvəyə mindiyi tarixədək olan dövr iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Beləliklə iddiaçının cəmi 25 il 5 ay 26 gün sosial sığorta stajı mövcud olduğundan, ona 65 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rövşən Rəfiyev /sədrlik edən və məruzəçi/, Vəzirxan Məlikov və Zamin Tahirov) 18 dekabr 2024cü il tarixli, 2-1(107)-650/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı e tirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilə rin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirm əyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qər ardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxım dan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldır ılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyas iya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İddiaçının təqdi m etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
27. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
28. Hazır kı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona hüququnun yarandığı tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
30. İstinad olunan həmin normanın müddəaları baxımından, şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır.
31. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
32. Cavabdehin mübahisələndirdiyi dövrün iddiaçının əmək stajına hesablanması ilə bağlı məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, məhkəmə aktının icrasını təmin etmək iddiaçının deyil, dövlətin məsuliyyət sferasına aiddir. Bu baxımdan onun icra olunmamasının iddiaçıya münasibətdə neqativ nəticələr yaratması, konkret halda məcburi iş buraxma dövrünün iddiaçının əmək stajına hesablanmasını istisna etməsi yolverilməz sayılmalıdır.
33. Odur ki, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Odur ki, cavab dehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2-1(107)-650/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.