Məhkəmə qərarları › İş №2-1(102)-1196/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1196/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1196/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qarşı iş üzrə Açar söz: yeni açılmış hal; sübut yoxdur GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili iştirakı ilə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair texniki pasportun və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbinə dair Bakı Apelly asiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-455/2020 nömrəli, 05.02.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 02.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: 11.10.2007-ci il qeydiyyat tarixli, xx seriyalı,****** nömrəli Çıxarışa əsasən, Ünvan qəsəbəsində yerləşən 0,06 ha. torpaq sahəsi iddiaçı Iddiaçı, 17.10.2007-ci il qeydiyyat tarixli, Xx seriyalı, ***** nömrəli Çıxarışa əsasən isə, Ünvan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha. torpaq sahəsi iddiaçı Iddiaçı mülkiyyətində olsa da, həmin sahənin pasport və plan ölçüsü verilməmişdir. İddiaçı sözügedən torpağın planı və sxeminin ona verilməsi üçün cavabdehə müra ciət etmiş, cavabdeh isə ərizənin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (sonradan-Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Xx seriyalı **** №-li, reyestr nömrəsi ***** olan və ******qeydiyyat nömrəli 11,10.2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında ona ayrılmış sahəsi 0,06 ha olan daşınmaz əmlak- torpaq sahəsinə dair texniki sənədlərin (pasport və plan ölçünün) hazırlanaraq ona təqdim olunması vəzifəsinin Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 29.01.2013-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi 18.06.2013-cü il tarixli qərarı ilə həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.10.2013-cü il tarixli qərarları ilə də Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarı dəyişdirilmədən saxlanılmış, qərarın icraya yönəldilməsi məqsədilə icra məktubu tərtib edilərək, icra edilməsi üçün cavabdehə göndərilmişdir. 01.11.2019-cu il tarixdə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət e dərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.01.2013-cü il tarixli qərarının ləğv edilməsini və işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini, vəsatətlə isə məhkəmə qərarının icrasının dayandırılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizəsini onunla əsaslandırmışdır ki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində və müvafiq daşınmaz əmlaka texniki baxış keçirilərkən əvvəlcədən məlum olmayan hallar və yeni sübutlar aşkar edilmişdir. Belə ki, sonradan müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin ölçüləri sənədlərdə göstərilən ölçülərdən artıqdır. Qeyd olunan səbəblər müvafiq məhkəmə qərarının icrasını mümkünsüz edir. Yuxarıda qeyd olunan hal məhkəm ə prosesi zamanı məlum olmadığından, məhkəmə qərarlarında öz əksini tapmamışdır. Bu səbəbdən də, DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinin qənaətinə görə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 29.01.2013-cü il tarixli qərarının ləğv edilməsini və sonradan müəyyən edilən hallar nəzərə alınmaqla, işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2-1(81)-145/2013 nömrəli qərardadına əsasən cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatəti təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2-1(81)-145/ 2013 nömrəli qərardadından cavabdeh apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.2020-ci il tarixli, 21(103)-455/2020 nömrəli qərardadına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2-1(81)145/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlillərində qeyd edilən hal yeni açılmış hal olmamış, cavabdehin nümayəndəsi istər ərizəsində, istərsə də apellyasiya şikayətində yeni açılmış halın nədən ibarət olması, hansı sübutlara söykənməsi barədə hər hansı əsaslandırma aparmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.2020-ci il tarixli, 21(103)-455/2020 nömrəli qərardadın dan cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, şikayətdə qeyd olunan digər halları qanunamüvafiq qaydada araşdırmamışdır. Belə ki, aparılmış təkrar araşdırmalar zamanı sonradan məlum olmuşdur ki, müvafiq torpaq sahəsi sənəd üzrə 600,0 m2 olsa da, faktiki olaraq 1034,0 m2-dır və 434,0 m2 torpaq sahəsi zəbt olunmuşdur. Kassator, Kassator, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 55, 67, 68, 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci, İnzibati Prosessual Məcəllənin 90-96-cı maddələrinə istinad edərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.2020-ci il tarixli, 2-1(103)-455/2020 nömrəli q ərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Ali Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Al i Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.2020-ci il tarixli, 2-1(103)-455/2020 nömrəli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından məlum olur ki, apellyasiya şikayətinin dəlillərində qeyd edilən hal yeni açılmış hal olmamış, həmin hal birinci instansiya məhkəməsində işə baxarkən də mövcud olmuş və müvafiq instansiya məhkəmələri tərəfindən qiymətləndirilmiş, cavabdehin nümayəndəsi isə istər ərizəsində, istərsə də, apellyasiya şikayətində yeni açılmış halın nədən ibarət olması, hansı sübutlara söykənməsi barədə hər hansı əsaslandırma aparmamış, öz ərizə və vəsatətinə bununla bağlı sübutlar əlavə edilməmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi hal yeni açılmış hal kimi qiymətləndirilə bilməz, habelə həmin hala istinad edilməklə məhkəmə qərarının qanuniliyinə şübhə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təq dirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Göstərilən normaların tələblərindən görünür ki, yeni açılmış hala bağlı ərizə təqdim olunarkən, həmin halı təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməlidir. Hazırkı iş üzrə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədə istinad edilən hallarla bağlı isə hər hansı sübut təqdim olunmadığından apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlamışdır. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.2020-ci il tarixli, 21(103)-455/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar